25
4. Evristik metod
Evristik metodda müəllim problemin həllinin müxtəlif mərhələlərində şagirdlərin iştira-
kını təşkil edir. Müəllimin rolu tapşırığı qurmaqdan, onu dərsin ayrı-ayrı mərhələlərinə
bölməkdən, məktəblilərin müstəqil yerinə yetirəcəkləri işləri müəyyən etməkdən ibarətdir.
Başqa sözlə, müəllim müxtəlif üsullarla şagirdlər tərəfindən biliklərin müstəqil olaraq qaza-
nılmasını təşkil edir. O, bir halda şagirdlərdə problemi müəyyən etmək, digər halda hər hansı
mövqeyin isbatını qurmaq, üçüncüdə faktlardan düzgün nəticələr çıxarmaq, dördüncüdə
fərziyyələr irəli sürmək, beşincidə söylənilən fərziyyələrin yoxlanılması üçün plan tərtib
etmək və bu kimi bacarıqları formalaşdırır. Şagirdlərə yaradıcı fəaliyyət bacarıqlarının hissə-
hissə öyrədilməsi, problemli situasiyanın həll yollarının mərhələlərlə mənimsədilməsi
təşkil
olunur.
Tədrisin evristik metodunun formalarından biri də
evristik söhbətdir. Reproduktiv söh-
bətdən fərqli olaraq evristik söhbət şagirdlərdən təkcə öz biliklərini ifadə etmək deyil, həm
də kiçik yaradıcı axtarışlar həyata keçirməyi tələb edir. Evristik söhbətdə müəllim axtarışı is-
tiqamətləndirir, problem və məsələləri ardıcıl olaraq qoyur, ziddiyyətləri formalaşdırır və
müvafiq situasiyalar yaradır. Müəllim belə söhbəti mərhələlər üzrə qurur. Şagirdlər
isə bu
mərhələlərdə qoyulmuş problemləri müstəqil olaraq həll edirlər.
Həm ümumi orta məktəbdə, həm də yuxarı siniflərdə, demək olar ki, bütün dərslər
evristik metoddan istifadə etməklə təşkil oluna bilər. Şagirdlərin yaşı artdıqca onların
müstəqil yaradıcılıq prosesinə cəlb edilməsi daha effektli olur.
Yuxarı siniflərdə “Fotoeffekt” mövzusunun tədrisi ilə bağlı belə bir nümunəyə baxaq.
Fotoeffekti müşahidə etmək üçün elektrik qövsü ilə işıqlandırılan sink lövhəli elektrometrdən
istifadə edilir. Lövhə əvvəlcə müsbət, sonra isə mənfi elektrik yükü ilə elektrikləndirilir. Şa-
girdlərdən müşahidə etdikləri hadisənin səbəbinə dair fərziyyələr irəli sürmələri xahiş olunur.
Beləliklə, onların müstəqil axtarışının birinci mərhələsi baş tutur.
Sonra nümayiş davam etdirilir və şagirdlərin qarşısında növbəti problem qoyulur: işıq
selinin yolunda adi şüşə yerləşdirdikdə nə müşahidə olundu? Şagirdlər boşalmanın baş
vermədiyini qeyd edir və hadisənin səbəbinə dair yeni fərziyyələr irəli sürürlər. Axtarışın
ikinci mərhələsi baş tutur.
Müəllim tədqiqatın üçüncü mərhələsində işıq selini artırmaqla təcrübəni davam etdirir.
Şagirdlər
müşahidə edirlər ki, elektriklənmiş lövhənin boşalmasında heç bir dəyişiklik baş
vermədi, onlar fotoeffekt hadisəsinin şüalanmanın intensivliyindən asılı olmadığı nəticəsinə
gəlirlər. Hadisənin izahında şagirdlər ziddiyyətlə qarşılaşır– müşahidə olunan hadisəni işığın
dalğa nəzəriyyəsi əsasında izah etmək olmur: nə üçün kiçik tezlikli işıq dalğaları amplitudu
yüksək olduqda belə (bu halda elektronlara təsir edən qüvvə də böyük olur), metalın
səthindən elektronları qopara bilmir? Yeni problemli şərait yaranır: təcrübənin nəticəsini
əvvəlki biliklər əsasında izah etmək olmur. Müəllim yaranmış bu şəraitdən istifadə etməklə
fotoeffekt qanunlarının izahına keçir və şagirdlər ayrı-ayrı problemlərin həllinə cəlb olunur.
Beləliklə, evristik metoddan istifadə müəllimə həm yeni təlim materialını izah etməyə, həm
də şagirdlərdə yaradıcı axtarış vərdişlərinin formalaşdırılmasına şərait yaradır.
5. Tədqiqat metodu
Tədqiqat metodunun mahiyyəti problemlərin həll edilməsi üçün şagird axtarışlarının və
onların yaradıcılıq fəaliyyətlərinin müəllim tərəfindən təşkilindən ibarətdir. Bu metodun
məqsədi şagirdlərdə müstəqil yaradıcılıq fəaliyyəti göstərmək bacarıqlarının formalaşdırıl-
masıdır.
Psixoloq və pedaqoqların araşdırmaları göstərir ki, evristik
təlim metodu şagirdlərdə
müəyyən problemi əvvəldən sona kimi araşdırıb müstəqil həll etmək bacarıqlarını tam for-
26
malaşdıra bilmir. Problemi tam olaraq həll etmək üçün şagirdlərdə növbəti bacarıqların for-
malaşdırılması tələb olunur: məsələnin şərtlərini təhlil etmək; məsələni həll etmək üçün onu
kiçik hissələrə bölmək; fərziyyələr
irəli sürmək; alınmış nəticələri nəzəri və təcrübi olaraq
yoxlamaq və s. Ona görə də məhz tədqiqat metodu yaradıcı fəaliyyət bacarıqlarını formalaş-
dıran əsas metod hesab olunur.
Tədqiqat metodunun köməyi ilə biliyin yaradıcı mənimsənilməsi təşkil edilir. Bu metod
məktəblilərdə biliklərin
yaradıcı mənimsənilməsi bacarıqlarını, yəni problemi həll etmək
üçün əvvəl qazandıqları bilikləri tətbiq etmək və sonra isə lazım olan yeni bilikləri
müstəqil
əldə etmək bacarıqlarını formalaşdırır. Tədqiqat metodu şagirdlərdə müstəqil yaradıcılıq
fəaliyyətinə maraq yaradır.
Tədqiqat metodunun tətbiqini tələb edən tapşırıqlar müxtəlif ola bilər: sinifdə icra olunan
laboratoriya işləri, evə verilən praktik tapşırıqlar, analitik problemlərin həlli; qısa, yaxud
uzunmüddədli layihələr; qrup, yaxud fərdi işlər və s.
Fizika üzrə laboratoriya işləri, əsasən, təlimat üzrə təşkil edilir.
Təqdim olunan IX sinif
Fizika dərsliyində belə təlimatlar öz əksini tapmışdır. Təlimatların verilməsi şagirdlər üçün
fizika fənnini öyrənməyə başladıqları ilk vaxtlar xüsusi əhəmiyyət daşıyır. Lakin müasir
məktəbin qarşısında duran məqsəd və vəzifələr şagirdlərdə müstəqil yaradıcılıq axtarışları
vərdişlərinin formalaşdırılmasını tələb edir. Ona görə də bəzən müstəqil laboratoriya işlərinin
yalnız mövzu və məqsədi verilir. İşin icrası isə tədqiqat metodundan istifadə etməklə şagird
yaradıcılığının öhdəsinə buraxılır.
Fizika fənnində tədqiqat tapşırıqlarını tərtib etməkdə əsas məqsəd şagirdlərin
tədqiqat
işinin bütün mərhələlərindən keçmələrini təmin etməkdir. Bu mərhələlər aşağıdakılardır:
1) fakt, hadisə və effektlərin müşahidəsi;
2) nəyin aydın olmadığının müəyyən edilməsi;
3) tədqiq olunacaq problemin qoyuluşu;
4) fərziyyələrin
irəli sürülməsi;
5) tədqiqat planının tutulması;
6) tədqiq olunan hadisənin digər hadisələrlə əlaqələrinin müəyyən edilməsi və tələb
olunan əlavə biliklərin əldə olunması;
7) həll və izahatların formalaşdırılması;
8) nəticələrin yoxlanılması;
9) alınmış biliklərin mümkün və zəruri tətbiqi haqqında praktik nəticələr.
Yuxarıda sadalanan metodların şərhindən bir daha aydın olur ki, fizika dərslərində
produktiv metodların tətbiqi şagirdlərdə bilik və bacarıqların yaradıcı tətbiqetmə
vərdişlərinin formalaşdırılmasına xidmət edir. Dərslikdə “Araşdırma” başlığı ilə verilmiş
çoxsaylı tədqiqat işləri şagirdlərin produktiv metodlarla yeni mövzuların müstəqil tədqiqat
fəaliyyəti nəticəsində mənimsənilməsini nəzərdə tutur.