47
Pektin maddələrinin miqdarını 5,0 mkq/ml-dən 50,0
mkq/ml-dək qatılıqlı qalakturon turşusuna əsasən qurulmuş ka-
librləmə əyrisinə görə hesablanır.
2.1.2.6. Bitki məhsullarında fenol
birləşmələrinin təyini
Fenol birləşmələrinin təyin olunmasının mövcud metod-
larında analiz edilən məhsulun kimyəvi tərkib xüsusiyyətləri,
eləcə də bir çox qruplara malik fenol birləşmələrinin tərkibində
maddələrin olduqca böyük kimyəvi müxtəlifliyi nəzərə
alınmalıdır. Fenol birləşmələrinin ümumi miqdarının təyini
metodlarının xeyli çox olmasına baxmayaraq, bu metodların
hamısı müəyyən çatışmazlıqlara malikdir. Buna görə də bir çox
tədqiqatçılar aşı maddələrinin cəm miqdarının təyin edilməsi
metodundan imtina edərək, ayrı-ayrı fenol birləşmələrinin
(katexinlərin, leykoantosianların, antosianların və flavanol-
ların) təyini metodlarını təklif edirlər.
Aşağıda, fenol birləşmələri ilə zəngin olan məhsullar
üçün məsləhət görülən ayrı-ayrı təyinat metodları göstərilmiş-
dir.
Polifenolların ümumi miqdarını təyin etmək üçün
aşağıdakı birləşmələrlərdən reaksiyalarda istifadə edilir:
• Folin reaktivi – bu yolla hazırlanır: 100 q
O
H
WO
Na
2
4
2
2
duzuna 80 ml 85%-li H
3
PO
4
(fosfat turşusu)
və 750 ml su əlavə edilərək, qarışıq 3 saat ərzində əks soyu-
ducu ilə qaynadırlar. Sonra qarışıq soyudulur və həcmi distillə
suyu ilə bir litrədək çatdırılır.
• Folin – Denis reaktivi – bu yolla hazırlanır: 100 q
O
H
WO
Na
2
4
2
2
duzu, 20 q fosfornomolibden turşusu, 50 ml
85%-li H
3
PO
4
və 750 ml suyu bir yerdə qarışdırır və qarışığı 2
saat ərzində əks-soyuducu ilə qaynadır və həcmi distillə suyu
ilə bir litrədək çatdırılır.
48
• Folin – Çokalteu reaktivi – bu yolla hazırlanır: 100 q
O
H
WO
Na
2
4
2
2
duzu, 25 q Na
2
MoO
4
duzunu; 700 ml suyu,
50 ml fosfat turşusunu (H
3
PO
4
), 100 ml qatı xlorid turşusunu
bir yerdə əks soyuducu ilə 10 saat müddətində qaynadır, sonra
üzərinə 150 q LiSO
4
duzu və bir neçə damcı brom və ya 30%-li
hidrogen peroksid (H
2
O
2
) əlavə edilərək, əks-soyuducuya
qoşmadan 15 dəq. ərzində qaynadılır, məhlulu soyudur və
distillə suyu ilə həcmi bir litrədək çatdırılır.
Hər üç reaktiv göstərilən fosfornomolibden – volfram tur-
şularının fenollarda W
8
O
23
və Mo
8
O
23
mavi rəngli oksid-
lərinədək oksidləşməsi nəticəsində mavi rəng əmələ gətirir.
2.1.2.7. Şərablarda və üzümdə fenol maddələrinin təyini
Təyinat metodikası.
1 ml şərabı 100 ml-lik ölçü kol-
basına (qırmızı şərab qabaqcadan su ilə 1:5 nisbətində du-
rulaşdırılır) keçirilir, üzərinə 1 ml Folin – Çokalteu reaktivi, 10
ml 20%-li Na
2
CO
3
əlavə edilir, distillə suyu ilə ölçü xəttinədək
doldurur və 30 dəq.-dən sonra fotoelektrokalorimetrdə, 1 sm-
lik küvetdə 9 № li işıq filtri ilə boyanma intensivliyi ölçülür
(maksimum udulma 725 nm dalğa uzunluğunda baş verir).
0,03 mq/ml qatılıqlı taninin standart məhlulu, 3 mq tanini
pH 3,2 şərti daxilində 100 ml 10%-li spirtdə (spirtin 10%-li su
məhlulu) həll etməklə hazırlanır.
Kalibrləmə qrafikini qurmaq üçün 1, 2, 5, 10, 20 və 25 ml
standart tanin məhlullarını 100 ml – lik kolbalara tökür, üzərinə
1 ml Folin – Çokalteu, 10 ml 20%-li Na
2
CO
3
əlavə edir, distillə
suyu ilə kolba ölçü xəttinədək doldurur və 30 dəq.-dən sonra
qarışığın boyanma intensivliyi yoxlanılır.
49
2.1.2.8. Meyvələrdə fenolların
ümumi miqdarının təyini
Təyinat metodikası.
Meyvələrin 5 q-lıq çəki nümunəsini
10 ml qaynar etalon və metanolla təsbit edir, sonra rəng-
sizləşənədək soyuq spirtlə ekstraksiya edir və həcmi 50 ml-dək
çatdırılır. 0,5 ml məhlulu 10 millimetrlik dərəcələrə bölünmüş
sınaq şüşəsinə yerləşdirir, üzərinə 7 ml-dək su əlavə edir,
qatışığı qarışdırır, üzərinə 0,5 ml Folin – Denis məhlulu əlavə
edir və yenidən çalxalanılır. 3 dəq.-dən sonra üzərinə 1 ml
doymuş Na
2
CO
3
məhlulu əlavə edir və distillə olunmuş su ilə
ölçü xəttinədək doldurulur. Bir saat keçdikdən sonra 1 sm-lik
küvetdə
725
nm dalğa uzunluğunda optiki sıxlığı ölçülür.
Əgər məhlul bulanıq olarsa, onda bu məhlulu sentrifuqalanır.
Müqayisələndirmək üçün lazım olan məhlul eyni reaktiv-
lərlə hazırlanır. Kalibrləmə qrafiki standart tanin məhluluna
əsasən qurulur.
2.1.2.9. Şərablarda vanilinin köməyi ilə fenol
birləşmələrinin təyini
Bu metod, vanilinin güclü turşu mühitdə flavanların ben-
zol halqası ilə qarşılıqlı təsiri zamanı çəhrayı rəngin əmələ
gəlməsinə əsaslanır.
Reaktivlər:
1 q vanilini 100 ml 70%-li sulfat turşusunda
həll etməklə hazırlanması mümkün olan vanilin məhlulu; 3 q
taninin 100 ml 10%-li spirtdə pH 3,2 şərti daxilində həll edil-
məsi yolu ilə hazırlanması mümkün olan standart tanin məh-
lulu, sonra bu məhluldan 0,5; 1,0; 2,0; 3,0; 4,0; 5,0 ml götürüb
dərəcələnmiş 10 ml-lik sınaq şüşələrinə keçirir, üzərinə 6,0 ml-
dək distilləedilmiş su və 4,0 ml tanin məhlulu əlavə edilir.
Təyinat metodikası:
4 ədəd kolba götürür və onlardan
ikisinə, hər birinə 4 ml qırmızı şərablar üçün 1:50 nisbətində,
ağ şərablar üçün isə 1:10 nisbətində durulaşdırılmış şərab daxil
Dostları ilə paylaş: |