Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə23/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   19   20   21   22   23   24   25   26   ...   108

 
71
Karbon turşularının infraqırmızı spektri tədqiq olunarkən
onların (karbon turşularının) karbonil və hidroksil qrupları 
arasında möhkəm hidrogen rabitəsi ilə dimerlər əmələ gətirmək 
qabiliyyətinə diqqət yetirilməlidir ki, bu da udulma tezliyini 
əsaslı dərəcədə azaldır.
  
 
 
 
  
 
Çox güclü durulaşdırıldıqda iki udulma zolağı  əmələ 
gəlir, onlardan biri monomerə – 1761 sm
-1
 (5,68 mkm), digəri 
isə dimerə – 1718 sm
-1
 (5,82 mkm) uyğun gəlir. Çox duru-
laşdırılmış  məhlulda 3570 sm
-1
  (2,8  mkm)  dalğa uzunluğunda 
sərbəst hidroksil qrupları üçün xarakterik olan udulma zolağı 
əmələ gəlir. Bu hal, eyni zamanda birləşmiş hidroksil qrupları 
üçün (dimerlərdə) 2700 – 2500 sm
-1
 (3,7 – 4,0 mkm) dalğa 
uzunluğunda baş verir. 
Karbohidrat radikalının quruluğu eyni tipli C – O kar-
bonil birləşmələrin valent rəqslərinin tezliyinə  təsir göstərmir. 
Karbonil qrupun gərgin halqaya daxil olduğu hal müstəsnalıq 
təşkil edir. Belə ki, tsiklobutanlarda rəqs tezliyi 1775 sm
-1
 (5,73 
mkm) qiymətinin yaxınlığında yerləşir.  
Analoji hal müxtəlif efirlərin spektrində  də müşahidə 
olunur. Doymuş turşuların efirləri üçün (doymuş alifatik 
efirlər) intensiv zolaq 1750 – 1735 sm
-1
 (5,71 – 5,76 mkm)-də, 
doymamış və aromatik mürəkkəb efirlər üçün isə intensiv zolaq 
1730 – 1715 sm
-1
 (5,78 – 5,83 mkm)-də əmələ gəlir.  
Bir halqada iki CO qrupu olan xinonlar 1690 – 1655 sm
-1
 
(5,92 – 6,04 mkm) tezlikli udulma zolağına, müxtəlif hal-
qalarda iki CO qrupu olan xinonlar isə 1655 – 1635 sm
-1
 (6,04 
– 6,12 mkm) tezlikli udulma zolağına malikdir.  


 
72
C  ═ O karbonil birləşmələrinin udulma zolağına haloid 
atomunun təsiri dəqiqliklə öyrənilmişdir. Haloidin α–karbon 
atomuna birləşməsi valent rəqslərinin tezliyini yüksəldir. Belə 
ki, α – haloidlə əvəz olunmuş ketonlar 1745 – 1725 sm
-1
, ha-
loidlə əvəzlənmiş karbon turşuları isə 1770 – 1745 sm
-1
 dalğa 
uzunluğuna malik olur. Haloid atomunun karbonil qrupuna 
birləşdiyi molekullarda (turşuların haloidanhidridləri) daha 
yüksək – 1815 – 1785 sm
-1
 (5,51 – 5,60 mkm)-dək tezlik qiy-
məti müşahidə edilir.  
Karbon turşuları anhidridlərin spektrlərində iki udulma 
zolağı mövcud olur (məsələn, sirkə anhidridi – 1832 və 1761 
sm
-1
  və ya 5,46 və 5,68 mkm), bunlardan böyük dalğa saylı 
zolaq daha intensiv olur.  
Karbon turşularında amin qruplarının təsiri dəqiqliklə 
öyrənilmişdir. Amin qrupu bilavasitə karbonil qrupunda olan 
turşu amidlərində, birinci amidlər üçün 3180 – 3540 sm
-1
 (3,15 
– 2,83 mkm) diapazonunda, ikinci amidlər üçün isə uyğun 
olaraq 1570 – 1515 sm
-1
 (6,37 – 6,60 mkm) və 1550 – 1510 
sm
-1
 (6,45 – 6,62 mkm) diapazonunda udulma zolağı olur.  
Birinci aminlər, NH
2
 qruplarının asimmetrik və simmet-
rik rəqsləri ilə şərtlənən 3500 – 3400 sm
-1
 (2,86 – 2,94 mkm) 
dalğa uzunluğunda iki əsas udulma zolağına malik olur. İkinci 
aminlər, birinci aminlər üçün olduğu eyni spektr oblastında bir 
udulma zolağına malik olur. 
Aminturşular 1600 – 1560 sm
-1
 (6,25 – 6,41 mkm) diapa-
zonunda C ═  O valentli rəqslər üçün, 3130 – 3030 sm
-1
 (3,20 – 
3,30 mkm) diapazonunda NH
2
 qrupları üçün, aminturşuların 
duzları 3400 – 3200 sm
-1
 (2,94 – 3,13 mkm) diapazonunda 
NH
2
 qrupları və 1600 – 1560 sm
-1
 (6,25 – 6,41 mkm) diapazo-
nunda CO
2
 qrupları üçün intensiv udulma zolağı verir.  
Aminturşuların xlorlu hidrogen duzları 1730 – 1700 sm
-1
 
(5,78 – 5,88 mkm) diapazonunda C ═  O valentli rəqslərə görə 
intensiv udur.  


 
73
C – N valentli rəqslərin tezliyi skelet qruplarının C–C 
valentli rəqslərinin tezliklər oblastında yerləşir və üzvi birləş-
mənin spektrini və onun aşkarlanmasını xeyli mürəkkəb-
ləşdirir.  
Digər üzvi birləşmələr arasında kükürd və fosfor bir-
ləşmələrinin spektrləri daha çox öyrənilmişdir. Kükürdə malik 
birləşmələr üçün S − H, C − S, S − S, S ═ O qruplarının spektr 
zolaqları identifikasiya edilmişdir. S − H qrup valentli rəqslər 
2590 – 2550 sm
-1
 (3,86 – 3,92 mkm) oblastında, C − S qrup 
valentli rəqslər 705 – 570 sm
-1
 (14,18 – 17,54 mkm) intervalın-
da, S − S qrup valentli rəqslər isə 550 – 450 sm
-1
 diapazonunda 
yerləşir.  
Qida məhsullarını İQ – spektroskopiya metodu ilə tədqiq 
edərkən funksional qrupların  əsas analitik udulma xətləri 
göstərilməklə sorğu kitablarından istifadə olunur. İnfraqırmızı 
spektroskopiya metodu qida məhsullarında A, K, K
1
, K
2
, B
1

B
2
, B
6
, C vitaminlərinin, nikotin turşusunun, tokoferolların və 
karotinin miqdarını  təyin etmək üçün istifadə olunur. Xro-
matoqrafiya ilə kombinəedilmiş halda infraqırmızı spektro-
skopiya metodunu aromatik maddələrin və bir sıra üzvi 
birləşmələrin tədqiq edilməsi üçün istifadə etmək olar.  
 
2.4. Atom – absorbsiyalı spektroskopiya
 
 
2.4.1. Atom absorbsiyasının nəzəri əsasları 
  
Mineral maddələrin fizioloji rolu haqqında məlumatların 
genişləndirilməsi, onların fermentativ proseslərə göstərdiyi 
təsir, mikroelementlər də daxil olmaqla mineral maddələrin 
miqdarca təyininin analitik metodlarının yaradılması  və  tətbiq 
olunmasının ən vacib tələblərini irəli sürür.  
Bir çox kimyəvi analiz metodları maraq kəsb etmir, belə 
ki, onlar həddən böyük çəki nümunələri və xeyli uzun vaxt 
sərfi tələb edir. Fotokalorimetrik metodlar və kompleksmetriya 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə