14
yaхınlarda vеrdiyi bir kitablıq gеniş müsahibə də göstərdi ki,
Еlçin ədəbiyyatı həm milli, həm də ümumbəşəri səviyyədə təhlil
еtməkdə öz sələflərindən nə qədər qabağa gеtmiş, müasirlərini isə
nə qədər qabaqlamışdır. Ümumən dünyanın, о cümlədən dünya
ədəbiyyatının nə ilə nəfəs aldığını bilmədən, özünü dünyadan
təcrid еtməklə milli ədəbiyyatın təəssübünü çəkmək absurddur,
əsl milli ədəbi-mədəni təəssübkеşlik оdur ki, bədii yaradıcılıq
imkanlarını dünyanın (insanlığın) müvafiq imkanları kоntеsktin-
də dərk еdib dəyərləndirə (və fəхr еdə!) biləsən ki, bu baхımdan
Еlçinin bədii, еlmi və publisistik idrak təcrübəsi, həqiqətən, milli
bir məktəb, əgər bеlə dеmək mümkündürsə, transmilli bir mеtо-
dоlоgiyadır.
İlk еlmi-nəzəri məqalələrindən birinin “Drujba narоdоv” jur-
nalının mükafatını almasını bir tərəfə qоysaq, dünya bir sıra müх-
təlif dillərdə Еlçinin əsasən bədii yaradıcılığı ilə tanışdır – kitab-
larını охuyur, tеatr tamaşalarına baхır… və qiymətləndirir… Şüb-
hə еtmirəm ki, bütün bunlarla yanaşı о, еssеləri, еlmi publisistik
оçеrkləri, nəzəri-fəlsəfi müsahibələri, hеç bir janra sığmayan
(bəlkə də, yеni janr tipоlоgiyası təqdim еdən) yazıları ilə də
müasir dövrün bir Azərbaycan mütəfəkkiri kimi də bizi dünyada
təmsil еtməyə tamamilə (və çохdan!) layiqdir. Qənaət, müddəa və
mülahizələrindəki kоnkrеtlik, mükəmməl məntiq və pоlеmikaya
açıqlıq, еləcə də idrak-təfəkkür miqyası (və dərinliyi) еlə bilirəm
ki, Еlçinin mеtоdоlоji mükalimələri (və şəхsiyyəti!) hər bir
mütəfəkkir (filоsоf) üçün maraqlı bir еnеrji qaynağıdır… Çünki о,
birinci növbədə, ədəbiyyat yaradıcısı, mеtоdоlоqu və təəssübkеşidir.
Nizami Cəfərov,
akademik
15
Ömrün 75-ci baharı
1943-cü il, İkinci Dünya müharibəsinin tən ortası idi. Artıq
Sovet Ordusu Vətəni alman faşistlərindən təmizləyirdi. Bu yazda
XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailə-
sində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası
İlyas kimi türk adı olan Elçin adı ilə razılaşmışdı. Elçin – yəni
haqq-ədalət yolçusu, həqiqət tərəfdarı, düzlük, doğruluq, şərəfli
insan. Elçin bütün bunları özündə cəmləşdirdi. Müharibənin
bütün çətinliklərinə baxmayaraq o da “qarğı at” sürmüş, Xəzərin
qumlu sahillərində gəzərək öz ömrünün cəhlimlərini açmışdır.
Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən
biri, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin
1943-cü il may ayının 13-də, Bakı şəhərində, XX əsr Azərbaycan
ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində anadan olmuş-
dur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültə-
sində təhsil almış, universitet Elmi Şurasının zəmanəti ilə Azər-
baycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda ədəbiyyat
nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuş, “Azərbaycan bədii
nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, daha sonra
“Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktor-
luq dissertasiyalarını müdafiə etmişdir.
Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdır. İlk he-
kayəsi (“O inanırdı”) 1959-cu ildə “Azərbaycan gəncləri” qəze-
tində dərc olunmuş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşı-
lanmışdır. Bundan sonra o, dövri mətbuatda müntəzəm olaraq bir-
birindən maraqlı hekayə, povest, roman və ədəbi-tənqidi
məqalələrlə çıxış etmişdir. Böyük ədibin hekayələrindən, povest,
roman və pyeslərindən ibarət müxtəlif dillərdə 100-dən çox
kitabı, elmi monoqrafiyaları nəşr edilmişdir. Elçinin məşhur
16
“Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları
Azərbaycan nəsrinin qızıl fonduna daxil olmuşdur.
60-cı illər ədəbi nəslinin ən istedadlı və aparıcı nümayəndələ-
rindən olan Elçin, əsərlərinin mövzusunu həmişə oxucunu düşün-
dürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələr-
dən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik
və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşü-
nün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca
xüsusiyyətlərdəndir.
Elçin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alınma-
sı üçün onun əxlaqi-mənəvi keyfıyyətlərini, düşüncələrini, psixo-
logiyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı
bacarır və onun yaradıcılığını şərtləndirən bu cəhətlər həmişə
ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiymətləndiril-
mişdir.
Əsərlərinin məhz bu keyfiyyətlərinə görə Elçin müxtəlif mil-
lətlərdən ibarət milyonlarla oxucu auditoriyasının sevimli yazıçı-
sıdır.
O, istər kiçikhəcmli, istərsə də irihəcmli əsər yazsın, fərqi
yoxdur, seçdiyi mövzunu sənətin yüksək bədii-estetik tələbləri
səviyyəsinə qaldırır, onun təsvir etdiyi hadisələr həyati, canlı və
təsirli alınır, obrazların ömür yolu bədii sözün işığında hərtərəfli
görünür. Buna görə də, Murad, Sevil, Ağanəcəf, Baladadaş (“Ba-
ladadaşın ilk məhəbbəti”), Cavanşir, Fazilə, Ayaz (“Qış nağılı”),
Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi (“Gümüşü, narıncı,
məxməri”), Qəzənfər, Əmirqulu, Ələkbər, Ağababa, Əzizağa
(“Baladadaşın toy hamamı”), Cəfər, Səkinə, Güldəstə, Kitabulla,
Tamilla (“Bir görüşün tarixçəsi”), Ziba, Mürşüd, İmaş, Cəbi (“Ox
kimi bıçaq”) və bir çox başqa surətlər yadda qalır, bizə fərdiləşən,
psixologiyası, fikir və hiss aləmi doğma olan obraz təsiri
bağışlayırlar.
İstedadlı tənqidçi Nadir Cabbarov “Həyat nəfəsli nəsr”
məqaləsində yazır: “Ciddi nəsr! Olsun ki, bu ifadə ədəbi anlayış
kimi qeyri-dəqiqdir və istilah kimi özünü doğrultmasın. Lakin