T Ü R K O L O G İ Y A
№ 3
2015
SAYALI SADIQOVA
MÜXBİR ÜZV
QURBANOV AFAD MƏHƏMMƏD OĞLU
Azərbaycan Milli Elmlər Akademiyası-
nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı, filologiya elmləri doktoru,
professor Afad Məhəmməd oğlu Qurbanov
1929-cu il yanvarın 10-da Ermənistanın Kali-
nino rayonunun Qızıl Şəfəq (Dağ Borçalı)
kəndində anadan olmuşdur. Yilməzli orta mək-
təbini bitirmiş, 1945-ci ildə Qızıl Şəfəq kəndində
pedaqoji fəaliyyətə başlamışdır. 1946–1948-ci il-
lərdə Tbilisi Müəllimlər İnstitutunda təhsil almış
və 1948–1951-ci illərdə Lenin adına APİ-də təh-
silini davam etdirmişdir. 1951–1955-ci illərdə
isə Gürcüstan SSR-in Hamamlı orta məktəbin-
də direktor, 1955–1956-cı illərdə isə A.S.Puş-
kin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda
müəllim vəzifəsində çalışmışdır. A.Qurbanov
1956–1959-cu illərdə V.İ.Lenin adına APİ-nin
Azərbaycan dilçiliyi kafedrasının aspirantı ol-
muş, 1962-ci ildə professor Ə.Dəmirçizadənin
rəhbərliyi ilə «Səməd Vurğunun “Vaqif” pye-
sinin dili və üslubu» mövzusunda namizədlik,
1968-ci ildə isə «Müasir Azərbaycan ədəbi di-
li» mövzusunda doktorluq dissertasiyası mü-
dafiə etmişdir.
Afad Qurbanov 1965-ci ildə dosent,
1970-ci ildə isə professor elmi adına layiq gö-
rülmüşdür. O, 1959-cu ildən ömrünün sonuna
qədər – əlli il ADPU-da müəllim, dekan, ka-
fedra müdiri, filologiya və pedaqogika elmləri
üzrə müdafiə şurasının sədri, 1981–1989-cu il-
lərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İns-
titutunun (indiki Azərbaycan Dövlət Pedaqoji
Universiteti) rektoru olmuşdur. Prof. A.Qur-
banov 1983-cü ildə Azərbaycan SSR EA-nın
filologiya sahəsi üzrə müxbir üzvü seçilmiş,
dünyanın bir sıra beynəlxalq və milli akade-
miyalarının akademiki, o cümlədən Türk Dil
Qurumunun üzvü seçilmişdir. 1990–1994-cü il-
lərdə Milli Məclisin üzvü olan A.Qurbanov
Əlifba Komissiyasının sədri olmuşdur.
Azərbaycan dilçiliyinin inkişafında, onun
müxtəlif sahələrinin araşdırılması və tədrisində
böyük xidmətləri olan Afad Qurbanov «Azər-
baycan ədəbi və danışıq dili» (1965), «Müasir
Azərbaycan ədəbi dili» (1967), «Ümumi dilçi-
lik» (I, II c. – 1988, 1993), «Poetik onomasti-
ka» (1988), «Azərbaycan dilinin onomalogiya-
sı» (1988), «Azərbaycan onomastika məsələlə-
ri» (1986), «Dünyanın dil ailələri» (1994),
«Müasir Azərbaycan ədəbi dili» (I h. – 2003),
«Azərbaycan dilçiliyi problemləri» (I c. – 2004),
«Azərbaycan onomalogiyasının əsasları» (2 cild-
də – 2004) və bir sıra monoqrafiya və dərslik-
lərin, 500-ə qədər elmi məqalənin müəllifidir.
Bu monoqrafiyalar görkəmli alimin uzunmüd-
dətli gərgin elmi araşdırmalarının uğurlu nəti-
cəsidir. Belə əsərlər ancaq elmin bu gününü və
gələcəyini düşünən alim narahatlığının məhsu-
lu kimi ərsəyə gəlir. Bu əsərlərdə dilçilikdə ak-
tual məsələlər, problemlər, elmi anlayışlar də-
SAYALI SADIQOVA
60
qiqləşdirilmiş dil və dilçilik tarixi ilə əlaqədar
yeni təsniflər verilmişdir.
A.Qurbanovun kitabları müasir dilçili-
yin qarşısında duran nəzəri və əməli problem-
lərin izahına, araşdırılmasına həsr olunmuşdur.
O, Azərbaycan dilçiliyinin inkişaf vəziyyəti və
onun perspektivlərini müəyyənləşdirərkən elm
və onun xüsusiyyətləri, elmin yaranması məsə-
lələri, dilçiliyin iki – linqvistik və fəlsəfi nəzəri
əsas üzərində təşəkkül tapması, elmlərin təsnifi
problemi, dilçilik tarixinin müəyyənləşdirilmə-
si problemlərinə aydınlıq gətirmişdir.
Müəllifin əsərlərində ümumi və türkoloji
dilçiliyə aid tədqiqatlar aparılmış, dövrləşdir-
mələr dəqiqləşdirilmiş, ümumi dilçiliyin inkişafı
(eramızdan əvvəl yeni eranın IV əsri, V–XV əsr-
lər, XVI – XVIII əsrlər, XIX əsr, XX əsr – XXI əs-
rin əvvəli) daha qədim dövrlərlə bağlanmış,
türkoloji dilçilik və Azərbaycan dilçiliyi üçün eyni
inkişaf dövrləri (I dövr – ən qədimdən – X əsrin
sonuna qədər; II dövr – XI – XIII əsrlər; III dövr –
XIX əsr (1-ci mərhələ – XIX əsrin I yarısında –
1801–1850, 2-ci mərhələ – XIX əsrin II yarısında –
1851–1900); IV dövr – XX əsr – XXI əsrin əvvəli
(1-ci mərhələ – 1901–1930, 2-ci mərhələ –
1931–1970, 3-cü mərhələ – 1971–2000, 4-cü
mərhələ – 2001-ci ildən indiyə qədər) müəy-
yənləşdirmiş və hər bir tarixi mərhələnin xarak-
terik cəhətlərini təhlil edilmişdir.
A.Qurbanov dünya dilçiliyinin ən vacib
problemlərindən birinə – dil ailələrinin dəqiq
müəyyənləşdirilməsi məsələsinə aydınlıq gə-
tirmək üçün XVIII əsrdən sonra meydana gəl-
miş tədqiqatları nəzərdən keçirərək, Altay dil-
ləri ailəsini altı qrupa: 1. Türk dilləri (23 dil);
2. Monqol dilləri qrupu (3 dil); 3. Tunqus dilləri
qrupu (3 dil); 4. Mancur dilləri qrupu (5 dil);
5. Koreya dili (1 dil); 6. Yapon dili (1 dil)
ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri
ailəsinin tərkibində olan dillərin 64 faizini türk
dillərinin təşkil etdiyini xüsusi qeyd edir.
XVIII–XX əsrlərdə türk dillərinin sayı 50–60,
XX əsrin sonlarındakı araşdırmalarda isə alim-
lər müasir türk dillərinin 20, bəzən də 24 dil
olduğunu göstərmişlər. A.Qurbanov Altay dil-
ləri ailəsində 23 türk dilinin olduğunu qeyd
edərək, tarixi inkişaf və linqvistik əlamətlər
əsasında türk dillərini beş yarımqrupda – oğuz
dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq
dilləri, tukyuy dilləri yarımqrupuna bölərək
təsnif etmişdir.
Hər bir elmin inkişafı ilə bağlı anlayışları
ifadə edən terminlər zaman keçdikcə semantik
və funksional baxımdan müəyyən dəyişikliklə-
rə səbəb olur. Belə hallarda terminlərin anlayışı
dəqiq ifadə edə bilməməsi, sinonimlik yarat-
ması, terminoloji qüsurların meydana çıxması
bir mütəxəssis alim kimi müəllifi düşündür-
müşdür. Çünki terminin dəqiq olmaması elmin
özündə dolaşıqlıq yaradır. Bunu nəzərə alan
müəllif dilin lüğət fondu əvəzinə, dilin lüğət
tərkibi, metodologiya/metodoloji əsas əvəzinə
fəlsəfi əsas, ləhcə termininin geniş məna ifadə et-
məsi, eləcə də onomastikaya dair bir sıra – ono-
mastika, onomalogiya, etnonimika, etnonimiya,
toponimika, toponimiya, antroponimika, antro-
ponimiya, hidronimika, hidronimiya kimi bir sıra
terminlərin hansı mənalarda işlədilməsi məsələ-
sini müəyyənləşdirmiş və dəqiqləşdirmişdir.
Dilçilikdə problemlərdən biri kimi nitq
hissələrinin dəqiq təsnifi, o cümlədən türko-
logiyada olan müxtəlif bölgülər nəzərdən keçi-
rilmiş və dəqiq bölgülər verilmişdir.
Müəllifin tədqiqatlarında dilçilikdə üs-
lubiyyatın əsas məsələlərindən biri də ədəbi
dillərin funksional üslublarının müəyyənləşdi-
rilməsidir. İnkişaf etmiş müasir dillərdən biri ki-
mi Azərbaycan ədəbi dilinin materialları əsasında
funksional üslubların növləri və adları (ədəbi da-
nışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub,
publisistik üslub, epistolyar üslub) dəqiqləşdiril-
miş və fonetik, lüğəvi, qrammatik və s. cəhətlə-
rinə görə bir-birindən fərqləndirilmişdir.
Dilçiliyin üfüqlərini genişləndirmək, onun
inkişaf sahələrini müəyyənləşdirmək baxımından
onomastik tədqiqatların rolu böyükdür. Dilin lü-
ğət tərkibində xüsusi yeri olan onomastik leksika-
nın dərindən araşdırılması, təhlili, elmi şəkildə
MÜXBİR ÜZV QURBANOV AFAD MƏHƏMMƏD OĞLU
61
ümumiləşdirilməsi dilimizin, tariximizin mü-
rəkkəb və zəruri məsələlərinin həllinə kömək
edir. Azərbaycan dilçiliyində ilk dəfə olaraq
onomastika məsələlərinin sistemli şəkildə həlli,
tədqiqi prof. Afad Qurbanovun adı ilə bağlıdır.
Onun onomalogiyaya
dair 100-ə qədər
məqaləsi «Azərbaycan onomastikası», «Azər-
baycan onomalogiya məsələləri», «Poetik ono-
mastika», «Azərbaycan dilinin onomalogiyası»
kimi sanballı monoqrafiyaları nəşr olunmuşdur.
Müəllif hələ XX əsrin 50-ci illərində xüsusi
adlarla bağlı sistemli axtarışlar aparmış (etno-
nimlər, hidronimlər, zoonimlər, kosmonimlər
və ktematonimlər), onomastik vahidlərin ya-
ranması və dəyişilməsi, onların üslubu xüsu-
siyyətləri, orfoqrafik və orfoepik problemləri
elmi şəkildə tədqiq etmişdir. Xüsusilə onomas-
tikada antroponimikaya aid olan bir sıra – Azər-
baycan şəxs adları və onların xüsusiyyətləri,
şəxs adlar sistemi, adların quruluşu, adların
mənşəcə tərkibi, adseçmə və advermə ənənə-
ləri, adların qafiyələndirilməsi, adların deyilişi
kimi məsələlər konkret faktlarla şərh olunmuş-
dur. Bildiyimiz kimi, insan adlarının yaranma
tarixi çox qədimdir. Buna görə də insan adla-
rının əmələ gəlməsinə dair dünya dilləri və
türkologiyada müxtəlif bölgülər var. Müəllif
buna əsaslanaraq Azərbaycan dilində işlənən
şəxs adlarının meydana gəlməsinin özünəməx-
sus mənbə və üsullarını geniş şəkildə izah
edərək iki qrupa ayırır: a) xalis azərbaycanlı
adları; b) əcnəbi dil mənşəli şəxs adları. Ümu-
miyyətlə, antroponimik vahidlərin tədqiqi ali-
min yaradıcılığında mühüm yer tutur, antropo-
nimika məsələləri tarixi-linqvistik istiqamətdə
tədqiq edilərək bu sahədə olan problemləri
aradan qaldırılmağa çalışılmışdır.
Müasir dövrdə Qafqaz ərazisində yaşayan
xalqların dillərinin araşdırılması və onların
linqvistik təhlili də dilçiliyin inkişafı üçün ak-
tual problemlərdəndir. Çünki çoxmillətli Qaf-
qaz regionunun etnik tərkibi, makro- və mikro-
toponimləri, onların etimologiyası, irqi və dini
tərkibi bu günədək sistemli şəkildə tədqiqata
cəlb edilməmişdir. Bunu nəzərə alan müəllif
Qafqazdakı dilləri dörd dil ailəsi (1. Hind-Avropa
dilləri ailəsi; 2. Altay dilləri ailəsi; 3. Sami-Hami
dillər ailəsi; 4. Qafqaz dilləri ailəsi) kimi qrup-
laşdıraraq onların hər birinin xüsusiyyətlərinin
geniş təhlilini vermişdir. Əsərlərində Qafqazdakı
abxaz, gürcü, qaraçay, qumuq, noqay, osetin,
talış, tat, lahıc və s. dillərin fonetik sistemi, leksik
tərkibi, qrammatik quruluşu izah edilmiş və
Azərbaycan dilinin bu regionda aparıcı mövqeyi
faktlarla əsaslandırılmışdır.
Əsərlərində dilçilik üçün aktual olan bə-
dii mətnin linqvistik təhlilinin nəzəri məsələlə-
ri, üsul və metodları, texnikası və metodikası-
nın tədqiqinə də geniş yer verilmişdir. Müəllif
linqvistik təhlilin başlıca prinsiplərini – tarixi-
lik, ardıcıllıq, dəqiqlik, əsərin ideya və məz-
munu ilə onun dilinin vəhdətdə götürülməsi,
mətnin janr xüsusiyyətlərinin nəzərə alınması,
mətndə dil faktının ümumxalq və yazıçıya aid
olduğunu müəyyən etmək prinsiplərini aşkara
çıxarmış və onları vəhdətdə təhlil etmişdir.
Əsərdə bədii əsərin dili, fikrin poetik şəkildə
çatdırılmasında leksik-semantik söz qrupları,
onların bədii dilin ən qüvvətli ifadə vasitəsi
olması nümunələr vasitəsi ilə təhlil edilərək,
ümumxalq dilinin və bədii mətnin tam şəkildə
qavranılması məsələləri işıqlandırılmışdır.
Dil universalisi məsələləri də dünya dil-
çiliyinin ən aktual problemlərindəndir. Belə ki,
dünya dillərində fərdi cəhətlərlə bərabər, bir
sıra ümumi qanunlar, əlamətlər, ənənələr vardır
ki, bunlara bir sıra dillərdə rast gəlinir. Bu mə-
sələlərin tədqiqi ilə məşğul olan müəllif dilçi-
likdə universali probleminin başlıca vəzifələri-
ni, dünya dillərinin müxtəlif səviyyələrinə, sa-
hələrinə məxsus universal münasibətləri mü-
əyyənləşdirmiş, onların elmi, linqvistik izahını
vermişdir. Xüsusilə universalilərin müəyyən-
ləşdirilməsinin başlıca meyarını – onların təbi-
əti, tərkibi, növləri, tipologiyada yeri, fonetik,
semantik və qrammatik universaliləri geniş şə-
kildə təhlil etmişdir. Bütün bunlar dilçiliyin
linqvistik nəzəri əsaslarının dəqiq və elmi
SAYALI SADIQOVA
62
şəkildə öyrənilməsinə, ümumi dilçilik nəzəriy-
yəsinin inkişafına təkan verir.
Prof. Afad Qurbanovun müasir dilçiliyin
problemlərinə həsr edilmiş, öz sanballı, əhatə
dairəsi və yüksək elmiliyi ilə seçilən əsərləri
dilçiliyimiz üçün qiymətli töhfədir.
A.M.Qurbanov dilçiliyin demək olar ki,
bütün sahələrini əhatə edən elmi yaradıcılığa
malik alimdir. Onun tədqiqatlarının istiqamət-
lərindən biri də türkoloji dilçilikdir. «Türkoloji
dilçilik» kitabında həmin terminin mahiyyəti
açılır və göstərilir ki, «türkologiya» anlayışı
çox geniş və əhatəlidir. A.Qurbanov həmçinin
bir çox xarici ölkələrin linqvistik və onomastik
elmi cəmiyyət və təşkilatlarının həqiqi və fəxri
üzvü seçilmişdir. Azərbaycanda yaranmış ono-
mastika məktəbi A.Qurbanovun adı ilə bağlıdır.
Hazırda bu perspektivli dilçilik sahəsində onun
onlarla yetirmələri çalışmaqda və dəyərli araş-
dırmalar aparmaqdadır.
Görkəmli elm və maarif xadimi minlərlə
filoloq-müəllim, 60-a yaxın elmlər namizədi və
elmlər doktoru yetişdirmiş, dilçilik, pedaqogika
və metodikaya dair 70-dən çox kitab, 500-ə
qədər məqalə çap etdirmişdir.
Prof. A.Qurbanovun elmi yaradıcılığı
zəngin, çoxşaxəli, müxtəlif istiqamətli, mövzu
dairəsi etibarı ilə olduqca geniş və əhatəlidir.
Onun tədqiqat və maraq dairəsinə, mövzu və
istiqamətinə görə – müasir Azərbaycan ədəbi
dili, türkoloji dilçilik, dil universaliləri, ümumi
dilçilik, onomalogiya, leksikologiya, nitq mə-
dəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili,
üslubiyyat, ali məktəb pedaqogikası və meto-
dikası kimi sahələr daxildir.
Görkəmli azərbaycanşünas-alim, dünya
şöhrətli türkoloq Afad Məhəmməd oğlu Qur-
banov türkologiya və Azərbaycan dilçiliyi sa-
həsində səmərəli və dəyərli araşdırmalarını
ömrünün sonuna qədər davam etdirmişdir. O,
yaxın, uzaq xaricdə, dünyanın bir çox ölkələ-
rində, onların elmi mərkəzlərində keçirilmiş dil
qurultaylarında, konfrans, simpozium və kon-
qreslərində məruzələrlə iştirak etmiş, həmişə
doğma vətənimizi təmsil etmişdir. Amerika,
Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə
elmi səfərlərdə olmuş, simpoziumlarda çıxışlar
etmişdir. Türkiyənin Ankara, İstambul, İzmir,
Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa
şəhərlərində uluslararası toplantılarda türkoloji
dilçiliyin aktual problemlərinə dair dərin məz-
munlu məruzələr etmişdir. A.Qurbanov 1992-ci
ildə Azərbaycan dövlət nümayəndə heyətinin
üzvü kimi Yunanıstanda olmuş və Afinada ke-
çirilən Beynəlxalq konqresdə çıxış etmişdir.
AMEA-nın müxbir üzvü Afad Qurbanov
26 sentyabr 2009-cu ildə 80 yaşında vəfat
etmişdir.
SAYALI SADIGOVA
CORRESPONDING MEMBER QURBANOV AFAD MAHAMMAD OGHLU
S u m m a r y
Scientific activity of A.Qurbanov is rich, varied, diversified and comprehensive. His
scientific activity consists of different subjects and directions of modern Azerbaijani language such
as Turkic linguistics, general linguistics, onomatology lexicology, oratory, language of literary
works, high school pedagogy and methodology.
Famous Azerbaijani scientist, worldwide turkologist Afad Mahammad Qurbanov could
research various and valuable investigations about actual problems of Azerbaijani linguistics.
MÜXBİR ÜZV QURBANOV AFAD MƏHƏMMƏD OĞLU
63
Key words: onomastics, onomasiology, Turkic languages, Turkic linguistics, interference
САЯЛЫ САДЫГОВА
ЧЛЕН-КОРРЕСПОНДЕНТ
КУРБАНОВ АФАТ МАГОМЕД ОГЛУ
Р е з ю м е
Научная деятельность А.Курбанова затрагивает широкий круг проблем азербай-
джанского языкознания и тюркологии. В своих исследованиях известный учёный-азербай-
джановед, тюрколог с мировым именем рассматривает вопросы современного азербай-
джанского литературного языка, тюркологического языкознания, общего языкознания, оно-
масиологии, лексикологии, культуры речи, перевода, стилистики, педагогики и методики
высшей школы.
Ключевые слова: ономастика, ономасиология, тюркология, тюркские языки,
интерференция
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu –
şöbə müdiri, fil.e.d.
e-mail: sayalisadigova@yahoo.com
Çapa təqdim edən
Qəzənfər Kazımov –
«Türkologiya» jurnalının
sahə redaktoru
Məqalənin redaksiyaya
daxil olma tarixi
8.VII.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
22.VII.2015
Çapa göndərilmə tarixi
19.X.2015
________
Dostları ilə paylaş: |