Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
  1   2   3   4   5   6   7   8   9   ...   45


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
1
 
BULUDXAN XƏLİLOV  
 
 
 
 
ƏBƏDİYAŞAR 
ƏDƏBİYYAT 
 
 
 
 
Bakı 
– 
2016 


B U L U D X A N   X Ə L İ L O V  
 
2
Elmi redaktor:                  Ağasən Bədəlzadə, 
                   filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
Rəyçilər:                            Fikrət Rzayev, 
                          filologiya üzrə elmlər doktoru, professor 
 
Nəcəf Nəcəfov, 
                              filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
Buludxan Xəlilov. “Əbədiyaşar ədəbiyyat”.  
Bakı, “Adiloğlu”, 2016, 202 səhifə. 
 
Kitabda  ədəbiyyat üzrə Nobel mükafatçıları Ernest 
Heminqueyin, Moris Meterlinkin, Mixail Şoloxovun,  İvan 
Buninin yaradıcılığının xarakterik məqamlarından bəhs 
olunur. İngilis yazıçısı Conatan Sviftin “Qulliverin səyahəti” 
əsərindəki bir sıra fəlsəfi məqamlara geniş yer ayrılır. 
Qılman  İlkinin, Qabilin, Vaqif Səmədoğlunun, Leyla 
Əliyevanın, Mahir Qabiloğlunun yaradıcılığının, bədii 
düşüncəsinin təhlilinə diqqət yetirilir. 
Kitabda bədii  ədəbiyyatın rolu, “Kitabi-Dədəd Qorqud” 
dastanının dəyəri, “Koroğlu” dastanındakı  bəzi təhriflər 
barədə də məlumat verilir. 
 
 
 
İSBN 978-995-
 
2930-17-7 
 
©B.Xəlilov, 2016
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
3
 
 
Ernest Heminquey:  
roman, povest hekayə 
müəllifliyindən Nobel mükafatına 
 
Ernest Miller He-
minquey 1899-cu ilin 
21 iyulunda Çikaqo ya-
xınlığındakı Ouk – Park 
şəhərciyində doğulmuş-
dur. Onun anası opera 
müğənnisi, atası isə hə-
kim olmuşdur. Ailədə 
altı  uşağın böyüyü Er-
nestin təbiətə böyük marağı  və  həvəsi vardı. Ona görə 
də o, kiçik yaşlarından təbiətdəki bütün ağacları, gülləri, 
heyvanları tanıyırdı  və adlarını bilirdi. Ernest kiçik 
yaşlarından sərrast güllə atmağı da öyrənmişdi. Hətta 
balıq ovuna da marağı böyük idi. O, ovçuluq qabiliyyəti 
sayəsində bəzən gün ərzində 400 dovşan, 2 minə yaxın 
balıq ovlaya bilibdir. O, balıqçılığı özü üçün əyləncə he-
sab edibdir. Onun fikrincə, “Əgər heyvan öldürmək is-
təyin yoxdursa, onu yemək haqqın da yoxdur”. Bir dəfə 
balıq ovu zamanı qarmaqla üzünü yaraladığına görə 
atası onun yarasını tikməli olur. Həm də bununla bir növ 
Ernesti ağrıya,  əzaba dözməyə hazırlayır. Belə ki, 


B U L U D X A N   X Ə L İ L O V  
 
4
balaca Ernestin üzünü qarmaq yaraladığı üçün ağlayır. 
Atası isə onun üstünə  qışqırır ki, ağlama. Ernest isə 
deyir ki, üzünün yarası onu ağrıdır. Atası deyir:  
Nə olsun ki, ağrıdır, sən ağlama. 
– Bəs nə edim? 
– Fit çal, oğlum. Ağrıdan göz yaşlarını saxlaya 
bilməyəndə fit çalmağa başla və  ağrı yox olacaq, başa 
düşdün? 
Bu sözlər Ernestin yaddaşına ömürlük həkk olu-
nur. Onun düşüncəsində və yaddaşında həmişə belə qa-
lır: kişilər ağlamırlar, kişilər yalnız məyus olurlar. 
Ernest Heminquey bir neçə  dəfə özünü intihar 
etmək istəmişdir. Verdiyi müsahibələrin birində deyirdi: 
“Əsl kişi yataqda ölə bilməz. O ya həlak olmalıdır, ya 
da güllə ilə alnına atəş açmalıdır”. 1961-ci ilin iki 
iyulunda o, ov silahı ilə öz alnına atəş açır. Bununla da 
həyatla vidalaşır. 
*** 
Ədəbiyyat üzrə Nobel mükafatçısı Amerika ədə-
biyyatının  şöhrətini bütün dünyaya yayan Ernest 
Heminquey “Qadınlarsız kişilər” (1927), “Əlvida, silah” 
(1929), “Kilimancaro qarları” (1938), “Əcəl zəngi” 
(1940), “Qoca və dəniz” (1952), “Afrikanın yaşıl təpə-
ləri”, “Fırtınadan sonra”, “Qorxulu yay fəsli”, “Məğlub-
edilməz”, “Qatillər”, “Frensis Makomberin uzun sürmə-
yən xoşbəxtliyi” və s. əsərlərinə görə dünya ədəbiy-
yatında əbədi yaşayacaqdır. Ernest Heminqueyin həyatı 
və yaradıcılığı  dəfələrlə yüksəliş  və  tənəzzül dövrünü 
yaşayıbdır. Məsələn, onun həyatında dəfələrlə  təhlükə, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
5
ölümlə üzləşməsi, könüllü olaraq Birinci Dünya mü-
haribəsinə   yollanması, Amerika Qırmızı Xaçının sürü-
cüsü kimi hərbi əməliyyatlarda iştirak etməsi, ayağından 
yaralanması, igidliyinə görə  İtaliyanın iki hərbi medalı 
ilə  təltif olması, müharibə ilə bağlı bir sıra hadisələri
personajları öz gözü ilə görüb yazdığı əsərlərə gətirməsi 
bir daha təsdiq edir ki, o, təhlükəli, ziddiyyətli bir həyat 
yaşamışdır. Onun həyat tərzindəki qəribəliklər, qeyri-
adiliklər yaradıcılığında da görünür, müşahidə olunur. 
1929-cu ildə yazdığı  “Əlvida, silah”  romanında gözü 
ilə gördüyü hadisələri, müşahidə etdiyi hadisələri yaz-
mışdır. Bu, onun ən yaxşı  əsəri kimi ədəbi yaradıcılı-
ğının yüksəlişini, yüksəliş mərhələsini təşkil edir. Ancaq 
bu  əsərdən sonra onun yaradıcılığında tənəzzül dövrü 
başlamışdır. 1930-cu illərdə onun yaradıcılığı  tənəzzül 
dövrünü yaşayan yaradıcılıq kimi xarakterizə olunur. 
Ernest Heminqueyin yaradıcılığında belə yüksəliş  və 
tənəzzül mərhələləri dəfələrlə olmuşdur. 
O, 1927-ci ildə çap etdirdiyi “Kişilərsiz qadınlar” 
(bəzən bu əsərin adı “Qadınlarsız kişilər” kimi də ve-
rilir) kitabında toplanmış hekayələrindən xeyli qonorar 
alır. Bu hekayələr toplusundan ibarət olan kitabını atası-
na göndərir və fikirləşir ki, atası onunla fəxr edəcəkdir. 
Ancaq belə olmur. Atası  bərk  əsəbiləşir. O vaxtdan 
oğlunu danışdırmır. Kitabları isə geri qaytarır. Ona görə 
ki, personajların vulqar dili, baş  qəhrəmanın qoneraya 
xəstəliyindən  əziyyət çəkməsi Heminqueyin atasını 
əsəbiləşdirir. Atası oğluna belə bir məktub yazır: “Mən 
ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəstəlik-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə