B U L U D X A N X Ə L İ L O V
22
uşaqlara on bir yaşından başlayaraq peşə öyrədilir. Əyan
uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam
edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşlı məktəblilər
üçün məktəb rejimi bir qədər yumşaldılır.
Qızlar üçün olan tərbiyə müəssisələrində adlı-sanlı
ailələrin qızları, demək olar ki, oğlanlar kimi tərbiyə
edilirlər. Ancaq xidmətçi kişilər əvəzinə bunları əxlaqlı
dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya
mürəbbiyə, ya da köməkçi onların yanında olur. Dayə-
lərə qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına
nağıllar danışmaq, sarsaq oyunlar çıxarmaq çox ciddi
surətdə qadağan edilir. Bu qaydanı pozmaqda müqəssir
olan dayə, camaat arasında üç dəfə qamçı ilə döyülür,
bir il həbsə alınır, sonra isə həmişəlik ölkənin ən uzaq
bir guşəsinə sürgün edilir. Belə bir tərbiyə sistemi
sayəsində Liliputustanda cavan xanımlar da kişilər kimi
qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və səliqə-
dən başqa hər cür bəzək-düzəyə nifrət edirlər. Mən qız-
larla oğlanların tərbiyəsi arasında heç bir mühüm fərq
görmədim. Yalnız, qızlar üçün bədən tərbiyəsi bir qədər
yüngüldür və fənn kursları çox geniş deyildir; bunun
müqabilində qızlara evdarlıq öyrədirlər; çünki Liliputus-
tanda belə hesab edirlər ki, yüksək siniflərdə də arvad
kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on
iki yaşa, yəni oranın adətinə görə ərə getmək yaşına
çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə
aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vida-
laşması çox az-az hallarda ağlaşmasız keçir.
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
23
Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəs-
sisələrində onlara cürbəcür işlər öyrədirlər. Peşə ilə
məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına
qədər, başqaları isə on bir yaşına qədər qalırlar.
Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində
tərbiyə edirlər. Onlar əkinçiliklə məşğul olduqlarından,
hökumət onların təhsili işinə xüsusi əhəmiyyət vermir.
Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır.
İmperatorluqda dilənçilik deyilən şey yoxdur.
Ancaq ola bilər ki, maraqlanan oxucular mənim
bu ölkədə necə yaşadığımı və nə ilə məşğul olduğumu
bilmək istəyirlər. Axı mən orada doqquz ay on üç gün
qalmışam.
Mən əl işini həmişə xoşlamışam. Odur ki, burada
dülgərlik sənətindəki vərdişlərim mənim xeyli işimə
yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm
üçün xeyli rahat bir stol və stul qayırmışdım.
İki yüz dərzi qadına mənim üçün köynək, yorğan-
döşək və süfrə tikmək əmri verilmişdi. Bunlar ölkədə
olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq
bu kətan bizim ən zərif kiseyimizdən də nazik idi. Buna
görə, dərzi qadınlar parçanın davamlı olması üçün bir
neçə qat parçanı üst-üstə sırımalı olmuşdular. Onların ən
iri kətan parçasının uzunu üç fut, eni üç düymə idi. Mən
yerə uzandım ki, dərzi qadınlar ölçümü götürə bilsinlər.
Bir tikici qadın mənim boğazımın yanında, o birisi isə
dizimin yanında durdu. Onların hərəsi ipin bir ucundan
tutub çəkdilər, üçüncüsü isə bir düymə uzunluğunda
olan xətkeşlə ipin uzunluğunu ölçdü. Sonra onlar mənim
B U L U D X A N X Ə L İ L O V
24
sağ əlimin baş barmağını ölçdülər. Onlara daha heç bir
şey lazım deyildi. Onlar biləyin dairəsinin baş barmağın
dairəsindən iki qat artıq, boyun dairəsinin isə biləyin
dairəsindən ikiqat artıq olduğunu bildiklərindən, mənim
üçün əynimə yaxşı gələn alt paltarı tikdilər. Onlar üçün
nümunə olaraq mən köhnə köynəyimi səliqə ilə yerə
sərmişdim.
Elə həmin vaxtda üç yüz dərziyə mənim üçün
kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə
oturdum. Dərzilər çiynimə nərdivan qoydular, onlardan
biri bu nərdivanla çiynimə çıxıb, boğazlığımdan aşağı
şaquli bir ip salladı, beləliklə, o, koftanın uzunluğunu
təyin etdi. Qollarımı və belimi özüm ölçdüm. Şəhərdə
heç bir elə ev tapılmadı ki, mənim kostyumumun hissə-
lərini orada yerə sərə bilsinlər. Buna görə dərzilər
mənim qaldığım qəsrdə işləməli oldular. Kostyum zahiri
cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan
tikdikləri qurama yorğanlara bənzəyirdi. Ancaq
buradakı parçalar hamısı bir rəngdə idi.
Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz
ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik
və rahat baraklarda yaşayırdılar. Mənə hərəsi iki cür
yeməkdən ibarət, səhər, günorta və axşam yeməyi bişir-
məyə məcbur idilər. Mən iyirmi xidmətçini götürüb
stolun üstünə qoydum, onların yüz nəfər yoldaşı aşağıda
döşəmə üzərində işləyirdi. Bəziləri yemək daşıyır,
bəziləri çiynlərində şərab və sair içki ilə dolu çəlləklər
gətirirdilər. Stol üstündəki xidmətçilər Avropada quyu-
dan su ilə dolu vedrədən çəkdikləri kimi, təkərli qarqa-
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
25
ralarla onları məharətlə stolun üstünə qaldırırdılar.
Onların gətirdikləri hər dolu boşqabı birdəfəyə ağzıma
boşaldır, hər şərab çəlləyini bir uduma içirdim. Burada-
kı qoyun əti bizimkindən dadsızdır. Amma mal əti çox
ləzzətlidir. Bir dəfə mənə elə bir qabırğa rast gəldi ki,
onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir
hal idi. Bizdə torağayları yedikləri kimi, mal ətini sü-
mükqarışıq yediyimə baxan xidmətçilər heyrət edirdilər.
Bunların qaz və hinduşkalarını mən adətən birdəfəyə
ağzıma qoyub yeyirdim. Düzünü söyləmək lazımdır ki,
buranın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşla-
rın iyirmisini-otuzunu birdəfəyə bıçağın ucuna keçirib
yeyirdim”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı,
“Öndər nəşriyyat”, 2004, s.77-81) Conatan Svift liliput-
lar ölkəsinin simasında elə məsələlərdən bəhs edir ki,
həmin məsələlər bütün cəmiyyətlərdə və dövrlərdə
mövcuddur.
Conatan Svift liliputlar ölkəsində ölülərin dəfni ilə
bağlı yazır: “Liliputlar ölülərini qəbrə başıaşağı qoyub,
dəfn edirlər. Onlar inanırlar ki, ölülər on bir min aydan
sonra diriləcəklər. O vaxta qədər isə yer (liliputlar yerin
yastı olduğunu güman edirdilər) başı aşağı çevriləcək,
ölülər də dirildikdə, düz ayaq üstə durmuş olacaqlar.
Alimlər bu etiqadın mənasız oduğunu təsdiq edirlər.
Ancaq qara camaat arasında bu adət indiyə qədər də
davam edir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı,
“Öndər nəşriyyat”, 2004, s.74)
Conatan Svift liliputlar ölkəsində dilşünaslıq
məktəbinə və riyaziyyat məktəbinə getdiyi və orada mü-
Dostları ilə paylaş: |