B U L U D X A N X Ə L İ L O V
56
kor olduğu üçün belə düşünür. Bunu Birinci kordoğula-
nın bu sözləri də təsdiq edir: “Sığınacağın divarlarının o
üzündə baxmalı heç nə yoxdur”. Hətta kordoğulanlar hə-
yatda harada olmalarından asılı olmayaraq həyatı mağa-
raya bənzədirlər. Məsələn, Birinci kordoğulan deyir: “Elə
səslər gəlir, elə bil, mağaradayıq”. Ancaq gecəni, gündü-
zü, mağaranı... vaxtilə görmüş Ən qoca kor deyir: “Mən-
cə, indi axşam olduğuna görə belə səslər gəlir”. Vaxtilə
ulduzu, ayı, günəşi görmüş Gənc kor qadının “Mənə elə
gəlir ki, əllərimdə ayın işığını hiss edirəm” fikri, Ən qoca
korun “Deyəsən, ulduzlar çıxdı. Mən onları hiss edirəm”
fikri bir daha təsdiq edir ki, anadan kor doğulanların his-
siyyatı ilə, sonradan kor olanların hissiyyatı bir-birindən
fərqlənir. Təsadüfi deyil ki, Birinci kordoğulan deyir:
“Mən heç vaxt ulduzları hiss etməmişəm”. Yaxud Birinci
kordoğulan kor hissiyyatlı doğulduğu üçün “Bu nə səsdir,
başa düşmürəm. Mən geriyə, sığınacağa qayıtmaq istəyi-
rəm” deyir. Kordoğulan üçün dünya başdan-başa kordur,
həyat kordur, sığınacağın özü kordur. Məsələn, Birinci
kordoğulan görün nə deyir: “Biz heç sığınacaqdan çıxma-
rıq. Mən heç çıxmamağı üstün tuturam”. Yaxud Üçüncü
kordoğulan nə deyir: “O, niyə bizi günəşə çıxarır? Bizlər-
dən kim günəşi görür ki? Mən günorta, yaxud gecəyarısı
gəzdiyimi heç vaxt kəsdirə bilmirəm”. Ancaq kordoğu-
lanlardan fərqli olaraq sonradan kor olanlar görün nə
deyirlər. Məsələn, Ən qoca kor: “Mən günəşi görmüşəm,
lap gənc vaxtlarımda”. Yaxud Ən qoca kor qadın: “Mən
də uzun illər bundan qabaq, onda lap uşaq idim, güclə xa-
tırlayıram”. Altıncı kor: “Mən günorta gəzməyi xoşla-
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
57
yıram. Bu vaxt gözümə parlaq işıq görünür və mənə elə
gəlir ki, gözlərim indicə açılacaq”.
Beləliklə, anadan kordoğulanlar heç sığınacaqdan
çıxmaq istəmirlər. Ancaq sonradan kor olanlar sığına-
caqdan çıxmağı, həyatın vaxtilə gördükləri rəngini yeni-
dən görməyi istəyirlər. Vaxtilə görənlər, yəni sonradan
kor olanlar hissiyyatlarının köməyi ilə gördükləri
yerlərdən keçəndə hər şeyi yada sala bilirlər. Məsələn,
Altıncı korun dedikləri fikrimizi təsdiq edir: “Mən hara-
da olduğumuzu anlamağa başlayıram... Sığınacaq böyük
bir çayın sahilindədir; biz köhnə körpüdən keçdik. Bu
yol bizi adanın şimal hissəsinə gətirib çıxardı. Biz çayın
yaxınlığındayıq, diqqətlə qulaq assaq, bəlkə də, onu
eşidə bilərik. O gəlib çıxmasa, oraya getmək lazımdır...
Oradan gecə-gündüz gəmilər keçir, matroslar bizi görər-
lər. Bəlkə də, biz mayakın olduğu meşədəyik, ancaq
mən buradan necə çıxmaq lazım olduğunu bilmirəm...”
“Korlar” pyesindəki fəlsəfi məqamlardan biri də
korların heç birinin bir-birini görməməsidir. Artıq bu
cəhətdən anadan kordoğulanlarla sonradan kor olanlar
arasında heç bir fərq yoxdur. Onların hamısı kordur.
Onlar bir-birini görə bilmirlər. Bir-birinin gözəlliyinə
qiymət verə bilmirlər. Axı onlar kordur. Məsələn,
Altıncı kor qadın Gənc kor qadına deyir: “Deyirlər, sən
uzaq ölkələrdəki qadınlar kimi çox gözəlsən”. Gənc kor
qadın isə cavab verir: “Mən özümü heç vaxt
görməmişəm”.
11.01.2016
B U L U D X A N X Ə L İ L O V
58
Moris Meterlinkin “Korlar” pyesi:
İnsan sığınacaqlardan qaçmağa
tələsir... – II Yazı
Pyesdəki məqamlardan
biri də “gözlərin əllərdən çox
bilməsidir”. Yəni gözlər təkcə
görmür, həm də bilir. Bu məna-
da Ən qoca kor deyir: “Bizim
hamımız bir-birimizi heç vaxt
görməmişik. Bir-birimizə sual
verib, cavab alırıq; bir yerdə
yaşayırıq, həmişə vaxtımızı bir
yerdə keçiririk, amma kim ol-
duğumuzu bilmirik!.. Boş yerə əllərimizlə bir-birimizə
toxunuruq – istənilən halda gözlər əllərdən çox bilir...”
Pyesdə “Görmək nədir və nəyə lazımdır?” sualına
da cavab var. Birincisi, görmək olmasa, işıq da lazım
deyil. Məsələn, Birinci kordoğulan deyir: “Görməyən
adamlara işıq lazım da deyil”. İkincisi, görmək olmasa,
insanlar, heyvanlar yolu azarlar, itirərlər. Məsələn, Al-
tıncı kor deyir: “Mən sığınacağın yaxınlığında qoyun
otararkən qoyunlar qüllədəki işığı görüncə özləri evə
dönürlər...Onlar bir dəfə də olsun yolu azmayıblar”.
Üçüncüsü, görmək olmasa, sevmək olmaz. Məsələn, Ən
qoca kor deyir: “Biz artıq uzun illərdir bir yerdə yaşayı-
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
59
rıq və bir-birimizi heç vaxt görməmişik! Düşünmək olar
ki, bizim hər birimiz tənha ömür sürürük!.. Sevmək
üçün görmək lazımdır”.
Pyesdə “Bəs görəsən korlar nə vaxt görür?”
sualına da cavab axtarılır. Məsələn, Ən qoca kor deyir:
“Mən yalnız yatanda görürəm”. Birinci kordoğulan
deyir: “Mən yuxuları yalnız gecəyarısında görürəm...”
“Korlar” pyesində düşündürücü suallardan biri də
korun, karın, yaxud da digər əlillərin hansının daha çox
bədbəxt olması məsələsidir. Məsələn, Üçüncü kor-
doğulan ağır eşidən Beşinci kor barədə deyir: “Sözün
açığı, korlar çox bədbəxtdirlər”.
“Korlar” pyesində düşündürücü bir məqam da var.
Bu da odur ki, korlarda qorxu hissi, ümumiyyətlə
qorxmaq varmı? Məsələn, Ən qoca kor qadın Dəli kor
qadın barədə deyir: “O, uşaq doğandan bəri danışmır...
Elə bil, hər şeydən qorxur...” Ən qoca kor isə deyir:
“Bəs siz qorxmursunuzmu?” Bu zaman Birinci kordo-
ğulan soruşur: “Kim?” Ən qoca kor deyir: “Siz hamı-
nız!” Bu söhbət zamanı Ən qoca kor qadın deyir: “Hə,
hə, biz qorxuruq!” Gənc kor qadın isə məsələyə belə
müdaxilə edir: “Biz çoxdan qorxmağa başlamışıq!”
“Korlar” pyesinin əsas ideyası yenə də düşündü-
rür. Düşündürür ki, hansı korlar sığınacaqdan qaçmağa
tələsir, hansı korlar sığınacağa tələsir. Hər halda sığına-
caqdan qaçmağa tələsən korlar vaxtilə görən korlardır.
Onlar sonra kor olmuşlar. Ancaq sığınacağa tələsən
korlar isə anadangəlmə korlardır. Onlar anadangəlmə
kor olduqları üçün sığınacaqda qalmağı hər şeydən
Dostları ilə paylaş: |