Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

50
 
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASININ XAR C   QT SAD  
S YASƏT STRATEG YASININ FORMALAŞMASINA TƏS R GÖSTƏRƏ
FAKTORLAR VƏ DÜNYA TƏSƏRRÜFATINA  NTEQRAS YANIN 
TENDENS YALARI 
 
2.1. Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşmasında 
mövcud xarici iqtisadi əlaqələrin rolu 
Müasir  dövrün  başlıca  qanunauyğunluqlarından  biri  dünya  ölkələrinin  
inkişafının günü-gündən tamlaşan və özü-özünə inkişaf edən sistem kimi formalaşan  
dünya  iqtisadiyyatından  asılılığının  artmasıdır.  Bu  proses  ictimai  istehsalın 
inkişafının  daha  yüksək  səviyyəsi  olan  çox  tərəfli  və  mürəkkəb  iqtisadi 
münasibətlərdən  ibarət  olan  dünya  iqtisadiyatının  yaranmasına  gətirib  çıxarmışdır. 
Dünya  iqtisadiyatının  inkişafında  iştirak  edən  ölkələr  bu  prosesdə  təbii  olaraq 
müxtəlif  rollar  yerinə  yetirməklə  yanaşı,  eyni  zamanda  müxtəlif  vəzifələri  həll 
edirlər.  Qeyd  etmək  lazımdır  ki,  bu  ölkələrin  hər  birinin  ən  başlıca  məqsədi 
bəşəriyyətin  malik  olduğu  məcmu  iqtisadi  potensialdan  maksimum  üstün  istifadə 
etməkdir.  Bununla  yanaşı  hər  bir  ölkənin  beynəlxalq  əhəmiyyəti  o  ölkənin  iqtisadi 
potensialı, dünya əmtəə və xidmətlər istehsalında rolu, texnologiyasının, maliyyəsinin 
dünya iqtisadi sistemində payı ilə müəyyənləşir. 
Dünyada 
iqtisadi 
proseslərin 
getdikcə 
daha 
yüksək 
səviyyədə 
beynəlmiləlləşməsi  və  iqtisadi  inteqrasiyanın  daha  da  artdığı  müasir  şəraitdə  bu 
proseslərin məzmununu təşkil edən beynəlxalq iqtisadi münasibətlərin araşdırılması, 
onun inkişaf meyllərinin müəyənləşdirilməsi hər bir ölkə üçün mühüm aktuallıq kəsb 
etdiyini  nəzərə  alsaq,  yeni  müstəqillik  əldə  etmiş  və  dünya  təsərrüfatına  inteqrasiya 
olunmaq  xətti  götürmüş  Azərbaycan  Respublikası  üşün  xüsusilə  aktual  olduğunu 
qeyd etməliyik.  
Beynəlxalq  iqtisadi  münasibətlər  beynəlxalq  əmək  bölgüsünə  əsaslanan 
müxtəlif  dünya  ölkələrinin  milli  iqtisadiyyatları  arasında  yaranan  elmi-texniki, 
istehsal, ticarət, maliyyə-valyuta, pul-kredit və informasiya münasibətlərindən ibarət 
olan  müxtəlif  təsərrüfatçılıq  münasibətləri  sistemi  kimi  özünü  göstərir.  Beynəlxalq 


51
 
iqtisadi münasibətlər təsərrüfatçılıq həyatının inkişafının ümumi qanunauyğunluqları 
ə
sasında inkişaf etsə də, özünə məxsus əsaslı xüsusiyyətlərə malikdir: 
-  təsərrüfatçılıq  münasibətləri  milli  sərhədlər  çərçivəsindən  kənara  çıxır  və 
daha geniş əraziləri əhatə edir; 
- tərkibinə və həcminə görə yeni əlavə ehtiyatlar iqtisadi dövriyyəyə cəlb edilir; 
- beynəlxalq miqyasda ayrı-ayrı ölkələr tərəfindən xaricə istehsal amillərinin və 
onların nəticələrinin yerləşdirilməsi baş verir; 
-  belə  dünya  təsərrüfatçılıq  əlaqələrini  təmin  edən  xüsusi  (maliyyə,  valyuta, 
gömrük və s.) alətlər və mexanizmlər fəaliyyət göstərir; 
 -  yaradılan  beynəlxalq  və  milli  xüsusi  təşkilati  strukturların  iştirakı  və 
köməkliyi ilə bu ölkələr arasında iqtisadi əlaqələr həyata keçirilir və tənzimlənir.  
Belilklə,  müasir  şəraitdə  hər  hansı  ölkə  ümumbəşəri  nailiyyətlərə  əsaslanaraq 
özünün  milli  iqtisadiyyatını  sürətlə  inkişaf  etdirmək,  ölkə  əhalisinin  maddi  rifah 
halını  yüksəltmək  istəyirsə,  onda  beynəlxalq  iqtisadi  münasibətlərin  iştirakçısına 
çevrilməli  və  xalqın  milli  mənafelərini  daha  yüksək  səviyyədə  əks  etdirən  mövqe 
tutmalıdır.  Bu  məqsədə  nail  olunması  isə  beynəlxalq  itisadi  münasibətlərin  daha 
dərindən və inkişafda öyrənilməsini tələb edir.
54
 
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici 
iqtisadi  siyasətinin  mühüm  istiqamətlərindən  birini  beynəlxalq  maliyyə-kredit  və 
iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər 
iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o 
cümlədən  1992-ci  ildə  Beynəlxalq  Valyuta  Fonduna,  Dünya  Bankına,  Avropa 
Yenidənqurma və  nkişaf Bankına,  slam  nkişaf Bankına, 1999-cu ildə Asiya  nkişaf 
Bankına üzv qəbul edilmişdir. 
1920-ci ildə ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr SSR -
nin  dövlət  inhisarı  altında  cəmləşmişdi.  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin 
Moskva  tərəfindən  müəyyən  olunduğu  bir  şəraitdə  respublikada  bu  sahənin  idarə 
olunması üçün hər hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri 
şə
rti olaraq SSR -nin tərkibində baş verirdi. 1991-ci ildə Azərbaycan iqtisadiyyatının 
                                                            
54
 Kərimov Ə.  ., Kərimov C. Ə., “Beynəlxalq iqtisadi münasibətlər”, Bakı, 2006 


52
 
sahələri  üzrə  məhsul  göndərilməsi  (daxili  qiymətlərlə)  cəmi  –  12,2  mln.  rubul 
olmuşdursa,  ondan  xaricə  ixracat  cəmi  744  min  manat  idi.  Azərbaycanın  xarici 
iqtisadi əlaqələri SSR -nin tərkibində mübadilə əlaqələrindən 16,7 dəfə az idi. Qeyd 
olunan bu əlaqələr də Moskva inhisarı altında həyata keçirilirdi. Texnologiyanın, işçi 
qüvvəsinin hərəkəti isə daha çox qapalı və birtərəfli xarakter daşıyırdı. 
Siyasi istiqlaliyyət əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsas 
məsələlərindən  biri  xarici  iqtisadi  əlaqələrin  düzgün  istiqamətdə  qurulması  zərurəti 
olmuşdur.  Azərbaycan  hazırda  dünyanın  84  ölkəsi  ilə  qarşılıqlı  iqtisadi-ticarət 
ə
laqələrinə  malikdir.  Ölkənin  iqtisadi  potensialı,  xammal  və  mineral  ehtiyatlarla 
zənginliyi,  təbii  şəraiti  və  əlverişli  iqtisadi-coğrafi  mövqeyi  əməkdaşlıq  imkanlarını 
artırır. 
Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur 
və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin 
beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir. 
Xarici  ölkələrlə  iqtisadi  əməkdaşlıq  Azərbaycanın  milli  iqtisadiyyatının 
çoxşaxəli  inkişafını  təmin  etmək  üçün  böyük  üstünlüklər  verir.  Məhz  buna  görə 
Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı 
iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.
55
 
Azərbaycan  dövləti  son  illər  ayrı-ayrı  ölkələrlə  ikitərəfli  əlaqələrin  inkişafına 
xüsusi  əhəmiyyət  verir.  Artıq  bu  sahədə  müsbət  nəticələr  əldə  edilmiş,  qarşılıqlı 
faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir. 
Prezident  lham  Əliyevin  xarici  dövlətlərə  səfərləri,  eləcə  də  Azərbaycanın  və 
tərəfdaş  ölkələrin  müxtəlif  səviyyəli  nümayəndə  heyətlərinin  qarşılıqlı  görüşləri 
hazırda  bu  işə  güclü  təkan  vermişdir.  Elə  bunun  nəticəsidir  ki,  Azərbaycanın 
beynəlxalq  əlaqələrinin  coğrafiyası  ildən-ilə  genişlənir.  Ölkəmizin  ikitərəfli 
ə
məkdaşlıqda  qonşu  dövlətlərlə  əlaqələri  mühüm  əhəmiyyət  daşıyır.  Azərbaycan 
dövlət  müstəqilliyini  bərpa  edəndən  rəsmi  Bakı  bu  məqama  xüsusi  diqqət  yetirmiş, 
mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməmişdir. 
                                                            
55
 Ayxan  Nəsibli,  “Tədqiqat:  Azərbaycanda  ticarət  dinamikası  və  ticarət  məhdudiyyətlərinin  adambaşına  düşən 
xərcləri”, Azad Düşüncələr Assosiasiyası, Bakı, 2011 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə