13
Ssuda kapitalı bazarı – ssuda kapitalının dövriyyəsinin təmin edilməsi
prosesində yaranan münasibətləri , yaxud da dövriyyənin təşkili formasını ifadə
edir.Məlumdur ki,ssuda kapitalı qaytarılmaq,dəyəri ödənilməklə müəyyən
müddətə verilən pul vəsaitlərinin məcmusudur.Ssuda kapitalının yaranma
mənbələri ilk növbədə müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə
ehtiyyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar sərbəst maliyyə ehtiyatlarını gəlir
ə
ldə etmək şərtilə faiz almaqla müxtəlif kredit təşkilatlarına yerləşdirirlər. Bundan
ə
lavə müəssisələrin banklarda olan hesablarına vəsaitlərin daxil olması və
ödənilməsi müddətinin üst-üstə düşməməsi bu vəsaitləri kredit resursu kimi
istifadə etməyə imkan verir.Ssuda kapitalı bazarının iştirakçıları aşağıdakılardır.
1.Müəssisələrin sərbəst pul vəsaitlərini toplayan və onları ssuda kapitalı olaraq
yerləşdirən kredit idarələri.
2.Sərbəst pul vəsaitlərinə ( maliyyə ehtiyyatlarına) malik olan investorlar.
3.Müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar,vətəndaşlar və
həmçinin dövlət orqanları.
Burada vasitəçilərin rolu böyük deyildir,çünki iştirakçılar bir-birilə birbaşa əlaqəyə
girirlər.
Ssuda
kapitalı
bazarının
müəssisələrin
maliyyə
ehtiyyatlarının
formalaşmasında rolu ikilidir.Belə ki,ilk növbədə sərbəst maliyyə ehtiyyatlarına
malik olan müəssisə bu vəsaitləri bank və digər kredit idarələrində yerləşdirməklə
və ya onlara borc verməklə faiz şəklində gəlir əldə edir.Digər tərəfdən bu vəsaitləri
cəlb edən kredit idarələri bu vəsaitlərə ehtiyyacı olanlara “satmaqla”onların
ehtiyyatlarını artırır.
Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını,təşkilatın
nizmnamə kapitalında payını,mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq
bu təşkilatın idarə edilməsində iştirak etməsi hüququnu təsdiq edən
sertifikatlardır.Mülkiyyətə sahib olmaq məsələsi isə qanunvericilik aktı ilə və
habelə təşkilatın təsis sənədləri ilə müəyyən edilir.Pul vəsaitləri bazarı dövriyyədə
olan nəğd pul və onların funksiyalarını yerinə yetirən digər qısa müddətli tədiyyə
14
vəsaitləri (veksellər,çeklər və s.) təmsil olur.Çox hallarda pul bazarının tərkibinə
valyuta və banklararası bazarlar daxil edilir.
qtisadi subyektlərin fəaliyyətində onların cari likvidliyini təmin etmək üçün
pul vəsaitləri bazarı əhəmiyyətli rol oynayır.Bu bazar eyni zamanda pul bazarı
adlanır və öz növbəsində bir neçə seqmentə malikdir.
Pul vəsaitləri bazarının əsas seqmentləri aşağıdakılardır.
1.Diskont bazarı
2.Avrovalyuta bazarı
3.Banklararası kreditlər bazarı
4.Depozit sertifikatları bazarı
Hər şeydən əvvəl bazarın ümumiləşdirilmiş xarakteristikası kimi diskont bazarı
haqqında fikir söyləmək lazımdır ki,burada veksel alınıb satılır.Onun əhəmiyyəti
pulların müntəzəm axınını təmin etməkdən ibarətdir.Diskont bazarının operatoru
mərkəzi bank və kommersiya banklarıdır.
Pul bazarının əhəmiyyətli seqmenti banklararası kreditlər bazarıdır ki, burada
kommersiya bankları bir-birlərini kreditləşdirirlər. Banklararası kreditlər
kommersiya banklarının mərkəzi bankda ehtiyyat hesabında qanunla müəyyən
edilmiş icbari ehtiyyatların həcmindən artıq olan vəsaitin satışı formasında təqdim
edilir.
“REPO” sazişi qiymətli kağızları geri almaq şərtilə satışını ifadə edir.Bu
kimi sazişi həyata keçirmək üçün zəruri olan şərt inkişaf etmiş dövlət qiymətli
kağızlar bazarının mövcudluğu və qiymətli kağızların inkişaf etmiş sənədsiz
dövriyyəsi sistemi,yəni,depozitar formasının mövcudluğudur.
“REPO” sazişi həyata keçirilən zaman ,qiymətli kağızları satan tərəf pul vəsaiti
ə
ldə edir ki,bu da müxtəlif məqsədlər üçün: likvid vəsaitin çatışmzamazlığının
tamamlanması,maliyyə bazarının başqa seqmentində aktiv əməliyyat həyata
keçirmək üçün istifadə edilə bilər.Saziş müddəti başa çatdıqda qiymətli kağızların
satış qiymətindən daha yüksək qiymətlə geri alışı həyata keçirilməlidir.Bu
15
qiymətlər arasındakı fərq pul vəsaitindən istifadəyə görə faiz ödənişini ifadə
edir.Alış təsbit edilmiş tarixdə və ya bir neçə müddət ərzində həyata keçirilməlidir.
Avrovalyuta bazarı – pul bazarının bir hissəsini əhatə edir ki,burada
avrovalyutada nominasiya edilmiş qısamüddətli maliyyə alətləri ilə ticarət həyata
keçirilir.Avrovalyuta – Avropa bankları tərəfindən başqa ölkənin banklarında
həmin ölkənin milli valyutasında yerləşdirilən pul vəsaitidir.Avrovalyuta – emitent
ölkələrdən
kənarda
hərəkət
edən
valyutaları
ifadə
edən
ümümi
anlayışdır.O,beynəlxalq bazarlarda kredit,depozit və digər əməliyyatlarda geniş
istifadə olunur.Bu valyutalara ilk növbədə ABŞ dollar, ngilis funt sterlinqi,avro və
hamı tərəfindən qəbul edilmiş digər valyutalar aiddir.
Avrovalyuta bazarında tədavül edilən alətlərə misal olaraq ayrı-ayrı ölkələrin
bank sindikatları tərəfindən avrovalyutanın biri ilə 3 aydan 6 ay müddətədək
sindikatlaşdırılmış kredit ola bilər.Avropa valyutasının nominasiya edilmiş
maliyyə alətləri,məsələn,avroistiqraz kapital bazarına aiddir.Inkişaf etmiş
ölkələrdə depozit sertifikatları bazarı da mövcutdur.Depozit sertifikatları banklarda
iri həcmli müddətli əmanətlər haqqında şəhadətnaməni ifadə edir və qiymətli kağız
hesab edilir.Depozit sertifikatlarının tədavül müddəti bir qayda olaraq bir ildən
artıq deyildir və deməli bunlara pul bazarının kağızları kimi baxmaq olar.Maliyyə
bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır.Maliyyə bazarına çox vaxt
qiymətli kağızlar bazarı kimi də baxılır.Mliyyə bazarının qeyd etdiyimiz bütün
subyektləri bu bazarın iştirakçılarıdır.Ssuda kapitalı bazarından fərqli olaraq
burada vasitəçilərin rolu böyükdür.Qiymətli kağızlar bazarının adından da
göründüyü kimi ,maliyyə ehtiyyatlarının cəlb edilməsində əsas vasitəçi qiymətli
kağızlardır.Qiymətli kağızlar borc öhdəliyini və ya əmlak hüququnu təsdiq edən,
sahibinə divident və ya faiz şəklində gəlir götürməsinə əsas verən hüquqi sənətdir.
Dünyada qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından
biridir.Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf
etmiş bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz.Qiymətli kağızlar
bazarı pul vəsaitlərinə olan tələblə təklifin qarşılıqlı münasibətlərindən ibarətdir.
Dostları ilə paylaş: |