25
olur.Bu funksiya vasitəsilə kapitalın qorunub saxlanılması və artırılması təmin
edilir.
tənzimlənmə funksiyası isə cəmiyyətdə cərəyan edən müxtəlif proseslərin
konkret fond əməliyyatları vasitəsilə tənzimlənməsi ilə bağlıdır.Məsələn,qiymətli
kağızlarla əməliyyatların keçirilməsi vasitəsilə tədavüldəki pul kütləsinin həcmi
tənzimlənir.Bu,tənzimlənmə
funksiyasının
makroiqtisadi
tərəfidir.Eyni
zamanda,göstərilən funksiyanın mikroiqtisadi tərəfi də mövcutdur,yəni fond bazarı
ticarət qaydalarını,istirakçılar arasında münasibətlərin çözülməsi qaydalarını
yaradır,nəzarət və idarəetmə orqanlarını müəyyənləşdirir və s.
uçot funksiyası.Bu funksiya bazarda tədavül edən bütün növ qiymətli
kağızların xususi siyahılarda,yəni reysterlərdə məcburi qeydiyyatında,qiymətli
kağızlar
bazarı
iştirakçılarının
qeydiyyatında,həmçinin
alqı-
satqı,girov,trast,konvertasiya
və
s.
müqavilələrlə
rəsmləşdirilmiş
fond
ə
məliyyatlarının qeydiyyatında təzahür edir.
uçot funksiyasından qiymətli kağızlar bazarının informasiya funksiyası irəli
gəlir,yəni bazar ticarət obyektləri və subyektləri haqqında informasiyanı yaradır və
iştirakçılara çatdırır.
nəzarət funksiyası.Bu,bazar iştirakçıları tərəfindən qanunvericiliyə əməl
olunmasını nəzarətin həyata keçirilməsini nəzərdə tutur.
tələblə təklifin tarazlaşdırılması funksiyası.Bu fond bazarında qiymətli
kağızlarla əməliyyatlar vasitəsilə tələblə təklifin arasında tarazlığın təmin olunması
deməkdir.Bununla da bazar qiymətlərinin formalaşması,onların dinamikası üçün
şə
rait yaranır.
həvəsləndirmə funksiyası.Bu funksiyanın mahiyyəti hüquqi və fiziki səxsləri
qiymətli kağızlar bazarının iştirakçısı olmağa sövq etməkdən (məsələn,müəssisənin
idarə olunmasında iştirak hüququ,gəlir əldə etmək hüququ,kapitalın yığılması
imkanı yaxud əmlaka sahib olmaq hüququnu verməklə) ibarətdir.
26
kommersiya funksiyası.Hər bir digər bazarda olduğu kimi,qiymətli kağızlar
bazarı da əməliyyatların keçirilməsindən mənfəətin əldə olunması və onun
maksimumlaşdırılması üçün şərait yaradır.
Ilk üç funksiyanı qiymətli kağızlar bazarının spesifik,özünəməxsus
funksiyalarına aid etmək olar.Qalanları isə ümumbazar funksiyaları kimi
səciyyələndirmək olar.Qiymətli kağızlar bazarının köməkçi funksiyaları da
mövcuddur.Bunlar qiymətli kağızların özəlləşmədə, antiböhran idarəetməsində,
iqtisadiyyatın restrukturizasyasında, pul tədavülünün sabitləşdirilməsində,
antiinfiliyasiya siyasətində tətbiqi ilə əlaqədardır.
Deməli,qiymətli kağızlar bazarı bazar tənzimlənməsinin çox mühüm aləti
kimi böyük rol oynayır.Səmərəli fəaliyyət göstərən qiymətli kağızlar bazarı
investisiya resurslarının yenidən bölgüsünə yardım etməklə,resursların ən gəlirli və
perspektivli sahələrdə cəmləşməsini təmin etməklə və eyni zamanda maliyyə
resurslarının inkişaf perspektivləri dəqiq müəyyən edilməmiş sahələrdən
yayındırılmaqla vacib makroiqtisadi funksiyanı yerinə yetirir.Beləliklə,yığımların
investisiyalara keçməsi nin mümkün ola bilən maliyyə kanallarından biri kimi çıxış
edir.Eyni zamanda qiymətli kağızlar bazarı investorlara əmanətlərini qoruyub
saxlamaq və artırmaq imkanı yaradır.
Əsasən qiymətli kağızlar bazarı mürəkkəb əməliyyat texnologiyasına malik
mühüm bir təşkilati-hüquqi sistemdir. Bu bazarın strukturu aşağıdakılardan
ibarətdir:
1)
Ticarətin predmeti: qiymətli kağızlar və onların törəmələri.
2)
Professional iştirakçılar.
3)
Tənzimləmə sistemi.
Qiymətli kağızlar bazarının tərkib hissələri müxtəlif cür qruplaşdırılaraq
təsnifatlaşdırılır. Bazarın tərkib hissəsinin əsasını bazarda aparılan ticarət üsulları
təyin edir. lk növbədə qiymətli kağızlar bazarı coğrafi əlamətlərinə görə milli,
regional və beynəlxalq bazarlara bölmək olar. Fond bazarını qiymətli kağızların
növlərinə görə təsnifləşdirmək olar: səhm bazarı, istiqraz bazarı, törəmə qiymətli
27
kağızlar bazarı və s. Bu bazarın strukturunda əsasən 5 növ (sxem №3)
müxtəliflik fərqləndirilir:
a)
lkin və təkrar(ikinci) bazar. lkin bazarda qiymətli kağızlar öz qəbul
qaydaları və tələbləri ilə ilk dəfə satışa çıxarılır,realizə olunma prosesinin ilk
mərhələsində ilk dəfə olaraq alıcılar tərəfindən alınır. Burada korporasiyalar,
mərkəzi hökumət və bələdiyyələr tərəfindən buraxılan qiymətli kağızların ilkin
yerləşdirilməsi baş verir. Bazarda yeni buraxılan qiymətli kağızların bazar qiyməti
müəyyən edilir,investisiya riski qiymətləndirilir,buraxılışın dövlət qeydiyyatı və
buraxılışın nəticələrinin qeydiyyatı və onların saxlanılması baş verir. lkin bazarın
funksiyaları aşağıdakılardır:
1.
qiymətli kağızların buraxılışının təşkili;
2.
onların yerləşdirilməsi;
3.
qiymətli kağızların uçotunun aparılması;
4.
tələblə təklif arasında tarazlığın təmin olunması.
Təkrar bazarda isə əvvəllər buraxılmış qiymətli kağızlar dövriyyədə olur,
qiymətli kağızın təyin edilmiş bütün dövriyyə müddəti ərzində bu kağəzlar alqı-
satqı və ya digər köçürmə fomalarında öz sahibini dəyişir.Bu bazarın məqsədi
qiymətli kağızlarla onların ilkin yerləşdirilməsindən sonra alqı-satqı və digər
ə
məliyyatların keçirilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Təkrar bazarın
funksıyası pərakəndə alqı-satqı səviyyəsində satıcı və alıcıların
görüşdürülməsi (ilkin yerləşdirmə zamanı bu proses topdansatış səviyyədə baş
verir) və müəyyən qiymət səviyyəsində tələb və təklifin tarazlaşdırılmasından
ibarətdir. Bu bazarın əsas vəzifəsi kapitalın ən səmərəli istehsal sahələrinin
xeyirinə yenidən bölüşdürülməsi və təsərrüfat subyektlərinin inkişafı
məqsədlərindən ötrü investisiyaların cəlb olunmasıdır. kinci bazarı daxilində
aşağıdakı 4 səviyyəni fərqləndirirlər:
birinci səviyyə fond birjasıdır. Burada birjada qeydiyyatdan keçmiş və
qiymətləndirilməyə buraxılmış qiymətli kağızlarla ədqlər baş verir;
Dostları ilə paylaş: |