Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   2   3   4   5   6   7   8   9   ...   35


 
 
 
vəsaitlərinin  sahiblərindən  ehtiyacı  olanlara  doğru  yönəldilməsidə  vasitəçi  rolunu 
oynayır. 
    
Bütovlükdə  iqtisadiyyatın  inkişafında  maliyyə  bazarının  əhəmiyyəti 
böyükdür.Maliyyə  bazarının  rolu  onun  yerinə  yetirdiyi  funksiyalarla  müəyyən 
edilir.Muasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir. 
 
pul  vəsaitlərini  bir  mülkiyyətcidən  digərinə  yəni  pula  ehtiyacı  olanlara 
hərəkətini  təmin  etmək.Bu  özünü  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  və  qiymətli 
kağızların  alqı-satqısı,maliyyə  ehtiyatlarının  bölgüsü  ilə  əlaqədar    iqtisadi 
münasibətləri  ifadə  edir.Hazırda  dünya  miqyasında  maliyyə  vəsaitlərinin  böyük 
hissəsi maliyyə bazarı bazarı vasitəsilə bölüşdürülür. 
 
bazarda  alıcı  ilə  satıcının  birbaşa  görüşməsi  zamanı  satışa  çıxarılan 
aktivlərin  real  bazar  qiymətləri  müəyyən  olunur.Burada  həmçinin  aktivlərin  geri 
ödənilməsi səviyyəsi,onun müddətləri müəyyənləşdirilir. 
 
maliyyə  bazarı  investorlar  üçün  pulların  ən  səmərəli  istiqamətlərə 
yerləşdirmək  üçün  yer,imkan  və  şərait  yaradır.Bu  vaxt  nəinki  ölkə,hətta  bütün 
dünya üzrə seçmə imkanı yaranır.Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə 
mənbəyi tapmağa imkan verir. 
 
maliyyə  bazarının  başlıca  funksiyalarından  biri  də  maliyyə  ehtiyatlarının 
köçürmə 
xərclərinin 
(araşdırma 
və 
informasiya 
xərcləri) 
minimuma 
endirilməsindən ibarətdir. 
     
Maliyyə  resurslarının  ilkin  satıcılar  və  həm  də  son  istehsalçıları  üç  qrupa 
bölünür:təsərrüfatçı  subyektlər  (müəssisələr  və  təşkilatlar)  ,fiziki  şəxslər    və 
dövlət.Maliyyə  resurslarının  alqı-satqısı  iki  yolla:maliyyə  vasitəşilərinin  köməyi 
olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırmaq və bir və ya bir neçə 
vasitəçilərin köməyi ilə həyata keçirilir. 
    
lk olaraq maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsini həyata 
keçirən  kredit  təşkilatları,qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları,qeyri-
dövlət  pensiya  fondları,investesiya  fondları,siğorta  kompaniyaları  çıxış 
edir.Vəsaitlərin  cəlb  edilməsi  əlamətlərinə  görə  maliyyə  bazarlarının  strukturuna 



 
 
 
daxildir:borc  və  kredit  bazarları,qiymətli  kağızlar  bazarları,lizinq  və  faktorink 
bazarları,siğorta bazarı və s. 
 
Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür. 
 
daxili  və  ya  milli  maliyyə  bazarları.Bu  bazarların  resurslar  ölkənin  daxili 
mənbələrinə  əsəslanır.Bu  halda  digər  ölkələrin  resursları  cəlb  edilsə  də,onların 
xususi çəkisi cüzi olur. 
 
dünya maliyyə bazarları.Onların resursları müxtəlif ölkələrin rezidentlərinin 
vəsaitləri hesabına əmələ gəlir. 
       
nkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf 
etməkdə  olan  bazarlara  bölünür.Çox hallarda  yaradılmaqda  və ya  formalaşmaqda 
olan bazarlar inkişaf etməkdə olan bazar adlanır. 
    nkişaf etmiş maliyyə bazarları aşağıdakı xususiyətlərə malikdir. 
1.Yüksək sabitlik 
2. nkişaf  etmiş  infrastruktura.Bu  isə  özünə  mütləq  qaydada  təminat 
sistemini,siğorta  və  investorların  hüquqlarının  qorunmasını,maliyyə  riskinin 
azaldılmasına  yardım  edən  reytinq  agentliyi  sistemini  və  kredit  bürosunu,bazar 
subyektlərinin  şəffaflığını  təmin  edən  auditor  və  qiymətləndirmə  sistemini,yeni 
bazar  kommunikasiyasını  yaradan  və  rəqabətin  inkişafını  stimullaşdıran  birja 
sistemini daxil edir. 
3.Bazarda əməliyyatları tənzim edən inkişaf etmiş qanunvericilik bazası. 
4.Dəqiq informasiya sisteminin mövcudluğu. 
5. stər  alıcıların  istərsə  də  satıcıların  maraqlarının  müdafiəsinin  inkişaf  etmiş 
sistemi. 
6.Bazarda  fəaliyyət  göstərən  alətlərin  əksəriyyətinin  yüksək  likvidliyi  və 
etibarlılığı. 
7.Maliyyə bazarında fəaliyyət göstərən maliyyə vasitəçilərinin yüksək etibarlılığı. 
8.Satışa  təklif  edilən  maliyyə  resurslarının  və  bazarda  həyata  keçirilən 
ə
məliyyatların böyük həcmdə olması. 
9.Bazarın yüksək səmərəliliyi. 



 
 
 
10.Maliyyə  bazarında  dövlət  nəzarətinin  və  tənzimləmənin  yüksək  səviyyədə 
olması. 
11.Vəsaitlərin  bir  bazardan  digərinə  sərbəst  axını.Vahid  dünya  bazarı  sistemində 
milli bazarın fəaliyyət göstərməsi. 
   nkişaf etməkdə olan maliyyə bazarları üçün aşağıdakılar xarakterikdir 
1.Sabitliyin  olmaması.Qiymətli  kağızların  məzənnəsi,faiz  dərəcəsi  kifayət  qədər 
kəskin və tez-tez enib-qalxır. 
2. nkişaf  etmiş  ölkələrdə  adətən  mövcud  olan  risklə  müqayisədə  riskin  böyük 
olması,məsələn,siyasi 
risk,valyuta 
məhdudiyətinin 
tətbiqi,vergi 
yükünün 
artması,özəlləşdirilmənin  həyata  keçirilməsi,mülkiyyətin  qeyri-qanuni  zəbt 
edilməsi və s. risklər. 
3.Riskin  siğortalanmasının  inkişaf  etmiş  formada  olmaması.Hətta  inkişaf  etmiş 
bazarlarda  svop,fyuçers,forvard,opsion  kimi  geniş  tətbiq  edilən  alətlər  inkişaf 
etməkdə  olan  bazarlarda  ya  tamamilə  yoxdur  ya  da  yalnız  yaranma 
mərhələsindədir. 
4. nfrastrukturun kifayət qədər inkişaf etməməsi 
5.Bazarda  əməliyyatları  tənzim  edən  qanunvericilik  bazasının  yaranma 
mərhələsində olması. 
6.Səhmanlı informasiya sisteminin olmaması 
7.Fond  bazarında  fəaliyyət  göstərən  əksər  qiymətli  kağızlar  aşağı  likvidliyi  və 
etibarlılığı ilə seçilir. 
8.Maliyyə  bazarında  fəliyyət  göstərən  vasitəçilərə  vəsait  satıcıları  tərəfindən 
inamın olmaması. 
9.Satışa təklif olunan maliyyə resurslarının həcminin olduqca az olması. 
10.Bazarın aşağı səmərəliliyi 
11.Maliyyə  bazarında  dövlət    nəzarət    və  tənzimləmə  sistemi  yaranma 
səviyyəsindədir  ki,bu  da  inkişaf  etməkdə  olan  maliyyə  bazarında  əməliyyatların 
aparılması riskini daha da artırır. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə