Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

107 
 
 
nəzərdə  tutlmuşdur.Fond  bazarının  iqtisadiyyatımızın  inkişafindakı  rolu  nəzərə 
alınaraq  qtisadi  nkişaf  Nazirliyi  tərəfindən  Azərbaycan  Respublikasının 2007-ci 
il və gələn 3 il üzrə  qtisadi-sosoial  nkişaf Konsepsiyasında bu bazarın də gələcək 
inkişaf istiqamətləri müəyyən edilmişdir.  
      Maliyyə  bazarının  tərkib  hissəsi  olan  qiymətli  kağızlar  bazarının  inkişafı 
istiqamətində  gələcək  prioritetlər  -  Azərbaycanın  beynəlxalq  kapital  bazarına 
inteqrasiyasının dərinləşdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar olan  OSCO, Milli 
Kodlar  Agentliklərinin  Assosiasiyası  (ANNA)  və  digər  beynəlxalq  maliyyə 
təşkilatları  ilə  əməkdaşlığın  qurulması,  Euroclear  və  Clearstream  təşkilatlarında 
beynəlxalq depozitar-klirinq mərkəzlərinə üzv olmaq və ölkə daxilində beynəlxalq 
standartlara cavab verən vahid dövlət mətbəəsinin yaradılmasından ibarətdir.    
      Bununla  yanaşı,Azərbaycan  Respublikasında  borc  qiymətli  kağızların 
(veksellərin)  istifadəsi  ilə  borc  öhdəlikləri  bazarının  genişləndirilməsi,  ipoteka 
(girov)  kağızlarından  və  mənzil  sertifikatlarından  istifadə  edilməsinin 
genişləndirilməsi,  qiymətli  kağızlarla  investisiyaların  həyata  keçirilməsi,  əhalinin 
qiymətli  kağızlar  bazarına  cəlb  edilməsi  məqsədi  ilə  investisiya  (o  cümlədən  pay 
investisiya)  və  qeyri-dövlət  pensiya  fondlarının  yaradılmasının  stimullaşdırılması 
ə
sas  istiqamətlər  olacaqdır.Həmçinin,  yeni  maliyyə  alətləri  tətbiq  ediləcək,  o 
cümlədən  törəmə  qiymətli  kağızlar  bazarları  (fyuçers  və  opsion)  yaradılacaq, 
qiymətli  kağızlar  bazarı  sahəsində  peşəkar  kadrların  hazırlanması  və  qiymətli 
kağızlar  bazarının  elmi-praktiki  bazasının  yaradılması  üçün  ali  təhsil 
müəssisələrində  müvafiq  istiqamətin  inkişafı  diqqət  mərkəzində  saxlanacaq  və 
qiymətli  kağızlar  bazarında  elektron  məlumat  mübadiləsi  və  digər  müasir 
texnologiyaların  tətbiqi  və  inkişafı  təmin  ediləcəkdir.  Əsas  məqsəd  iqtisadiyyata 
investisiyaların cəlb edilməsini və yenidən bölüşdürülməsini uğurla həyata keçirə 
bilən,  investisiya  fəallığını  təşviq  edən,  dünya  sərmayə  bazarında  ölkənin 
mövqelərini  gücləndirən  fond  bazarının  formalaşmasını  təmin  etməkdir.  Bu 
məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir: 
 
dövlət qiymətli kağızları bazarının genişləndirilməsi; 


108 
 
 
 
korporativ  kağızlar  bazarına  yeni  vəsaitlərin  cəlb  edilməsi  mexanizminin 
təkmilləşdirilməsi, qiymətli kağızların idarə edilməsi üçün əlverişli şəraitin təmin 
edilməsi, 
qiymətli 
kağızlar 
bazarında 
peşəkar 
iştirakçıların 
işinin 
stimullaşdırılması; 
 
investorların  hüquqlarının  qanunverici  və  məhkəmə  müdafiəsinin 
təkmilləşdirilməsi; 
 
uzunmüddətli  investisiya  risklərinin  azaldılması,  yeni  investorların  cəlb 
edilməsi məqsədilə fond bazarının maliyyə alətlərinin təkmilləşdirilməsi; 
 
korporativ  kağız  təklifinin  təşviqi  məqsədilə  hələ  də  mövcud  maneələrin 
tam aradan qaldırılması; 
 
birja sektorunda alqı-satqı sistemlərinin daha da inkişaf etdirilməsi; 
 
kapital  axınını,  investisiya  mənbələrinin  ucuzlaşmasını    təmin  edən  fond 
bazarı infrastrukturunun sürətləndirilməsi; 
 
fond bazarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi. 
                      
                   
 
 
 
 
 
 
 
 
                      
 


109 
 
 
                       «NƏT CƏ VƏ TƏKL FLƏR»       
      
Qiymətli  kağızlar  bazarı  ilə  əlaqədar  aparılan  təhlilləri    ümumiləşdirərək 
belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə maliyyə bazarının tərkib hissəsi kimi 
qiymətli  kağızlar  bazarı  maliyyə  resurslarının  hərəkətini  təşkil  etmək,  onların 
düzgün  istiqamətləndirilməsini  təmin  etmək,  dövlətin  maliyyə  və  pul-kredit 
siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda 
mühüm  rol  oynayır.  Xüsusilə  də  bazar  iqtisadiyyatı  sistemli  ölkələr  üçün  bu 
bazarın  inkişafı  müstəsna  əhəmiyyət  kəsb  edir.Hazırda  dünya  iqtisadiyyatında  
məhsul və xidmətlərin yarısından çoxu iri korporasiyalar  (səhmdar cəmiyyətləri) 
tərəfindən  istehsal  olunur  .  Bu  korporasiyaların  əksəriyyəti  istər  açıq,  istərsə  də 
qapalı formada olmaqla səhmdar cəmiyyətləri formasında təsis olunur. 
 
        Səhmdar cəmiyyətləri isə öz fəaliyyətlərini səhmlərin satışından formalaşan 
nizamnazmə  kapitalına  əsasən  həyata  keçirirlər.  Bu  isə  o  deməkdir  ki,  səhmlərin 
reallaşması  üçün səhm  bazarı – qiymətli kağızlar  bazarı  mövcud  olmalıdır. Məhs 
bu  bazarda  səhmlərin  satışından  əldə  olunan  vəsaitlə  təsisçilər  nizamnamə 
kapitallarını  formalaşdırır  və  fəaliyyətə  başlayırlar.  Nəticədə  bu  müəssisələr 
məhsul  istehsal  etmək  və  ya  xidmət  göstərməklə  ictimai  tələbatın  ödənilməsində 
iştirak  edir  və  bundan  həm  təsisçilər,  həm  ictimaiyyət,  həm  də  vergi 
daxilolmalarının artması nəticəsində dövlət fayda götürürlər. 
         Qiymətli  kağızlar  bazarının  genişlənməsi  və  inkişaf  etməsi  isə  ölkədə 
ə
lverişli investisiya mühitinin yaranmasına və tuxarıda göstərilənlərin daha da tez 
gerçəkıəşməsinə  səbəb  olur.Digər  tərəfdən  qiymətli  kağızar  bazarı  borcların  və 
ödəmələr  problemlərinini  həll  edərək  istehsal  və  digər  iqtisadi  münasibətlərin 
fasiləsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə isə əsas alətlər, 
artıq qeyd etdiyimiz kimi qiymətli kağızlar bazarının tərkib hissəsi olan veksel və 
istiqrazla keçirilən əməliyyatlardır.  
     
Beləki,  hər  hansı  bir  təsərrüfat  subyektinin  müəyyən  tələbatlarını  ödəmək 
üçün müvəqqəti olaraq maliyyə vəsaitlərinə ehtiyacı varsa, qiymətli kağızlar bazarı 


110 
 
 
ona  veksel  və  ya  istiqrazlar  buraxmaq  yolu  ilə  bu  ehtiyacı  ödəmək  və  cari 
öhdəlikləri  yerinə  yetirməklə  həmin  subyektin  fəaliyyətinin  fasiləsizliyini  təmin 
etmək  kimi  geniş  imkanlar  verir.Bu  bazarın  mövcudluğu  dövlət  üçün  də  xüsusi 
ə
həmiyyət  kəsb  edir.  Bu,  əsasən  dövlət  borcu  ilə  əlaqədar  yaranan  münasibətləri 
ə
hatə edir.     
        Dövlətin öz funksiyalarını yerinə yetirməsi zamanı büdcə vəsaitləri və digər 
vasitələr kifayət etmədikdə dövlət dövriyyəyə  müxtəlif qiymətli kağızlar ( xəzinə 
vekselləri, qısamüddətli istiqrazlar və s.) buraxmaqla bu resurslara olan tələbatını 
ödəyir.Bunlardan  əlavə  qeyd  etməklazımdır  ki,  qiymətli  kağızlar  bazarındakı 
vəziyyəti  öyrənməklə  hər  hansı  bir  ölkədə  istehsal-iqtisadi  şəritin  nə  vəziyyətdə 
olduğunu  müəyyən  etmək  olar.  Məsələn,  fond  bazarında  dövriyyədə  olan 
səhmlərin  və  onlarla  aparılan  əməliyyatların  həcmini,  bazarda  onlara  formalaşan 
qiyməti  və  onlara  olan  tələbatı  öyrənməklə  ölkədə  fəaliyyət  göstərən  səhmdar 
cəmiyyətlərinin mənfəətliliyinə və beləliklə də ölkədə mövcud olan iqtisadi şəraitə 
qiymət vermək olar. 
       Deyilənlərin  nəticəsi  olaraq  onu  da  gördük  ki,  bazar  iqtisadiyyarı  ölkəsi 
olaraq  Azərbaycanda  da  bu  bazarın  formalaşması  labüd  hadisələrdən  idi.  Çünki 
ölkədə  geniş  surətdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  həyata 
keçirilməsi,  sahibkarlığın  inkişafı,səhmdar  cəmiyyətlərinin  təsis  edilməsi,  borc 
münasibətlərinin  inkişafı  və  digər  iqtisadi  proseslər    qiymətli  kağızlar  bazarının 
mövcudluğunu əhəmiyyətli dərəcədə zəruri edirdi. Xüsusən özəlləşdirmə çekləri və 
opsionlarının buraxılışı bazar iqtisadiyyatına keçidlə əlaqədar dövlət mülkiyyətinin 
özəlləşdirilməsində 
mühüm 
rol 
oynamışdır. 
Dövlətimiz 
tərəfindən 
müstəqilliyimizin  müxtəlif  dövrlərində  həyata  keçirilən  tədbirlərin  nəticəsində 
republikamızda artıq qiymətli kağızlar bazarı formalaşmışdır.  
     
Bununla  əlaqədar  müxtəlif  qanunlar  və  digər  hüquqi-normativ  aktlar  qəbul 
olunmuş,QKDK, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, QKDK-nın Naxçıvan 
Muxtar  respublikası  üzrə  ərazi  darəsi  Azərbaycan  Fond  Bazarı  ştirakçılarının 
Assosiasiyası    ctimai  Birliyi  kimi  qurumlar  təsis  olunmuş,  xarici  təşkilatların 


111 
 
 
dəstəyi  ilə  bir  çox  layihələr  həyata  keçirilmişdir.  Buna  baxmayaraq 
respublikamızın  fond  bazarında  hələ  də  bəzi  çatışmamazlıqlar  qalmaqda  davam 
edir.
 
     
Fikrimcə  ölkəmizdə  qiymətli  kağızlar  bazarının    inkişafı  və  mövcud 
çatışmamazlıqların aradan qaldırılmasına aşağıdakı tədbirlər kömək edə bilər: 
1.
 
Qiymətli  kağızlar  bazarının  inkişafı  ölkədə  iqtisadiyyatın  müxtəlif 
sahələrinin və beynəlxalq aləmdə fond bazarının inkişaf sürəti ilə sıx bağlıdır. Bu 
baxmıdan  həyata  keçirilən  tədbirlər  respublikamızın  fond  bazarının  beynəlxalq 
maliyyə bazarları sisteminə inteqrasiya olunmasına yönəldilməlidir. 
2.
 
Fond bazarının dövlətlə yanaşı, həm də daha çox bazarın peşəkar iştirakçıları 
tərəfindən tənzimlənməsi daha məqsədəuyğun olardı. 
3.
 
nformasiya təminatı yüksək səviyyəyə çatdırılmalı - qiymətli kağızlar bazarı 
investorlara qoyulan investisiyaların riski və gətirə biləcəyi mənfəət haqqında tam 
informasiyanı təmin etməlidir. 
4.
 
Müvafiq  qurumlarla  birlikdə  qiymətli  kağızlar  bazarında  vergitutma 
məsələlərinin  təkmilləşdirilməsi,  dünya  təcrübəsində  istifadə  olunan  və 
investisiyaların  artımı  üçün  əlverişli  mühitin  yaradılması  baxımından  tətbiq 
edilməsi  zəruri  hesab  olunan  vergi  güzəştlərinin  hazırlanmasının  həyata 
keçirilməsi. 
5.
 
QKDK,  Milli  Depozit  Mərləzi  kimi  qurumların  regionlarda  müxtəlif 
bölmələrinin  açılmsı,  respublikanın  iri  investisiya  qoyuluşuna  və  bank  sisteminə 
malik  mərkəzlərində  fond  birjalarının  təşkil  edilməsi.  nvestisiya  fondlarının 
yaradılmasının stimullaşdırılması. 
6.
 
Milli  Bankın  pul-kredit  siyasətnin  həyata  keçirilməsi  və  kommersiya 
banklarının  maliyyələşdirilməsində  mühüm  rol  oynayan  veksellərin  tədiyyə 
vasitəsi  və  nağdsız  hesablaşma  aləti  kimi  fəaliyyətinin  genişləndirilməsi.  Bunu 
üçün ilk növbədə təbliğat işləri gücləndirilməlidir. 
7.
 
Respublikamıza xarici kapitlaın cəlb olunması, neft və qeyri-neft sektorunun 
inkişafı, 
dövlət 
ə
həmiyyətli 
iri 
layihələrin 
maliyyələşdirilməsi 
üçün 


112 
 
 
avroistiqrazların  buraxılması,  eləcə  də  respublikamızda  dövlət  və  qeyri-dövlət  
qiymətli  kağızlarının  dünyanın  ən  inkişaf  etmiş  fond  bazarlarına  çıxışının  təmin 
olunması. 
8.
 
Korporativ  idarəetmə  sahəsində  xarici  təcrübədən  daha  geniş  istifadə 
edilməsi. 
9.
 
Ayrı-ayrı  şərtlərlə  və  müxtəlif  investorlar  təbəqələri  üçün  dövlət  qiymətli 
kağızlarının  buraxılması,  Milli  Bankın  açıq  bazarda  dövlət  qiymətli  kağızları  ilə 
ə
məliyyatlarının genişləndirilməsi 
10.
   Pensiya  sistemində  islahatların  aparılması,  institusional  investorların 
diqqətinin  daha  çox  cəlb  edilməsi  üçün  tədbirlərin  görülməsi  və  s.Qeyd  edilən 
tədbirlərin  həyata  keçirilməsi  ölkəmizdə  daha  da  inkişaf  etmiş  və  təkmilləşmiş 
qiymətli  kağızlar  bazarının  yaranmasına  və  iqtisadiyyatın  artım  tempinin 
sürətlənməsinə  şərait  yaradar.  Bununla  da  ölkəmizdə  formalaşan  fond  bazarı 
regionun ən böyük və inkişaf etmiş fond bazarına çevrilə bilər. Çünki bunun üçün 
respublikamızda  geniş  iqtisadi  potensial  və  qeyri-neft  təbii  sərvətlərin  hasilatı  və 
emalı, turizm, kənd təsərrüfatı və aqrar sənaye sahələri və s. kimi perspektivli və 
yüksək gəlirli investisiya qoyuluşlarına şərait yaradan müxtəlif sahələr mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


113 
 
 
 
             «TÖVS YYƏ ED LƏƏDƏB YYAT» 
1.
 
Azərbaycan Respublikasının (AR) Mülki Məcəlləsi. Bakı  2000. 
2.
 
Musayev A., Vəliyev N. “ Qiymətli kağızlar bazarı.” Dərslik. Bakı 1999. 
3.
 
Cəbiyev  R.M.    “Azərbaycanda  bazar  infrastrukturunun  formalaşması  və 
inkişafı”. Bakı 2000. 
4.
 
A.Kərimov, A.Babayev.” Qiymətli kağızlar bazarı”. Dərslik. Bakı 2003. 
5.
 
A.Abbasov.  “Azərbaycanda  maliyyə  bazarının  formalaşması  və  bazar 
iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri”.  Bakı 2003 
6.
 
A.Abbasov.  “Qiymətli  kağızlar  bazarının  formalaşması  və  inkişaf 
perspektivləri”.Bakı 2005. 
7.
 
A.Abbasov. “Qiymətli kağızlar və onlarla əməliyyatlar”.Dərslik.Bakı 2007 
8.
 
N.Novruzov, X.Hüseynov.”Maliyyə”. Dərslik. Bakı 2007. 
9.
 
E.Sadıqov  “Azərbaycanın  qiymətli  kağız  bazarı  və  onun  inkişaf 
perspektivləri”.  Sankt-Peterburq – 2003. 
10.
  R.Əsgərova. “Pul, kredit və banklar”. Dərslik. Bakı 2007. 
11.
  www.scs.gov.az – Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytı. 
12.
  www.economy.gov.az –  qtisadi  nkişaf Nazirliyinin saytı. 
13.
  www.maliyye.gov.az – Maliyyə Nazirliyinin saytı. 
14.
  www.stateproperty.gov.az  –  Dövlət  Əmlakının  darə  Edilməsi  üzrə  Dövlət 
Komitəsinin saytı. 
15.
  www.bse.az – Bakı Fond Birjasının saytı. 
16.
  www.business.fiu.edu/cml(Stock  and  Bond  Basics..Florida  International 
University) 
17.
  www.investor.gov 
 
 


114 
 
 
                                  «Xülasə»         
 
         Qiymətli  kağızlar  bazarının  mahiyyət  və  məzmununu  anlamaq  üçün  ilk 
növbədə  qiymətli  kağızın  mahiyyətini  dərk  etmək  lazımdır  .  Qiymətli  kağızın 
tədavül etməsi onun bazarda alınıb-satılmaq, həmçinin digər əmtəələrin tədavülünü 
asanlaşdıran  müstəqil  tədiyyə  aləti  kimi  çıxış  etmək  qabiliyyətidir.Qiymətli 
kağızlar  bazarı  maliyyə  bazarının  səmərəli  fəaliyyət  göstərən  başlıca 
elementlərindən  biri  olmaqla  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinə  maliyyə 
vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir 
sahədir.Bu  bazarın  mövcudluğu  bütün  bazar  iqtisadiyyatlı  ölkələr  üçün  mühüm 
ə
həmiyyət kəsb edir. 
         Qeyd  etmək  lazımdır  ki,qiymətli  kağızlar  bazarı  iqtisadiyyatın 
maliyyələşdirilməsinin  dövlət  büdcəsi  və  bank  sistemi  ilə  yanaşı  alternativ 
mənbəyidir.Qiymətli kağızlar bazarı  əmtəə  və pul tədavülünə fəal surətdə xidmət 
edir.Qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  ucuz  və  tez  cəlb  olunmasını  təmin 
edir.Qiymətli  kağızlar  bazarının  iqtisadiyyatdakı  rolu  bir  sıra  faktorlarla  bağlıdır. 
Birincisi,  dediyimiz  kimi  bu  bazar  cəlb  olunan  resursların  ucuz  başa  gəlməsinə 
şə
rait  yaradır.  kincisi,  qiymətli  kağızlar  dövr  etməyən  aktivlərin  dövr  edən 
maliyyə  aktivlərinə  transformasiyası  imkanını  təmin  edir.  Dövlət  büdcəsi,bank 
sistemi  və  qiymətli  kağızlar  bazarı  daima  sıx  qarşılıqlı  əlaqədədir,yəni  bir-birini 
tamamlamaqla  yanaşı,həm  də  bir-birilə  daha  çox  resurs  cəlb  etmək  uğrunda 
rəqabət  aparır.Bağlılığın  və  rəqabətin  səbəbi  hər  üç  kanalın  dinamikasının  eyni 
istiqamətdə baş verməsidir.Qiymətli kağızlar bazarının zəruriliyini müəyyən edən 
başlıca  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və  onların  bazarın 
iştirakçılarınınqiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasiyəsilə 
yenidən  bölgüsünü  təmin  etməkdən  ibarətdir.Bu  və  digər  bir  çox  amilləri  fakt 
olaraq göstərmək mümkündür ki,qiymətli kağızlar dövlət iqtisadiyyatının ayrılmaz 
və tərkib hissəsi kimi çıxış edir. 

Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə