Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   2   3   4   5   6   7   8   9   10   ...   22

21 

 

Göründüyü kimi, inkişaf etmiş ölkələrin maliyyə sisteminin idarə edilməsi bir 



və  ya  bir  neçə  orqan  tərəfindən  həyata  keçirilir.  Yəni,  maliyyənin  idarə  edilməsi 

işində səlahiyyətlər bir neçə orqan arasında bölüşdürülür. 

Azərbaycan  Respublikasında  da,  ümumilikdə  maliyyə  siyasətinin  idarə  edil-

məsi və koordinasiyası ilə Maliyyə Nazirliyi məşğul olur. Bu nazirlik respublika hö-

kumətinə  tabedir  və  yerlərdə  müvafiq  orqanlara  (strukturlara)  malikdir.  Naxçıvan 

Muxtar Respublikasında Maliyyə Nazirliyi, şəhər və rayonlarda isə maliyyə idarələri 

və ya şöbələri fəaliyyət göstərir. Onlar, ümumilikdə ölkə üzrə maliyyənin idarə olun-

masında böyük rolu vardır və ikili tabeliyə malikdirlər. Bir tərəfdən, onlar respublika 

Maliyyə Nazirliyinə, digər tərəfdən isə yeli icra hakimiyyəti orqanlarına tabedir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  ölkədə  vahid  dövlət  maliyyə 

siyasətini həyata keçirir, büdcənin tərtibi və icrasını, həmçinin nəzarət funksiyasını 

təmin edir, respublikanın maliyyə vəziyyətini öyrənərək və təhlil edərək, Pezident və 

parlamentə vaxtaşırı məlumatlar verir, həmçinin maliyyə üzrə metodik rəhbərlik, pul 

tədavülünə  və  vergiqoymaya  nəzarət  edir,  ölkə  üzrə  dövlət  gəlirlərini    proqnozlaş-

dırır. Maliyyə Nazirliyinə ölkə Prezidentinin təyin etdiyi nazir rəhbərlik edir. Nazir-

liyin kollegiyası var və əksər məsələlər bu kollegiyada həll olunur. Kollegiya üzvləri 

isə Nazirlər Kabinetinin qərarı ilə təyin olunur. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında maliyyənin idarə edil-

məsinin təkmilləşdirilməsi istiqamətində mütəmadi işlər aparılır.  

Bazar  iqtisadiyyatı  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Məhz  bu 

xüsusiyyətlərə və bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, maliyyənin düzgün 

idarə edilməsi həyata  keçirilməlidir.  Bazar  iqtisadiyyatı, hər şeydən  əvvəl, azad və 

demokratik  iqtisadiyyatdır.  Burada  hər  bir  fiziki  və  hüquqi  şəxsin  müəyyən 

qanunvericilik  aktları  çərçivəsində  azadlığı  nəzərdə  tutulur.  Məhz  buna  görə  də 

maliyyə  münasibətlərinin,  pul  fondlarının  idarə  edilməsi  də  demokratik  prinsiplər 

ə

sasında qurulmalı, bu prosesdə hər bir subyektin müstəqilliyi təmin edilməlidir. 



Ümumiyyətlə,  bazar  iqtisadiyyatı  şəraitində  maliyyənin  idarə  edilməsinin 

təkmilləşdirilməsi istiqamətində aşağıdakılar həyata keçirilməlidir: 




22 

 

1) Maliyyənin idarə edilməsinin qəbul edilmiş qanunvericilik aktlarına uyğun 



aparılması. Bu qanunvericilik aktları cəmiyyətin, iqtisadiyyatın və maliyyənin idarə 

edilməsinin əsasını təşkil etməlidir. Bütün subyektlər yalnız bu qanunlara tabe edil-

məli  və  onlar  qarşısında  cavabdehlik  daşımalıdırlar.  Bu  normalara  əməl  edilməsi, 

ölkənin  maliyyə  sisteminin  tam  sabit  fəaliyyət  göstərməsi  üçün  əsas  amillərdən 

biridir.  darəetmədə spesifik xüsusiyyətlərin nəzərə alınması üçün isə hər şeydən əv-

vəl,  bu  qanunların  hazırlanması  zamanı  daxili  inkişaf  qanunauyğunluqlarına  və 

xüsusiyyətlərinə əsaslanmaq lazımdır. 

2) Maliyyənin idarəetmə orqanları arasında funksiyalarının yenidən bölüşdü-

rülməsi,  yuxarı  təşkilatların  funksiyalarının  məhdudlaşdırılması  və  aşağı  maliyyə 

orqanlarının  səlahiyyətlərinin   genişləndirilməsi.    nzibati  -    amirlik  dövründə  əsas 

məsələlər  yuxarı  təşkilatlar  tərəfindən  həll  edildiyi  üçün    yerli  maliyyə  orqanları, 

həmçinin  müəsisələrin  maliyyə  qurumları  sərbəst  deyildilər.  Lakin  bazar  iqti-

sadiyyatı şəraitində bütün maliyyə orqanlarına müstəqillik verilməlidir. Qəbul edil-

miş qanunlar və digər qanunverici aktlar çərçivəsində, bütün maliyyə subyektləri ək-

sər məsələləri müstəqil surətdə həll edirlər. Bu qanunlara uyğun olaraq, yuxarı ma-

liyyə qurumlarına spesifik fuknksiyalar təyin edilir və onlar yalnız bu funksiyaların 

icrası ilə məşğul olurlar. Hər bir idarəedici subyektin öz funksiyalarını dəqiq və ay-

dın  bilməsi,  onun  müstəqil  fəaliyyət  göstərməsi,  iqtisadiyyatın  inkişafına  müsbət 

təsir göstərir. 

3)  Maliyyənin  idarəetmə  orqanlarının  strukturuna  bazar  prinsiplərinə  uyğun 

surətdə  yenidən  baxılması  və  həmçinin  yeni  struktur  vahidlərinin  yaradılması. 

Azərbaycanda  maliyyənin  idarəetmə  orqanlarının  təkmilləşdirilməsi  istiqamətində 

bir  sıra  vacib  işlər  görülmüşdür.  Bu  proses  indi  də  davam  edir.  Çünki,  bazar  iqti-

sadiyyatında maliyyə münasibətləri çox geniş əhatə dairəsinə malikdir.  

Qeyd  edək  ki,  bu  istiqamətlərdə  xeyli  işlər  görülmüşdür.  Vergi  xidməti 

Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış, əvvəlcə Baş Dövlət Vergi Müfəttişliyi, 

sonra  isə  Vergilər  Nazirliyi  formasında  müstəqil  olaraq  fəaliyyət  göstərməyə 



23 

 

başlamışdır.  Eyni  zamanda  maliyyə  nəzarətinin  həyata  keçirilməsi  istiqamətində 



yeni müstəqil orqan-Auditorlar Palatası  yaradılmışdır.  

Xəzinədarlıq iqtisadi sistemin tərkib  hissəsi olmaqla  maliyyə sisteminin əsas 

funksiyalarını  yerinə  yetirir.  Qeyd  etdiyimiz  kimi,  bazar  iqtisadiyyatı  şəraitində 

maliyyə  sistemi    və  o  cümlədən    xəzinədarlıq  çoxsaylı  funksiyalara  əməl  edir.  Bu 

funksiyaların  lazımi  səviyyədə  həyata  keçirilməsi  üçün    heç  şübhəsiz  ki, 

xəzinədarlığın    mükəmməl  strukturu  yaradılmalıdır.  Çünki,  xəzinədarlığın 

fəaliyyətində əsas şərt onun çevik struktura malik olmasıdır. 

Xəzinədarlıq 

sistemi 

çox 


geniş 

struktura 

malikdir. 

Azərbaycan 

Respublikasında 

xəzinədarlığın 

Maliyyə 

Nazirliyinin 

tərkibində  

yaradılmasınabaxamayaraq,  onun  strukturu  heç  də  Maliyyə  Nazirliyinin    mövcud 

strukturunu təkrar etmir.  

Ümumiyyətlə,  Azərbaycan  Respublikasında  xəzinədarlıq    strukturunun  

yaradılmasında    beynəlxalq    təşkilatların,  ilk  növbədə,    Beynəlxalq  Valyuta  

Fondunun  təklifləri və dünyanın inkişaf etmiş ölkələrinin  zəngin  təcrübəsi nəzərə 

alınmışdır. 

Xəzinədarlığın strukturunda bir çox şöbələr  və hər  şöbənin  müvafiq olaraq 

bölmələri  vardır.  Hər  şöbə  və  bölmələrin    hər  birinin    özünəməxsus  funksiyaları 

vardır.  Bu  funksiyaların    hər  biri    müvafiq  şöbə  və  bölmələr    tərəfindən  həyata 

keçirilir.  Bu  funksiyalar  bütövlükdə  xəzinədarlığın    həyata  keçirdiyi    funksiyaları 

təmsil edir.  

 

 

 



 

 

 




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə