Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   2   3   4   5   6   7   8   9   ...   22

18 

 

-



 

müəssisələrdə,  büdcə  idarə  və  təşkilatlarında  material  qiymətlilərindən 

və  pul  resurslarından  səmərəli  istifadə  olunmasına,  həmçinin  uçot  və  hesabatların 

düzgün aparılmasına kömək etmək; 

-

 

qüvvədə  olan  qanunvericilik  və  normativ  aktlara  riayət  olunması,  o 



cümlədən  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  müəssisələrin  vergiyə  cəlb 

olunması sahəsində nəzarəti həyata keçirmək; 

-

 

müəssisələrin  xarici  iqtisadi  fəaliyyətində,  o  cümlədən  valyuta  və  s. 



ə

məliyyatlar üzrə yüksək faydalılığa nail olmağa köməklik etmək. 

Maliyyə nəzarəti müəssisə, idarə və təşkilatların cavabdehlikləri ilə həmçinin 

maliyyə  intizamını  yerinə  yetirən  dövlət  və  maliyyə-bank  strukturları  ilə  sıx  əla-

qədardır.  Bu  cavabdehlik  (məsuliyyət)  maliyyə  intizamını  pozanlara  təsir  etmək, 

həm  inzibati,  həm  də  iqtisadi  (maddi)  tədbirlər  görmək  yolu  ilə  bildirilir.  qtisadi 

təsir  tədbirləri  maliyyə  sanksiyaları  vasitəsilə  həyata  keçirilir.  Bu,  eyni  zamanda 

maliyyə  mexanizmi  vasitəsi  olub,  istehsalın  səmərəliliyinin  artmasına  və  ekoloji 

sağlamlığa  kömək  edir.  Maliyyə  cavabdehliyinin  gücləndirilməsi  problemlərinə 

maliyyə  nəzarətinin  təsiri,  bir  tərəfdən  tətbiq  edilən  sanksiyaların  ixtisarına,  o  biri 

tərəfdən  onların  səmərəliliyinin  artırılmasına,  xüsusilə  vergi  qoyma  islahatlarının 

keçirilməsinə şərait yaradılmasını tələb edir. 

             Ümumiyyətlə,  maliyyənin  idarə  olunmasının  həm  təşkilati,  həm  hüquqi  və 

həm də iqtisadi tərəfləri və mexanizmləri vardır. Burada dövlət büdcəsi, onun yerinə 

yetirilməsi, vergilərin toplanması, zəruri ödəmələr, dövlətin daxili və xarici borcları, 

onların  tənzimlənməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Maliyyənin  idarə  edilməsində 

aşağıdakı problemlər diqqət mərkəzində durmalıdır: 

 

birincisi,  vahid  dövlət  maliyyə  sisteminin  strateji  istiqamətlərinin 



işlənilib hazırlanması;  

 

ikincisi,  dövlət  büdcəsinin  tərtib  olunması  və  icrasının  yüksək 



səviyyədə həyata keçirilməsi;  

 

üçüncüsü,  dövlət  maliyyəsinin  sabitliyinin  təmin  edilməsi  və  onun 



ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqələndirilməsi; 


19 

 

 



dördüncüsü, maliyyə bazarının inkişaf etdirilməsi;  

 

beşincisi, maliyyə resurslarının ölkənin sosial-iqtisadi inkişafının öncül 



sahələrində təmərküzləşməsi;  

 

altıncısı,  ölkənin  iqtisadiyyatına  xarici  kreditlərin  cəlb  edilməsi 



məqsədəuyğunluğunun müəyyən edilməsi;  

 

yeddincisi,  büdcə  planlaşdırılmasıvə  maliyyələşdirilmə  işlərinin 



təkmilləşdirilməsi; 

 

səkkizincisi,  büdcə  vəsaitlərindən  və  büdcədənkənar  dövlət 



fondlarından  səmərəli  və  məqsədəuyğun  istifadə  üzərində  dəqiq  nəzarət-idarəedici 

sistemin yaradılması;  

 

doqquzuncusu,  dotasiya  və  subsidiyaların  həcminin  dəqiq  müəyyən 



edilməsi və əsaslandırılması;  

 

Onuncusu,  maliyyə  siyasətinin  qiymət  siyasəti  ilə  optimal  şəkildə 



ə

laqələndirilməsi;  

 

On  birincisi,  büdcəyə  ödəniş  və  ayırmaların  düzgün,  tam  və  vaxtında 



həyata keçirilməsi üzərində nəzarət;  

 

on  ikincisi,  müəssisənin  maliyyə  resurslarından  səmərəli  istifadə 



olunmasının  təmin  edilməsi;  bununla  əlaqədar  olaraq  maliyyə  menecmentinin 

ə

həmiyyətinin artırılması. 



 

1.2.

  Azərbaycanda xəzinədarlıq sisteminin strukturunun formalaşması 

 

Azərbaycan  Respublikasında  maliyyənin  idarə  edilməsini  ali  qanunverici 

hakimiyyət  orqanı  olan  Milli  Məclis,  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi, 

Azərbaycan  Respublikası  Vergilər  Nazirliyi,  Azərbaycan  Respublikası  Dövlət 

Gömrük Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı və müvafiq orqanların 

yerli təşkilatları həyata keçirir. 

Dövlət maliyyə siyasətinin təşkili və idarə edilməsi ilə, adətən Maliyyə Nazir-

liyi məşğul olur. Bu, bütün dünyada belədir. Lakin ümumi maliyyə sisteminin ayrı-




20 

 

ayrı sahələrinin  idarə edilməsi,  bir neçə qayda olaraq, biz  dövlət orqanları arasında 



bölüşdürülür. Maliyyənin idarə edilməsi üzrə ümumi prinsiplər  demək olar ki, əksər 

inkişaf etmiş ölkələrdə eynidir. Eyni zamanda, ayrı-ayrı ölkələrdə bəzi fərqlər  möv-

cuddur. 

Məsələn, ABŞ-da maliyyənin idarə edilməsi məsələləri ilə Maliyyə Nazirliyi 

və Prezident Aparatının inzibati-büdcə idarəsi məşğul olur. Almaniyada  bu siyasəti 

Maliyyə  Nazirliyi,  Türkiyədə  isə  Maliyyə  Nazirliyi  ilə  yanaşı  Xəzinə  və  Xarici 

Ticarət üzrə Baş  darə  və  Gömrük  darəsi birgə  həyata keçirir. Burada maliyyənin 

idarə edilməsi orqanları dedikdə, söhbət maliyyə  məsələlərinə ümumi rəhbərlikdən 

gedir. Eyni zamanda, bu ölkələrdə digər maliyyə orqanları da mövcuddur. 

ABŞ-da Maliyyə Nazirliyinin əsas funksiyaları aşağıdakılardır: 

-

 maliyyə və vergi siyasətinin işlənib hazırlanması; 



-

 maliyyə qanunvericiliyinə riayət edilməsi; 

-

 dövlətin əsas maliyyə agenti  kimi fəaliyyətini  həyata keçirməsi; 



-

 pul nişanlarının tədavülü və emissiyası; 

Bundan başqa, ABŞ-da inzibati büdcə idarəsi də fəaliyyət göstərir və dövlətin 

ikinci maliyyə idarəsi sayılır. O, dövlət proqramlarının proqnozlaşdırılması, idarə və 

nəzarət  edilməsi,  həmçinin  maliyyələşdirilməsi  kimi  funksiyaları  yerinə  yetirir.  Bu 

qurum  aşağıdakı  şöbələrdən:  büdcə  smetaları,  qiymətləndirmə  və  sahələr  üzrə 

ş

öbələrdən ibarətdir. 



Böyük Britaniyada isə maliyyənin idarə edilməsi məsələləri ilə bir sıra icra or-

qanları  məşğul  olur.  Onlardan  ən  başlıcası  xəzinədarlıq  qurumudur.    Xəzinədarlıq 

dövlət  büdcəsinin,  vergi  siyasətinin,  maliyyə-iqtisadi  proqnozlaşdırmanın,  beynəl-

xalq maliyyə münasibətlərinin tətbiqi, təşkili və həyata keçirilməsi ilə məşğul olur. 

Dövlət maliyyəsi strukturuna daxili gəlirlərin, həmçinin gömrük vergiləri və aksizlə-

rin idarə edilməsi daxildir.  

Almaniyada maliyyənin idarə edilməsi ilə, əsasən federal  hökumətin Maliyyə 

Nazirliyi məşğul olur. O, ölkənin maliyyə, vergi, həmçinin  valyuta - kredit siyasəti-

nin əsas istiqamətlərini işləyib hazırlayır, büdcənin icrasına nəzarəti həyata keçirir. 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə