66
– qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyətində
elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
– Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə
maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona)
xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının dövri
üzləşdirilməsini həyata keçirmək;
– qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirlərini görmək;
– rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq
strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə
təmin olunmasına əməli köməklik göstərmək;
– büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab
kitablarında uçota almaq;
– dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin
həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təkliflər vermək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
– mərkəzləşdirilmiş xərclərin kassa icrası prosesində öz səlahiyyətləri
daxilində cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət
büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri
sənədləri almaq;
– dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş
xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən
hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq;
– rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq
strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının xəzinə əməliyyatlarının
67
aparılmasına bank xidməti göstərilməsi üçün müvafiq qaydada seçilmiş Agent-
Banklarda tranzit hesabları açmaq;
– ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu,
habelə vəsaitin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda
müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə, həmin təşkilatın
maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təkliflər vermək;
– qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq
mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan
təftiş və yoxlamalarda, habelə bu təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin
təhlilində iştirak etmək;
– dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən
maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək
üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
ə
vvəllər verdiyi icazəni geri çağırmaq;
– büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər
təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq,
rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə
hesabatlar almaq;
– fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına,
fıziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
3.2. Respublikamızda yaradılmış xə zinə darlıq sisteminin inkiş af
istiqamə tlə ri
Müstəqillik dövründə respublikamızda maliyyə sistemində böyük nailiyyətlər
qazanılmışdır. Dövlət müstəqilliyinin ilk illərində yaradılmış xəzinədarlıq sistemi
68
hal-hazırda uğurla inkişaf edir. Azərbaycan Respublikasının Prezidentinin 04
oktyabr 1995-ci il tarixli “Azərbaycanda dövlət xəzinədarlığının yaradılması
haqqında” Fərmanı ilə ölkəmizin malik olduğu maliyyə resurslarından düzgün
istifadə edilməsi məqsədilə maliyyə sistemində xəzinədarlığın tətbiqinin hüquqi
bazası yaradılmış, bünövrəsi qoyulmuşdur. Bundan sonra ardıcıl olaraq müxtəlif
mərhələlərlə xəzinədarlığın bütün respublikanı əhatə etməsi üçün məqsədyönlü
fəaliyyətə başlanıldı. Fərmanın icrası olaraq 01 yanvar 1997-ci il tarixdən
respublikada Xəzinədarlıq sisteminin I mərhələsi tətbiq edildi. Bu mərhələdə
maliyyə vəsaitlərinin hərəkəti və uçotu büdcə təşkilatlarının malik olduqları bank
hesabları ilə yanaşı paralel olaraq xəzinə hesabları vasitəsi ilə də aparılırdı.
Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 saylı
“Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi
haqqında” Sərəncamına uyğun olaraq Xəzinədarlıq sisteminin II mərhələsi
respublikada tətbiq olunmağa başladı, zəruri tədbirlər həyata keçirildikdən sonra
Sərəncamda qoyulmuş vəzifələri yerinə yetirmək məqsədi ilə Maliyyə Nazirliyi
mərhələlərlə Xəzinədarlıq sisteminin tətbiq edilməsi 01 iyun 1997- ci il tarixdən
xəzinədarlıq rəsmi maliyyə sistemi kimi respublikada başladı və 1997-ci ilin
noyabr ayında respublikanın bütün ərazisində Xəzinədarlığın II mərhələsinin tətbiqi
başa çatdırıldı. Bu mərhələnin mahiyyəti dövlət maliyyə vəsaitlərindən istifadə
olunmasının səmərəli mexanizmini formalaşdırmaq, bu vəsaitlərin birbaşa son
təyinatına çatdırılmasını və bununla bağlı maliyyə əməliyyatlarının yalnız vahid
xəzinə
hesabı
vasitəsilə
aparılmasını
təmin
etmək
idi.
Maliyyə Nazirliyi əldə edilmiş nailiyyətlərin daha da möhkəmləndirilməsi,
Xəzinədarlıq sisteminin təkmilləşdirilməsi, məxaric əməliyyatlarının fasiləsiz
maliyyələşdirilməsi, büdcə təşkilatlarında öhdəliklər əsasında faktiki xərclərə
nəzarət edilməsini təmin etmək məqsədilə 01 yanvar 1999-cu il tarixdən
respublikamızda Xəzinədarlıq sisteminin III mərhələsinin tətbiqinə başladı.
Respublikamızda yaradılan xəzinədarlıq sistemində büdcənin icrası prosesinin
yuxarıda qeyd olunan mərhələlərində nəzarət mexanizminin yaradılması həm də
69
büdcə prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə
resurslarından səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin
müvəffəqiyyətlə həyata keçirilməsinişərtləndirir. Məhz qeyd olunan məqsədə
çatmaq üçün 01 avqust 2000-ci il tarixdən xəzinədarlıq sisteminin IV mərhələsi-
büdcə təşkilatları tərəfindən alınmış malların (iş və xidmətlərin) xəzinə uçotunun
qurulması tətbiq edilmişdir.
nformasiya Texnologiyaları sahəsində ölkəmizdə aparılan ardıcıl və
məqsədyönlü siyasətin, bu sahədə əldə olunan nəticələrə uyğun olaraq Xəzinədarlıq
vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə
şə
ffaflığın artırılması, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun
qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin
edilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın
darəedilməsinin nformasiya Sisteminin yaradılması layihəsi həyata keçirilir.
2006-cı ildən isə Binəqədi, Xətai, Gəncə və Xaçmaz Yerli Xəzinədarlıq
Orqanları
üzrə
ə
məliyyatlar
X S
vasitəsilə
həyata
keçirilir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48
nömrəli Fərmanı ilə Dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin
maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından
büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında
dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin
daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra
hakimiyyəti orqanı kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin
Dövlət
Xəzinədarlığı
Agentliyi
yaradılmışdır.
Yeni yaradılmış qurumun fəaliyyətinin əsas prioritetlərindən biri də göstərilən
xidmətin maksimal dərəcədə avtomatlaşdırılması və elektron hökumət çərçivəsində
digər dövlət qurumları ilə inteqrasiya edilməsidir. X S-in tətbiqi Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həyata
keçirilən maliyyə islahatlarının ən vacib tərkib elementlərindən biridir və burada ən
70
başlıca məqsəd real vaxt rejimində əməliyyatların vahid xəzinə hesabı vasitəsilə
icrasını təmin etməkdir.
Hal-hazırda Bakı şəhəri üzrə 5 saylı (keçmiş Qaradağ) xəzinədarlıq idarəsi
istisna olmaqla bütün xəzinədarlıq idarələri, Gəncə, Xaçmaz və Abşeron Yerli
Xəzinədarlıq Orqanları xəzinə əməliyyatlarını real vaxt rejimində həyata keçirir və
bu
da
Dövlət
büdcəsinin
icrasının
80-85%-ni
təşkil
edir.
Eyni zamanda, 2011-ci ilin iyul ayından Bakı şəhəri üzrə bütün vergi
daxilolmalarının avtomatik emalı məqsədilə Mərkəzi Bankın Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi X S-lə inteqrasiya olunmuş, hər iş gününün sonunda
bütün vergi daxilolmaları elektron şəkildə qəbul olunur, avtomatik emal edilərək
Vergilər Nazirliyinə ötürülür. Yaxın gələcəkdə bütün büdcə və büdcədənkənar
daxilolmaların avtomatik emalı nəzərdə tutulur.
nformasiya
Sisteminin
tətbiqi
maliyyə
ə
məliyyatlarının
avtomatlaşdırılmasına, risklərin və pul vəsaitlərinin səmərəli idarə olunması ilə
yanaşı, həm də şəffaflığın təmin olunmasına və neqativ hallara şərait yaradan
amillərin aradan qaldırılmasına kömək olacaqdır.
"Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi" Azərbaycan ərazisində
maliyyələşdirmədən başlayaraq real zaman rejimində hesabatların alınmasınadək,
yəni həyata keçirilən bütün xəzinədarlıq əməliyyatlarının, həmçinin IPSAS əsasında
işlənib hazırlanmış milli standartlara uyğun mühasibatlıq uçotu əməliyyatlarının
aparılmasını təmin edir.
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və
mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları
ə
sasında aparılmasını təmin edən FARABI sistemi Azərbaycanın maliyyə
sistemində SINAM şirkəti tərəfindən tətbiq olunur.
X S-in bütün respublika üzrə yayılmasının başa çatdırılması nəzərdə
tutlmuşdur. Eyni zamanda, Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin
icrası barədə məlumatların beynəlxalq standartlara uyğun emal olunması və təhlili
71
sahəsində işləri həyata keçirir. Belə ki, büdcədən ayrılan vəsaitlər üzrə hesabatlar
yeni təsdiq olunmuş milli hesabat standartlarına uyğun işlənilir.
Bununla yanaşı, 2011-ci ilin sentyabr ayında Beynəlxalq Valyuta Fondunun
texniki missiyası ilə bərabər dövlət büdcəsinin və icmal büdcənin son üç il üzrə
göstəriciləri Dövlət Maliyyə Statistikasına uyğunlaşdırılmış və həmin göstəricilərin
Maliyyə Nazirliyinin rəhbərliyinə rəsmi təqdim olunmasından və məqbul hesab
edilməsindən sonra Valyuta Fondunun hər il dərc etdiyi və bütün üzv ölkələrin
göstəricilərini əhatə edən maliyyə kitabına daxil edilməsi planlaşdırılmışdır. Bu
istiqamətdə işlər davam etdirilir və göstəricilərin rüblük emalı və dərc olunması
gözlənilir.
Xəzinədarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə Dünya Bankı tərəfindən
təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL
Proqramı həyata keçirilir. Maliyyə Nazirliyindən verilən məlumata görə, 2005-ci
ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə
bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını
artırmaqdır.
Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Azərbaycanın Maliyyə
Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın nformasiya
darəedilməsi Sistemi və FARAB Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş
mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub.
Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən
elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın nformasiya darəetmə Portalı
vasitəsi ilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.
72
Nəticə
Respublikamızın iqtisadiyyatında son illərdə aparılan islahatlar maliyyə
sistemindən də yan keçməmişdir. Əvvəlki illərdən fərqli olaraq müstəqillik
dövründə mövcud sistemin olduğu kimi qalması maliyyə vəsaitlərinin optimal idarə
olunmasına maneçilik törədirdi. Eyni zamanda Respublikamızda beynəlxalq maliyyə
institutlarının köməyi ilə iqtisadi imkanlar təhlil edilməklə onların idarəetmə
strukturlarında da əsaslı dəyişikliklərin aparılması zəruriyyətinin mövcudluğu sübut
edildi. Bu baxımdan dövlət büdcəsinin layihəsini və icrasını tənzimləyən «Dövlət
büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, Dövlət
büdcəsinin təsnifatının təkmilləşdirilməsi, dövlət büdcəsinin gəlir və xərclərinin
makroiqtisadi göstəricilərə müvafiq proqnozlaşdırılması, vergi ödəyicilərinin vergi
yükünün azaldılması, Vergi Məcəlləsinin və «Dövlət rüsumu haqqında» Qanununun
qəbulu və tətbiqi, «Büdcə sistemi haqqında» Qanunun yeni variantda işlənib
hazırlanması, büdcənin kassa icrasını həyata keçirən yeni strukturun xəzinədarlıq
sisteminin tətbiq edilməsi və buna uyğun olaraq normativ sənədlərdə dəyişikliklər və
onların yeni məzmunda hazırlanması aparılan islahatların bariz nümunəsidir.
Xəzinə anlayışı iqtisadiyyat üçün heç də yeni məfhum deyildir. Xəzinə
fəaliyyətinin tarixi qədim dövrlərə – ilkin dövlətlərin yaranması dövrlərinə gedib
çıxır. Belə ki, dövlətlərin yaşayıb müdafiə olunması üçün əhalidən yığılan bütün
vergilər bütövlükdə xəzinədarlığa toplanılırdı. Bu dövrlərdə iqtisadiyyat məhz bu
xəzinədarlıq vasitəsilə idarə olunurdu. Hər bir sahə üçün buradan pul ayrılır və
nəzarət edilirdi. Dövlətlərin iqtisadiyyatı inkişaf etdikcə xəzinədarlıq sistemi də öz
təkmilləşmə mərhələsini keçmişdir. Bu mərhələdə xəzinədarlıq sistemi xeyli
genişlənmiş və iqtisadiyyatın yeni-yeni sahələrini əhatə etməyə başlamışdır.
Müasir bazar iqtisadiyyatı sistemində xəzinədarlığın mahiyyəti bir qədər
dəyişmiş və daha geniş münasibətlər sistemi olan bazar münasibətlərini özündə əks
etdirməyə başlamışdır. Xəzinədarlıq tarixi mahiyyətini bir qədər dəyişsə də, öz
funksiyalarını yerinə yetirməkdədir.
73
Azərbaycan Respublikası Prezidentinin Maliyyə Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi haqqında fərmana əsasən, Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığının bazasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
yaradılıb. Buradan belə bir nəticəyə gəlmək olar ki, bütün bu həyata keçirilən
tədbirlər büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə
qabaqcadan Dövlət (büdcə) öhdəlikləri götürməsinə, bu öhdəliklər çərçivəsində
satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirməsinə,
Dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə gəlirlərinin büdcəyə
daxilolmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı
istifadəsinə, Dövlət xəzinədarlığının inkişafına, vahid xəzinə hesabının idarə
olunmasına şərait yaradacaqdır.
Respublikamızda dövlət xəzinədarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı
həyata keçirilən tədbirlər aşağıdakılara şərait yaradacaq:
bütün növ maliyyə əməliyyatlarının icrasına və hərəkətinə operativ nə-
zarət imkanını təmin edir;
büdcə təşkilatları tərəfindən yaradılan kreditor borclarının həcmini, struk-
turunu, dinamikasını və xərc maddələri üzrə borcların yaradılma intensivliyini
müəyyənləşdirməyə imkan verir;
debitor borclara dair zəruri məlumatların əldə olunması ilə yanaşı
onların vaxtında örtülməsini izləməyə şərait yaradır;
büdcə təşkilatlarında dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi üzə-
rində maliyyə intizamını və uçot-hesabat işlərinin keyfıyyətini artırmaqla
yanaşı yeni informasiya texnologiyası əsasında idarəetmə təcrübəsinin formalaş-
masına şərait yaradır;
bütün maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı onların
arxivləşdirilməsi, habelə bu əməliyyatların hərəkətinin sistem tərəfındən izlənilməsi
dövlət maliyyəsi üzrə onların həyata keçirilməsində aşkarlığın təmin olunmasına
münbit zəmin yaradır;
74
büdcə vəsaitlərinin istifadə səmərəliliyini artırmaq üçün geniş təhlil
imkanı yaradır, istənilən təsnifat kodu (təşkilati, funksional, iqtisadi və s.) üzrə mə-
lumatların dərhal əldə edilməsinə imkan verir;
büdcə vəsaitlərinin hərəkəti və istifadəsi üzrə hesabatların standart
formada və avtomatik tərtib edilməsinə imkan verir.
75
Ə
də biyyat siyahısı
1.
Azərbaycan Respublikasını Konstitusiyası
2.
Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı, 2004
3.
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli
fərmanı
4.
Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin 1 mərhələsinin tətbiqi üçün
metodik vəsait (
H.X.Əsədov, S.T.Talıbov, N. .Fərəcov
) Bakı 1997
5.
Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin tətbiqi Qaydaları (II
mərhələ) Bakı 2000
6.
Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında
Təlimat. Bakı 2000
7.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu və onun tətbiq
edilməsi ilə əlaqədar qüvvəyə minmiş normativ-hüquqi aktların toplusu. Bakı,
2010
8.
“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və
aparılmasına dair təlimat”. Bakı, 2012
9.
“A.R.Vahid büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149
№
-li Qərarı. Bakı, 06.10.2004
10.
Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” (dərs vəsaiti). Bakı, 2011
11.
B.A.Xankişiyev ““Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı, 2013
12.
B.A.Xankişiyev “Maliyyə orqanlarında büdcə uçotu və nəzarəti” (dərs vəsaiti).
Bakı, 1996
13.
B.A.Xankişiyev, B. .Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat
uçotu” (dərs vəsaiti). Bakı, 1996
14.
B.A.Xankişiyev, M.M.Mirzəyev “Dövlət maliyyəsi”. Bakı, 1998
15.
B.A.Xankişiyev “Büdcə uçotu” (dərs vəsaiti). Bakı, 2000
16.
B.A.Xankişiyev “Maliyyə nəzarəti” dərs vəsaiti. Bakı, 2002
76
17.
B.A.Xankişiyev “Büdcə prosesi və büdcə təşkilatı” (dərs vəsaiti). Bakı, 2002
18.
M.Novruzov, E. brahimov “Büdcə sistemi” (dərslik). Bakı, 2012
19.
Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov “Büdcə sistemi” (dərslik). Bakı,
2003
20.
H.X.Əsədov, S.T.Talıbov “Dövlət xərclərinin idarə edilməsi və xəzinədarlığın
təşkili problemləri”. Bakı, 2005
21.
. С.Г.Борисова “Бухгалтерскийучет в бюджетныхорганизациях.”
Учебноепособие
. Москва, 2007
22.
. В.Ф.Палий “Теориябухгалтерскогоучета: современныепроблемы”. Москва,
2007
23.
www.maliyye.gov.az
Dostları ilə paylaş: |