Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   15   16   17   18   19   20   21   22   23

62 

 

 



 

3.2. Üçüncü sektor və sosial şəbəkələr bazarın alternativi kimi 

 

Bazarın  mühüm  funksiyalarından  olan  vasitəçilik  funksiyasıdır  ki,    KT-nin 

meydana gəlməsi və geniş tətbiqi nəticəsində öz mahiyyətini itirməkdədir. Vasitəçilik 

funksiyasının  mahiyyəti  bundan  ibarətdir:  bazar  təchizatçı  ilə  istehlakçını,  satıcı  ilə 

alıcını  bilavasitə  birləşdirir,  onların  qiymət,  tələb,  təklif,  alqı-satqı  barəsində 

müzakirələr aparmalarına, ortaq məxrəcə gəlmələrinə imkan yaradır.  

nternet bu günkü dövr üçün bazarın vasitəçilik funksiyasını öz üzərinə götürür, 

peşəkar  vasitəçilik  fəaliyyətinə  (broker,  diler)  də  getdikcə  ehtiyac  duyulmur.  Bazar 

iqtisadiyyatına  xas olan bu mühüm funksiyanın deformasiya olunması iqtisadiyyatda 

yeni  situasiya  yaradır.  Belə  bir  şəraitdə  alqı-satqı  prosesinin  sadələşməsi,  müvafiq 

maneələrin aradan qalxması və qiymətlərin aşağı düşməsi müşahidə olunur.  

ABŞ-ın  keçmiş  ticarət  naziri  U.Deyli  hesab  edir  ki,  nternet  alıcı  ilə  satıcı 

arasında  birbaşa  əlaqə  yaradaraq  və  onlardan  hər  birinə  digəri  haqqında  daha  çox 

informasiya  təqdim  edərək,  “münaqişəsiz  kapitalizm”i  yaratmağa  yardım  edə  bilər. 

Onun  fikrincə,  nternet  tranzaksiya  xərclərini  aşağı  salır,  vasitəçi  aradan  çıxır  və 

ə

mtəənin  dəyərinin  qaldırılması  üçün  çalışmağa  başlayır.  Keçmiş  nazirin  qənaətinə 



görə,  yalnız  bəzi  təşkilatlar  ən  aşağı  qiymətlər  hesabına  müvəffəqiyyət  qazana 

biləcəklər, ona görə də digər şirkətlər müştəriyə göstərilən xidmətlərin keyfiyyətinin 

yüksəldilməsi  strategiyasını  seçməyə  məcburdurlar:  “Əgər  siz  xidmət  göstərməklə 

məşğul olmaq istəyirsinizsə, əməkdaşlarınızı intellektlə silahlandırın” [9].  

Amerikanın  tarixçi  alimi  C.Berk  “Qarşılıqlı  əlaqələr”  əsərində  qeyd  edir  ki, 

nternetin 

hesabına 

kommersiya 

sövdələşmələrinin 

ə

ksəriyyəti 



alqı-satqı 

subyektlərinin  bilavasitə  reallaşdırdıqları  elektron  tranzaksiyalar  şəklində  həyata 

keçiriləcək, ənənəvi vasitəçilər ya yoxa çıxacaqlar, ya da onların kontragentləri üçün 

ə

lavə dəyər qazandıran əlavə xidmətlər göstərməyə başlayacaqlar. Onun qənaətincə, 



müştərilərə  xidmət  göstərmək  biznesin  həlledici  funksiyasına  çevriləcək.  C.Berk 


63 

 

 



 

ə

minliklə  yazır  ki,  müştərilərlə  daha  çox  fərdiləşən  işlərə  olan  tələbat  şirkətləri  öz 



daxili fəaliyyətlərini elektronlaşdırmağa sövq edəcəkdir [9].  

KT-nin sürətli inkişafı və hərtərəfli tətbiqi ilə əlaqədar daha bir köklü dəyişiklik 

bazardankənar  (qeyri-bazar)  istehsal  sferasınının  inkişafı  ilə  əlaqədardır. 

Bazardankənar  istehsal  sferası  dedikdə  ev  təsərrüfatlarının  mübadilə  deyil,  öz 

ehtiyacları üçün istehsal fəaliyyəti nəzərdə tutulur.  

nsana  özünəxidmətlə  məşğul  olmağa  imkan  yaradan  T-nin  sürətli  inkişafı  ilə 

ə

laqədar  Amerika  alimi  E.Toffler  hələ  1980-ci  ildə  mühasibatlıqdan  kənar,  qapalı, 



ölçülməyən, nəzarət olunmayan və ödəniş edilməyən iqtisadi fəaliyyəti təsvir etmişdi. 

Onun fikrincə, bu nə kölgə iqtisadiyyatıdır, nə də kriminal iqtisadiyyatdır. E.Toffler 

hesab  edir  ki,  ev  təsərrüfatına  keçidlə  əlaqədar  fərdi  məşğulluğun  ekspansiyası 

müşahidə  edilir.  Belə  ki,  hər  bir  yüksək  ixtisaslı işçi hazır  məhsul  əldə  etmək  üçün 

hər işi özü görə bilər [10].  

Evdə məşğulluğun iqtisadiyyata aşağıdakı kimi təsirləri vardır: 

1.

  Evdə  məşğulluq  sistemi  informasiya  sektorunun  inkişafını  və  sənaye 



sahələrinin (neft, avtomobil, kağız sənayesi və s.) daralmasını stimullaşdırır. 

2.

  nsanlar  klassik  “muzdlu  işçi”  statusundan  imtina  edərək  müstəqil 



sahibkarlara çevrilirlər.  

3.

  Evdə  məşğulluğun  psixoloji  üstünlükləri  də  mövcuddur:  sənaye 



iqtisadiyyatına xas olan muzdlu işçi daim işini itirmək qorxusu ilə yaşasa da,  

ev məşğulluğu şəraitində belə təhlükələr mövcud deyil.  

Görkəmli  Amerika  iqtisadçısı  və  filosofu  C.Rifkin  “ şin  sonu:  qlobal 

məşğulluğun  tənəzzülü  və  postbazar  erasının  başlanğıcı”  (1995)  əsərində  yazır  ki, 

“biz bəşər sivilizasiyasının çox vacib mərhələsinə yaxınlaşırıq” [11]. Daha az sayda 

işçi  qüvvəsindən  istifadə  edərək  qlobal  şirkətlər  misli  görünməmiş  miqdarda  əmtəə 

və xidmət istehsal etmək gücünə malikdirlər.  şçi qüvvəsinin olmadığı yerlərdə yeni 

informasiya texnologiyaları yeni istehsal mərhələsinin təməlini təşkil edir, özü də bu 

təməl qoyma prosesi dünya əhalisinin yüksək templə artdığı bir dövrə təsadüf edir. 



64 

 

 



 

C.Rifkin  hesab  edir  ki,  bəşəriyyət  əmək  proseslərinin  böyük  hissəsinin 

insanlardan  avtomatlara  keçəcəyi  gələcəyə  hazır  olmalıdır:  “Nəzərə  almaq  lazımdır 

ki,  insanlar  öz  əməyini  bazarda  əmtəə  kimi  satmaqda  davam  edirlər.  Artıq  əməyin 

ə

mtəə kimi əhəmiyyətinin minimuma enəcəyi dövrdə yeni yanaşmalar düşünmək və 



tətbiq  etmək  lazımdır  ki,  insanları  gəlirlərlə  təmin  etmək  və  onların  alıcılıq 

qabiliyyətini sığortalamaq mümkün olsun” [11].  

C.Rifkinin  fikrincə,  yeni  texnoloji  potensialın  nəticəsi  olan  artan  istehsal 

imkanlarının  bəhrəsi  milyonlarla  insanın  mülkiyyəti  olmalıdır.  Buna  iş  vaxtının 

qısaldılması,  əmək  haqqının  daim  artırılması  yolu  ilə  nail  olmaq  olar:  “Bizi  hansı 

gələcəyin  gözləməsi  əmək  məhsuldarlığının  artması  hesabına  əldə  olunan  maddi 

nemətlərin necə bölünəcəyindən asılı olacaq” [11].  

Amerikalı alim hesab edir ki, bazar iqtisadiyyatında kütləvi məşğulluğun ixtisar 

edilməsi,  həmçinin  dövlət  idarəetmə  xərclərinin  azaldılması  “üçüncü  sektora”  – 

qeyri-bazar  iqtisadiyyatına  diqqətin  artırılmasını  tələb  edir.  nsanlar  özlərinin  sosial 

və  şəxsi  tələbatlarının  ödənilməsi  ümidi  ilə  məhz  üçüncü  sektora  –  sosial 

iqtisadiyyata üz tutacaqlar.  

C.Rifkinin  qənaətinə  görə,  yaxın  gələcəkdə  qısa  iş  gününə  malik  olan  insanlar 

ə

yləncəyə  və  istehlaka  daha  çox  diqqət  ayıracaqlar.  Eyni  zamanda,  işsizlərin  və 



qismən işi olanların sayı sürətlə artacaq. Həmin insanların bir çoxu üçüncü sektora üz 

tutacaq.  Bu  insanların  istedadı  və  enerjisini  lokal  cəmiyyətlərin  yaradılmasına  və 

bazardan və dövlətdən asılı olmayan üçüncü sektorun formalaşdırılmasına yönəltmək 

olar.  


Sosial iqtisadiyyat bazar qanunauyğunluqlarına və ya inzibati-hüquqi qaydalara 

tabe olmur. Bu sektor insanlara yeni sosial funksiya və vəzifələri sınaqdan keçirməyə 

şə

rait  yaradır.  nsanların  istehsal-bazar  və  ictimai  sektordan  qismən  qeyri-formal 



sosial  iqtisadiyyata  yönəlməsi  iqtisadiyyatın  institusional  quruluşunda  fundamental 

dəyişikliklərə  gətirib  çıxarır.  Yeni  institusional  və  sosial  quruluş  həkmən  bazar 

quruluşundan fərqlənəcəkdir.  



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə