Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

50 

 

 



 

Bundan  başqa,  işçinin  firmada  uzun  müddət  işləmək  fikrinin  olmadığı,  lakin 

hansısa  şəxsi  məqsədləri  üçün  fərdin    işə  qəbul  olması  şəklində  müqavilə-qabağı 

opportunizminin  təzahürü  mümkündür.  Bu  cür  işə  düzəlmə  hallarının  sövqedici 

səbəblərinə iş axtaranın müəyyən sahədə iş təcrübəsi və bilik qazanmaq arzusunu aid 

etmək  olar.  Bir  qayda  olaraq,  bu  halda  onun  üçün  şirkət  yalnız  gələcək  peşəkar  və 

karyera yüksəlişi üçün start meydançası kimi nəzərdən keçirdiyi ilk iş yeridir. Bu cür 

opportunizmin realizasiyası üçün imkanlar iş prosesində toplanan insan kapitalının nə 

dərəcədə spesifik olması ilə müəyyənləşir: ümumi və ya spesifik. Aydındır ki, kapital 

nə  qədər  spesifik  olarsa,  onun  başqa  müəssisədə  tətbiqi  imkanı  və  müvafiq  olaraq, 

həmin konkret işverənlə əmək münasibətlərinin kəsilməsi stimulu bir o qədər az olar. 

Bu cür “formal” işə düzəlmənin başqa bir səbəbi müəyyən müddət “işlə məşğul 

olmaq”  zərurəti  ola  bilər.  Məsələn,  orduya  çağırışdan  yaxa  qurtarmaq  üçün  cavan 

oğlanlar müəyyən müddətə kənd məktəblərində və s. işə düzələ bilərdilər. 

Digər  tərəfdən,  müəyyən  məsələlərlə  bağlı  işverən  muzdlu  işçidən  daha  çox 

məlumata malik ola bilər. Bu, xüsusən, müəssisənin məhsuluna olan tələbata, həmin 

məhsulun  dəyərinə  aid  olan,  nəticə  etibarilə,  firmanın  gəlirinə  verdiyi  töhfənin  real 

dəyəri,  işverən  üçün  “faydalılıq”  dərəcəsi  haqqında  məlumatı  olmadığı  üçün,  ona 

müvafiq  əmək  haqqının  ödənməsini  əsaslı  şəkildə  tələb  edə  bilməyən  işçinin 

ə

məyinin  dəyərinə  aid  məlumatdır.  Beləliklə,  işverən  “ədalətli”  (müəyyən  iş  növü 



üçün)  əmək  haqqının  səviyyəsi  haqqında  daha  çox  məlumata  malikdir.  Həm  də  bu 

məlumat  asimmetriyasının  dərəcəsi  işçi  şirkətdə  işə  qəbul  edildikdən  sonra  da 

azalmır.  Eyni  zamanda,  müəyyən  məlumatlarla  bağlı  işverənin  məlumatlı  olma 

dərəcəsi yalnız yeni işçi işə başlayanadək daha yüksək olur. Buna, məsələn, iş yerinin 

təchizatı haqqında, həmin təşkilatda  sanitar-gigienik şərait haqqında məlumat aiddir. 

Ə

mək  müqaviləsi  bağlayarkən  işəgötürən  iş  axtarana  məlumat  verir  və  işin 



xarakterini  və  həcmini,  şərtlərini,  əməyin  ödənişi  həcmini  və  qaydasını  razılaşdırır. 

Bütün  bunlar  məlumat  asimmetriyasını  minimuma  endirsə  də,  onu  tam  aradan 

qaldırmır. 

ctimai  seçim  modeli.Ə

gər  müxtəlif  insanlar  hərəkətlərini  öz  aralarında 




51 

 

 



 

uzlaşdırmasalar,  cəmiyyət  normal  fəaliyyət  göstərə  və  inkişaf  edə  bilməz.  Fərdi 

hərəkətlərin  uzlaşdırılmasının  tarixən  iki  mexanizmi  formalaşmışdır:  bazar 

mexanizmi  və  ictimai  seçim  mexanizmi.  Hər  iki  halda  fərd  informasiya  siqnalının 

mənbəyi kimi çıxış edir, uzlaşdırma mexanizmi isə belə siqnallar çoxluğunu cəmiyyət 

üzvlərinin hərəkətlərini müəyyənləşdirən vahid siqnala çevirən amil rolunu oynayır. 

Uzlaşdırmanın  bazar  mexanizmi  bazar  subyektlərinin  fərdi  tələb  və  təklif 

ə

yrilərinə  dair  informasiyasını    səklən  dəyişdirir,  satıcıların  və  alıcıların  davranışını 



müəyyənləşdirən  vahid  siqnal  kimi  tarazlı  qiyməti  formalaşdırır.  Bu  zaman  bazar 

subyektinin «bazar qərarına» təsiri dərəcəsi onun iqtisadi hakimiyyətindən, yəni mal 

satmaq və ya almaq qabiliyyətindən asılı olur.  

Bazar  mexanizmi  cəmiyyət  üzvlərinin  hərəkətlərini  uzlaşdırmaq  vəzifəsinin 

öhdəsindən  gələ  bilmədikdə  ictimai  seçim  mexanizmi  tətbiq  olunur.  Cəmiyyət 

üzvlərinin uzlaşdırılmalı hərəkətləri həm iqtisadiyyata, həm də ictimai həyatın digər 

sahələrinə aid ola bilər.  Qərarların qəbulunun bazar  mexanizminin  və ictimai  seçim 

mexanizminin  fəaliyyətinin  başlıca  prinsipləri  bir-birindən  köklü  surətdə  fərqlənir:  

fərdin «ictimai qərara» təsir dərəcəsi bütün fərdlər üçün eyni olmalıdır, özü də onların 

iqtisadi hakimiyyətindən asılı olmayaraq. Başqa sözlə, ictimai seçim mexanizmi «bir 

nəfər–bir  səs»  prinsipinə  əsaslanır,  yəni  onun  əsasında  siyasi  demokratiya  ideyası 

dayanır. Beləliklə, ictimai seçim demokratik cəmiyyətin siyasi təsisatları vasitəsi ilə 

fərdi  hərəkətlərin  qeyri-bazar qaydasında  uzlaşdırılması  proseslərinin  məcmusundan 

ibarətdir.  ctimai  seçim  fərdi  fikirlərin  nümayişi  və  nəzərə  alınması,  başqa  sözlə, 



səsvermə 

prosesidir.  

ctimai seçim nəzəriyyəsi iqtisadi imperializmin siyasi proses və fenomentlərin 

öyrənilməsi üçün neoklassik iqtisadi nəzəriyyə metodologiyasının tətbiqi ilə bağlı ən 

parlaq  istiqamətlərindən  biridir.  1960-cı  illərdə  iqtisadiyyat  elminin  ictimai 

nemətlərin  təqdim  edilməsi  problemi  kontekstində  vergiqoyma  və  dövlət  xərcləri 

məsələlərini öyrənən sahəsi kimi meydana çıxmış ictimai seçim nəzəriyyəsi sonrakı 

onilliklər  ərzində  öz  təhlil  sahəsini  əhəmiyyətli  dərəcədə  genişləndirmiş  və  hal-




52 

 

 



 

hazırda  “siyasətin  iqtisadi  nəzəriyyəsi”  statusuna  haqlı  olaraq  iddia  edən  fənn  kimi 

nəzərdən keçirilə bilər. 

ctimai seçim nəzəriyyəsinin onun əsasında işlənib hazırlanan analitik sxemlərin 

xarakterini müəyyən edən üç xüsusiyyətini göstərmək olar: 

а

)  insanın  siyasi  sahədə  davranışının  təsviri  üçün  neoklassik  iqtisadiyyat 



nəzəriyyəsində istifadə olunan hipotezalar: şəxsi maraq dalınca getmə, üstünlüklərin 

tamlığı  və  tranzitivliyi,  məqsəd  funksiyasının  rasional  maksimallaşdırılması 

hipotezaları istifadə edilir; 

b) fərdlərin üstünlüklərinin aşkarlanması prosesi çox vaxt bazarın qarşılıqlı əlaqə 

terminləri  ilə  anlaşılır:  siyasi  mühitdə  insanlar  arasında  münasibətlərin  qarşılıqlı 

sərfəli mübadilə terminləri ilə təsvir edilə bilər; 

c) təqiqat zamanı neoklassik qiymət nəzəriyyəsində mərkəzi əhəmiyyət daşıyan 

suallara analoji olanlar, yəni siyasi tarazlığın mövcudluğu və stabilliyi, ona nail olma 

yolları  və  onun  Paretonun  efektivlik  prinsipi  nöqteyi-nəzərindən  qiymətləndirilməsi 

haqqında suallar qoyulur. 

ctimai  seçim  nəzəriyyəsinin  əsasını  təşkil  edən  ideyalar  ilk  dəfə  XIX  əsrin 

sonunda  taliyanın  dövlət  maliyyə  məktəbinin  nümayəndələri:  М.Pantaleoni, 

U.Masol,  А.  de  Viti  de  Marko  və  b.  tərəfindən  ifadə  edilmişdir.  Bu  tədqiqatçılar 

büdcə  prosesinin  öyrənilməsi,  eləcə  də  ictimai  nemətlər  bazarında  tələb  və  təklifin 

modelləşdirilməsi  üçün  son  hədd  təhlil  və  qiymət  nəzəriyyəsinin  istifadəsində 

pionerlər  olmuşlar.  Bu  yanaşmanın  iqtisadiyyat  elmində  sonrakı  inkişafı  sveç 

məktəbinin  nümayəndələrinin  –  dövlət  büdcəsi  siyasətinin  müəyyənləşməsini  təmin 

edən siyasi proseslərə ilk növbədə diqqət yetirmiş К.Viksellin və E.Lindalın, işlərində 

davam etmişdir. 

talyan  və  isveç  iqtisadçıları  tərəfindən  işlənib  hazırlanmış  analitik  yanaşmalar 

iqtisadiyyat elminin “əsas cərəyanının” ənənələri ilə işləmiş tədqiqatçılar üçün uzun 

müddət,  demək  olar  ki,  naməlum  olaraq  qalmışdır.  Bununla  yanaşı,  1940—50-ci 

illərdə siyasi sahədə fərdlərin davranışının rasional xarakteri haqqında təsəvvürlər, ilk 

növbədə,  .Şumpeterin,  К.Errounun,  D.Blekin,  E.Daunsun  həmin  dövrdə  dərc 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə