Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

35 

 

 



 

“ nkişaf  etməkdə  olan  ölkələrdə  sənaye  layihəsinin  tədqiqi  üzrə  göstərişlər” 

( .Littlin  həmmüəllifliyi  ilə,  1969),  “ qtisadi  inkişaf  modelləri”  (N.Sternin 

həmmüəllifliyi  ilə,  1973),  “Layihələrin  qiymətləndirilməsi  və  inkişaf  etməkdə  olan 

ölkələr üçün planlaşdırma” ( .Littlin həmmüəllifliyi ilə, 1974) işlərinin, eləcə də bir 

çox  elmi  məqalələrin  müəllifidir.  C.А.Mirrlis  tətbiqi  iqtisadiyyatın,  xüsusən  də 

vergiqoyma  iqtisadiyyatının  inişafına  əhəmiyyətli  töhfə  vermişdir.  O,  insan  təbiəti 

haqqında  bilikləri  maliyyə  fəaliyyətinin  müxtəlif  sahələrinin  tədqiqində  və  vergi 

siyasətinin işlənib hazırlanmasında tətbiq etmişdir. “Məlumat və stimullar: qamçı və 

ş

irniyyat  iqtisadiyyatı”  (1996),  “Yaşlı  insanların  iqtisadiyyatı”  (1997),  “Optimal 



vergiqoyma və məlumat” (1997) və s. kimi bir sıra aktual işlər dərc etdirmişdir. 

1968-1995-ci illərdə Oksford Universitetinin iqtisadiyyat üzrə professoru, sonra 

Kembric  Universitetinin  siyasi  iqtisadiyyat  üzrə  professoru  olmuşdur.  1989-1992-ci 

illər ərzində Britaniya Krallığının  qtisadi Cəmiyyətinin prezidenti olmuşdur. 1998-ci 

ildə  vitse-prezident  seçilmişdir.  2000-ci  ildən  isə  Avropa 

qtisadiyyat 

Assosiasiyasının  prezidentidir.  ABŞ  Milli  Elmlər  Akademiyasının,  Amerika 

ncəsənət  və  Elm  Akademiyasının  üzvü,  Oksford,  Edinburq  universitetlərinin  fəxri 

doktoru, Honkonq Universitetinin fəxri professorudur. 

70-ci illərin əvvəllərində Amerika iqtisadçıları М.Spens, C.Y.Stiqlits, C.Akerlof 

iqtisadiyyatda  asimmetrik  məlumat  mövzusuna  müraciət  etmişlər.  Onların  nəzəri 

modelləri  iqtisadi  tarazlığın  ümumi  nəzəriyyəsinə  əsaslanırdı.  Həmin  nəzəriyyənin 

mahiyyəti ondan ibarətdir ki, istənilən bazar təsərrüfatı tendensiya şəklində tarazlığa 

yaxınlaşır;  sistemin  birliyini  təmin  edən  və  tarazlığa  can  atmanın  həyata 

keçirilməsinə  təsir  göstərən,  bazar  iqtisadiyyatının  əsas  elementlərinin  qarşılıqlı 

asılılıq  prinsipi  mövcuddur.  Lakin  bu  zaman  onun  bazarların  avtomatik 

“təmizlənməsi”,  yəni  qiymətlərin  sürətli  dəyişdirilməsi  vasitəsilə  tələb  və  təklifin 

avtomatik uyğunlaşdırılmasından ibarət əsas şərti mövcud olmur,  Bunun səbəbi tam 

və etibarlı məlumatın olmaması və institusional məhdudiyyətlərdir. 

“Limonlar”  üçün  bazar:  keyfiyyətin  qeyri-müəyyənliyi  və  bazar  mexanizmi” 

(ing. The  Market  for  'Lemons':  Quality  Uncertainty  and  the  Market  Mechanism) — 



36 

 

 



 

Corc  Akerlofun  1970-ci  ildə  dərc  olumuş  elmi  işidir.  Elmi  iş  əlçatan  məlumatın 

asimmetriyasına  həsr  olunmuşdur:  Burada  satıcının  malın  keyfiyyəti  haqqında 

alıcıdan  çox  bilməsi  şəraitinin  bazarda  nəticələri  təhlil  edilir.  Akerlof, Maykl  Spens 

və Cozef Stiqlits 2001- ci ildə asimmetrik əlçatan məlumatlı bazarların təhlilinə görə 

Nobel mükafatı almışlar. 

Bir  çox  bazar  mövcuddur  ki,  orada  alıcılar  alacaqları  malların  keyfiyyəti 

haqqında  mülahizə  yürütmək  üçün  bu  və  ya  digər  bazar  statistikasından  istifadə 

etməlidirlər.  Belə  bazarlarda  aşağı  keyfiyyətli  malı  satışa  çıxarmaq  üçün  satıcılarda 

stimul  yaranır,  çünki  yüksək  keyfiyyət  əsasən  konkret  satıcıya  deyil  bazarda  həmin 

statistikanın aid olduğu bütün satıcılara etibar qazandırır. Nəticədə həm malların orta 

keyfiyyətinin,  həm  də  bazarın  həcminin  azaldılması  tendensiyası  yaranır.  Həmçinin 

qeyd etmək lazımdır ki, bu cür bazarlarda ictimai maraqlar xüsusi maraqlara uyğun 

gəlmədiyi  üçün  bir  sıra  hallarda  dövlətin  müdaxiləsi  sözləşmələrin  bütün 

iştirakçılarının rifahını yüksəldə bilər. Həmçinin bazarın bütün agentlərinin rifahının 

potensial  yüksəldilməsi  məqsədini  güdən  özəl  institutlar  da  meydana  çəxa  bilər. 

Lakin bu cür institutlar təbiətcə çox-elementli deyil və, nəticə etibarilə, bütün mənfi 

nəticələri  ilə  birlikdə  iqtisadi  hakimiyyətin  bir  əldə  cəmləşməsi  təhlükəsini  özündə 

gizlədir. Bu müddəaları aydınlaşdırmaq və inkişaf etdirmək üçün avtomobil bazarı ilə 

bağlı  ən  sadə  nümunəni  nəzərdən  keçirək.  Qeyd  etmək  lazımdır  ki,  bu  cür  seçim 

nəzərdən keçirilən vəziyyətin vacibliyi və reallığından daha çox problemin daha çox 

konkretliyi və daha yaxşı anlaşılması ilə bağlıdır. 

ş

lənmiş avtomobillərlə bağlı nümunə problemin mahiyyətini göstərməyə imkan 



verir. Vaxtaşırı yeni avtomobillərin qiyməti ilə satış zallarının vitrinlərini təzəcə tərk 

etmiş  avtomobillərin  qiyməti  arasında  fərqin  olması  haqqında  müzakirələr  və  ya 

heyrətli  fikirlər  eşitmək  olar.  Bu  fenomenin  adi  izahı  ondan  ibarətdir  ki,  göstərilən 

fərq “yeni” avtomobilə sahib olma zövqünə görə ödənişdən ibarətdir. Biz başqa cür 

izahat təklif edirik. Fərz edək ki (reallıq yox, sadəlik naminə), avtomobillər sadəcə iki 

ə

lamətə görə təsnifləndirilir: bir tərəfdən, yeni və işlənmiş, digər tərəfdən – yaxşı və 



pis  (Amerikada  sonuncular  “limon”  adlandırılır).  Yeni  maşın  yaxşı  ola  bilər,  lakin 


37 

 

 



 

“limon”  da  ola  bilər;  təbii  ki,  eyni  hal  işlənmiş  maşınlarda  da  mümkündür.  Yeni 

avtomobili satın alarkən, fərd yaxşı maşın, yoxsa “limon” aldığını əvvəlcədən bilmir. 

Lakin ona məlumdur ki, q ehtimalı ilə həmin  maşın yaxşı, (1-q) ehtimalı ilə isə pis 

çıxa bilər; fərz edilir ki, q – bütün istehsal olunmuş maşınlar arasında yaxşılarıdır, (1-

q)  isə  –  “limonlar”dır.  Bununla  yanaşı,  avtomobilin  sahibi  ondan  müəyyən  müddət 

istifadə  etdikdən  sonra  ona  necə  maşının  qismət  olduğunu  daha  yaxşı  aydınlaşdıra 

bilər, yəni o, avtomobilinin “limon” olması ilə bağlı yeni ehtimal irəli sürür. Bu yeni 

qiymətləndirmə  birincidən  daha  dəqiqdir.  Beləliklə,  artıq  satıcı  maşının  keyfiyyəti 

haqqında  alıcılardan  daha  çox  bildiyi  üçün,  əldə  olan  məlumatın  asimmetrikliyi 

meydana  çıxır.  Eyni  zamanda  həm  yaxşı,  həm  də  pis  avtomobillər  onsuz  da  eyni 

qiymətə  satılmalıdır,  çünki  alıcı  yaxşı  maşını  pis  maşından  fərqləndirə  bilmir. 

Aydındır ki, işlənmiş avtomobil yeni avtomobil kimi yüksək qiymətləndirilə bilməz – 

ə

ks təqdirdə,  “limonlar”ın  sahiblərinə  öz maşınlarını  sataraq, yaxşı  çıxmaq  ehtimalı 



(q) daha yüksək, pis olmaq ehtimalı isə daha aşağı olan yeni avtomobili eyni qiymətə 

almaq  sərfəli  olardı.  Belədirsə,  yaxşı  maşının  sahibi  əlverişsiz  vəziyyətdə  qalır:  o, 

nəinki avtomobilini həqiqi dəyərinə sata bilmir, həm də öz yeni maşınının gözlənilən 

dəyərini  də  əldə  edə  bilmir.  Burada  biz  Qreşam  qanununun  dəyişilmiş  təzahürü  ilə 

rastlaşırıq, – axı bazarda təklif olunan maşınlar arasında əksəriyyəti “limon” ola bilər, 

yaxşı maşın isə ümumiyyətlə olmaya bilər. “Pis” maşınlar “yaxşı” maşınları bazardan 

sıxışdırıb  çıxarmaq  tendensiyasına  malikdir  (eynilə  Qreşam  qanununa  görə    “pis” 

pulların “yaxşı” pulları sıxışdırıb çıxardığı kimi). Lakin burda bənzətmə çox da dəqiq 

deyil.  Pis  maşınlar  yaxşıları  ona  görə  sıxışdırıb  çıxarır  ki,  onların  hər  ikisi  eyni 

qiymətə satılır; eynilə də yararsız pullar yararlı pulları ona görə sıxışdırır ki, onların 

hər  ikisi  üçün  mübadilə  məzənnəsi  eynidir.  Lakin  alıcının  pis  avtomobili  yaxşı 

avtomobildən ayıra bilməməsi ilə bağlı olaraq, onlar eyni qiymətinə satılır (keyfiyyət 

yalnız satıcıya məlumdur), halbuki Qreşam qanununda həm alıcının, həm də satıcının 

“pis”  pulları  “yaxşı” pullardan ayırd  etməsi nəzərdə tutulur.  Beləliklə,  bu  bənzətmə 

faydalı olsa da, tam deyil. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə