Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə109/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   105   106   107   108   109   110   111   112   113

 
341
Müxtəlif dinlərdə meydana çıxmış saxta və yalançı xilaskarların 
sayını Allahdan başqa heç kim bilmir. Belə şəxsləri yəhudilikdə Ma-
şiyah Şeker, xristyanlıqda Yalançı Məsih və İslamda Mutəməhdi ad-
landırırlar.  
 
13-6. Dəccal 
Dəccal (Antixrist) hər üç dində, yəni istər yəhudilikdə, istər 
xristyanlıqda və istərsə də İslamda mövcuddur.
1
 Bu söz ərəb dilində 
“Qızıl suyu” mənasını verir və elə bu səbəbdən də, batili haqq kimi 
qələmə verən yalançı insanlar Dəccal adlandırılırlar. Dəccal dünyanın 
sonunda gələcək, insanları azdıracaq hiyləgər və zalım insana qo-
yulmuş bir ləqəbdir. Yəhudilər onun adının “Armilos” və müsəlman-
lar “Said ibni Seyd” olduğunu bildirirlər. Belə deyirlər ki, O müqəd-
dəs Mədinə  şəhərində dünyaya gələndə  Həzrət Muhəmməd (s) onu 
görmək üçün evinə getdi və anası ilə söhbət edərkən onun dünyanı 
fitnə-fəsad meydanına çevirəcək Dəccal olduğunu buyurdu. İkinci 
xəlifə hətta Said ibni Seydi öldürmək qərarına gəldikdə belə Həzrət 
Muhəmməd (s) ona bu işi görməyə icazə vermədi. Belə ki, əgər o do-
ğurdan da dünyanın sonunda fitnə-fəsad törədəcək Dəccaldırsa onu 
öldürə bilməyəcəkdi və əgər Dəccal olmasaydı onu öldürməkdə heç 
bir xeyir yoxdur.
2
 
Dəccal barəsindəki narahatlıq o qədər kəskin olmuşdur ki, İkinci 
xəlifə Şamı fəth edərkən kitab əhlinin alimlərindən belə Dəccal barə-
sində soruşmuşdur. Dəccalın adı həmişə dini cəmiyyətlər və şəxsiyyət-
lərin arasında çəkilmişdir və bəzi kitabların, kinofilmlərin adı da Dəc-
calın adı ilə bağlıdır. Hər üç İbrahimi dinin davamçılarının bəziləri 
onun dünyaya gəldiyini və hal-hazırda da sağ olduğunu bildirirlər.  
                                                 
1
 “Ay uşaqlar bu sonuncu saatdır və eşitdiyiniz kimi Dəccal gəlir. Hal-hazırda çoxlu 
dəccallar yaranmışdır və bundan sonuncu saatın çatmasını anlayırıq” (Yühənnanın 
birinci vəhyi 2:18) Əhdi Cədiddən götürülmüş bu mətn yəhudilikdə  ən qədim za-
manlardan belə  Dəccala olan etiqadın bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, 
hər üç dində bu sahədə çoxlu sayda mənbələr mövcuddur və mütəxəssislər qeyd olu-
nan mətnlərə çox müraciət edirlər.  
2
 Müsnədül İmam Əhməd ibni Hənbəl, hədis 6063 


 342 
 İslamda eləcə  də, (əsasən də  şiyəlikdə) Süfyani adlı bir şəxsin 
adı təkrar olunur. Onun adı “Osman ibni Ənbəsə” olacaqdır. Təxmi-
nən bir əsr bundan öncədən indiyədək bir çox insanlar onu Suriyada 
gördüklərini bildirirlər. İslam dünyasında eləcə də, Süfyani adı altın-
da qiyam edən insanlar da olmuşdur.
1
  
Xristyanların nəzərincə “Nişanəli vəhşi”-nin adının rəqəmləri 
666-dır (Yühənnanın apokalipsisi 13:18) və bu ədədləri bir çox in-
sanlar özlərinə aid etmişlər.  
Lap qədim zamanlardan belə xristyan cəmiyyətinin bəzi dini və 
siyasi şəxsiyyətləri öz düşmənləri tərəfindən “Dəccal” (Antixrist) ki-
mi tanıdılıblar. Xüsusən də, Avropada Papalarla şahlar arasında fikir 
ayrılıqları və düşmənçiliklər meydana çıxanda onlar bir-birilərini bu 
adla ittihamlandırırdılar. Lüter katolik kilsəsinə qarşı qiyam edəndə 
və Pap tərəfində kafir elan ediləndə Papanın idarəsi onu “Dəccal” 
adlandırdı. Fransa inqilabı, Sosializm və kommunizm də “Dəccal” 
hərəkətləri kimi qələmə verildi. 
İndi sizin diqqətinizə həmişə ölümün pəncəsindən qaçan zülmün 
simvolu və hiyləgər “Dəccal” “Antixrist” və yaxud “666 nişanəli 
vəhşi” adına namizədlərdən bir neçəsinin adını açıqlayacağıq: 
•  Napoleon və Hitler, dünyada müharibələr yaratdıqlarına görə 
•  Mixail Qorbaçov, alnında olan qan rəngli xala görə 
•  Amerika Birləşmiş Ştatlarının sabiq Dövlət Katibi Henri Ke-
sincer, Hiyləgər sionist olduğuna görə 
•  Amerika Birləşmiş  Ştatlarının sabiq Prezidenti və “Ulduz 
müharibələri” planının banisi Ronald Reyqan. Onun adları da ümu-
milikdə 666 rəqəmini bildirirdi (Ronald Wilson Reagan). Qeyd et-
mək lazımdır ki, o bir sui-qəsd zamanı da ağır yaralanmasına baxma-
yaraq ölməmişdir.  
                                                 
1
 Onlardan biri “Əbu Muhəmməd ibn Abdullah ibn Yəzid ibn Müaviyə” idi və Hicri-
Qəməri tarixi ilə 132-ci ildə (yəni Abbasilərin xilafəti Əli Mərvanın əlindən almaq 
üçün Məhdəviyyətə diqqət yetirdikləri vaxtda) meydana çıxdı. Başqa birisi isə “Əli 
ibn Abdullah ibn Xalid ibn Yəzid ibn Müaviyə” idi və Hicri-Qəməri tarixi ilə 195-ci 
ildə qiyam etmək istəmişdir. (Təbərinin tarix kitabı) 


 
343
•  Səddam Hüseyn, Küveyti işğal edərkən dünya ictimaiyyəti-
nin istəklərinə qarşı çıxmasına görə 
•  Papa  İkinci Jan Pol. Ən  əsas da, ona edilən sui-qəsd zamanı 
ağır yaralanmasına baxmayaraq ölümün pəncəsindən qaçmasına görə. 
Eləcə də, bəşəriyyətin əldə etdiyi bir çox nailiyyətlər, o cümlə-
dən atomun nüvəsinin parçalanması, kosmosa səfər, sputnik antenala-
rının, kompyuterin və internet şəbəkəsinin ixtira olunması da dünyəvi 
dəyişikliklər, eləcə  də, Dəccalın (Antixristin) zühurunun nişanələri 
kimi qəbul olunmuşdur.  
 
13-7. Armageddon (Hərməciddun) 
Fələstindəki Armageddon (Hərməciddun) adlı bir ərazi dünyanın 
sonunda olacaq müharibənin meydanı kimi qeyd olunmuşdur (Apoka-
lipsis 16:16). Armageddon xristyanlar üçün olduqca böyük əhəmiyyət 
kəsb etmişdir və 2000-ci ilin tamamında yeni minilliyə daxil olmaq 
münasibətilə minlərlə turist bu məkanı ziyarət etmək üçün gəlmişdir.  
Bəzi Evangelistlər (Evangelicals) İsrail dövlətinin təsis olunma-
sını Həzrət İsa Məsihin (ə) zühur edəcəyinin nişanəsi kimi qəbul edir-
lər və O Həzrətin zühur etməsi üçün sionistlərə daha böyük azadlığın 
verilməsinin tərəfdarıdırlar. Amma belə düşüncə  tərzi ilə mübarizə 
aparan firqələr də mövcuddur. Belə firqələrə nümunə olaraq 1986-cı il-
də  təsis olunmuş “Yaxın  Şərqi başa düşmək üçün İncil tərəfdarlarl” 
(Evangelicals for Middle East Understanding-EMEU) firqəsini misal 
çəkmək olar. Bu firqə davamçılarından biri sayılan Donald Vaqner be-
lə sionist düşüncəsinin səhv olmasını sübut etmək üçün kitab yazmış-
dır.
1
  
 
13-8. Məad, savab və cəza 
Axirəttanımanın digər sahələrindən biri də savab və cəza məsə-
lələrinə aiddir. Demək olar ki bütün dinlər bu məsələyə inanırlar və 
fəlsəfə dinlə qarışmadan bu məsələni dərk edə bilməzlər.  
                                                 
1
 Donald E. Wagner, Anxious for Armageddon, Herald Press, 1995 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə