Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə58/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

 
 
 
 
 
 
 
 
 
 
 
 
ÜÇÜNCÜ FӘSĐL 
 
ĐQTĐSADĐ-RĐYAZĐ  
ANALĐZ 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
205 
I. ĐNFLYASĐYA, FAĐZ HƏDDĐ VƏ VALYUTA 
MƏZƏNNƏSĐ ƏLAQƏLƏRĐNĐN KORRELYASĐYA 
VƏ REQRESSĐYA ANALĐZĐ 
 
1. Ümumi Olaraq Đnflyasiya, Faiz Həddi və Valyuta 
Məzənnəsi Əlaqələri 
 
Bazar  iqtisadiyyatında  iqtisadi  fəaliyyətləri  qiymətlər  yönlən-
dirməkdədir.  Sağlam  bir  iqtsadiyyatda,  fərqli  bazarlardakı  qiymətlər 
arasında  bir  tarazlıq  qurulmalıdır.  Bir  iqtisadiyyatda  başlıca  4  bazar 
vardır. Yenə bu bazarlarda 4 təməl qiymət  ortaya çıxmaqdadır. Đqti-
sadiyyatdakı  bazarlar-mal,  sərmayə,  pul  və  əmək  bazarlarıdır.  Bu 
bazarlarda  ortaya  çıxan  qiymətlər  də  ardıcıl  olaraq,  mal  qiymətləri 
(inflyasiya),  faizlər,  valyuta  məzənnələri  və  maaşlardır.  Hər  bazarın 
qiyməti, o bazardakı təklif və tələbi tarazlaşdırmaqdadır. Bu qiymət-
lərin  təklif  və  tələbi  tarazlaşdırması  qədər  digər  bazar  qiymətləri  ilə 
tarazlıq içində  olması  da əhəmiyyətlidir. Bazar iqtisadiyyatında qiy-
mətlər  arası  tarazlıqlar  iqtisadiyyatı  yönləndirməkdədir.  Qloballaşan 
dünyada  qiymətlər  arasındakı  tarazlıqlar  daha  da  əhəmiyyətli  hala 
gəlməkdədir. Çünki beynəlxalq maliyyə axınlarının artdığı günümüz 
dünyasında,  qiymətlər  arası  natarazlığın  təsiri  qapalı  iqtisadiyyatdan 
daha  çoxdur.  Beynəlxalq  maliyyə  axınlarının  sərbəst  olduğu  günü-
müz  dünyasında  bazar  qiymətləri  arasında  tarazlıq  qurulması,  satın 
alma  gücü  tarazlığı  və  faiz  tarazlığınının  əhəmiyyətini  ortaya 
çıxarmaqdadır.  Satın  alma  gücü  tarazlığı,  iki  ölkədə  inflyasiyaya 
baxmayaraq  xərclənəcək  pul  ilə  eyni  malın  alına  bilməsidir.  Yəni 
ölkələr  arası  inflyasiya  və  valyuta  məzənnəsi  tarazlığı  əhəmiyyət 
daşımaqdadır. Faiz tarazlığı, yığımların iki ölkədə eyni qazancı əldə 
edə  bilməsidir.  Yəni,  ölkələr  arası  inflyasiya  və  faiz  həddi  tarazlığı 
əhəmiyyət  kəsb  etməkdədir.  Bu  iki  tarazlıq  birlikdə,  fərqli  ölkələr 
arasındakı  inflyasiya,  valyuta  məzənnələri  və  faizləri  tarazlaşdır-
maqdadır.
350
 
 
Burada  fərqli  inflyasiyaya  sahib  ölkələr  arasında  satın  alma 
gücü və faiz tarazlıqlarının bərabərləşdirməyə çalışdığı faiz həddi ilə 
                                                 
350
   Özer  Ertuna,  “2000  Yılı  Đstikrar  Programı”,  Muhasebe  ve  Finansman,  S.  6,  Nisan 
2000, s. 13. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
206 
valyuta məzənnəsi, eyni zamanda real bölmə ilə maliyyə bölməsi ara-
sında əlaqə quran pulun qiymətləridir. Pulun zamanlar arası qiyməti 
faiz  həddi,  məkanlar  arası  (beynəlxalq)  qiyməti  də  valyuta  məzən-
nəsidir. Dolayısıyla bəlli bir inflyasiya səviyyəsində pulun zamana və 
məkana  bağlı  olaraq  qiymətləri  ortaya  çıxarkən  bu  qiymətlər, 
beynəlxalq tarazlıq baxımından da əhəmiyyət kəsb etməkdədir. Bu da 
satın  alma  gücü  və  faiz  tarazlığına  görə  müəyyən  olunmaqdadır. 
Qısaca,  qloballaşan  günümüz  dünyasında  ölkə  içi  və  ölkələr  arası 
tarazlıq baxımından inflyasiya fərqliliyinə bağlı olaraq, faiz həddi və 
valyuta  məzənnəsi  tarazlığının  təmini  əhəmiyyət  daşımaqdadır.  Bu 
səbəblə,  bu  hədlərə  təsir  edən  faktorlar  ilə  bu  hədlərin  təsirlərinin 
müəyyən edilməsi lazımdır.  
 
Pulun  qiyməti  deyə  biləcəyimiz  faiz,  istehsaldan  əldə  edilən 
əlavə dəyərlə ödənməkdədir. Yəni, pulun özü istehsal tərəfindən for-
malaşdırılmaqdadır.  Buna  görə  real  bölmə-maliyyə  bölməsi  əlaqəsi 
və buna bağlı olaraq borclu-alacaqlı əlaqəsi qurulmaqdadır. Bu əlaqə-
lərdə  müəyyən  edici  olan,  ödənəcək  faizdən  daha  çox  istehsalın 
reallaşdırılmasıdır.  Real  yığımmali  yığım  əlaqəsi  taraz  olmalıdır. 
Əldə  edilən  qazanclar  bu  iki  bölmə  arasında  taraz  tutulduğunda 
problem  ortaya  çıxmaz.  Ancaq  yığımların  mali  bölməyə  yönəlməsi, 
real  bölmənin  gəlirini  azaldaraq  istehsalın  azalmasına  səbəb  olacaq-
dır.  Đstehsalın  azalması  da  mali  bölmənin  son  ödəmələrinin  aparıl-
masını çətinləşdirməkdədir. 
 
Mali  bölmədə  faizlər  səbəbiylə  qazancların  yüksək  olması, 
sərmayənin  mali  bölməyə  axmasına  səbəb  olmaqdadır.  Bu  əsnada 
real bölmə fəaliyyətləri azalıb istehsal azalmaqdadır. Mali bölmənin 
borc  ödəmə  zamanı  gəldikcə  yeni  maliyyə  ehtiyacı  artmaqdadır.  Bu 
da  faizlərin  artmasını  zəruriləşdirməkdədir.  Real  bölmədə  istehsalın 
azalması,  mali bölmənin riskini artırdığından  faizlər daha da artmaq 
məcburiyyətində  qalmaqdadır.  Yəni,  mali  bölmə  şişməyə  başlaryar-
kən bunu tarazlaşdıracaq real bölmənin olmaması iqtisadi böhranları 
qaçılmaz hala gətirməkdədir.  
 
Mali bölməylə real bölmə arasındakı əlaqələri pozan faktorlar, 
bu  iki  bölmə  arasında  əlaqə  quran  pulun  zaman  və  məkan 
qiymətlərinin pozulması, qloballaşan dünyada satın alma gücü və faiz 
tarazlığı təsiriylə beynəlxalq iqtisadi münasibətlərdə özünü göstərmə-


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
207 
yə başlayır. Beləcə  daxili bazarlardakı natarazlıq xarici bazarlara da 
yayılmış olur.  
 
Qısaca,  inflyasiya,  faiz  həddi  və  valyuta  məzənnəsi  üçbuca-
ğında,  bu  üç  faktor    arasındakı  əlaqə  və  qarşılıqlı  təsiri  aşağıdakı 
şəkildə göstərə bilərik: 
 
 
 
 
 
 
 
 
 
Şəkil: 15. Đnflyasiya, Faiz və Valyuta Məzənnəsi Arasındakı Əlaqə 
 
Đnflyasiya səviyyəsi artarsa; 
 
a)  Valyuta  məzənnəsi:  Qiymətlərin  artdığı  bir  şəraitdə  dəyəri 
düşən yerli puldan dəyərli olan xarici valyutaya keçid başlamaqdadır 
(Dollarizasiya).  Atran  valyuta  tələbi  də  valyuta  məzənnələrini  artır-
maqdadır. 
 
b)  Faiz  Həddi:  Đnflyasiyanın  artdığı  bir  bazarda  nominal  faiz 
hədləri  də  real  faizin  üzərinə  inflyasiya  həddinin  əlavə  olunması  ilə 
müəyyən olunmaqdadır. Yəni, Nominal Faiz = Real Faiz + Đnflyasiya 
Səviyyəsi  (Fisher  təsiri).  Digər  tərəfdən,  inflyasiya  şəraitində  qeyri-
müəyyənlik və istiqrarsızlıq səbəbiylə faiz hədləri artmaqdadır. 
 
Faiz hədləri artarsa;  
 
a)  Đnflyasiya: Faiz hədlərinin artışı istehsalda məsrəflərin artmasına 
səbəb  olduğu  üçün  qiymətlərin  artması  kimi  bir  nəticəni  ortaya 
çıxarmaqdadır. Dolayılı olaraq, inflyasiyanın səviyyəsi artmaqdadır. 
 
b) Valyuta  məzənnəsi:  Faiz  hədlərinin  yüksək  olması,  ilk  mərhə-
lədə xarici valyutanın gəlməsi səbəbiylə mövcud valyuta tələbini aşan 
Đnflyasiya Səviyyəsi 
Faiz Həddi 
Valyuta Məzənnəsi 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
208 
xarici valyuta təklifinə səbəb olmaqdadır (Hot money=Qaynar Pullar). 
Ancaq  yerli  pulun  yüksək  dəyərli  olması  və  xarici  ticarətin  bundan 
neqativ  yöndə  təsirlənməsi  ilə  ortaya  çıxan  qaynar  pulların  da  istiq-
rarsız  olması  bunun  davam  etməsini  əngəlləyəcəyindən  valyuta 
məzənnələri getdikcə artmaqdadır. 
 
Valyuta məzənnələri artarsa; 
 
a)  Đnflyasiya Səviyyəsi: Valyuta məzənnələrindəki artım Marshall-
Lerner  Şərtinə  uyğun  olduğu  müddət  ərzində  xarici  ticarət  üzərində 
müsbət  təsir  göstərməkdədir.  Ancaq  inkişaf  etməkdə  olan  ölkələrin 
çoxunda  istər  istehsal üçün  lazımi  xammal,  istərsə  də  istehlak  malla-
rının bir qisminin xaricdən təmin edilməsi səbəbiylə valyuta məzənnə-
lərindəki artım  bu  malların  məsrəflərini artırdığından  məsrəf  inflyasi-
yasının artmasına səbəb olmaqdadır. 
 
b)  Faiz  həddi:  Valyuta  məzənnələrindəki  artım  valyutaya  olan 
ehtiyacın  ifadəsidir.  Bu  ehtiyacın  qarşılanması  üçün  faiz  hədlərinin 
artması ehtimalı çox yüksəkdir. 
 
2. Đnflyasiya, Faiz Həddi və Valyuta Məzənnəsi 
Əlaqələrinin Korrelyasiya Analizi 
 
Tablo: 11. 1990-2002 –ci illər Arasında Azərbaycanda Đnflyasiya, Faiz, 
Valyuta Məzənnəsi 
 
Đl 
1990 
1991 
1992 
1993 
1994 
1995 
Đnf% 
23.1 
329.7 
1672.4 
1129.1 
1663.5 
411.8 
1 $= 


14 
93 
930 
4418 
Faiz 


15 
50 
150 
50 
 
1996 
1997 
1998 
1999 
2000 
2001 
2002 
19.9 
3.7 
-7.6 
- 8.5 
1.8 
1.5 
2.8 
4098 
3986 
3869 
4373 
4565 
4774 
4893 
29.2 
25.3 
20.3 
19.8 
19.5 
19.74 
15.59 
 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə