Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə57/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
199 
Respulika  Prezidentinin  Yeni  Azərbaycan  Partiyasının  on 
illiyinə  həsr  olunmuş  yubiley  tədbirində  söylədiyi  nitqdə  bu  xüsusa 
ayrıca  yer  verilmişdir.  Ölkə  Prezidənti,  iqtisadiyyatın  sürətlə  inkişaf 
etməsində  xarici  sərmayələrin  Azərbaycana  cəlb  olunmasının  əhə-
miyyətini  vurğulayaraq,  neft  strategiyasının  həyata  keçirilməsi  ilə 
Azərbaycana 6 milyard dollar həcmində xarici sərmayənin gəldiyini, 
yaradılmış  Neft  Fondunda  təxminən,  670  milyon  dollar  vəsaitin 
toplanaraq  (bunun  sadəcə  qacqınlara,  məcburi  köçkünlərə  evlər 
tikdirmək  üçün  76  milyon  dollar  ayırılmışdır)  valyuta  ehtiyatı  kimi 
saxlandığını, ölkənin mövcud valyuta ehtiyatları həcminin 1 milyard 
300  milyon  dollar  olduğunu  da  qeyd  etmişdir.  Ölkəyə  cəlb  edilən 
xarici  sərmayələrin  30  faizini  qeyri-neft  sektoruna  yönəldiyini  də 
vurğulayan  Prezident,  ümumiyyətlə,  neft  sektoru  ilə  qeyri-neft 
sektoruna birlikdə Azərbaycana 9 milyard dollar məbləğində sərmayə 
cəlb olunduğunu söyləmişdir. Qarşıdakı iki-üç ildə Azərbaycanın neft 
sektoru-na  və  başqa  sektorlara  10  milyard  dollara  qədər  sərmayə 
gələcəyinə ümid etdiyini bildirən ölkə rəhbəri, bütün bu fəaliyyətlərin 
yaxın  gələcəkdə  Azərbaycan  xalqının  rifahının  yüksəldəcəyini  qeyd 
etmişdir
345
.    
 
Neft kontraktları sayəsində ölkədən neft ixracatının başlanması 
ilə  2000-ci  ildən  etibarən  Azərbaycanın  xarici  ticarətində  də  müsbət 
yöndə  dəyişikliklər  qeydə  alınmışdır.  Belə  ki,  1993-cü  ildən  sonra, 
ixracat  miqdarı  idxalat  miqdarını  üstələmiş,  dolayısı  ilə, xarici  ticarət 
yenidən ölkəyə xarici valyuta qazandırıcı xüsusiyyət almışdır
346

 
1995-ci ilə qədər ölkədə tək bir yığım vasitəsinin xarici valyuta 
olması  və  bu  səbəblə  də  xarici  valyutaya  olan  ehtiyacın  yüksəkliyi 
vurğulanmışdı. Đslahatların başlanması ilə müxtəlif investisiya vasitələ-
rinin  (səhmlər,  istiqrazlar  və  s.)  ortaya  çıxması  ilə  tək  xarici  valyuta 
üzərində  olan  bu  mərkəzləşmə  müəyyən  ölçüdə  azaltması,  valyuta 
məzənnələrinə öz təsirini (müsbət mənada) göstərməyə bilməzdi. 
 
Azərbaycan  valyuta  bazarında  gərginliyin  azaldılmasında 
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Birliyi və Türkiyə 
                                                 
345
   http://www.az-muallimi.ab.az/newspapers_48.shtml 
346
   Eyüp  Zengin  ve  Nesimi  Kamalov,  “Azerbaycan  Dış  Ticareti“,  Azərbaycan-
Müstəqillikdən Sonra Beynəlxalq Konfransın Materialları, Bakı 3-4 mart 2003, ss. 
99-100 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
200 
Eximbankı  kimi  beynəlxalq  arenada  fəaliyyət  göstərən  qurum  və 
quruluşlardan  əldə  edilən  kreditlərin  də  əhəmiyyətli  rolu  olmuşdur. 
Məlumat üçün qeyd edək ki, 1995-2000 –ci illər arasında cəmi 1158 
milyard  $  xarici  borc  alınmışdır.  Alınan  kreditlərin  63%-i  iqtisadi 
islahatlar üçün hökumətə verilən borclardır. Bunun 16%-i hökumətə 
verilən  və hökumət tərəfindən istifadə etdirilən borclar və 21%-i isə 
hökumətin  qarantiyası  ilə  verilən  kreditlərdir.  2000-ci  il  etibariylə 
alınan  borcların  78.9  milyon  dolları  geri  ödənmişdir.  Qalan  borc 
miqdarı  isə  cəmi  1079,1  milyon  $-dır.  Bu  rəqəm  ölkənin  2000-ci  il 
ÜDM-nun 21.9% həcmində olmuşdur
347
.  
 
Manatın xarici valyutalar qarşısında dəyərinin müəyyənləş-di-
rilməsində  ən  əhəmiyyətli  məsələlərdən  biri  də  bazara  manatın 
emissiyası ilə bağlı olduğu xüsusu artıq yuxarıda vurğulanmış, Milli 
Bankın  bu  sahədə  apardığı  uğurlu  fəaliyyətə  yer  verilmişdi.  2000-
2001-ci  illərdə  də  Milli  Bank  1995-ci  ildən  götürdüyü  bu  kursu 
davam  etdirmiş,  2000-ci  ildə  226,7  mlrd.  manat,  2001-ci  ildə  isə, 
115,9 mlrd. manat emissiya aparılmışdır
348

 
Həmin  illərdə  bazarda  mövcud  olan  ümumi  pul  kütləsinin 
həcmi və onun strukturu isə aşağıdakı şəkildə olmuşdur: 
 
Tablo: 10.  2000-2001-ci Đllərdə Pul Kütləsinin Strukturu (mlrd. manat) 
 
 
2000 
2001 
Pul kütləsi (M2) 
1661,1 
1755,6 
O cümlədən: 
 
Bank sistemindən kənar nəğd pul (M0) 
1349,8 
1469,0 
Nəğdsiz vəsaitlər (M1) 
311,3 
286,6 
Qaynaq:  http://www.azstat.org/publications/yearbook/ 
2002/az/014_5.shtml#t14_5 
 
Əlavə olaraq onu qeyd etmək lazımdır ki, ölkədə pul siyasəti-
nin  tətbiqi  ilə  əlaqədar,  Azərbaycan  Respublikasının  Milli  Bankı 
əlaqədar  təşkilatlar  ilə  birlikdə  ənənəvi  olaraq  hər  il  üçün  ayrılıqda 
                                                 
347
   Sinan Oğan, “Bağımsızlığının Onuncu Yılında Azerbaycan Ekonomisi ve Türkiye ile 
EkonomıkĐ Đlişkileri”, http://www.ceterisparibus.net/arsiv/s_ogan.pdf, 12 mart 2003 
348
   http://www.azstat.org/publications/yearbook/2002/az/014_6.shtml#t14_6 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
201 
bir  pul  və  valyuta  siyasəti  haqqında  fəaliyyət  planları  işləyib  hazır-
layır və tətbiq edir. 2000, 2001 və 2002-ci illər üçün hazırlanmış olan 
bu  planlar  müvəffəqiyyətli şəkildə tətbiq edilmişdir.  Belə ki,  planda 
nəzərdə tutulan hədəflər reallaşdırılmışdır.  
 
Göründüyü kimi, ölkədə valyuta, valyuta məzənnələri sahəsin-
də  baş  verən  dəyişikliklər  müxtəlif  səbəblərdən  asılı  olaraq  dəyiş-
mişdir.  Amma,  demək  olar  ki,  günümüzdə  bu  sahədə  fəaliyyət 
bütünlüklə  iqtisadi  önündə  duran  hədəflər  istiqamətində  və  onların 
bir  qanadı  olaraq  yürüdülməkdədir.  Bu  səbəblə,  bəzi  iqtisadçılar  və 
iqtisadi  qurumlar  tərəfindən,  ümumi  iqtisadi  tendensiya  diqqətə 
alınaraq,  valyuta  məzənnələri  ilə  əlaqədar  bəzi  ehtimallar  irəli 
sürülməkdədir. Bu proqnozlara görə, valyuta məzənnələri 2003-cü ilə 
1  $=  5059.9  M,  2004-cü  ildə  1  $=  5166.4  M,  2005-ci  ildə  1  $= 
5313.1 M
349
 olaraq gözlənilməkdədir. 
                                                 
349
   USACC Investment Guide to Azerbaijan 2001, s. 24 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
202 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə