Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə56/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
195 
Đslahatların  başında  gələn,  ölkədə  pul  siyasəti  olaraq  sərt  pul 
siyasətinin  tətbiqinə  başlanılması  və  pul-valyuta  siyasətini  həyata 
keçirəcək orqanların təşkil olunması yaxud mövcud orqanların fəaliy-
yətlərində dəyişikliklər edilməsi, bir sözlə struktur dəyişiklikləri idi.  
 
1995-ci  ildə  Milli  Bank  və  Banklar  haqqında  qanunun  qəbul 
edilməsi, ölkənin maliyyə sferasında ən əhəmiyyətli addımlardan biri 
kimi qiymətləndirilə bilər. Bu qanun ölkədə pul siyasəti və bankların 
fəaliyyətinə açıqlıq gətirməklə bərabər, Milli Bankın  vəzifə və səla-
hiyyətlərini  yerinə  yetirə  bilməsi  baxımından  da  olduca  böyük  əhə-
miyyət kəsb etməkdə idi.  
 
Həmin ildə qəbul edilmiş “Valyuta tənzimlənməsinin sərbəst-
ləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 
Fərmanı ilə ölkənin valyuta ehtiyatlarının Milli Bank tərəfindən idarə 
edilməsi  ilə  əlaqədar  idi  ki,  bu  da  sözü  edilən  orqanın  sonrakı 
səmərəli  fəaliyyətinin  təşkil  edilməsi  və  ölkədə  effektiv  valyuta 
siyasətinin həyata keçirilməsi baxımından əhəmiyyətli bir addım idi. 
 
28  aprel  1995  tarixində  əvvəl  qurulmuş  olan  Vahid  Valyuta 
Fondu  ləğv  edilərək,  onun  yerinə  valyuta  qazancı  əldə  edən  bütün 
qurum  və  quruluşların  valyuta  qazanclarının  30%-ni  15  oktyabr 
1993- cü ildə qurulmuş olan
340
 Bakı Bankalararası Valyuta Birjasında 
satmaları məcburiyyəti gətirilmişdir. 
 
Xarici  ticarətə  Milli  Bank  tərəfindən  gətirilən  CĐF-BAKU  
tətbiqatı  da  ölkənin  valyuta  siyasətində  tənzimləyici  bir  fəaliyyət 
olaraq  qiymətləndirilə  bilər.  CĐF-BAKU  ibarəsi,  idxalat  mövzusu 
olan mallarla əlaqədar müqavilələrin, malların Bakıda təslim qiyməti 
mənasına  gələn  mal  +  sığorta  +  nəqliyyat  +  maaşların  razılaşma  ilə 
müəyyən  edilməsi  mənasını  verməkdədir.  Digər  tərəfdən  ödəmə 
zamanını  müəyyən edən başqa bir qaydaya görə, Azərbaycana idxal 
ediləcək  mallar,  Azərbaycan  Gömrüyündən    içəri  girmədən  və 
Gömrük  Giriş  Bəyannaməsi  banklara  təqdim  edilmədən  mal 
dəyərinin  Azərbaycan  xaricinə  transferti  qadağan  olunmuşdu.  Bu 
qayda, Azərbaycana mal idxalını çətinləşdirməkdə idi. Çox sürətli bir 
şəkildə  idxalat  akkreditiflərində,  mal  alış-satış  fəaliyyətinə  mövzu 
                                                 
340
   Annual Report 1996, The International Bank of Azerbaijan, s. 95 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
196 
olan  müqavilə  məbləğinin  10%-indən  və  10  min  Dollardan  çox 
olmamaq şərtiylə nağd ödəməyə icazə verilməməkdə idi. Bu miqdarı 
aşan  nağd  ödəmələr  üçün  Milli  Bankdan  icazə  alınması  lazım  idi. 
Đxracat fəaliyyətinə gəlincə, ixrac edilən malların dəyəri Azərbaycan 
banklarına  gəlməyənə  qədər,  ixracatçı  firmalara  nağd  ödəmə 
aparılmamaqda idi.
341
 
 
Đstər  sərt  pul  siyasəti,  istərsə  də  struktur  islahatlarının  bazarın 
valyuta  ehtiyaclarını  qarşılamaq  və  valyuta  dəyərini  sabitləşdirmək 
üçün daha uğurlu olduğu 1995-ci il etibariylə istiqrarını qorumuş olan 
valyuta məzənnələrindən də anlaşılmaqdadır
342
. Tətbiq olunan sərt pul 
siyasətinin  müsbət  nəticələri  çox  erkən  görülməyə  başlandı.  Bunu 
Manatın  zaman-zaman  Dollar  qarşısında  dəyər  qazanması  da  isbat 
etməkdədir. Məsələn, 1996-cı ildə Manat Dollar qarşısında 7% dəyər  
qazanmışdır.
343
 Mövzunu nominal rəqəmlərlə ifadə etsək, 1995-ci ildə 
dollar-manat  məzənnəsi  1  $=4418  M  ikən,  1996-cı  ildə  bu  məzənnə 
1$=4098 M-a enmişdir. Sonrakı illərdə də bu tendensiya davam etmiş, 
1997-ci ildə 1 $=3986 M, 1998-ci ildə isə, 1 $=3869 M təşkil etmişdir. 
 
Bu  dövr  üçün  ən  əhəmiyyətli  hadisələrdən  biri  də,  Manatın 
emissiyası  ilə  əlaqədar  olmuşdur.  Belə  ki,  Milli  Bankın  1995-1999-
cu  illər  arasında  emissiyaya  gedərək  bazara  sürdüyü  pul  miqdarı 
ÜDM-un dəyişmə tendensiyası da diqqətə alınaraq aparılmışdır. Đllər 
etibariylə emissiyanın miqdarı aşağıdakı kimi olmuşdur:  
 
Tablo: 8.   1995-1999-cu Đllər Arasında Pul Emissiyası 
 
(mlrd.manat) 
 
  
1995 
1996 
1997 
1998 
1999 
Cəmi 
336,4 
267,9 
342,7 
-234,9 
216,6 
Qaynaq: 
http://www.azstat.org/publications/yearbook/2002/az/014_6.shtml#t14_6 
 
Ümumiyyətlə,  1995-1999-cu  illər  arasında  bazardakı  pul 
kütləsinin miqdarı aşağıdakı tabloda verilmişdir: 
 
                                                 
341
   Gündem dergisi, Mayıs, 1997, s. 24 
342
   Akdiş, s. 27 
343
   Diyalog dergisi, TÜSĐAB, Örnek Baskı, Bakü 1997, s.40 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
197 
Tablo: 9.   1995-1999-cu Đllərdə Pul Kütləsinin Strukturu (mlrd. Manat) 
 
  
1995 
1996 
1997 
1998 
1999 
Pul kütləsi (M2) 
957,6 
1204,2 
1556,3  1218,5  1404,3 
o cümlədən: 
Bank sistemindən 
kənar nəğd pul (M0) 
602,4 
865,4 
1170,5 
926 
1135,8 
Nəğdsiz vəsaitlər (M1)  355,2 
338,8 
385,8 
292,5 
268,5 
Qaynaq: 
http://www.azstat.org/publications/yearbook/2002/az/014_5.shtml#t14_5 
 
Valyuta məzənnələrinin analizində, yuxarıda vurğulandığı kimi 
valyuta  məzənnələri  gedərək  1995-ci  ildən  sonra azalma  göstərsə  də, 
1998-ci ildən 1999-cu ilə kəçərkən əhəmiyyətli bir artım göstərmişdir. 
Belə ki, 1998-ci ildə valyuta məzənnəsi 1 $=3869 M ikən, 1999-cu ildə 
1 $= 4373M olmuşdur. 
 
Yeri gəlmişkən ifadə etmək lazımdır ki, bu artış, həmin dövrdə 
Rusiya  Federasiyasında  baş  verən  böhranla  əlaqədardır.  Böhranın 
birbaşa  Azərbaycan  iqtisadiyyatında  ciddi  zərərləri  görünməsə  də, 
xüsusilə psixoloji və qismən də olabiləcək maddi zərərlərdən qorun-
maq  məqsədilə  xalqın  kütləvi  şəkildə  xarici  valyutaya  yönəlməsi, 
valyuta məzənnələrində bu artışı meydana gətirmişdir.  
 
Tablodan  da  göründüyü  kimi,  məzənnələr  sonrakı  dövrlərdə 
artım göstərsə də (2000-ci ildə 1 $= 4565 M, 2001-ci ildə 1 $= 4774 
M, 2002-ci ildə 1 $= 4893 M), bu artım anormal xarakter daşımamış, 
ümumiyyətlə iqtisadiyyatın inkişaf tempinə  uyğun şəkildə dəyişmiş-
dir. Bu isə,  valyuta siyasəti ilə əlaqədar hələ 1995-ci ildən başlanan 
islahatların sonrakı dövrlərdə də eyniylə davam etməsi ilə izah edilə 
bilər.  Belə  ki,  bu  gün  Azərbaycan  Respublikasının  daxili  valyuta 
bazarı üç valyuta bazarından və bankdaxili valyuta mübadilə əməliy-
yatlarından  (BDMƏ)  ibarətdir.  Bu  üç  valyuta  bazarları:  1-  Babı 
Banklararası  Valyuta  Birjası  (BBVB),  2-  Mütəşəkkil  Banklararası 
Valyuta  Bazarı  (MBVB)  və  3-  Açıq  Banklararası  Valyuta  Bazarıdır 
(ABVB).  
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
198 
Bu  adları  keçən  valyuta  bazarlarından  MBVB  1997-ci  ildən 
BBVB-nin tərkində, keçici olaraq və kommersiya banklarının liberal 
valyuta  bazarı  olaraq  fəaliyyət  göstərməkdədir.  Ancaq,  1998-ci  ilin 
ikinci  yarısında  ABVB-nin  fəaliyyətə  başlaması  ilə  bu  qurum  tədri-
cən  öz  aktuallığını  itirməyə  başlamışdır.  Misal  üçün  qeyd  edək  ki,  
1999-cu  ildə  BBVB-nin  əməliyyat  həcmi  290,5  mln.  $,  MBVB-nin 
fəaliyyət  həcmi  206,2  mln.  $,  ABVB-nin  əməliyyatlarının  həcmi 
283,1  mln.  $  təşkil  edirdisə,  2000-ci  ildə  BBVB-nin  həcmi  186,0 
mln. $, MBVB-nin həcmi 123,6  mln. $, ABVB-nin həcmi isə 450,4 
mln. $ təşkil etmişdir
344

 
Azərbaycanda  valyuta  siyasəti  ilə  əlaqədar  struktur  islahatları 
ilə  yanaşı  lazımi  qanunvericiliyin  hazırlanmasında  da  böyük  işlər 
görülmüşdür.  Bu  müddət  ərzində  istər  valyuta  siyasəti,  istər  sahib-
karlıq  fəaliyyəti,  istər  xarici  və  daxili  investisiyalar,  onların  təşviqi, 
qorunması  haqqında,  istər  daxili  bazarın  inkişafı  və  sərbəst  bazar 
iqtisadiyyatının  təkmilləşdirilməsi  və  inkişafı  haqqında  qanun,  fər-
man və sərəncamlar hazırlanaraq qüvvəyə minmişdir. Bu da həm bir 
başa, həm də dolayılı olaraq valyuta siyasəti və valyuta məzənnələri 
tətbiqatlarının uğuruna şərait yaratmışdır. 
 
Vurğulanan  islahatlarla  yanaşı,  ölkədə  valyuta  ehtiyatlarının 
artırılmasına təsir göstərən bir çox başqa xüsuslar da olmuşdur. Bun-
lardan  ən  əhəmiyyət  kəsb  edənlərindən  birisi,  ölkəyə  xarici 
sərmayənin  cəlb  edilməsi  olmuşdur.  Başlanğıc  olaraq  1993-cü  ildə 
“Əsrin müqaviləsi” və ondan sonra imzalanan neft sazişləri vasitəsilə 
ölkənin  xüsusilə  neft  sektoruna  xarici  sərmayənin  axınının  başlanıl-
ması,  sonra-dan  Bakı-Tbilisi-Ceyhən  kimi  iri  neft  ixracı  kəməri 
layihəsinin  ortaya  çımasına  səbəb  olmuşdur.  Neft  sahəsində  tətbiq 
edilən  bu  strategiya,  1995-ci  ildən  etibarən  ölkədə  valyuta  rezerv-
lərinin  artırılmasında  əhəmiyyətli  rol  oynamışdır.  Əldə  edilən  xarici 
valyutanın  səmərəli  istifadəsini  təmin  etmək  məqsədilə  başqa  bir 
struktur  islahatına  gedilmiş  və  Neft  Fondu  yaradılmışdır.  Bu 
konrtaktlardan  stimullaşdırılaraq  iqtisadiyyatın  müxtəlif  sektorlarına 
da xarici sərmayə axını başlamışdır.   
 
                                                 
344
   Đllik Hesabat 2000, Azərbaycan Respublikası Milli Bank, Bakı, s. 42 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə