Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə52/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
179 
Şəkil: 13. 1992-2000-ci Đllər Arasında Azərbaycanın Xarici Ticarəti 
Qaynaq:  Azərbaycanın Xarici Ticarəti 1992-1996, D.S.K., Bakı, 1997, 
ss. 19, 31, 39, 62, 86; Azərbaycanın Statistik Məlumatları, 
D.S.K., Bakı 1998, s.16; Azərbaycan Rəqəmlərdə 1998, D.S. 
K., Bakı,1999, s.38; Zaman qəzeti, 18-22 yanvar 2003, s. 2; 
http://www.azstat.org/publications/yearbook/2002/az/022_1.shtml
#t22_1 
 
Qrafikdən  də  göründüyü  kimi,  ölkədə  illər  etibariylə  ixracat 
getdikcə azalmaqda, idxalat isə bunun tam tərsinə gedərək artmaqda-
dır.  (Qeyd:  2000-ci  il  xaric.  Bu  dövrdə  ixracatın  artmasının  səbəbi 
Neft  Kontraktları  çərçivəsində  ölkədən  xam  neft  ixracatının  başlan-
masıdır.)  Təbii  ki,  bunun  ölkə  iqtisadiyyatında  doğurduğu  neqativ 
nəticələri  vardır.  Bunların  başında  da  ölkədə  qazanılan  pulun 
(valyutanın)  başqa  ölkələrə,  başqa  ciblərə  axmasıdır.  Đşin  maraqlı 
tərəfi  də  idxal  edilən  mallar  içərisində  ən  böyük  paya  sahib  olanın 
qida məhsulları olmasıdır. Burada maraqlı olan məsələ, 1980-cı illə-
rin ortalarında ölkənin qida sənayesi məhsulları ehtiyacının 70-80%-
nin  ölkə  içərisində  istehsal  edilərək  qarşılandığı  halda,  bu  gün,  eyni 
məhsulların 90%-nin idxal malı olmasıdır. 
 
Đnvestisiyalar mövzusunda verdiyimiz açıqlamadan 1991, 1992 
və  hətta  1993-cü  illərdə  ölkə  hökumətinin  bu  sahədə  həssas  davran-
madıqları  anlaşılmaqdadır.  Belə  ki,  1990-cı  ildə  ölkə  iqtisadiyyatına 
0
500
1000
1500
2000
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
Years
T
o
ta

Im
p
./
T
o
ta

E
x
p

($
)
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
180 
476.667 Mln.$ kapital qoyulduğu halda, 1991-də bu rəqəm 95 Mln.$, 
1992-də 236.250 Mln.$, 1993-də 244.755 Mln.$ olmuşdur.
317
 
 
Xüsusilə  1994-cü  ildə  Azərbaycanda  hiper  inflyasiyanın 
yaşanmasına  gətirən  səbəblərin  bəlkə  də  ən  birincisi,  Rusiya-
Çeçenistan  savaşı  və  bu  savaş  səbəbiylə  Azərbaycanın  mal  daşıma-
cılığında xüsusi yerə sahib olan şimal dəmir yolu xəttinin bağlanması 
olmuşdur.  Bunu  1994-1995–ci  illər  arasında  azalma  tendensiyası 
göstərən idxalat qrafikindən anlamaq mümkündür.  
 
1990-1994-cü  illər  arasında  inflasiya  həddinin  yüksək  olma-
sına  xarici  ticarətlə  yaxından  əlaqəsi  olan  bəzi  bank  və  ya  maliyyə 
qurumların  açılması  və  fəaliyyət  göstərmələri  də  səbəb  olmuşdır. 
Sözü gedən illərdə yüksək faiz qarşılığı (Məsələn, ayda və faizə faiz 
tətbiqiylə  30%) əmanət  toplayan  bəzi  qurum  və  quruluşlar  fəaliyyət 
göstərməkdə idi. Xalqdan pul toplayaraq bu pullarla ölkəyə mal idxal 
edən  bu  müəssisələr,  öz  ticarət  mərkəzlərində,  dükkanlarında  bu 
malları satmaqda idilər və öz üzvlərinə, daha doğrusu özlərinə əma-
nət  verən  şəxslərə  sözdə  müxtəlif  üstünlüklər  təmin  etməklə 
istehlakçıları  çəkən  bu  müəssisələr,  mallarını  istədikləri  qiymətdən 
satma və suni olaraq inflasiya səviyyəsini yüksəltmə imkanına sahib 
idilər.  Đstədikləri  qiymətdən  satma  imkanı  verən  faktor,  idxalatın 
sadəcə  bunlar  tərəfindən  reallaşdırılması,  inflasiya  səviyyəsini  suni 
olaraq yüksəlmədəki məqsədləri əmanət qarşılığı ödədikləri faizlər idi.    
 
Ölkənin siyasi həyatında istiqrar əldə edildikdən, yəni 1994-cü 
ildən  sonrakı  illər  Azərbaycanda  demək  olar  ki  bütün  sahələrdə 
islahatların  aparıldığı  görülməkdədir.  Təbii  ki,  islahatlar  ilk  başda 
iqtisadiyyat  sahəsində  aparılmağa  başlamışdır.  Bunların  da  öncülü 
BVF ilə bərabər hazırlanan 1995-1996 və 1998-2000 iqtisadi inkişaf 
proqramlarıdır.
318
 
 
Đqtisadi Đnkişaf proqramının ilk tətbiqatı olaraq ölkədə sərt pul 
siyasəti izlənməyə başladı. Tətbiq edilən bu siyasət qısa bir zamanda 
öz  müsbət  nəticəsini  göstərdi.  Belə  ki,  manatın  dollar  qarşısında 
                                                 
317
   D.S.K.1998, s.7 
318
   Diyalog dergisi, 1997, s. 40 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
181 
dəyərini  davamlı  itirməsinin  qarşısı  alındı.  Hətta  bəzi  zamanlarda 
manatın dollar qarşısında dəyər qazanması kimi hallara rast gəlindi. 
 
Amma,  sərt  pul  siyasətinin  müalicə  edici  siyasət  olmadığına 
görə  uzun  dövrdə  tətbiqi  doğru  deyildir.  Çünki  sərt  pul  siyasəti, 
gəlirlərin  müəyyən  bir  ölçüdə  tutularaq,  məcmu  tələbin  limitlən-
dirilməsidir.  Bu  eyni  zamanda  böyük  ölçüdə  işsizliyin  ləğvinə  də 
imkan  verməməkdədir.  Đqtisad  nəzəriyyəsində  Phillips  əyrisi  olaraq 
tanınan hadisə 1994-dən sonrakı Azərbaycanda özünü tam mənasıyla 
sübut etməkdədir: 
 
Şəkil: 14.  Azərbaycanda 1994 –1998-ci Đllər Arasında Đnflyasiya 
Həddi və Đşsizlik 
 
-500
0
500
1000
1500
2000
23592 28314 31935 38306 42329
Unemployment (person)
Enflation
Level
 
Qaynaq: D.S.K., 1998, s. 7 
 
Bu əsnada iqtisadiyyatda istiqrarı təmin edici siyasətlər məcmu 
tələbi  qarşılayacaq  mal  və  xidmətlərin  istehsalı,  dolayısıyla,  məcmu 
təklifin artırılması ola biləcəyini söyləmək lazımdır. 
 
Uzun dövrdə sərt pul siyasəti tətbiqinin doğru olmadığının bir 
sübutu,  1998-ci  ildə  ölkədə  inflyasiyanın  yerini  deflyasiyaya  burax-
masıdır.  Đnflasiya  iqtisad  siyasətlərində  böyük  olmadığı  və  ya  dağı-
dıcı olmadığı müddətcə iqtisadiyyatda bir təşviq olduğu, iqtisadiyyatı 
canlandırdığı,  deflyasiyanınsa  tam  əks  bir  nəticə  ortaya  çıxardırğı 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
182 
söylənməkdədir.  Azərbaycan  kimi  inkişaf  etmə  ehtiyacı  duyulan 
ölkələrdə deflyasiyanın ortaya çıxması isə, iqtisadiyyatın bir az daha 
geriləməsi  anlamını  verməkdədir.  Sərt  pul  siyasəti  isə,  bu  nəticəni 
gətirməkdədir. 
  
1994-cü ildən sonra böyük ölçüdə investisiyaların da istər vergi 
dərəcələrində  düzəlişlər,  istərsə  də  istiqrarın  əldə  edilməsiylə  təşviq 
edildiyi görülməkdədir. “Əsrin Müqaviləsi” adı altında imzalanan neft 
kontraktları  və  bundan  hərəkətlə  ölkəyə  axan  xarici  sərmayə  ölkə 
iqtisadiyyatına müsbət yöndə təsir göstərməkdədir.  
 
Bu  əsnada  istər  faiz  dərəcələrinin  azaldılması  və  müxtəlif 
sahələrdə  kredit  təmin  etmədə  yaradılan  imkanlar  (məsələn,  kənd 
təsərrüfatı sektorunda)  ölkədə yerli sahibkarları kapital qoymağa təş-
viq  etmişdir.  Xarici  kredit  quruluşlarından  əldə  edilən  kreditlərin 
iqtisadiyyata  investisiya  şəklində  (əsasən  infrastruktur  sahəsinə 
investisiyalar  olaraq)    axması  da  böyümə  və  inkişaf  proqramının 
uğurlarından sayılmaqdadır. 
 
1995-ci ildə Milli Bank və Banklar haqqında qanunun qəbulu, 
sayəsində 1994-cü ildə 230-a yaxın Bankların sayı 1997-ci ildə 80-a 
endi.
319
 Đnflyasiya üzərində oynayaraq pul qazanan bankların qanunla 
bu  tip  fəaliyyətlərinin  qadağan  olunması,  bu  zamana  qədər  onların 
gətirmiş  olduqları  mənfi  nəticələri ortadan qaldıraraq, bazarın rahat-
lamasını təmin etdi. 
 
Milli  Bankın  fəaliyyətlərinin  qanuni  olaraq  müəyyənləşdiril-
məsiylə, həqiqi mənada mərkəz bankçılığı funksiyasını yerinə yetirmə-
sində  sözü  gedən  qanunun  çox  böyük  faydası  olmuşdur.  Bunu  Milli 
Bankın əldə etdiyi rezerv miqdarı da göstərməkdədir. Belə ki, 1992-ci 
ildə 2 Mln. $ olan valyuta rezervlərinin 1998-ci ildə miqdarı 447 Mln. 
$  olmuşdur.
320
  1995-ci  ildən  sonra  Milli  Bank  həqiqətən  də  bazarda 
ortaya  çıxan  neqativ  halların  ortadan  qaldırılması  imkanına  sahib 
olduğunu fəaliyyətləriylə sübut etmişdir. 
 
                                                 
319
   Ercan Sancak, Azərbaycan Đqtisadiyyatı, Bakı, 1999, s. 77 
320
   Sancak, a.k. ə., s. 59 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə