Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      22 
inanc sistemlərinin böyük inanc sistemlərində mövcud olan epik mətnlə-
rinə niyə simvol olaraq daxil olduğu aydın olur. Monoteist düşüncədə ən 
üst pillədə Vahid Allah mövcuddur və bu yer şəriksizdir. Aləmi-cəbərut, 
aləmi-mələkut  və  aləmi-nasut  təbəqə-təbəqə  şaquli  düzümlə  daha  aşağı 
qatları əhatə edən ruhani və maddi məkandır. Ona görə də bu sistemə da-
xil olan bütpərəst inanclar söyləyici və yaxud cilalayıcı əsasla epik mətnə 
gəlsə də, ən üst təbəqəni tuta bilmir. Yəni Tanrı ola bilmir. İkinci və ya-
xud  üçüncü  yerə  keçir.  O  inancla  gələn  anlayış  dünyagörüşü  formasını 
itirib epik mətndə simvola çevrilir. Misal üçün, totemistik anlayışda hey-
vandan və bitkidən törəmə aktı olaraq müəyyən heyvanlara və s. pərəstiş 
epik  mətndə əvvəlki  funksiyasını  itirib  məcazi anlamlar daşımağa başla-
yır.  Qurd  totemi  də  eyni  zamanda  Oğuz  mədəniyyətində  bu  funksiyada 
iştirak edir. Yəni totem deyil, simvol olur. Rəmzi anlamı ifadə edir. Cəsa-
rət,  şücaət,  çeviklik  və  s.  bu  kimi  keyfiyyətlərin  mənalarını  işarələyir. 
Türk xalqlarında epik mətndə daşınan qurd inancı ilə analoji olan qədim 
romalıların  Kapitoli  canavarı  da  mifik  strukturda  yaxın  funksiyaları  ilə 
diqqət çəkir (8, 119 ). Tək Tanrılı Vahid Allah konsepsiyasına malik olan 
Oğuz  mədəni  çevrəsi  bu  baxımdan  bütpərəst  inancların  təbliğinə  də  yer 
qoymur. Elə bu səbəbdən də  mətnlərdə nəzərə çarpan politeist, totemist, 
fetişist və s. inanclar inkar olunmaz səviyyədədirsə, bu heç də mətn yara-
dılışının  böyük səmavi dinlərə qarşı olduğunu göstərmir. O, bu  ifadələri 
dünyagörüşü  forması  kimi  deyil,  məcazi  anlamlar  kimi  işlədir.  Sadəcə 
olaraq mətn informatoru əks düşüncəyə malik olarsa (ateist və s.), bu, bö-
yük  mədəniyyət  hadisəsi  kimi  qala  bilməz.  Bu  səbəbdən  bu  görüntülü 
anormal  mətnləri  də  inkar  etmək  məcburiyyəti  ortaya  çıxır.  Hər  mətni 
qəbul  etmək  özünü  inkar  etməkdir.  Təsəvvür  edin  ki,  antimilli,  şovinist 
və  rasist  təfəkkürə  malik  söyləyicinin  ortaya  çıxmış  mətn  nümunəsini 
araşdırıb epik hadisə hesab edərək qəbul etmək və bunu milli mədəniyyət 
faktoru  kimi  təbliğ  etmək  nə  qədər  yanlış  nəticələrə  gətirib  çıxara  bilər. 
Əgər  bir  söz  xalqın  (insanın)  mədəniyyətinə  uyğun  deyilsə,  o  söz  əhə-
miyyətsiz sayılır, unudulur və mexaniki olaraq yatar yaddaşa keçir. Yal-
nız psixi və ideoloji təzahürlər bu düşüncə təfərrüatını ortaya çıxarır. Bu-
na görə də epik tələbat adıyla milli-mənəvi mövcudluğa qarşı yönəli dü-
şüncə  sistemlərini  aşkara  çıxarmaq  yolverilməzdir.  Bundan  əlavə  vulqar 
ədəbiyyat anlayışı  vardır ki, bu ədəbiyyatın həyatın gerçək üzünü, eybə-
cər  görüntülərini  göstərdiyi  inkar  olunmazdır.  Lakin  eyni  zamanda  bu 
qeyri-əxlaqi  mətn  nümunələrinin  aşkara  çıxarılıb  təbliğ  olunması  da  qə-
bul olunmazdır. Məlumdur ki, istər yazılı (cüzi bir qismi istisna olmaqla), 
istərsə  də  şifahi  əsərlərdə  əks  olunan  obrazlar  xalq  təfəkkürünün  cila-
ladığı  epik  örnəklər  olmaq  etibarilə  xalqın  keçmişinin,  əcdadlara  söykə-


Dədə Qorqud ● 2014/I I                                                                      23 
nən  mənşəyinin,  yazıldığı (deyildiyi) dövrün və gələcəyin  xronotopu ol-
maqla bərabər bu obrazların xalqın məqsəd və qayələrinə, istək-arzuları-
na uyğun şəkildə əks olunması poetik və epik tələbatdır. Xüsusilə, şifahi 
nümunələri,  ağız  ədəbiyyatı  inciləri  “ümumxalq  ruhu”  anlayışı  deyilən 
“yazılmamış  qanun”  rolunu  oynayan  bir  əxlaqi-mənəvi  dəyər  üzərində 
qurulmuşdur.  Xalq  yaradıcılığının  (fərddən  kollektivə,  kollektivdən  fər-
də)  bütün  nümunələrinin  strukturu  bu  qanunu  ehkam  kimi  qəbul  etmiş, 
onu  dəyişdirməyə  və  pozmağa  cəhd  göstərmək  “yazılmamış  yasaq”  he-
sab edilmişdir. Elə bu səbəbdən də epik obrazlar öz tarixi xarakterinə de-
yil,  xalqın  istək  və  arzularına  uyğun  tipik  nümunəyə  çevrilmişdir.  Əks 
düşüncə  ilə  meydana  gələn  antidini,  antimilli,  antihumanist  ədəbi-bədii 
örnəklər  isə  çox  qısa  vaxt  müddətində  unudulub  sıradan  çıxmışdır.  Bö-
yük  türkoloq,  ensiklopedist  alim  M.Kaşqari  hələ  XI  əsrdə  özünə  qədər 
olan və özündən sonrakı klassik ədəbiyyat xadimlərinin ədəb və inanc sə-
viyyəsini  inikas  etdirərək  yazır:  “Müsəlman  olmayan  türklərin  bəzi  şə-
hərlərinin  adlarını  yazdım,  bəzilərini  isə  yazmadım.  Çünki  tanınmayan 
şeylərdən  bəhs  etməyin  heç  bir  faydası  yoxdur”  (9,  76).  Bu  örnək  bizə 
əldə olan mətnlərin faydalılıq və zərərlilik təsnifatına bölünməsi, biri qə-
bul edilib, digərinin isə atılması gərəkliliyini də göstərir. 
Biz qeyd etdik ki, dünyagörüşü forması epik  mətndə necə simvola 
dönür. Eyni mühakiməni mətndə bir obrazın səciyyələndirilməsi, laylan-
dırılması  formasında  da  müşahidə  edirik:  “Ata-öncə  bu  ad  əcdad  kultu-
nun  işarəsidir.  İcma  başçısıdır.  Sonra  şaman-kahindir:  “qam  ata”  Daha 
sonra  əski  türk  monoteist  dini  olan  Tanrıçılığın  peyğəmbəridir-savçıdır” 
(10, 16) deməklə H.İsmayılov “ata” sözünün müxtəlif səviyyələrdə (lay-
larda)  hansı  funksiyada  işlənməsinə  diqqət  çəkir.  Oğuz  xanın  da,  Dədə 
Qorqudun  da  atributları  (sifətləri)  və  funksiyaları  (vəzifələri)  epik  mətn 
strukturunda  laylar  təşkil  edir.  Oğuz  xanın  ilk  insan  olması,  əcdadlığı, 
peyğəmbərliyi  və  s.  Ata  Qorqudun  əcdadlığı,  peyğəmbərliyi,  övliyalığı, 
şamanlığı, ozanlığı  və s. və alleqorik təzahürü (qurd, öküz və s.) yeganə 
qənaət  doğurur.  Bu  lay  səviyyəsində  daşınan  obrazın  biri,  bəzi  hallarda 
isə  bir-birinə  bağlı  olan  tərəfləri  gerçək  tarixi-real  tərəfdir,  digərləri  isə 
epik  olandır.  Yəni  Oğuz  xaqan  və  Qorqud  Ata  gerçəkdə  peyğəmbərdir, 
digər  atribut  və  funksiyalar  baxımından  epikləşib  ilk  insan,  övliya,  şa-
man,  ozan  və  s.  olmuşdur.  Bu  şəxsiyyətlərin  keyfiyyətlərini  müxtəlif 
dövrlərdə göstərmək üçün (bu epos ənənəsindən də irəli gəlir) informativ 
(ozan,  katib),  transformativ  qaydada  ayrı-ayrı  obrazları,  şəxsiyyətləri, 
hətta çox mürəkkəb mədəniyyətə malik davranış kodekslərini bir şəxsiy-
yətdə cəmləyir. Oğuz xan tarixi aspektdə tanrıçılıqda peyğəmbərdir, epik 
səviyyədə  ilk  insan, əcdad, öküz, buynuzlu və s.dir. Qorqud Ata tanrıçı-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə