Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      24 
lıqda peyğəmbərdir, epik səviyyədə ata, şaman, ozan, qurd və s.dir. Lakin 
onu  da  deyək  ki,  epik  səviyyə  özü  müxtəlif  istiqamətlərdə  diferensialla-
şır. Ata Qorqud əvvəl peyğəmbər (ata), sonra övliya (dədə) olur. Bu onun 
tanrıçılıqda peyğəmbər, İslamda övliya olmasını işarələyir. Tarixi aspekti 
səciyyələndirir. Epik kontekstdə isə transformativ-simvolik şəkildə müx-
təlif  görüntüləri  nümayiş  etdirir:  ata,  şaman,  ozan,  qurd  və  s.  Oğuz  xan 
isə başqa bir şəkildə böyük dini kompleksdə simvola çevrilmiş alleqorik 
anlamları ifadə edir, öküz, tüklülük və s. Adəm Ata funksiyasının daşıyı-
cısı  olaraq  da  ilk  insanı  və  əcdadı  epik  səviyyədə  işarələyir.  Yəni  Oğuz 
xan  peyğəmbərlər  cərgəsindən  olduğuna  görə  peyğəmbər  funksiyası  və 
missiyası (müqəddəs vəzifə), vəsfləri epik  mətnə daşınmaqla bərabər di-
gər  peyğəmbərlərin  də  atributları  epik  ənənədə  ona  transfer  olunur.  Bu 
anlamların təhkiyə üsulunun qaydalarına uyğun şəkildə epik çevrilmə ol-
duğunu  göstərərkən  və  bunu  real  situativlikdən  fərqləndirərkən  daha  bir 
cizgini  müşahidə  etməmək  olmur.  Adəm  Əleyhissəlamın  funksiyalarını 
epik səviyyədə özündə cəmləyən Oğuz xan eyni zamanda İsa Əleyhissə-
lamın  da  funksiyasını  özündə  səciyyələndirərək  funksionallığını  şərtlən-
dirir. Oğuz Xaqanın beşikdə dil açması (1, 10), Ay Qağanın gözündən er-
kək  oğul  doğulması  (11,  136)  bioloji  funksiyaların  mənəvi-sakral  əvəz-
ləyicisi kimi İsa Əleyhissəlamın doğuluş möcüzəsi ilə eyni semantik cər-
gədə  dayanır.  Onu  da  qeyd  edək  ki,  hadisə  və  mahiyyətin  təkrarlanması 
heç  də  o  demək  deyil  ki,  bu  motiv  köçürülməsidir. Təkrar  hadisə  və  si-
tuasiya oxşar süjet, mövzu və motiv törətsə də, eyniyyət yaxınlığı təkrar 
hadisələri və bir-birinə yaxın anlamları mexaniki olaraq üzə çıxara bilər. 
Lakin  bu  sistemli  şəkildə  olduqda  bir-birinə  bağlılığı  təsdiq  olunur.  Bu 
baxımdan Oğuz xan obrazının epik səviyyəsi də Oğuz mifinin epik para-
diqmaları kimi üzə çıxır. Oğuz epik ənənəsində ana obraz kimi üzə çıxıb 
obrazlar sisteminin əsasını təşkil edən Dədə Qorqud və Qazan xan obraz-
ları da eyni strukturdan qopub Oğuz mifinin paradiqmaları olmaqla bəra-
bər, eyni zamanda Oğuz xanın epik paradiqmalarından da bəhrələnir. Yə-
ni bu transformativ proses aşağıdakı şəkildə müşahidə olunur: 
Oğuz mifi – törəyidici invariant – Oğuz eposu – törənən paradiqma; 
Oğuz mifi – törəyidici invariant – Dədə (Ata) Qorqud obrazı – törə-
nən paradiqma; 
Oğuz mifi – törəyidici invariant – Qazan xan obrazı – törənən para-
diqma; 
Oğuz eposu – törəyidici invariant – Qorqud – Qazan törənən para-
diqma. 
Beləliklə, invariant sxemdən paradiqmatik görüntülər meydana çıx-
maqla bərabər Oğuzun epik səviyyələri növbəti paradiqmalar üçün inva-


Dədə Qorqud ● 2014/I I                                                                      25 
riant olur. Elə buna görə də “Oğuz Kağan dastanı” və s. Oğuz epik ənə-
nəsindən gələn arxetip, motiv, obraz və simvollar Qorqud - Qazan obraz-
larında təkrar funksiyalar yaradır. S.Rzasoyun fikrincə “Oğuz mifi bütöv-
lükdə Oğuz eposuna transformasiya olunmuşdur” (12, 5). Əgər bu qəna-
ətlər özünü əsaslı formada doğruldarsa, o zaman nəinki Qorqud və Qazan 
obrazları, eyni zamanda Oğuz epik ənənəsində iştirak edən bütün surətlər 
Oğuz mifinin törəməsi (paradiqmaları) hesab oluna bilər. 
İşin  elmi  nəticəsi.  Bu  məqalədə  DQК-dən  və  digər  Oğuznamələr-
dən struktur-semiotik və tarixi-müqayisəli yanaşma əsasında mətnüstü və 
mətnaltı  araşdırma  nəticəsində  Oğuz  mifinin  mifoloji,  tarixi,  epik  sə-
viyyələri  bərpa  olunub  elmi  ictimaiyyətin  diqqətinə  çatdırılmışdır.  İşdə 
ilk dəfə olaraq Oğuz xanın və Ata (Dədə) Qorqudun peyğəmbərlik missi-
yaları araşdırılmış, bunun heç də digər arxaik düşüncə tərzinə kölgə sal-
madığı aydınlaşdırılmışdır. 
Аraşdırmada Oğuz epik ənənəsində mövcud olan obrazların yalnız 
bir  obraz  kimi  bədii  təcəssüm  olması  inkar  olunmuş,  müxtəlif  laylar  sə-
viyyəsində struktur təşkil etməsi bərpa оlunmuşdur. 
İşin elmi yeniliyi. Bu tədqiqat işi bir-birinə qarışmış müxtəlif dün-
yagörüşü  və  epik  formulların  aydınlaşdırılmasına  xidmət  etmiş,  bir  çox 
qaranlıq  mətləblərin  açıqlanmasında  əhəmiyyətli  rol  oynamışdır.  Mifo-
logiyaya  yeni  baxış tərzi kimi  bu araşıdırma  yeni  və aktualdır. Ənənəvi-
təsviri, tarixi-müqayisəli və struktur-semiotik metodların çarpaz formada 
tətbiq  olunması  ilə  işlənən  bu  araşdırma  oğuz  mifini,  Oğuz  eposunu  və 
oğuz epik ənənəsini əhəmiyyətli dərəcədə əhatə edə bilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti. Bu tədqiqat  işi praktik əhəmiyyətə  malik-
dir. Oğuz epik ənənəsinin mifoloji strukturunu öyrənən bu tədqiqatın nə-
zəri əhəmiyyəti onun Oğuz epik - mifoloji dünya modeli, Оğuznamə epo-
sunun  obrazlar  sisteminin  tədqiqi  zamanı  verdiyi  nəzəri-metodoloji  təc-
rübə ilə, praktiki əhəmiyyəti isə ali məktəblərin filologiya fakültələrində, 
folklor və mifologiya ixtisasları üzrə magistratura və doktorantura təhsili 
zamanı  xüsusi kurslarda praktik  vəsait kimi  istifadə  imkanları  ilə  müəy-
yənləşir. 
ƏDƏBİYYAT 
1. Oğuznamələr. Tərtibçilər Vəliyev K., Uğurlu F. Bakı, Universitet nəşr., 
1993.  
2. Rəşidəddin  F.  Oğuznamə.  Fars  dilindən  tərcümə  edən  Şükürova  R.M. 
Bakı, Azərnəşr-Poliqrafiya Birliyi, 1992.  
3.  Bahadır  xan  Əbülqazi.  Şəcərei-Tərakimə  (Türkmənlərin  soy  kitabı). 
Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın 
tərtibçisi İ.M.Osmanlı. Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə