Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      20 
birə  peyda  olan  Dib  Yavqu  xan  (əcdadı  ilə  qarışdırmamalı)  Gün  xanın 
oğlu olaraq padşahlıq taxtına çıxır (2, 41). Halbuki bu mövqeyi Qayı xan 
tutmalı  idi.  Əbülqazidə  isə  Gün  xanın  oğlu  Qayı  xan  taxta  çıxır,  ondan 
sonra onun yerini Qayı xanın oğlu Dib Bakuy (Dib Yavqu) tutur (3, 73). 
Beləliklə, ya Rəşidəddin tarixi gerçəkliyi verərək simvolik dördlük 
modelini  birdən-birə pozur, yaxud Əbülqazi  xan  bu  modeli  bərpa etmək 
üçün  tarixi  gerçəkliyə  əhəmiyyət  verməyərək  məntiqi  xronologiya  yara-
dır, yaxud da bu müəllif diqqətsizliyindən irəli gəlir. 
Mənqəbə  nə  dəqiq  tarixi,  nə  də  dəqiq  epik  əsər  olmadığından  bu 
nöqsanlara  təbii  yanaşmaq  da  olardı.  Lakin  yuxarıdakı  mülahizəmizi 
əsaslandırmaq  üçün  bu  məsələyə  diqqət  yönəldirik  ki,  epik  səviyyənin, 
simvolik modellərin mətndə mövcud olmasının dünyagörüşünü təhrif edə 
biləcəyi fikrini də irəli sürək. Belə ki, Oğuz xanın peyğəmbərliyi ilə bağlı 
gerçək  görüntülərə  mətnin  hansısa  arxaikliyi  iddiasıyla  kölgə  salmağın 
əhəmiyyətsiz olduğu görünür. Sadəcə olaraq epik qanunlar səviyyəsindən 
yanlış  yanaşma  tərzi  elə  tarixi  faktora  epik  əsərdə  maksimal  yanaşmağa 
bərabərdir. Hətta bu Oğuznamələrə diqqət etdikdə aydın nəzərə çarpır ki, 
Rəşidəddin  və  Əbülqazi  “Oğuznamə”lərindən  daha  qədim  hesab  olunan 
“Oğuz  Kağan”  dastanında  (uyğur  versiyasında)  Oğuz  xanın  peyğəmbər-
liyi daha qabarıqdır. Tanrıdan əhd alan Oğuz xanın nəsil törətmə aktının 
həyata keçirilməsi üçün Tanrıya tapındığı yerdə Tanrı vasitəsilə möcüzəli 
bir şəkildə (göydən düşən şüa arasında və ağac koğuşunda) xatunlara qo-
vuşması, qəzavatda yenə dan  yeri ağaranda Oğuz xaqanın  çadırına girən 
şüadan boz tüklü, boz yallı erkək qurdun çıxması, dil açıb onunla danış-
ması,  gedəcəyi  döyüşdə  öndə  gedəcəyini  deməsi  və  Oğuzu  arxasınca 
aparması,  Oğuz  xaqanın  sakral  missiyanı  başa  vurduqdan  sonra  “Göy 
Tanrı qarşısında borcumu yerinə yetirdim” deməsi fikrimizi isbat edir (1, 
13, 14, 15, 18, 19, 34). 
Epik tələbatın aydınlaşdırılması bir çox çaşqınlıqları da aradan qal-
dırır. İlk insan olan Oğuz bu baxımdan epik səviyyənin məhsuludur. Bü-
tün  gözəl  keyfiyyətləri  Oğuz  qəlibinə  salmaq,  Oğuz  üzündə  görmək, 
Oğuz  adına  bağlamaq  Oğuz-türk  düşüncəsində  assosiativ  formada  möv-
cud olduğuna görə bu situasiya epik təzahürü  meydana çıxarır. Oğuz öz 
dövründən əvvəlin də, sonranın da, öz qövmündən (xalqından) başqa di-
gər  qövmlərin  də  atasına,  əcdadına,  ilk  insanına  çevrilir.  Epik  mətndə 
epoxal  zamanın  geriyə  qayıdışı  Oğuz  xaqandan  da  keçir.  O,  əvvələ 
qayıdıb ilk insan olur. Epik mətndə ilk insan kimi obrazlaşır. Epik tələbat 
Oğuz xanın atasını da epik anlamlar çərçivəsinə  daxil edir. Qara xan  və 
Oğuz  işıq  və  qaranlığı  təmsil  edir,  simvollaşdırır.  Oğuz  və  atası  (Qara 


Dədə Qorqud ● 2014/I I                                                                      21 
xan) arasındakı döyüş də, kosmos və xaosu binar oppozisiyada rəmzlən-
dirir (4, 33). 
Beləliklə,  Oğuzun  ilk  insana  çevrilməsi  tarixi-real  zəmində  yox, 
epik yaradıcılıqda simvolik şəkildə baş verir. Əslində isə epik səviyyədə 
ilk insan olan Oğuz, tarixi gerçəklikdə ilk insan olan Adəm atadır. Daha 
doğrusu,  Adəm  Ata  funksiyası  epik  formada  Oğuz  xana  transformasiya, 
bəzi hallarda adaptasiya olunur. Oğuz Adəm Atanın funksiyasını daşıyır, 
atributlarını  özününküləşdirir.  Əşyalara  və  xalqlara  ad  qoyması  və  s. 
(“Əl-Bərəqə”  surəsi,  ayə  31-33)  (5,  6,  7).  Adəm  Əleyhissəlama  Allahu-
Təalanın əşyaların adını öyrətməsi kəlamını (Təlimi-Əsma) xatırladır (5, 
6). Qeyd edək ki, DQK-də Ata Qorqud bu funksiyanı eyni qaydada Oğuz 
xandan  mənimsəyir.  Halbuki  epik  səviyyədə  deyil,  tarixi-real  aspektdə 
götürüldükdə  Adəm  (əs)  ilk  gerçək  insan,  həqiqi  rəsul  (sühuf  sahibidir) 
və nəbidir. O cümlədən eyni silsilənin bir həlqəsi də Oğuz xan, daha son-
ra  Dədə  Qorquddur  ki,  bu  vahid  missiya  da  sonuncu  nəbinin  (Xatəmül-
Ənbiyanın) gəlişi ilə tamamlanır. Elə DQK-nin başlanğıcında Ata Qorqu-
dun  “Rəsul  Əleyhissəlam  zəmanına  yaqın”  yaşaması  da  onun  müjdəçi 
peyğəmbərliyinə işarədir. Çünki Adəm Əleyhissəlamdan tutmuş Muham-
məd Əleyhissəlama qədər arada olan bütün rəsul, nəbi və vəlilər sonuncu 
peyğəmbərin gəlişini xoş xəbər (müjdə) olaraq elan etmiş və hansının za-
manına düşərsə, ona tabe olmaq əmri almışdır (6, 349). Elə bu baxımdan 
da Ata Qorqud Muhamməd Əleyhissəlam gəldikdən  sonra atadan (nəbi-
dən)  dədəyə  (övliyaya)  dönmüşdür.  Beləliklə,  tarixi  reallıqdan  (tarixi 
mifdən) epik obraza daşındıqca, (epik  mifə keçid etdikcə)  ilk  insana dö-
nən  Oğuz  xan  da  digər  semantik  anlamları  eyni  sinxron  düzümdə  epik 
obraz olaraq  özündə  cəmləşdirir  –  Oğuzun  qurdluğu, tüklülüyü,  öküzlü-
yü, buynuzlu olması  və s. F.Bayat elə bu  baxımdan Oğuzun fərqli görü-
nən eyni anlamların və yaxud bir-birinə yaxın mənaların sinxron sırasını 
təşkil  etdiyini  diqqətə  çatdırır  (7,  75-76).  Hətta  Oğuz  xanla  bağlı  olaraq 
(“Oğuz  Kağan  dastanı”  və  s.)  mətndə  mövcud  olan  bu  xtonik  xüsusiy-
yətlər  (tüklülük,  öküzlük,  qurdluq  və  s.)  səmavi  dinlərdən  kənarda  olan 
təhrif olunmuş dünyagörüşü forması kimi kiçik toplum  inancı olsa  belə, 
yəni simvolik fikir tərzi deyil, həyat baxışı olsa da, yenə də epik hadisə-
dir.  Çünki  kiçik  inanc  sistemi  (dünyəvi-ideoloji  inanclar)  böyük  inanc 
sistemləri (səmavi dinlər) içərisində dünyagörüşü formasını itirib simvo-
lik  fikir  tərzinə  çevrilir  və  epik  mətnə  dünyagörüşü  kimi  deyil,  məcazi 
anlamlar şəklində düşür. Bu prosesi  müəyyən anlamda assimilyativ sub-
stratlıq  adlandırmaq  olar.  Yəni  böyük  inanc  sistemləri  mövcud  olduğu 
ərazilərdə  kiçik  inanc  daşıyıcısı  olanlara  ciddi  təsir  göstərərək  onu  öz 
içində  əridib  özünün  qanunauyğun  inkişafına  tabe  edir.  Bu  yerdə  kiçik 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə