Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   4   5   6   7   8   9   10   11   ...   108

Nizami Cəfərov 
 
26
Azərbaycan “Koroğlu”su Qərb variantlarının, qeyd olun-
duğu kimi, əsasını təşkil edir – “istər ayrı-ayrı hissələrinin, qol-
larının ilk yaranmasında, istərsə də yaşadığı əsrlər boyu daha da 
zənginləşməsində, cilalanmasında bizə məlum olmayan saysız-
hesabsız söz sənətkarlarının iştirak etmiş olduğu ən əzəmətli 
dastanlarımızdan biri” (M.H.Təhmasib) “Koroğlu” milli təşək-
kül dövründə mənsub olduğu xalqın, millətin hansı yaradıcılıq 
(və geniş mənada özünütəşkil!) imkanlarına malik olduğunu 
göstərir. Mütəşəkkilliyinə, xalqın ictimai-siyasi problemlərini 
əks etdirmə imkanına, estetik-poetik səviyyəsinə görə nə Türki-
yə türklərinin “Koroğlu”su, nə də erməni, gürcü, kürd, ləzgi və 
s. “Koroğlu”su Azərbaycan “Koroğlu”su ilə müqayisə oluna 
bilməz – eyni zamanda qeyd edək ki, Qafqazda yaşayan qeyri-
türk mənşəli xalqların “Koroğlu”su əsasən Azərbaycan “Ko-
roğlu”sunun ayrı-ayrı süjetlərinin variasiyası, bir sıra hallarda 
isə bilavasitə tərcüməsidir. Heç də təsadüfi deyil ki, vaxtilə 
qeyri-türk mənşəli bir sıra qonşu xalqların ifaçı-aşıqları müxtəlif 
məclislərdə “Koroğlu”nun süjetini Azərbaycan türkcəsindən çe-
virərək üç dillərində (ermənicə, gürcücə, ləzgicə və s.) danışmış, 
dastandakı qoşmaları isə məhz Azərbaycan türkcəsində 
oxumuşlar (XVII-XIX əsrlərə aid bir sıra əlyazmaları da bunu 
göstərir). Yəni Qafqaz – Kiçik Asiya regionunda “Koroğlu”nun 
aparıcı dili Azərbaycan türkcəsi, təmsil və təbliğ etdiyi ideya-
estetik mədəniyyət Azərbaycan mədəniyyəti olmuşdur. 
Azərbaycan “Koroğlu”su formalaşdığı dövrdən həm 
yazıya alınmağa, həm də yazılı ədəbiyyata təsir göstərməyə 
başlamışdır – əlbəttə, bunun səbəbi yalnız “Koroğlu”nun XVII-
XVIII əsrlər Azərbaycan mədəniyyətindəki böyük tarixi möv-
qeyə malik olması deyil; həmin dövrdə, görünür, əsasən intibah 
düşüncəsinin təsiri ilə xalq ədəbiyyatı xüsusi nüfuz qazanır və 
kütləvi şəkildə, qarşısıalınmaz bir sürətlə yazıya köçürülür –  
bunun miqyasını təsəvvür etmək üçün deyək ki, XVI-XVIII 
əsrlər aşıq yaradıcılığı nümunələri, bir sıra dastanlar yalnız ərəb 
(Azərbaycan-türk) əlifbasında deyil, erməni və gürcü əlifbala-


Ədəbiyyat söhbətləri 
 
27
rında da yazıya alınmış, bunların əksəriyyəti itib-batmış, çox az 
bir qismi bugünə qədər gəlib çıxmışdır. 
“Koroğlu”nun əlyazmaları daha çox olmuşdur – bunun bir 
səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, dastanın Qafqazda geniş 
yayılması, ədəbi-estetik nüfuzu idisə, başqa bir səbəbi onun gö-
rünməmiş bir sürətlə törəyib-artması, inkişaf etməsi, qeyri-adi 
potensiala malik olub get-gedə yeni süjetlər, motivlər, ideyalar 
və s. ilə zənginləşməsi idi. “Koroğlu” yaradıcı aşığa, el sənət-
karına dövrün, günün ictimai problemlərini ümumiləşdirmək, 
həmin problemlərə xalqın münasibətini bildirmək, ya analitik, 
ya da təhtəlşüur bir şəkildə təqdir-təsdiq və ya inkar etmək üçün 
qeyri-məhdud imkan verirdi. Azərbaycan xalqının milli intibahı 
dövründə folklorun, dastan-epos yaradıcılığının qazandığı bu 
qeyri-məhdud imkanı, improvizasiya sürətini yazı əks etdirə 
(ehtiva edə!) bilmirdi. 
“Koroğlu”nun təşəkkül-formalaşma tarixini təxminən 
aşağıdakı kimi dövrləşdirmək olar: 
1. XVI əsrin əvvəllərindən XVII əsrin əvvəllərinə qədər – 
mənəvi-kulturoloji, estetik potensialın müəyyənləşməsi, XVI əs-
rin sonu, XVII əsrin əvvəllərində Azərbaycanın öz dövlət müstə-
qilliyini itirməsi ilə əlaqədar olaraq milli müstəqillik uğrunda 
mübarizənin güclənməsi nəticəsində eposun meydana çıxması 
üçün sosial-psixoloji və ideoloji şəraitin yetişməsi. 
II. XVII əsrin əvvəllərindən ortalarına qədər — eposun 
ideya-estetik əsaslarının, strukturunun, ilk süjet-epizodlarının, 
əsas obrazlarının yaranması. 
III. XVII əsrin ortalarından XVIII əsrin əvvəllərinə qədər 
– dastanın əsasən formalaşması, dövrün böyük şifahi söz sənət-
karları – aşıqlar tərəfindən ideya-məzmun və poetik struktur 
baxımından mükəmməl sənət faktına çevrilməsi, eyni zamanda 
ilkin variant, yaxud versiyaların təşəkkülü. 
IV. XVIII əsrin əvvəllərindən XIX əsrin ortalarına qədər – 
dastanın epik potensialının tam gücü ilə təzahürü, milli eposa 
çevrilməsi, variantlaşmanın güclənməsi, ayrı-ayrı qolların, ya-


Nizami Cəfərov 
 
28
xud bütövlükdə dastanın yazıya alınması, Azərbaycan aşıqları-
nın repertuarında əsas əsərə çevrilməsi, yeni qollarla zənginləş-
məsi, gələ-gələ daha da cilalanıb mükəmməlləşməsi. 
V. XIX əsrin ortalarından XX əsrin 30-cu illərinə qədər –  
sənətkarlıq baxımından daha daz, xüsusilə ifaçı aşıqlar tərəfin-
dən müxtəlif məclislərdə daha çox söylənib yayılması, ardıcıl 
şəkildə toplanması, yazılı ədəbiyyata, milli ictimai təfəkkürə 
müəyyən təsir göstərməsi...  
Əlbəttə, bu bölgüdə müəyyən şərtiliyin olması təbiidir — 
şərti olmayan isə odur ki, “Koroğlu” XVI əsrin sonu XVII əsrin 
əvvəllərindən XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər, yəni 
təxminən üç əsr xalqın folklor təfəkküründə yaşamış, onun 
qəhrəmanlıq idealının faktı, hadisəsi kimi mövcud olmuşdur. 
“Koroğlu” mənsub olduğu xalqın əxlaqına, mənəviyyatına, psi-
xologiyasına mükəmməl bir məktəb səviyyəsində əsrlərlə təsir 
göstərmiş, millətin ədəbi düşüncəsinin miqyasını bütün geniş-
liyi, çoxtərəfliliyi, zənginliyi ilə əhatə etmişdir. IX-XI əsrlərdən 
sonra Azərbaycan dastan yaradıcılığının milli epos təfəkkürünün 
potensiyası miqyasında təzahürü məhz XVII-XIX əsrlərdə 
“Koroğlu”nun timsalında olmuşdur. 
Azərbaycan “Koroğlu”su (eləcə də onun bilavasitə təsiri 
altında formalaşıb inkişaf etmiş Qərb variant və ya versiyaları), 
əsasən, real (konkret) tarixi hadisələrin inikasıdır və “Koroğlu” 
qəhrəmanlarının adlarına real tarixi şəxsiyyətlərin adları kimi 
tarixi əsərlərdə təsadüf olunur, bununla belə, eposun alt qatında 
(iç strukturunda!) zəngin mifik potensiyanın udulduğunu gör-
mək o qədər də çətin deyil və “Koroğlu”da həmin mifoloji qat, 
demək olar ki, bütünlüklə üst qatın (dış strukturun!), geniş mə-
nada realizmin ixtiyarındadır, ona tabe olmuş, hətta onun (üst 
qatın) təzyiqi ilə bir sıra hallarda deformasiya olunmuşdur. 
Lakin müəyyən məqamlarda alt qatın tamamilə üst qata 
çevrildiyini görməmək, sadəcə olaraq mümkün deyil...  
“Koroğlu” dastanında mifoloji obrazların fəal şəkildə 
meydana çıxması, xüsusilə baş qəhrəmanın fəaliyyətinin miflə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə