Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



16

4 Uçot 

Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr 

Bank növbəti maliyyə dövrü ərzində hesabatlarda əks etdirilən məbləğlərə  və aktiv və öhdəliklərin balans 

dəyərinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq 

rəhbərliyin təcrübəsinə  və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq 

əsaslandırılmış  gələcək hadisələr üzrə  təxminlərə  əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı 

rəhbərlik həmçinin peşəkar mülahizələr və  təxminlər irəli sürür. Maliyyə hesabatlarında  əks etdirilən 

məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin 

balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir: 



Amortizasiya edilmiş  dəyərdə qeydə alınan maliyyə alətlərinin dəyərsizləşməsi üzrə  zərərlər.  Bank 

müntəzəm olaraq amortizasiya edilmiş  dəyərdə qeydə alınan maliyyə aktivləri üzrə  dəyərsizləşməni təhlil 

edir. Dəyərsizləşmə üzrə  zərərin il üzrə  mənfəət və ya zərərdə  əks etdirilməsini müəyyən edərkən, Bank 

aktivlər üzrə portfeldə konkret bir kreditin dəyərində azalmanın müşahidə edilməsindən əvvəl həmin portfel 

üzrə pul vəsaitlərinin təxmin edilən hərəkətində ölçülə bilən azalmanı əks etdirən nəzərə çarpan əlamətlərin 

mövcudluğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. Bu göstəricilərə qrupdakı borcalanların 

ödəniş statusunda və ya qrupdakı aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə  əlaqədar ölkə 

səviyyəsində  və ya yerli iqtisadi şərtlərdə  mənfi dəyişikliyin olduğunu  əks etdirən müşahidə edilə bilən 

məlumatlar daxildir. Rəhbərlik gələcək pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması üçün istifadə edilən 

kredit portfelindəki aktivlər ilə analoji kredit riskinə və dəyərsizləşmə üzrə obyektiv əlamətlərə malik aktivlər 

ilə əlaqədar əvvəlki ilin zərərləri haqqında məlumata əsaslanan təxminlər tətbiq edir. Gələcək pul vəsaitləri 

hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və 

həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir. Həqiqi və 

təxmini zərərlər arasında 10% artım və ya azalma olarsa, bu, müvafiq olaraq kreditlərin dəyərsizləşməsi üzrə 

zərərin 1,770 min AZN (2009: 807 min AZN) artmasına və ya azalmasına gətirib çıxara bilər. Ayrı-ayrı 

əhəmiyyətli kreditlərin dəyərsizləşməsi üzrə  zərərlər, kreditin ödənilməsini və müvafiq kredit üzrə girov 

qoyulmuş  hər hansı aktivin realizasiyasını  nəzərə alaraq, həmin ayrı-ayrı kreditlər üzrə diskont edilmiş 

gələcək nağd pul axınları üzrə təxminlərə əsasən hesablanır. Həqiqi zərərlər və nağd pul axınlarının məbləği 

və vaxtı arasındakı  fərqlərə görə yarana bilən ayrı-ayrı  əhəmiyyətli kreditlər üzrə diskont edilmiş  gələcək 

nağd pul axınları arasında 10% artım və ya azalma olarsa, bu, müvafiq olaraq kreditlərin dəyərsizləşməsi 

üzrə zərərin 4,097 min AZN (2009: 2,753 min AZN) artmasına və ya azalmasına gətirib çıxara bilər. 

Rezident banklara yenidən maliyyələşdirmə  dərəcəsi ilə verilmiş kreditlər.  Bank rezident banklara 

qısamüddətli və uzunmüddətli kreditlər verir. Həmin kreditlər üzrə faiz dərəcələri kreditlərin verildiyi tarixdə 

Bankın yenidən maliyyələşdirmə dərəcəsinə bərabərdir və rezident bankların kommersiya banklarından əldə 

etdiyi faiz dərəcələrindən aşağıdır. Rəhbərlik bu cür maliyyə alətlərinin ilkin uçotu zamanı  zərərin yaranıb-

yaranmaması məsələsini nəzərə almışdır. Kreditləşdirmə əməliyyatları əlaqəli olmayan tərəflərlə aparıldığına 

görə, rəhbərlik bu kreditlər üzrə faizlərin bazar faiz dərəcələrinə uyğun olduğunu və müvafiq kreditlərin ilkin 

uçotu zamanı hər hansı zərərin yaranmadığını hesab edir. Belə bir mülahizə irəli sürərkən rəhbərlik həmçinin 

həmin maliyyə alətlərinin məbləğ və müddət baxımından spesifik olduğunu və ayrıca bazar seqmenti təşkil 

etdiyini nəzərə almışdır. Rezident banklara verilmiş kreditlərin ümumi balans dəyəri 10 saylı Qeyddə 

açıqlanır. 



Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının dəyərsizləşməsi üzrə  zərərlər.  Bank 

borc qiymətli kağızlarına investisiyalara malikdir. Bazar şəraitində gələcək mənfi dəyişikliklər və ya əməliyyat 

nəticələri investisiyaların cari balans dəyərində  əks etdirilə bilməyən zərərlərə  gətirib çıxararaq, gələcəkdə 

dəyərsizləşmə xərclərini tələb edə bilər. Bank müntəzəm olaraq investisiyalarını nəzərdən keçirərək, dəyərin 

azala bilməsini göstərən  əlamətlərin olub-olmamasını müəyyən edir. Bu təhlillər gələcək hadisələrin 

nəticələrinin qiymətləndirilməsini və  dəyərsizləşmənin baş verməsini göstərən amillərin mövcud olub-

olmamasının müəyyən edilməsini tələb edir.   

Maliyyə alətlərinin  ədalətli dəyəri.  Maliyyə  vəziyyəti haqqında hesabatda əks etdirilmiş maliyyə aktiv və 

öhdəliklərinin  ədalətli dəyəri fəal bazardan əldə edilə bilməyəndə, onlar riyazi modellərin işlədilməsini daxil 

edən müxtəlif qiymətləndirmə mexanizmlərindən istifadə etməklə müəyyən edilir. Bu modellər üçün ilkin 

verilənlər mümkün olanda müşahidə edilə bilən bazardan götürülür, mümkün olmayanda isə  ədalətli 

dəyərlərin müəyyən edilməsi üçün müəyyən dərəcədə mühakimələrin istifadə edilməsi tələb olunur. 31 saylı 

Qeydə baxın. 



Konsolidasiya edilməyən müəssisələr. 31 dekabr 2010-cu il tarixinə Bankın nəzdində Azərbaycan İpoteka 

Fondu (“AİF”) və yanında Maliyyə Monitorinqi Xidməti (“MMX”) fəaliyyət göstərmişdir. Bu müəssisələr hazırkı 

maliyyə hesabatlarında konsolidasiya edilmir. Qanunvericilikdə  tələb olunduğu kimi, Bank AİF üzərində 

nəzarətçisi kimi çıxış etsə də, AİF və maliyyələşdirilməsi Bank tərəfindən həyata keçirilən MMX-nın aktiv və 

öhdəlikləri üzərində mülkiyyət hüququna və onların fəaliyyətlərindən əldə edilən iqtisadi faydalarda hüquqlara 

malik deyildir. Rəhbərliyin fikrincə bu iki müəssisə hazırkı maliyyə hesabatlarında konsolidasiya edilsəydi, 31 

dekabr 2010-cu il tarixinə Bankın məcmu aktivləri onun hazırkı aktivlərindən 3% faizdən çox fərqlənməzdi.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə