Microsoft Word Broshur kitab


Layihə çərçivəsində hazırlanan broşürlər



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   10   11   12   13   14   15   16   17   18

53 

 

Layihə çərçivəsində hazırlanan broşürlər  

Layihə çərçivəsində ingilis, azərbaycan və gürcü dillərində 

layihənin hədəf qruplarına paylanması və layihənin məqsədləri 

və gözlənilən nəticələrini izah edilməsi məqsədilə broşürlər 

hazırlanmışdır. Broşürlər Avropa Yardımları üzrə  Məlumat-

landırma və Tanıtma Təlimatlarına uyğun layihələndirilmişdir.  

Digər məlumatlandırma və tanıtma tədbirləri  

Layihə komandası  hədəf ölkələrin və BMİP kimi 

çoxtərəfli təşkilatların yüksək səviyyəli rəsmiləri ilə brifinqlər 

və  tədbirlər təşkil etmişdir. Layihə  tədbirlərini KİV-ə  təqdim 

etmək üçün müvafiq imkanlardan istifadə edilmiş, eləcə  də 

layihə haqqında hər üç  ölkənin milli televiziyalarında verilişlər 

daxil olmaqla bir neçə hesabat yayılmışdır. 

5

 

NƏTİCƏLƏR VƏ ÖYRƏNİLMIŞ DƏRSLƏR 

Layihə meşələri və onların təmin etdiyi xidmətləri iqlim 

dəyişikliklərinə daha dayanıqlı edəcək siyasətlərin qəbul 

edilməsini və icrasını  təşviq etmək məqsədilə hazırlanmışdır. 

Bu məqsədə çatmaq üçün fəaliyyətlər dörd paketdə  təşkil 

olunmuşdur: (i) həssas meşə massivlərinin dayanıqlı meşə 

massivlərinə transformasiyasını nümayiş etdirmək; (ii) meşə 

administrasiyalarının iqlimə uyğunlaşa bilən strategiyaları 

hazırlama və icra etmə bacarıqlarını artırmaq; (iii) pilot 

sahələrə qonşu olan icmaların güzəranını yaxşılaşdırmaq 

potensialı olduğu hallarda icmalarda  agahlığın artırılmaq, 

eləcə  də yerli icmaların iqlim dəyişikliyinin təsirləri haqqında 

biliklərini artırmaq; (iv) 

bu hesabatın və meşələrin 

transformasiyası üzrə 

təlimatların hazırlanmasını 

və 

yayılmasını ehtiva edən paylama paketi. 




54 

 

5.1



 

Transformasiya tədbirlərinin nümayişi 

Layihə transformasiya tədbirlərini süni meşə  əkinlərində 

nümayiş etdirmişdir. BMT-nin Qida və  Kənd Təsərrüfatı 

Təşkilatına müvafiq olaraq 2005-ci ildə  Cənubi Qafqaz 

ölkələrində 90,000 hektar süni salınmış meşə massivləri 

mövcuddur. Bunun əksinə olaraq regionda 4 milyon hektar 

təbii və yarım-təbii  meşə örtüyü mövcuddur və bu meşələr 

süni salınmış meşə massivləri müqayisədə təbii irs baxımından 

region üçün daha dəyərlidir.  Hazırki hesabat daha çox süni 

salınmış meşə massivlərinə diqqət yetirmişdir, çünki, onlar 

daha böyük stress altındadır və  təbii proseslər vasitəsilə 

dəyişən iqlimə uyğunlaşmaqda daha çox şansı olan  təbii və 

yarım-təbii meşələrlə müqayisədə  səciyyəvi olaraq daha az 

dayanıqlıdır.  

Layihə nümayiş təyinatlı meşə massivlərinin təbiətə yaxın 

meşə massivlərinə transformasiya olunmasını qarşıya hədəf 

kimi qoymuşdur; vacib prinsip pilot sahələrdə  gələcək iqlim 

şəraitlərinə münasib olan regiona doğma cinslərin seçilməsi 

olmuşdur. Təcrübədə isə layihə komandası üçün həmin 

prinsipə  əməl etmək çətin olmuşdur, belə ki, iqlimin necə 

olacağı barədə proqnozları  əhatə edən qeyri-müəyyənliklər və 

münasib ağac cinslərinin məhdudluğu bu prinsipin tətbiqini 

mürəkkəbləşdirmişdir. Bəzi hallarda qeyri-qənaətbəxş  nəzarət 

səbəbindən regiona doğma olmayan ağac cinslərinin 

əkilməsinə yol verilmişdir. 

Layihə  çərçivəsində  həyata keçirilən tədbirlər təbii baş 

verən boşluqlarda  şitillərin  əkilməsi, toxumların səpilməsi və 

təbii regenerasiyanın asanlaşdırılması ilə  əraziyə doğma 

ağacların yeni cərgəsinin salınmasına yönəlmişdir. Layihə 

komandası yeni boşluqların yaradılması  və ya mövcud 

boşluqların genişləndirilməsi üçün ağacları  kəsməklə  təbii 

regenerasiyanı asanlaşdırmaq seçimindən imtina etmişdir, 




55 

 

çünki ağacların kəsilməsi özlüyündə layihə  tərəfdaşları 



arasında fikir ayrılıqları doğura bilərdi. Mövcud ağacların 

kəsilməsi təbii regenerasiyanın gözlənildiyi sahələr üçün xərc-

səmərəli transformasiya tədbiri ola bilər, lakin bunun üçün 

inkişafa mane olan yabanı kollar təmizlənməli və otlayan 

heyvanların əraziyə girişi istisna olunmalıdır. 

Transformasiya tədbirlərinin hektarbaşına (nümayiş 

sahələrinin ümumi sahəsi) düşən xərcləri yüksək olmaqla 

Ermənistandakı sahələr üçün bir hektara görə €1,500.55, 

Gürcüstandakı sahələr üçün €1,587.60 və Azərbaycandakı 

sahələr üçün €1,968.19 civarında dəyişir (bu məbləğlərə layihə 

tərəfindən alınan alətlərin texnikanın qiymətləri daxil deyildir, 

çünki onlar yenidən istifadə oluna bilər). Ümumi xərclərin 

əhəmiyyətli hissəsini hasarlama xərcləri aparır: Gürcüstanda 

29% və Azərbaycanda 44%  (Azərbaycanda xərclərin çox 

olmasına səbəb daha bahalı olan polad dirəklərdən istifadə 

olunması ilə bağlıdır). Xərclər istənilən halda çox yüksəkdir və 

bu mənada layihənin icra etdiyi transformasiya tədbirlərinin 

faydaları sonradan aparılacaq aqrotexniki qulluq və baxım 

işləri nəzərə alınmaqla ehtiyatla ölçülməlidir. 

Nümayiş meşə sahələrində layihənin həyata keçirdiyi 

transformasiya tədbirlərinin faydalı  təsirlərini görmək üçün 

otlayan heyvanların cavan ağaclara zərər verməsinin qarşısını 

almaq məqsədilə pilot sahələr davamlı mühafizə olunmalı  və 

inkişafa mane olan kol bitkiləri sahədən təmizlənməlidir. 

Beləliklə, nümayiş sahələrində  həyata keçirilən tədbirlərin 

uzunmüddətli təsirləri sahələrə cavabdeh olan təşkilatların 

davamlı təəhhüdündən və qonşu icmaların münasibətindən asılı 

olacaqdır.  




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə