Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

43 

 

 



Şəkil 8 – Yerli və xarici mütəxəssislərin layihə  əraziləri ilə 

ilkin tanışlıqları 

3.3

 

BACARIQLARIN QURULMASI 

3.3.1

 

Milli seminarlar 

Layihə  çərçivəsində 2011-ci ilin iyun-iyul ayları  ərzində 

hədəf ölkələrin hər birində bir milli seminar keçirilmişdir. 

Seminar iştirakçıları  iqlim dəyişmələrinin meşələrə  təsiri 

mövzusu ilə tanış edilmiş, eləcə də layihə ölkələrinin ekologiya 

nazirliklərinin və meşə administrasiyalarının rəhbər işçilərinə 

layihə  fəaliyyətlərinin məqsədləri, gözlənilən nəticələri və 

tədbirləri haqqında məlumat verilmişdir. Seminarlar hədəf 

ölkələrdə ümumilikdə  təqribən 50 iştirakçını  əhatə etmişdir. 

Seminarlar pilot sahələrin seçilməsi üçün ilkin meyarların 

müzakirə edilməsi məqsədilə bir forum kimi istifadə 

edilmişdir. Seminarın  əvvəlində  iştirakçıların iqlim dəyişmə-

lərinin təsiri və meşələrin dayanıqlığını artırmaq üçün 

strategiyalar  haqqında bilikləri  sorğu vərəqi vasitəsilə 




44 

 

qiymətləndirilmişdir. Seminarlar layihə  tərəfdaşları  tərəfindən 



təşkil olunmuş və lazımi dəstək göstərilmişdir. 

Seminarlar iqlim dəyişmələrinin meşələrə  təsiri və 

transformasiya strategiyaları haqqında iştirakçıların biliklərini 

gücləndirmişdir. Bu tədbirdə  iştirak etməklə onlar meşələrin 

dayanıqlığını artıracaq gələcək siyasətlərin hazırlanması və bu 

siyasətlərin hökumət üzvləri və parlamentlər qarşısında təbliğ 

etmək üçün bacarıqlar  əldə etmişlər. Transformasiya tədbir-

lərinin pilot layihə kimi sınaqdan keçiriləcəyi sahələrin seçil-

məsi üçün seçim meyarları müzakirə edilmiş, milli şəraitlərə 

uyğunlaşdırılmış  və razılaşdırılmışdır. Hər bir ölkədə iki pilot 

sahənin mümkün yeri üzrə konsensusa layihə  çərçivəsində 

hazırlanmış seçim meyarlarından istifadə etməklə potensial 

ərazilərin gözdən keçirilməsi ilə nail olunmuşdur. Seminar-

lardan sonra meşəçilik fəaliyyəti və sosial-iqtisadi məlumatlar 

təhlil olunmuş, eləcə də mütəxəssislərin birgə işçi qruplarında 

sahənin seçilməsi üçün CİS xəritələri hazırlanmışdır. 



3.3.2

 

Almaniyaya tanışlıq səfəri 

Layihə  tərəfindən hədəf ölkələrin müvafiq hökumət 

orqanlarının və meşə administrasiyalarının  əməkdaşları üçün 

tanışlıq səfəri təşkil edilmişdir. Bu səfər 2013-cü ilin aprel 

ayında Almaniyada baş tutmuş  və Almaniya Hessen Torpağı 

Meşə Xidməti (Hessen-Forst) tərəfindən təşkil edilmiş  və 

aparılmışdır. 

Tanışlıq səfərinin məqsədi regionda meşəçilik siyasətinə 

məsul  şəxslərin və mütəxəssislərin Avropa İttifaqına üzv olan 

bir ölkənin  meşəçilik siyasəti və strategiyasında iqlim dəyiş-

mələrinə necə yanaşıldığını öyrənməsinə və həmin üzv ölkədə 

meşələri iqlim dəyişmələrinin proqnoz olunan təsirlərinə daha 

dayanıqlı etmək üçün meşə idarəçilərinin tətbiq etdiyi 

meşəçilik texnikaları ilə yerində tanış olmasına şərait yaratmaq 

olmuşdur. 



45 

 

Layihənin bu tanışlıq səfəri üçün Almaniyanı seçməsi 



təsadüfi deyildir, belə ki, Almaniyanın federal torpaqları pis 

uyğunlaşmış monokultura meşələrinin daha rəngarəng və 

dayanıqlı meşə massivlərinə çevrilməsi siyasətlərinin həyata 

keçirilməsində çoxillik təcrübəyə malikdir və Almaniyada həm 

özəl, həm də dövlət sektorunda  çalışan meşə idarəçiləri 

meşələrin transformasiyası sahəsində böyük əyani təcrübəyə 

malikdir. 

Tanışlıq səfərində 15 nəfər iştirak etmişdir: hər bir ölkənin 

müvafiq meşə administrasiyalarının iki rəhbər vəzifəli  şəxsi, 

hədəf ölkələrin hər birində WWF layihə komandasının bir 

üzvü.  Əlavə olaraq, WWF Almaniya ofisindən beynəlxalq 

layihə meneceri ilə birlikdə WWF Qafqaz ofisindən regioonal 

layihə əlaqələndiricisi səfərdə iştirak etmişdir. 

Tanışlıq səfəri haqqında tam hesabatın nüsxəsi Adobe 

Acrobat

© 

 formatında aşağıdakı linkdən yüklənə bilər: 



http://d2ouvy59p0dg6k.cloudfront.net/downloads/study_tour_r

eport_1.pdf

  



46 

 

 



Şəkil 9 – Almaniyada tanışlıq səfəri 


47 

 

3.3.3



 

Təlim modulu və təlim tədbirləri 

Layihə  tərəfindən meşəçilik mütəxəssisləri və inzibati 

orqanlarının nümayəndələri üçün  meşələrin transformasiyası 

üzrə bir günlük təlim modulu hazırlanmış  və modul 2014-cü 

ilin fevral ayında regionda keçirilmiş təlim tədbirlərində tətbiq 

olunmuşdur. Təlim modulu iqlim dəyişmələri haqqında nəzəri 

bilikləri işıqlandırmaqla iştirakçılara mövzuya dair ilkin 

təsəvvür vermiş, eləcə  də  əyani misallarla birlikdə digər 

ölkələrdə  qəbul olunmuş transformasiya strategiyaları  və 

tədbirlərinə aid nümunələr təmin etmiş, ardınca region üçün 

yerli şəraitə xas növbəti fəaliyyətlərin hazırlanması üzrə yekun 

debatlar keçirilmişdir. 

Bu modul iqlim dəyişməsinin nəticəsi olan ekoloji və 

sosial riskləri işıqlandırır və  təlim iştirakçılarına öz vəziy-

yətlərini təhlil etməyə  və iqlim dəyişmələrinin meşə sektoru 

üçün törədəcəyi gələcək problemlərə uyğunlaşmaq üçün 

mexanizmlər hazırlamağa imkan verir.  Bu modul həm 

adaptasiya olunmuş meşə idarəçiliyinin planlaşdırılması  və 

meşə transformasiyası, həm də  qərarvermə prosesində yardım 

üçün müvafiq alətlər təmin edir.  

Təlim modulu beş əsas mövzudan ibarətdir: 

a) Təqdimat  

b) Qlobal Vəziyyət  

c) Avropa Reaksiyası  

d) Qafqazın Cari Vəziyyəti  

e) Qafqazda icra variantları  

Bu mövzular dörd əsas hissəyə bölünür: 

1. 


Təsiredici suallar. Təlim iqlim dəyişikliyinə doğru 

auditoriyanın rəyini  əks etdirən təsirli suallar ilə 

başlanılacaqdır. Bu, bütün dünyada, Avropada və 

nəhayət spesifik surətdə Qafqaz regionunda iqlim 




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə