Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə98/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
377
limi  olmuşam.  Orada  olan  türk  balalarına  ərəb  dilində  dərs  de-
mişəm». Yesir Məhəmməd də türk əsgəri kimi Qafqazda vuruş-
duğunu və 1918-ci ildə ermənilərə əsir düşdüyünü bildirdi. Yesir 
Məhəmmədin  dediklərini  və  Ələmpaşaoğlu  Hacının  Qarayazı 
Rayon  Icraiyyə  Komitəsində  işləyib-işləmədiyini  da  yoxlayıb 
təsdiqlədilər.  Ancaq  Türkiyə  cəza  qanunlarına  görə  bu  hərə-
kətləri  müqabilində  onlar  yalnız  xalq  qarşısında  asılmalı  idilər. 
Asılmaq vaxtı gəldi çatdı. Ən çox meydana yığışanlar Sovet öl-
kəsindəki təqiblərdən yaxa qurtarıb Türkiyəyə qaçanlar idi. Xo-
zeyinlə  Nağı  ön  cərgədə  oturmuşdular.  Hamı  məhbusları  göz-
ləyirdi. Düşünürdülər ki, görəsən, onlar kimdir? Bir də gördülər, 
polis işçiləri iki nəfər məhbus gətirdilər. Biri çox göyçək, ağsaç-
lı,  o  birisi  qarabəniz,  dolu  adam  idı.  Əvvəlcə  ağbənizli,  nazik 
görünüşlü,  ağsaçlı  məhkumu  dindirdilər.  Ondan  soruşdular: 
«Vəkil  tutmaq  fikriniz  varmı?»  O  cavab  verdi:  «Vəkil  tutmaq 
üçün  bizim  pulumuz  yoxdu.  Biz  kimsəsizik».  Məhkəmə 
başlandı. Hacı bu sözləri dedi: 
Bilin, müsəlmanam, islam əhliyəm, 
Gəlin tövbə deyim, günahım yoxdu. 
Ana olan bala dağı görməsin, 
Qəribəm, kəfənim alanım yoxdu. 
Ələmpaşaoğlu Hacını məhbusluq çox dəyişmişdi. Onu tanı-
maq qeyri-mümkün idi. Başını qaldırıb yığılan camaata baxanda 
öz-özünə dedi:  «Bütün İstanbul  əhli  bura gəlib ki». Ön cərgədə 
olan iki nəfərin ağlamasını görən Hacı bu bayatını dedi: 
Əzizim, oda dağlar, 
Yanmadın oda, dağlar. 
Mən sinə dağı gördüm, 
Sinəsi oda dağlar. 
Bu  bayatını  eşidən  didərginlər  elə  ağlaşdılar  ki,  sanki  yas 
yerində  idilər.  Hacının  gözünə  məhkəmənin  qarşısındakı  “Qu-
ran” kitabı sataşdı. Dedi: “Qoyalar, bu kitaba and içəm. Assalar 
da  sonra  assınlar”.  Hacı  “Quran”  kitabına  işarə  etdi  və  dedi: 


 
 
378
«Mən qarşınızdakı  “Qurani –  Kərim”in  yolu  ilə gedirəm. O yol 
ilə gedən haqlıdı». İkinci bənddə görək Hacı nə dedi: 
Zülmət zirzəmidə çox axdı yaşlar, 
Hicran ağrısından ağardı başlar. 
Adı gözəl Məhəmmədə bağışlar, 
Quranı yadına salanım yoxdu. 
Hakim  ayağa  qalxıb  dedi,  bilirəm,  bu  kitabdan  halısan,  üç 
dəfə  öpüb  gözünün  üstünə  qoyub  dedi:  «Bu  kitabdan  nə  tələb 
edirsən?»  Ələmpaşa  oğlu  dedi:  «Mənə  bir  gecə  möhlət  ver,  o 
kitabı oxuyum, özümə xətm edim. Assanız, sonra asın». 
Kitab  hakimin  əlində  göz  yaşıyla  islandı.  Elə  onu  dedi  ki, 
neçə yaşın var? 
Hacı cavabını bayatı ilə dedi: 
Əzizinəm, yaşı çoxdu, 
Mən qocanın yaşı çoxdu, 
Gözlərimə baxıb ağla, 
Gör bir kimin yaşı çoxdu? 
Qazı  ayağa  qalxıb  dedi:  «Məhkum,  sizə  qarşı  bizdə  inam 
yarandı.  Biz  Allaha,  onun  peyğəmbəri  Məhəmmədə  və  kitabı 
«Qurana»  inanırıq.  “Qurani-Kərim”in qarşısında  diz çöküb,  baş 
əyirik». Hacı dedi: «Günahsız müsəlman aləminin arasında asıl-
mağıma razıyam. Çünki məni öz adətimizlə dəfn edəcəklər».  
Hacının  bu  zaman  cüt  bacıları  və  ən  çox  istədiyi  anası 
yadına düşdü. Bir bayatı da çəkdi: 
Əzizinəm, ay ana, 
Pərvanələr, ay ana. 
Oğlun dara çəkilir, 
Nə durursan, ay ana? 
Məhkəməyə  yığılanların  hamısı ağlaşırdı. Hacı dedi:  «Ey dərd-
məndlər, az ağlaşın, haqq ayaq üstədi». Aldı, görək Hacı nə dedi: 
İztirablı, həyəcanlı anımda 
Zaman namərd, bir dəlil yox yanımda, 
 


 
 
379
Ana dərdi qövr eləyir canımda, 
Fikir- xəyalıma dalanım yoxdu. 
Xozeyin  general  rütbəsində  idi.  Nağı  xaricə  gedən  nüma-
yəndə  idi.  Hər  iki  qardaşı  qəriblik  kövrəltmişdi.  Özlərindən 
xəbərsiz damcı-damcı gözlərindən yaş tökülürdü. Bir nəfər irəli 
çıxıb bildirdi ki, bu zalım oğlu bizi odsuz, ocaqsız yandırdı. Bu 
zaman hər iki qardaş bir-birinə baxdı. Nağı dedi: «Ayə, a qardaş, 
danışanın səsi mənə tanış gəlir. Amma özünü tanıya bilmirəm». 
Hacı bir bayatı da çəkdi. 
Əzizim, qara baxtım, 
Dağlarda qara baxdım, 
Baş götürüb səndən qaçdım, 
Yenə baxdım, qara baxtım. 
Bir  nəfər  irəli  çıxıb  bildirdi  ki,  bu  müqəssirlərin  parası 
lazım  deyil.  Mən  bunlara  vəkillik  edərəm.  Gəlib  hər  iki  məh-
kumdan  soruşdu:  «Siz  hansı  ölkədən  gəlibsiniz?»  Hacı  dedi: 
«Sovet  ölkəsi  bizi  Türkiyəyə  kəşfiyyata  göndərdi.  Ancaq  biz 
geri qayıtmaq istəmirik, burada ölmək istəyirik». 
Hacı: 
Şura ki var, məzlumların qurdudu, 
Əsas ordu bizi tutan ordudu. 
Ulu babam Osmanlının yurdudu, 
Eşidib ərzimi, bilənim yoxdu. 
Öz  xahişi  ilə  onlara  vəkillik  edən  adam  məhkəmə  sədrinə 
üz tutub dedi:  «Hakim, o adam  Allahını  sevən adamdı. Özü də 
deyir  ki,  mən  “Qurani-  Kərim”in  yolu  ilə  gedirəm.  Siz  bu  işə 
düz baxmasanız, haqq yolunda günahkar olarsınız». 
Hacı dedi: 
Sirr açmaram, Hacını güllələrlər, 
Tilsimdəyəm, zülmətdəyəm, bilərlər, 
Bacılarıma ünüm çatsa, gələrlər, 
Yaş töküb, saçını yolanım yoxdu. 
Birdən Nağı qışqırıb  yerindən atıldı:  «Ayə, Xozeyin,  bu ki 


 
 
380
Ələmpaşaoğlu  Hacıdır».  Özlərini  Hacının  üstünə  atdılar.  Öpü-
şub-ağlaşıb  görüşəndən  sonra  Xozeyin  yeridi  məhkəmənin  üs-
tünə,  məhkəməni  dayandırdı.  Onlara  bildirdi  ki:  «Mən  paşanın 
yanından gələnə qədər məhkəməni dayandırın». 
Məhkəmənin sədri Xozeyinə dedi: «Mənim tərəfimdən də 
paşaya de ki, hər ikisi günahsızdır». 
Xozeyin səhər getdi, hər  ikisini də zaminə aldı və Hacını da, 
Məhəmmədi  də  azad  etdirdi.  Özlərinə  də  ev  verdi.  Əllərinə  para 
verdi. Az müddətdə Hacı varlandı. Özünə də yaxşı vəzifə verdilər. 
Türkiyədə evləndi, bir qızı da oldu. Özü də orada rəhmətə getdi. 
Vətəndən uzaqlarda ölənlərin hamısına Allah rəhmət eləsin! 
Vətən  torpağını  qəbirlərin  üstünə  tökürlər.  Yerləri  nurlu, 
məkanları cənnət olsun! 
 
Dastanın yaradıcısı Qarayazı elinin Kosalı kəndində 
yaşayan el şairi Zahid Ələmpaşalıdır 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə