Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə96/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
370
çəkdi.  Oradan  tələsik  çörək,  un,  duz  alıb  gətirdi.  Bir  az  gəl-
mişdilər,  Yunus  ondan  soruşdu:  «Bəs  tənbəki  almadın?»  «Ər-
şad»:  «Yadıma  düşmədi»,  -  deyə  cavab  verdi.  Yunus  ona  dedi: 
«Yaxınlıqdakı kənddə dostum var, gedək, alım». Gəldilər Cəfər-
riyə.  «Ərşad»  arxın  altında  durdu.  Yunus  özünü  Şəmistangilə 
saldı. Gördü ki, Anaxanım evdədir. Yunusu görən kimi bir torba 
ərzaq  şeyləri,  bir  torba  da  tütün  yarpağı  verdi.  Anaxanım  Yu-
nusa  təlaşla  xəbər  verdi:  «Şəmistan  dedi  ki,  Yunus  gələndə  de 
ki, Aşot Manukyan adlı erməni onların  yerini öyrənməyə gedib 
qaçaq adı ilə. O, onların yerini öyrənib qırdıracaq. Yunusa da elə 
bu lazım idi. Tez gəldi, gördü ki, «Ərşad» onu gözləyir. Gəldilər 
öz  yuvalarına.  Bərxanaları  tökdülər.  Mahmudun  yerini  meşədə 
bilirdilər,  yanına  getdilər,  əli  dolu  gəldiklərini  bildirdilər.  Mah-
mud onlardan razılıq etdi. Sonra da Yunus xəlvəti Mahmuda da-
nışdı  ki,  Şəmistan  dəstə  rəisi  işləyir.  Orada  qaçaqlara  qarşı  nə 
olsa, bunlara bildirirdi. Yunus Mahmuda dedi: «Biz Qaratəpəyə 
gedəndə  «Ərşad»  (Aşot)  məndən  9-cu,  8-ci 
de.  Y
i
3i 
B
3
! 1
B


 
 
371
qalxdı. Mahmud “Ərşad”a üz tutub ondan soruşdu: «Bizim oldu-
ğumuz yeri nə vaxt mühasirəyə alacaqlar?». Aşot dinmədi. Mah-
mud:  «Əkin  sahəsindən  qarnıyarıq  palıda  kimi  kim  budaqların 
görünən  yerlərinə  ağ  əsgi  bağlaya-bağlaya  gəlib?».  Aşot  yenə 
dinmədi.  Yunus  hirslə:  «Bu  erməni  bağlaya-bağlaya  gəldikcə 
mən  də  onun  arxasınca  gəlirdim».  Aşot  yalvardı:  «Allaha  and 
için  ki,  məni  öldürməyəcəksiniz,  düzünü  deyəcəm».  Mahmud: 
«And içirəm»,- dedi. Aşot danışdı: «Səhər saat 6-7-i arası, yəni 
işıqlaşanda  həmin ağ  əsgilərin  iziylə gələcəklər.  Mən  mərkəzdə 
birinci dərəcəli  çekist  idim, ancaq Qaçaq Mahmud  məndən çox 
bilən  adam  imiş.  Məni  öldürməyin,  dörd  uşağım  var.  Onları 
yetim qoymayın». Mahmud dedi: «And  içmişəm, öldürməyəcə-
yik».  Oradaca  Aşotu  öz  beşaçılanının  ağzı  sinəsinə  tuşlanmış 
şəkildə  palıdın  gövdəsinə  bağladılar.  Beşaçılanın  tetəsini  (təti-
yini)  də  iplə  eşikdəki  şaxa  sarıdılar.  Şaxa  toxunulsa,  atəş  açıla-
caq  və  onu  öldürəcəkdi.  Qaçaqlar  bütün  bərxanalarını  atlara 
yükləyib, keçdilər Kürün o tayına. 
Bunlar  burada  qalsın,  indi  də  danışım  erməninin  gətirtdiyi 
qoşundan. Həmin vaxt Qırmızı Ordu ilə xüsusi şöbədən adamlar 
da gəldilər, qarnıyarıq, qocaman palıdı tapıb həndəvərini müha-
sirəyə  aldılar.  Palıdın  şaxına  toxunan  kimi  içəridən  atəş  səsi 
eşidildi.  Kankana  (lağıma)  enəcəyi  gülləbaran  etdilər.  Gördülər 
ki,  elə  bircə  dəfə  atəşdən  sonra  atəş  səsi  gəlmədi.  Bir  nəfər 
qışqırdı: «Təslim olun, sizi  bağışlayacağıq»  və aşağı endi. Gör-
dü, heç kəs yoxdu. Aşotun yuxarıdan aşağıya tərəf damcı-damcı 
qanı  tökülürdü.  Silahı  da  yanında  idi.  Xüsusi  şöbənin  işçiləri 
həmin  lağımla,  yəni  kankanla  Kür  çayına  qədər  getdilər.  Sonra 
qayıdıb  Aşotun  sarğısını  açıb,  bir  atın  belinnən  aşırıb  silahı  ilə 
bərabər  rayona  gətirdilər.  Bütün  Qarayazı  tamaşaya  durdu  ki, 
qaçaqlar çekist öldürüb. Tiflisdən vəzifəli hökumət işçiləri tökü-
lüb  gəldilər.  Çox  təəccüb  etdilər  ki,  Gürcüstanın  ən  sınanmış 
çekisti  Aşot  Manukyan  kimi  adamı  Qaçaq  Mahmudun  dəstəsi 
öldürüb.  Qaçaqların  yerini  xəbər  verənlərə  böyük  mükafat 


 
 
372
verəcəklərini vəd etdilər. 
Qaçaq Mahmudun dəstəsi Əysipara, Ayrım meşələrini özlə-
rinə məskən etdi. «Göylərə baş çəkən» (ifadə Səməd Vurğunun-
dur)  Göyəzən  dağını  gördülər.  Bəzən  buludlar  üzünə  pərdəsini 
çəkirdi.  Qartallar  qayalardan  qaçaqlara  çox  diqqətlə  baxırdı. 
Mahmudun  bu  meşələr  xoşuna gəlsə də, amma  Qarayazı  meşə-
sindəki  çölxoruzunun  səsi,  maralların  hayqırtısı,  oradakı  mey-
vələr burada yox idi. Qaçaq Mahmud gördü ki, bu dağlarla Cey-
rançöl dağları arasında çox böyük fərq var. Götürdü, görək Mah-
mud nə dedi: 
Qürurlu baxışın bizə arxadı, 
Pənah gətirmişik sənə, a dağlar! 
Daşlı səngərlərin bizi üşütsə, 
Bürünnük çiskinə, çənə, a dağlar! 
 
Arxalandıq əvvəl Ceyrançölünə, 
Sonra gəldik Qarayazı elinə. 
Tarixçisən, al qələmi əlinə, 
Yaz sinədəftərə yenə, a dağlar! 
 
Mən Mahmudam, ürəklərin həkimi, 
Teymur dağı bu dağların hakimi. 
Durubsan qarşımda günahkar kimi, 
Dinib, cavab versən mənə, a dağlar! 
Qaçaqlar  kəndlərlə  əlaqə  saxlayırdı.  Xəbərlər  gəlirdi  ki, 
Bakıdan  vəzifəli  adamlar  gəliblər.  Kəndlərdə  kolxoz  qururlar,
dalar,
N
! ı.  X


 
 
373
səhnəyə çıxsın. Qaçaq Mahmud cəld səhnəyə çıxdı: «Ay camaat, 
ruzunuzu Allahdan istəyin, Allah verəndə məhsul daşın üstündə 
də  bitir.  Sonra  da  deyir,  yaşasın  fəhlə,  kəndli  sinfi.  Onlardan 
müftə ruzqu gözləyirlər, uraaa, hamı deyir, uraa, torpaq sizindir, 
uraaa, inanmayın, eşidin, inanmayın, heyvansınız, uraaa». Bakı-
dan  gələn  bir  nəfər  Mahmudun  paltarından  geriyə  doğru 
çəkirdisə də, Mahmud dediyini deyirdi. Sonra Mahmud  mauze-
rini  çıxarıb  bunları  bir  küncə  qısdadı:  «Əclaflar,  bu  xalqı  niyə 
aldadırsınız?»  Onlardan  bir  nəfər  yaşlı  kişi  dedi:  «Biz  də  belə 
yalançı təbliğatla maaş alıb uşaqlarımızı dolandırırıq». Qaçaqla-
rın hamısı çıxır Mahmudun yanına. Başlayırlar ona yalvarmağa, 
deyirlər:  «Bizi  o  bir  olan  Allaha  bağışlayın,  balalarınıza  bağış-
layın.  Körpə  uşaqlarımıza  yazığınız  gəlsin».  Mahmud  deyir: 
«Bu xalqı düzgün başa salın, buraxım». İçlərindən qoca bir kişi 
dedi: «Ay camaat, bizə də sizə yalan danışmağımıza, yalan təbli-
ğimizə  görə  maaş  verirlər,  irəli  çəkirlər.  Bizi  bağışlayın».  Ca-
maat  Mahmuda  yalvardı  ki,  onları  öldürməyin,  buraxın.  Mah-
mud  fırıldaqçı  kommunistləri  buraxır.  Sonra  Mahmud  camaatı 
danladı: «Ay camaat, biz belə fırıldaqçı kommunistlərin ucbatın-
dan  qaçaqlıq  edirik.  Sizə  nə  deyirlər,  yalanlara  əl  çalıb,  uraaa 
deyirsiniz. Ona görə də mən də hövsələdən çıxdım, dedim, hey-
vansınız,  uraaa.  Məni  bağışlayın,  sizi  təhqir  etdiyimə  görə»,  - 
deyib səhnədən düşdü. Qaçaqlar atlarına minib getdilər. 
İndi də, əziz oxucular, bir misal qalıb ellərdə, obalarda. Deyir-
lər, Qaçaq Mahmud deyən kimi hər şeyə əl çalıb, ura deyirsən. 
Qaçaq  Mahmud  Tovuz  tərəfdən  Qızılulğundan  sonra  Ço-
bandağı  aşıb  getdi.  O,  Zaqatala,  Balakən,  Tianet  dağlarında  da 
az  olmayıb.  İkinci  dünya  müharibəsinə  kimi  qaçaqlıq  edib. 
Onun silahdaşı Qaçaq Yunus çox mahir atıcı olub. Türkiyəni ge-
dib-gəlməkdən  su  yoluna  döndərmişdi.  Dəfələrlə  həbsdən  qaç-
mışdı. Yeddinci qaçışı zamanı, hasardan atılan vaxt üçüncü mər-
təbədən bir çekist qadın onu güllə ilə vurdu. 
Haqq yolunda vuruşan ata, babalara Allah rəhmət eləsin! 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə