Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə93/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   89   90   91   92   93   94   95   96   ...   99

 
 
358
yanı  Calaloğlundan  Bolnisə  yetirdilər.  Ancaq  İsaxan  haqda  heç 
bir məlumat yox idi. 
Sarallın Hajı Mehralı bu hadisələri belə xatırlayır: 
«İsaxanın  Calaloğlunda  vurulması  sədası  binələrdə  böyük 
bir  vahimə  yaratdı.  Camaat  yığılıb  İsaxanın  cənazəsini  almağa 
gəlirmiş.  Sarallın  Qıma  Irvaham  (İbrahim)  İsaxanın  bajısı  Gül-
ləri də göy rəngli furqona mindirir, camaata deyir ki, siz də get-
səniz, basqın hesab edib bizi qıracaqlar, biz tək gedək. Furqonu 
sürür  Mahmudun  yolu  ilə  Calaloğluna.  Milis  idarəsinə  yaxınla-
şanda bir nəfər milis geyimli atlı faytonu dayandırır. Baxırlar ki, 
bu  milis  müsəlmandır.  Milis onlardan  hara getdiklərini soruşur. 
Güllər  ağlaya-ağlaya  deyir:  «Qardaşım  İsaxanı  vurublar,  onun 
cənazəsini istəməyə gəlmişik». 
Milis oğlan deyir:  «Ay  xala,  nə  vurmaq, nə cənazə,  İsaxan 
bolşeviklərin qənimi olub, 7-8 nəfəri burda öldürüb, hələ biri də 
ağır yaralıdı. Qayıdın, elə gedin ki, sizi görən olmasın. Siz də öz 
ayağınızla  ölümə  gəlibsiniz.  Nə  mən  sizi  görmüşəm,  nə  də  siz 
məni.  Di  durmayın,  gələn-gedən  olmamış».  Onlar  faytonu  geri 
hərləyib binəyə qayıdırlar, camaatı sakitləşdirirlər. 
Bu  hadisələrdən  sonra  qaçaqların  çoxu  burada  yaşama-
ğın  təhlükəli  olduğunu  görüb,  əsas  çıxış  yolunu  Türkiyəyə 
keçməkdə gördülər. 
Qarallın  Binnət  at  arabası  ilə  Calaloğluna  yun  gətirirmiş. 
Bir nəfər erməni dostu rast gəlir və ona deyir: «Ayə, Binnət, ha-
ra  gedirsən?»  Deyir,  Calaloğluna  yun  verəjəyəm.  Deyir:  «Ayə, 
İsaxanı vurdular. Qaç, səni də güllələyəjəklər». Binnət arabadan 
atı  açır,  gedir.  Geri  baxanda  görür  ki,  onun  arxasınca  Qırmızı 
Ordunun  atlıları  düşüb.  Atını  elə  sürür  ki,  Mahmudun  yoluna 
çatanda at çatlayır,  qalır.  Düşür Mahmudun  yolu ilə dik  yuxarı. 
Allahı  verir  ki,  çən  gəlir.  Şinelini  çıxarıb  bir  daşın  üstə  atır, 
yüngülləşir. Binnət qaşa çıxanda görür ki, daşın üstündəki şineli 
güllə-barana tutublar. Əsgərlər yaxına gələndə görürlər ki, adam 
deyil, şineldi. Yenə qaşa tərəf hərəkət edirlər. Binnət Qələmillin 


 
 
359
Süleyman,  bir  də  Əhnəllin  Cahangirlə  rastlaşır.  Süleymanın 
yapıncısını geyinir, papağını başına qoyur, çomağını alır. Deyir: 
«Gedin,  yarım  saatdan  sonra binəyə gəlin.  Məni tutmağa gəlib-
lər».  Süleymanla  Cahangir təpəaşağı  binəyə tərəf gedirlər.  Bin-
nət baxır ki, budur, əsgərlər gəlirlər. Soruşurlar: «Buradan adam 
keçdimi?»  Deyir,  görmədim.  Hərlənib  enirlər  aşağı.  Binnət  də 
özünü  binəyə  çatdırır:  «İsaxanı  vurdular.  Daha  burda  qalmaq 
olmaz.  Mənə  Zamanının  Musanın  atını  gətirin.  Nə  istəsə  verin. 
Məni Türkiyəyə  yalnız o at apara bilər».  Ocaxsızlının Nəsib  atı 
gətirir.  Xurcuna  Allah  verəndən  qoyur.  Oğlu  Hacıkişinin,  qızı-
nın  üzündən  öpür,  sonra  da  məhlədəki  qohum,  el  oğulları,  el 
qızları  ilə  görüşüb,  arvadı  Mələyə  deyir:  «Sərhədi  öyrənim, 
sonra gəlib səni də aparajağam». Atını minib gözdən itir. 
Arvadı  Mələk  Binnət  gözdən  itənə  qədər  baxdı.  Mələyi 
qəm-qüssələr yaman darıxdırdı. Ətraf dağlara, Binnət gedən yol-
lara  baxıb,  hey  ağlayırdı.  Mələk  bu  ayrılığa  dözə  bilmədi  ki, 
bilmədi. Göz yaşları sellərə döndü. Dəlidağa,  Ağlağana baxdıq-
ca  fəryad  qoparırdı.  Qaraxaç  yaylağı  gözləri  önundə  bir  xara-
baya çevrilmişdi. Sanki qəm dəryasında boğulurdu. Bir gün belə 
qərara gəldi ki,  məni bu bəladan qurtarsa, Binnətin xəncəri qur-
taracaq. İki  balasının üz-gözlərindən öpüb xənjəri gizlinjə  nəmi 
dayasına  (ərzaq  məhsullarının  saxlandığı  köməkçi  kiçik  daya) 
gətirdi. Mələk ucadan: «Namusum kafir əlində olunca, çirkin ad 
alınca, şərəfli ölümü özümə xoş bilirəm»,- deyib xəncəri sinəsi-
nə yeritdi. Bayırdakılar gələndə artıq gej idi, Mələk can verirdi. 
Yığışan  qadınlar  onu  qujaqlarında  məhsul  saxlanan  dayadan 
eşiyə çıxartdılar. Mələk üzünü Ağlağan dağına tutub dedi: 
…Ağlağandı, 
Qara xaç
1
 ağlağandı. 
Sən dərdli, mən yaralı, 
Görək kim ağlağandı. 
                                                             
1
 Qara xaç – yer adıdır. 


 
 
360
Binədən  çıxan  ah-nalələr  dağlara  yayıldı.  Mələk  zarıya-
zarıya siyah zülfündən üç tel ayırıb görək nə deyir: 
Niyə sızlayırsız, nə göynəyirsiz? 
Dərindi, incidir yara, a dağlar! 
Yasamı giribsən, a bəxti çaşqın? 
Libas gey əyninə qara, a dağlar! 
 
Şaxtalarmı vurdu, güllərin soldu? 
Çiskinlər yaş oldu, gözümə doldu, 
Analar ağladı, saçını yoldu, 
Dərdimi söyləyim hara, a dağlar? 
 
Vəlini gəzirlər, Binnətim qaçdı, 
Ünümə baxmadı, dağları aşdı. 
Mələyəm, ay ellər, taleyim çaşdı, 
Bircə xəncər imiş çara, a dağlar! 
Ətrafdan boylanan boynubükük çiçəklər sanki Mələyin yas 
yerinə  ağlaşmaya  gəlmişdilər.  Cəh-jəh  vuran  quşlar  lal  olub 
sanki Mələyin yasını tuturdular. 
Günəşin şüası işıq əvəzinə, Mələyin üzünə qaranlıq saçırdı. 
Qadınların  qolları  üstündə  gəzən  Mələyin  gözləri  əbədi  olaraq 
yumuldu. Mələyin eltisi qızı Gülayar ağlaya-ağlaya görək elləri 
nejə köməyə çağırır: 
Ay camaat, Mələk öldü, 
Yığılsın ellər, ağlasın. 
Göz yaşınız selə dönsün, 
Dəhanda dillər ağlasın. 
 
Yaslı olan qara bağlar, 
Ruzgar inlər, zaman ağlar, 
Qoy dil desin uca dağlar, 
Çiçəklər, güllər ağlasın. 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə