Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə95/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
366
“QAÇAQ MAHMUD” 
 
Qaçaq İsaxandan sonra başsız qalan qaçaqlardan Türkiyəyə 
keçən  keçdi,  ölən  öldü,  tutulan  tutuldu.  Qalanları  –  Türkiyədən 
geri qayıdan Cəfərri Qaçaq Yunus, Qaçaq Əli, Qaraçöplü Umud, 
Qaxetli  Lado,  Təhlədən  «Qannı»  Həsrətqulu,  Qazaxdan  İmran, 
Lətif,  Samuxlu  Eldar,  Həsən,  Borçalıdan  Çopur  Musa,  Bala-
kəndən Qaraçı Şirin, Tovuzlu Ləzim və başqaları. Ceyrançöldə, 
Qurd dərəsində Qaraçöplü Qaçaq Mahmudun başına toplaşdılar. 
Mahmud  üzünü  qaçaqlara  tutub  öz  məramını  açıqladı:  «A 
dostlar,  İsaxan  kimi  oğulları  torpaq  yüz  ildə  bir  yetirir.  Onu 
yəqin  bilin ki, o ölməyib, sağdı. Dəstəmiz  həmin  dəstədi, Mah-
mudu da İsaxan bilin». 
Qaçaq  Mahmud  öz  dəstəsi  ilə  uzun  müddət  Ceyrançöldə 
qaldı. Sonra belə qərara gəldilər ki, Qarayazı meşəsinə getsinlər. 
Belə  də  etdilər.  Teymur  dağının  başında  atların  yüyənini  çək-
dilər. Mahmud Qaraçöpə, Yunus isə Qarayazıya tərəf baxdı. Uca 
dağ başında, atın belində, sinə coşmazmı?! 
Qaçaq Mahmud: 
Üstümüzdən yaman əsir 
Qara yellər, qara yellər. 
Bu zamandan qan qoxuyur, 
Haray ellər, haray ellər. 
 
Qaçaq Yunus: 
Zamanımız çox zarıyır 
Çara ellər, çara ellər. 
Yaşıl dağlar libas geyib 
Qara ellər, qara ellər. 
 
Qaçaq Mahmud: 
Bu dərd məni yaman didir, 
Qəm ləşkərı təslim edir, 


 
 
367
Üz döndərib bəxtim gedir 
Hara, ellər, hara, ellər? 
 
Qaçaq Yunus: 
Çoxdu tapan öz qibləsin, 
Geyinmişəm qəm libasın, 
Məni də özünüz asın 
Dara, ellər, dara, ellər. 
 
Qaçaq Mahmud: 
Dost bağıma iblis dolur, 
Gülşənimi tamam yolur, 
Tərlan quşlar təslim olur 
Sara, ellər, sara, ellər. 
 
Qaçaq Yunus: 
Hiylələri biz qanırıq, 
Baxa-baxa odlanırıq, 
Alışırıq, hey yanırıq 
Nərə, ellər, nərə, ellər. 
 
Qaçaq Mahmud: 
Mahmud, od aldı köynəyin, 
Bəd zamana baş əyməyin, 
Qeyrətinizi dəyişməyin 
Vara, ellər, vara, ellər. 
 
Qaçaq Yunus: 
Yunus, ünlə fələyimi, 
Eşitməyir diləyimi, 
Cərrah ala ürəyimi, 
Yara, ellər, yara, ellər. 
Sözlərini  tamam  edib,  atlarını  sürüb  gəldilər  Qarayazı  me-


 
 
368
şəsinə.  Mahmud:  «Ayə,  ay  Yunus,  mənim  bu  meşədən  başım 
çıxmır».  Yunus:  «Sizi  bu  meşə  ilə  tanış  etmək  mənim  boynu-
ma».  Adətən,  qaçaqlar  gecə  gec  yatırlar,  səhər  isə  tez  dururlar. 
Bir səhər Mahmud bu meşədə nələr gördü!.. 
Aldı Mahmud: 
Kolxoruzu qaqqıldaşıb, 
Yuvasından uçub gedir. 
Marallar da bizi görüb, 
Baş götürüb, qaçıb gedir. 
 
Dəymə çobanın şəstinə, 
Duraq turacın dəstinə. 
Biz çıxanda qurd üstünə, 
Heç pəsinmir, keçib gedir. 
 
Ayıların çoxdur kini, 
Armuddur imanı , dini. 
Kəkliyə bax, cücəsini 
Arxasınca seçib gedir. 
 
Ötür quşlar, ağarır dan, 
Gözəlliyə oldum heyran. 
Suya gəlib cüyür, ceyran, 
Kür çayından içib gedir. 
 
Doymaq olmur nəşəsindən, 
Gözəlliyin guşəsindən, 
Qarayazı meşəsindən 
Qaçaq Mahmud köçüb gedir. 
Qaçaq Mahmud gördü ki,  yeməli quşlar, heyvanlar, meyvə-
lər bu meşədədi. Bir qoca, qarnıyarıq palıdın dibindən Kür çayına 
qədər yerin altından lağım, yəni kankan atdılar. Bu da qaçaqların 
yataqxanası  oldu.  Maralı,  qoyunu,  malı  yedikcə  dərilərini  yerə 


 
 
369
döşəyib  üstündə  yatırdılar.  Qaçaqlarla  görüşən  qasidlər  də  az 
deyildi. Bir gün xəbər gəldi ki, milisin zirzəmiləri dustaqla dolu-
dur. Mahmud dəstəsi ilə qapıları qırdı, dustaqları buraxdı. Milisin 
at talvarına, otuna od qoyub yandırdılar. Milis rəisi qorxusundan 
Tiflisə  köçdü.  Bir  neçə  dəfə  milisin  silah  anbarını  dağıtdılar, 
atlarını  apardılar,  rəisin  otağına  od  vurdular.  QPU-dan,  mər-
kəzdən  adamlar  gəldi,  gizlincə  söhbət  apardılar  ki,  bu  böyük 
dəhşətdən  qurtarmaq  lazımdır.  «İkinci  İsaxan»  bizim  başımıza 
bəlalar  gətirir.  Axırıncı  siyasətləri  belə  oldu:  Azərbaycan  dilini 
yaxşı  bilən  Aşot  Manukyan  adlı  bir  erməni  çekisti  qaçaqların 
dəstəsinə  göndərirlər.  O,  deyir:  «Mən  Qaçaq  Mahmudun  yerini-
yurdunu  öyrənəcəm.  Ondan  sonra  əhatəyə  alaq,  hamısını  güllə-
ləyək». Erməni özünə Ərşad Məmmədov adını götürür. 
Bir beşaçılan, cırıq-cındır paltar geyib, bir torbada quru ye-
mək götürür, Qarayazı meşəsinə girir. Həmin günü onu Yunusla 
Umud tutub Mahmudun  yanına gətirirlər. Deyir:  “Adım  Ərşad-
dır,  familiyam  Məmmədov.  Tiflisdə  beş  nəfər  milis  işçisini  öl-
dürmüşəm. Kür çayı aşağı gəlib bura çıxmışam. Bilmirəm, bura 
haradı”. Mahmud göstəriş  verir ki,  silahını özünə qaytarın, Yu-
nusa  tapşırır  ki,  gizlincə  onu  sən  izləyərsən.  Üzünü  Ərşada  tu-
tub: «Daha sən bizim dəstənin üzvü oldun. Qorxma, səni biz do-
landırarıq». Ərşad çox sevindi. Gecə tunelə düşdü. Qovurmadan 
yaxşıca  yedi,  dərilərin  üstündə  yatdı.  Mahmud  qaçaqlara  dedi: 
«Kür tərəfə çıxacağımızı hələ buna bildirməyin». 
Bu  minvalla  Ərşad  bir  neçə  gün  qaldı.  Mahmud  Yunusa 
Ərşadı sınaqdan keçirməyi tapşırdı və üzünü ona tutub: «Yunus, 
bizə duz, un, tənbəki lazımdı, get tap». O saat Ərşad da dilləndi: 
«Mən də gedim. Özümün pulum var almağa». Mahmud Yunusa 
Ərşadı da özü ilə aparmağı tapşırdı: «Tək getmə, bunu da apar». 
Ərşad  Yunusun  yanına  düşdü.  Onlar  Qaratəpəyə  çatdılar. 
Yunus dedi:  «Burada tatlar  məni tanıyır, sən get, al, gətir. Mən 
səni burada gözləyim». O razı oldu. Yunus gördü ki, o, heç yana 
dönmədi, birbaşa milis idarəsinə girdi, on-on beş dəqiqə çıxmağı 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə