Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   ...   34

16 
 
1.2. Xəzərin hüquqi və beynəlxalq hüquqi statusu: problemin həllinə müxtəlif 
yanaşmalar və beynəlxalq təcrübə
 
           Xəzərin statusu haqqında dövlətlər arasında on ilə yaxın aparılan danışıqlar 
prosesində  tərəflərin  konseptual  münasibətləri,  Xəzər  dənizinin  hüquqi  statusu 
haqqında  məsələlər  üzrə  əldə  olunan  layihə  və  təkliflər  təfsilatı  ilə  nəzərdən 
keçirilmişdir.  llərlə  davam  edən  danışıqlar  prosesi  göstərdi  ki,  Xəzər  dənizinin 
statusunun müəyyən edilməsinə münasibətin əsası hamı tərəfindən qəbul olunmuş 
beynəlxalq hüquq normaları və lokal beynəlxalq müqavilə təcrübə normaları təşkil 
etməlidir.  Uzun  mübahisələrdə  həm  də  Xəzərin  göl,  ya  da  dəniz  olması  əsas  yer 
tuturdu. Xəzər dənizinin hüquqi statusu haqqında əldə olunan sənədlərin layihəsi, 
rəsmi  bəyanatlar  və  çıxışlar,  habelə  problem  üzrə  konseptual  münasibətlərə  dair 
birgə sənədlərin təhlili göstərir ki, hüquqi rejim baxımından iki müxtəlif münasibət 
mövcuddur. Bir qrup dövlərlər belə hesab edir ki, Sovet  ttifaqının dağılmasına və 
Xəzər sahillərində yeni müstəqil dövlətlərin yaranmasınadək Xəzər dənizi “Ümumi 
istifadə dənizi” idi, yəni Xəzərdə Sovet- ran kondominiumu (birgə istifadə obyekti 
nəzərdə  tutulur)  mövcud  idi.  Xəzər  indi  də  belə  bölgü  əsasında  istifadə 
olunmalıdır. Yəni bu Xəzəri dəniz kimi qəbul edərək istifadə etməyə əsas yaradırdı 
[ 8, s. 125]. 
            Digər  dövlətlər,  xüsusilə  Azərbaycan  Respublikası,  o  cümlədən  onu 
müdafiə  edən  Qazaxıstan  Respublikası  belə  hesab  edirlər  ki,  Xəzərdən  ənənəvi 
şə
kildə ayrı-ayrılıqda istifadə edilməsi və sahilyanı dövlətlərin müvafiq sektorlarda 
fəaliyyəti  ilə  yaranan  təcrübə  həm  Xəzərin  uzun  müddətdən  bəri  mövcud  olan 
statusuna  xarakterikdir,  həm  də  hüquqi  reallıqlarla  özünü  doğruldur.  Beynəlxalq 
hüquqi  baxımdan  göl  statusuna  malik  susutarlara  əksərən  belə  bölgü  şamil  edilir    
[ 8, s. 125]. Bu barədə bir qədər irəlidə ətraflı məlumat veriləcək. 
           Xəzərin hüquqi və beynəlxalq hüquqi statusu anlayışının dövlətlər arasında 
daha  aktual  məsələyə  çevrilməsi  bu  iki  əks  konsepsiyanın  müzakirəsi  ilə 
yaranmışdır. Qeyd etmək lazımdır ki, Xəzərin hüquqi statusu anlayışı onun hüquqi 
vəziyyətinin aydınlaşdırılması, istifadə prinsipləri haqqında mövcud olmuş Sovet-


17 
 
ran hüquqi müqavilə praktikasının qəbul etdiyi normalar, habelə keçmiş SSR -nin 
tətbiq  etdiyi  qaydalar  və  1990-cı  ildən  sonra  Xəzəryanı  dövlətlərin  apardıqları 
danışıqlarla  əldə  etdikləri  təcrübələrin  təhlili  kimi  başa  düşülməlidir.  Beynəlxalq 
hüquqi  statusu  isə  indiyədək  beynəlxalq  aləmdə  su  hövzələri  haqqında  qəbul 
edilmiş  qaydalar,  xüsusilə,  beynəlxalq  təşkilatların,  o  cümlədən,  dövlətlərin  uzun 
sürən  mübahisələr  nəticəsində  qəbul  etdikləri  praktika  və  bu  əsasda  hazırda 
sututarlar  haqqında  mövcud  olan  beynəlxalq  norma  və  prinsiplərin  təhlili  kimi 
qəbul edilməlidir. Bu gün də Xəzəryanı dövlətlərin Xəzərin statusu haqqında qəbul 
etdikləri  hər  hansı  hüquqi  sənəddə  region  dövlətləri  milli  maraqları  ilə  yanaşı  bu 
iki istiqaməti də nəzərə almalıdırlar [ 8, s. 126]. 
           1990-cı  illərdən  sonrakı  mərhələyə  keçmədən  əvvəl  Xəzər  dənizindən 
istifadə ilə bağlı daha əvvəl imzalanmış müqavilələrə nəzər salaq. 
           Hələ  XVIII  əsrdə  Xəzər  dənizinin  siyasi  və  iqtisadi  əhəmiyyəti  aydın 
şə
kildə  dərk  edilirdi:  Xəzər  Mərkəzi  Asiya  ölkələri  və  Hindistana  gedən  yolda 
strateji keçid hesab edilirdi [ 24, s. 112]. 
           XVIII əsr ərzində Rusiya Xəzərdə şəriksiz sahib olmaq üçün dəfələrlə  ranı 
məğlub  etmiş,  bir  neçə  hüquqi  müqavilələr  bağlayaraq  öz  hakim  mövqeyini 
tanıtdırmağa nail olmuşdur. 1732-ci ildə bağlanmış Rəşt müqaviləsi, 1723-cü ildə 
bağlanmış  Peterburq  müqaviləsi  bir  daha  ranı  Xəzərdə  Rusiyanın  mövqeyi  ilə 
hesablaşmağa məcbur etdi [ 8, s. 127]. 
          Bugünədək  Xəzərin  statusu  məsələsinə  açıqlama  gətirən  hər  hansı  bir 
müqavilə yoxudur. Lakin, qeyd edilən müqavilələrlə yanaşı, Çar Rusiyası ilə  ran 
(sonradan  SSR   ilə  ran)  arasında  1991-ci  ilədək  daha  çox  sərbəst  gəmiçilik  və 
dənizçiliklə  bağlı  bəzi  məsələlərin  nəzərdə  tutulduğu  dörd  mühüm  müqavilə 
imzalanmışdır.  1991-ci  ildə  SSR -nin  dağılmasından  sonra  isə  ümumi  məzmunlu 
başqa bir razılaşma əldə edilməmişdir.  
          1812-ci  ildə  ranla  Rusiya  arasında  baş  vermiş  müharibədə  ran  məğlub 
olmuş  və  iki  dövlət  arasında  12  oktyabr  1813-cü  ildə  imzalanmış  Gülüstan 
müqaviləsi  Rusiyaya  Xəzərdə  hərbi  donanma  saxlamaq  hüququ  verdi.  Bu 
müqaviləyə  görə  ran  Xəzərdə  gəmiçilik  hüququna  sahib  ola  bilər,  lakin  hərbi 


18 
 
gəmilər  saxlaya  bilməzdi.  Sonrakı  illərdə  Rusiyanın  sərhədlərini  cənuba  doğru 
genişlətmək cəhdləri  ranla yenidən danışıqlar aparılması ehtiyacını doğurmuşdur. 
22 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya Qafqazda və 
Xəzərdə yeganə hegemon gücə çevrilmişdir. Belə ki, müqavilənin 8-ci maddəsinə 
görə Xəzərdə rus bölgəsi də daxil olmaqla  ranın qeyri-hərbi gəmiləri üzə bilərdi. 
Hərbi gəmilərin üzmək hüququ isə yalnız Rusiyaya məxsus edilirdi.  Beləliklə də, 
Xəzərdə  yalnız  Rusiyaya  məxsus  hərbi  gəmilərin  üzmək  hüququ  müəyyən  edilir, 
digər dövlətlərin hərbi gəmilərinin burada mövcudluğuna icazə verilməməsi həmin 
müqavilələrlə təsbit edilirdi. Gülüstan və Türkmənçay müqavilələri eyni zamanda 
Rusiya və  ran arasında Xəzər dənizinin hüquqi vəziyyətinin müəyyənləşdirilməsi 
istiqamətində ilk razılaşma xüsusiyyəti daşıyır [ 19, s. 68-69]. 
          28  fevral  1921-ci  ildə  Sovet  Rusiyası  ilə  ran  arasında  suveren  bərabərliyi 
ə
sas  götürən  Dostluq  Paktı  imzalanmış,  1813  və  1828-ci  il  müqavilələrini 
yeniləyən  bu  sənədlə  rana  Xəzərdə  bir  sıra  yeni  hüquqlar  verilmişdir.  Forma 
dəyişikliyinə baxmayaraq, balıqçılıq, gəmiçilik, təbii sərvətlərdən istifadə və hərbi 
qüvvə saxlamaq məsələlərində SSR  həmişə üstünlüyə malik olmuşdur. 27 avqust 
1935-ci  il  tarixli  müqavilədə  isə,  Xəzər  üzərində  10  millik  balıqçılıq  zonası  təsis 
edilmiş,  lakin  rəsmi  sərhəd  müəyyən  edilməmişdir.  Balıqçılıq  hüququnu  nəzərdə 
tutan  1935-ci  il  müqaviləsindən  sonra  imzalanmış    25  mart  1940-cı  il  tarixli 
müqavilədə  naviqasiya  azadlığı  təkrarlanmışdır.  Bu  müqavilələr  heç  vaxt  ləğv 
edilmədiyi üçün Rusiya onların hələ də tətbiq edilə biləcəyinə israr edir. Xəzərdə 
müxtəlif  sahələrdəki  təşəbbüsləri  tənzimləmək  məqsədilə  ümumi  razılaşmalardan 
ə
lavə  1924,  1925,  1927,  1957,  1963,  1972,  1980-ci  illərdə  müxtəlif  xüsusi 
razılaşmalar imzalanmışdır. Bu müqavilələrin heç birində Xəzərin göl və ya dəniz 
olması  müəyyən  edilməmiş,  suların  və  dəniz  yatağının  sərhədləri  çəkilməmişdir. 
Müqavilələrlə  ran  və  SSR -yə  Xəzərdə  sərbəst  və  bərabər  dənizçilik  hüququ 
verilmiş, Xəzər “Sovet- ran dənizi” hesab edilmiş və Xəzərin  ran və SSR -yə aid 
olduğu bildirilirdi. Açıq dənizlərə çıxışı olmayan SSR  və  ran arasında müəyyən 
edilən  sərhəd  təsbitinə  görə  Xəzər  dənizinin  SSR -yə  aid  olan  hissəsi  ranın 
Azərbaycan  və  Türkmənistanla  sərhədlərinin  Xəzər  dənizində  kəsişdiyi  nöqtələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə