Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   2   3   4   5   6   7   8   9   ...   34


 
Tədqiqat  işində  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  aşağıdakı 
vəzifələr müəyyənləşdirilmişdir: 
-
  Problemin yaranmasını şərtləndirən amillərin müəyyən edilməsi; 
-
  Xəzərin  hüquqi  statusu  anlayışının  izah  edilməsi,  problemin  hüquq 
normaları və beynəlxalq təcrübə kontekstində tədqiqi;   
-
  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə  bağlı  Xəzəryanı 
dövlətlərin mövqelərinin təhlili; 
-
  ABŞ,  Avropa  ttifaqı,  Türkiyə  və  digər  Asiya  dövlətləri  kimi 
regiondankənar  aktorların  xarici  siyasətində  Xəzər  regionunun  rolunun 
araşdırılması; 
-
  Xəzərin  hüquqi  statusu  probleminin  həllində  Azərbaycanın  mövqeyinin 
və diplomatik fəaliyyətinin təhlili; 
-
  Azərbaycanın  enerji  siyasətində  Xəzərin  karbohidrogen  ehtiyatlarının 
rolunun tədqiqi. 
Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyekti  Xəzərin  hüquqi 
statusu  problemi,  Xəzər  bölgəsinin  region  dövlətlərinin  və  regiondankənar 
aktorların  xarici  siyasətində  rolunun  tədqiqindən  ibarətdir.  Tədqiqatın  predmetini 
isə Xəzərin hüquqi statusu probleminin nəzəri, metodoloji və təcrübi məsələlərinin 
tədqiqi təşkil edir.  
Tədqiqatın informasiya bazası. Magistr dissertasiyasının məlumat bazasını 
mövzu ilə əlaqədar yerli və xarici tədqiqatçı və ekspertlərin araşdırmaları, nüfuzlu 
beynəlxalq siyasi və strateji araşdırma mərkəzlərinin hesabatları, araşdırılan mövzu 
üzrə  elmi-tədqiqat  işləri,  məqalələr,  internet  resursları  və  digər  elmi  ədəbiyyatlar 
təşkil edir. 
 
Tədqiqat  zamanı  tarixi  yanaşma,  müqayisəli  təhlil  və  sistemli  yanaşma 
metodlarından istifadə edilmişdir. 
Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyi  Xəzərin  hüquqi 
statusu  probleminin  müəyyən  edilməsi  ilə  bağlı  müxtəlif  mövqelərin,  müasir 
vəziyyətin və oxşar problemlərin həlli ilə əlaqədar beynəlxalq təcrübənin kompleks 
şə
kildə araşdırılması, regiondankənar aktorların Xəzər bölgəsi ilə bağlı siyasətinin  



 
geniş  təhlil  edilməsi  və  Xəzərin  hüquqi  statusu  məsələsinin  həlli  istiqamətində 
konkret təklif və tövsiyələrin işlənilib hazırlanmasından ibarətdir. 
Tədqiqatın  praktiki  əhəmiyyəti.  Magistr  dissertasiyasını  problemin 
araşdırılmasına  həsr  olunmuş  mühüm  nəzəri  və  praktiki  əhəmiyyətə  malik  olan 
tədqiqat  işi  hesab  etmək  olar.  Dissertasiya  işi  bu  istiqamətdə  elmi  araşdırmaların 
həyata keçirilməsində faydalı mənbə ola bilər.   
Dissertasiya  işinin  strukturu.  Magistr  dissertasiyasının strukturu giriş,  üç 
fəsil,  səkkiz  paraqraf,  nəticə  və  təkliflər,  istifadə  edilmiş  ədəbiyyat  siyahısından 
ibarətdir. 
 Dissertasiya  işinin  birinci  fəslində  Xəzərin  hüquqi  statusu  probleminin 
mahiyyəti,  yaranma  səbəbləri,  beynəlxalq  hüquq  normaları  və  təcrübə  əsasında 
tədqiqi,  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsində  Xəzəryanı  dövlətlərin 
mövqeyinin  təhlili  öz  əksini  tapmışdır.  kinci  fəsildə  regiondankənar  aktorların 
xarici  siyasətində  Xəzər  bölgəsinin  yeri  və  rolu  təhlil  edilmişdir.  şin  üçüncü 
fəslində Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanın diplomatik fəaliyyəti təhlil 
edilmiş,    ölkəmizin  Xəzərin  enerji  ehtiyatlarının  nəqli  siyasəti  və  perspektivləri 
tədqiq edilmişdir. 
Dissertasiya  işinin  sonunda  nəticə  və  təkliflər  verilmiş,  istifadə  edilmiş 
ə
dəbiyyat siyahısı və internet resursları geniş şəkildə təqdim edilmişdir. 
 
 
 
 
 
 
 
 



 
I FƏS L. Müasir beynəlxalq münasibətlər sistemində Xəzərin hüquqi statusu 
problemi. 
1.1.
  Xəzərin hüquqi statusu probleminin yaranmasını şərtləndirən amillər. 
 
 
Xəzər  Avropa  və  Asiya  sərhəddində  yerləşən,  Rusiya  Federasiyası, 
Qazaxıstan,  Türkmənistan,  Azərbaycan  və  ran  dövlətlərinin  ərazisi  ilə  əhatə 
olunmuş dünyada ən böyük qapalı su hövzəsidir.  
 
Xəzər  dənizi  dünyada  okean  və  dənizlərlə  əlaqəsi  olmayan  tək  qapalı  (qitə 
içərisində) dənizdir. Bu səbəbdən onu göl adlandıranlar olsa da, Xəzər çox böyük 
bir ərazini əhatə etdiyi üçün hidroloji-bioloji elmlərin təsnifatına görə dəniz hesab 
olunur [11, s. 24].   
 
Ümumiyyətlə,  Xəzər  regionu  dedikdə  bunu  geosiyasi  cəhətdən  2  anlamda 
geniş və dar mənada başa düşmək lazımdır: 
1.      Geniş  mənada:  bura  bütün  Qafqaz,  Volqaboyu  regionu,  Mərkəzi  Asiya  və 
ranın böyük bir hissəsini əhatə edir (5 milyon kv.km ərazi). 
2.  Dar  mənada:  bura  Azərbaycan,  Rusiyanın  Xəzərsahili  əraziləri,  Qərbi 
Qazaxıstan, Qərbi Türkmənistan və  ranın Xəzərsahili ərazisi daxildir (1,5 milyon 
kv.km  ərazini  əhatə  edir).  Qeyd  etmək  lazımdır  ki,  Xəzər  regionun  bu  anlamda 
başa  düşülməsi  daha  çox  qəbul  edilir.  Biz  də  Xəzər  regionu  dedikdə  bu 
yanaşmadan istifadə edəcəyik [6 s. 23].  
 
Xəzərin beynəlxalq mövqeyi təkcə onun geostrateji mövqeyi ilə deyil, eyni 
zamanda zəngin enerji ehtiyatlarına malik olması ilə səciyyələnir. Xəzərin hüquqi 
statusu problemini araşdırmaq üçün isə ilk növbədə onun coğrafi xüsusiyyətlərinə 
və tarixi retrospektivə nəzər salmaq lazımdır.  
 
Müasir  Xəzərin  şimal-cənub  uzunluğu  təqribən  1200  km,  orta  eni  320  km,  
sahəsi 370 min kv km, (1929-cu ildə isə sahəsi 422 min kv km olmuşdur), dünya 
okeanı  səviyyəsindən  28  metr  aşağıdır.  Ərazisində  təqribən  50-dək  ada  və  irili-
xırdalı  130-dək  bura  tökülən  çay  vardır.  Son  160  illik  tarixdə  Xəzərin  səviyyəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə