Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

25 
 
nin  Konvensiyasının  10-cu  hissəsinə  uyğun  olaraq,  qitədaxili  ölkələr  olan 
Azərbaycan, Qazaxıstan və Türkmənistanın ədalətli prinsiplər əsasında Volqa-Don 
və Volqa-Baltik kanalları sistemindən tranzit hüququ və açıq dənizə çıxış hüququ 
təmin edilməlidir. Bu prinsip eynilə  ran və digər tranzit ölkələrin kommunikasiya 
sistemlərinə  də  aiddir.  Volqa  beynəlxalq  gəmiçilik  yolu  olmasını  Volqa-Don 
kanalına borcludur, bu kanal isə Rusiya ərazisində yerləşdiyindən onun suverenliyi 
altındadır və Rusiyanın razılığı olduqda və ya müvafiq müqavilə əsasında istifadə 
edilə bilər. Volqa-Don kanalından istifadənin (bütün sahilyanı dövlətlər tərəfindən) 
müsbət  həlli  regionda  sülhün  güclənməsi  və  ticarət  əlaqələrinin  güclənməsinə 
təkan verə bilər.   [ 9, s. 195] 
Müasir dövrdə buna oxşar hadisələr vardır. Məsələn: süni Süveyş kanalında, 
kanal  və  boğaz  bir  dövlətin  yurisdiksiyasına  tabedir,  lakin  beynəlxalq  gəmiçilik 
üçün müəyyən şərtlərlə açıqdır. Digər bir misal kimi Kil kanalını göstərmək olar. 
Bu  kanal  Baltik  və  Şimal  dənizlərini  birləşdirir  və  tamamilə  Almaniyanın 
ə
razsindən keçir. Kil kanalı I dünya müharibəsindən öncə qurulmuş və 1919-cu il 
Versal  sazişinə  uyğun  olaraq  beynəlxalq  gəmiçilik  üçün  açılmışdır.  II  Dünya 
müharibəsindən  sonra  onun  bu  statusu  (nasist  Almaniyası  tərəfindən  ləğv  edilən) 
yenidən  qaytarılmışdır.  Beləliklə,  kanal  Almaniya  ilə  sülh  münasibətlərində  olan 
bütün dövlətlərin hərbi və ticarət gəmiləri üçün açıqdır [ 9, s. 195]. 
Ümumiyyətlə,  Xəzərə  “dəniz”  adının  verilməsi  onun  əhatə  etdiyi  sahə  ilə 
bağlıdır. Xəzər  ran və Oman körfəzlərinin birlikdə ərazisi qədər sahəni əhatə edir. 
Bundan  başqa  Xəzərin  sualtı  ehtiyatları  da  çox  zəngindir.  Xəzərin  duzluluğu  və 
bioresursları  dünya  dənizləri  ilə  onun  oxşarlığını  göstərir.  Xəzərin  ən  mühüm 
fərqləndirici  xüsusiyyəti  isə,  onda  kontinental  şelfin  və  karbohidrogen 
ehtiyatlarının mövcudluğudur.  
Məhz karbohidrogen ehtiyatlarının mövcudluğu sovet hökuməti dağıldıqdan 
sonra  yaranan  yeni  respublikaları  Xəzərin  statusunu  müəyyən  etməyə  sövq  etdi. 
Belə ki, Xəzərin dəniz olduğu tanınadan sonra, BMT-nin 1982-ci il dəniz hüququ 
haqqında konvensiyası buna tam hüquqla tətbiq edilə bilər və yalnız bundan sonra 
ehtiyatların bölünməsi baş tuta bilər [ 9, s. 195]. 


26 
 
Ə
gər  Xəzər  göl  kimi  tanınsa  bu  zaman  beynəlxalq  sərhəd  gölü  statusu 
qazanmış  olar.  Belə  olduqda  1982-ci  il  Konvensiyasının  müddəaları  ona  tətbiq 
edilə bilməz. Sərhəd gölləri üçün isə, beynəlxalq sərhəd müəyyənləşdirmə metodu 
yoxdur.  Bu  zaman  hüquqda  nümununələr  mənbə  rolunda  çıxış  edə  bilər.  Sərhəd 
gölləri bütün sahilyanı dövlətlərin sərhədlərindən bərabər məsafədə çəkilən mərkəz 
xətti  və  bu  mərkəz  xətti  üzərindəki  quru  sərhədlərinin  son  nöqtəsindən  çəkilən 
ş
aquli  bir  düz  xəttlə  beynəlxalq  sektorlara  bölünə  bilər.  Sonra  da  dövlətlərin 
sərhədləri  göl  üzərindəki  sərhəd  xətti  boyunca  dövlətlərin  ərazilərilə  bağlı 
bölümlərin  əlavə  olunması  ilə  müəyyənləşdirilə  bilər.  Dövlətlərin  bu  bölgələr 
üzərindəki təbii sərvətlərdən istifadə etmək hüququ isə sərhəd xəttinədək olan göl 
sularını əhatə edəcəkdir. Sərhəd gölünün bu cür bölünməsi (yuxarıda qeyd edilən 
kimi – N.M.) ABŞ və Kanada arasında Böyük Göllərə, Fransa və  sveçrə arasında 
Cenevrə  gölünün  bölüşdürülməsi  ilə  bağlı  həyata  keçirilmişdir.  Sərhəd  göllərinin 
hüdudlarının  müəyyənləşdirilməsi  ilə  bağlı  nadir  istifadə  olunan  digər  bir  metod 
isə, hər bir sahilyanı dövlətin 12 millik ərazi sularına sahib olması və gölün qalan 
hissəsinin  ortaq  istifadəyə  açıq  olmasıdır.  Buna  yalnız  bir  nümunə  var  ki,  o  da 
Boliviya və Peru arasında Titikaka gölünün bölüşdürülməsidir [ 18, s. 187]. 
Hüquqşünas alim R.F.Məmmədov isə hesab edir ki, iki və daha çox dövlətin 
sahillərini  yuyan,  dünya  okeanı  ilə  təbii  yolla  birləşməyən,  həmçinin  müstəqil 
beynəlxalq  hüquqi  statusa  və  gölyanı  dövlətlər  arasında  bağlanmış  konkret 
beynəlxalq  müqavilədə  müəyyən  edilən  müvafiq  rejimə  malik  su  məkanları 
beynəlxalq hüquq nöqteyi nəzərindən sərhəd gölləri hesab olunmalıdır [ 8, s. 136]. 
           Xəzərin  beynəlxalq  hüquqi  statusunu  müəyyən  edən  digər  bir  mühüm 
məqam,  gölün  resurs  və  ərazi  bölgüsüdür.  Saysız-hesabsız  mübahisələr  elə  onun 
ə
trafındadır  ki,  kim  Xəzərin  ən  çox  resurs  olan  və  ən  böyük  ərazili  hissəsini 
alacaqdır. Belə bir vəziyyət bizi delimitasiya  məsələsinə gətirib çıxarır. Siyasi və 
iqtisadi xarakter daşıyan  mübahisələrdə əsas sual “Xəzər dibinin sərvətlərinə kim 
və  nə  ölçüdə  iddia  edə  bilər?”  sualı  olmuşdur.  Vaxtında  aparılmış  delimitasiya 
gələcəkdə  şelf  zonasının  zənginliyi  ilə  bağlı  mübahisələrin  qarşısını  ala  bilər. 
Xəzərin  sahilboyu  göl  kimi  hüquqi  qaydada  statusunun  qəbul  edilməsi  bu  əsasda 


27 
 
onun  delimitasiyasının  keçirilməsinin  əsaslarını  müəyyən  edəcəkdir.  Bunlar 
aşağıdakılardır:  sahilyanı  dövlətlərə  müvafiq  sektorların  verilməsi  bölgüsü  və  su 
səthi, dəniz dibi və təki üzərindən, hava məkanı ilə dövlət sərhəd xətti çəkilməsi, 
sərhədlərin müəyyən edilməsinin hər bir sahilyanı dövlət üçün əhəmiyyəti vardır, 
belə ki, onlar bütün resursları ilə birlikdə məxsus olacaq ərazinin sərhədləridir [ 9, 
s. 196]. 
          Bundan  əlavə,  beynəlxalq  hüququn  ümumi  normalarına  əsasən  Xəzər 
beynəlxalq  göl  kimi  milli  sektorlara  bölünərsə,  hər  bir  dövlət  öz  sektorunda 
müxtəlif  məsələlərlə  bağlı  fəaliyyət  sərbəstliyi  əldə  etmiş  olar.  Dəniz  kimi  qəbul 
edildiyi təqdirdə isə, Beynəlxalq Dəniz Hüququ Konvensiyasının normalarına görə 
ə
razi suları, milli sular və xüsusi iqtisadi zona üçün müxtəlif formalı istifadə rejimi 
tətbiq edilməlidir. Eyni zamanda Konvensiyanın 90-cı maddəsində bütün dövlətlər 
üçün  naviqasiya  azadlığı  nəzərdə  tutulduğundan  Xəzər  dəniz  kimi  qəbul  edilərsə 
Volqa çayı vasitəsilə bütün dövlətlər üçün açıq olmalıdır [ 27, s. 32]. 
           Beləliklə, bütün qeyd edilən variantların təhlilindən sonra belə bir nəticəyə 
gələ  bilərik  ki,  Xəzər  beynəlxalq  göldür  və  bu  səbəbdən  onun  bölgüsü  milli 
sektorlara  əsasən  həyata  keçirilməlidir.  Belə  ki,  Xəzərin  özünün  coğrafi 
xüsusiyyətləri,  dünya  okeanı  və  dənizlərinə  birbaşa  çıxışının  olmaması  onun  göl 
hesab edilməsinə əsas verir. Bölünmə məsələsinə gəldikdə isə qeyd edə bilərik ki, 
Xəzər  1991-ci  ilədək  Rusiya  (Çar  Rusiyası,  daha  sonra  SSR )  və  ran  arasında 
müxtəlif  illərdə  imzalanmış  müqavilələrdən  də  göründüyü  kimi  heç  vaxt  bu 
dövlətlərin ümumi istifadəsində (kondominium variantı) olmamışdır. Yəni, Xəzər 
dövlətlər  arasında  gölün  xüsusiyyətlərinə  uyğun  olaraq  bölünmüş  və  istifadə 
edilmişdir.  Bundan  əlavə,  Xəzərin  dəniz  kimi  qəbul  ediləcəyi  təqdirdə  1982-ci  il 
Beynəlxalq  Dəniz  Hüququ  Konvensiyasının  müddəalarına  uyğun  olaraq  ərazi 
suları,  kontinental  şelf  və  xüsusi  iqtisadi  zonaya  bölünməsi  heç  dövlətlərin 
sahilyanı  zonaları  arasındakı  məsafəyə  görə  mümkün  deyil.  Yəni,  Xəzərin  sahəsi 
bu  bölgünü  tətbiq  etməyə  imkan  vermir.  Bu  səbəbdən  də  Xəzərin  hüquqi 
statusunun beynəlxalq göl olaraq qəbul edilməsi və orta xətt üzrə milli sektorlara 
bölünməsi daha məqsədəuyğundur.        


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə