Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

40 
 
tərəfdaşlarımıza  məqbul  hesab  olunan  güzəştlərə  görə  minnətdarlığımı  ifadə 
edirəm.  Əminəm  ki,  hələdə  razılığa  gəlmədiyimiz  məsələləri  növbəti  zirvə 
görüşündə  razılaşdıracağıq.  Qarşıda  Xəzərin  hüquqi  statusu  ilə  bağlı 
Konvensiyanın yekunlaşdırılması mövzusu var''. 
            Bundan  əlavə  o,  regional  enerji  təhlükəsizliyi  və  ətraf  mühitin 
qorunması  sahəsində  gələcək  fəaliyyətin  koordinasiyasını  vurğulamışdır. 
Çıxışında "uzunmüddətli maraqlar, məqbul güzəştlər, hələ də razılaşdırılmamış 
məsələlər,  enerji  siyasətinin  koordinasiyası,  Xəzərin  ətraf  mühiti''  kimi 
ifadələrdən  istifadə  etməklə  Putin  Rusiyanın  Xəzərlə  bağlı  strategiyasını 
konkret  ifadə  etmişdir.  Bununla  yanaşı  Putin  qeyd  etmişdir  ki,  biz  su  hövzəsi, 
dəniz  dibi  və  yeraltı  zonaların  da  delimitasiyanı  apara  bilərik  və  su  səthini 
dənizçilik  və  balıqçılıq  məqsədləri  üçün  birgə  istifadə  edə  bilərik.  Rusiyanın 
istəyi də  məhz budur. 
             ran Prezidenti Həsən Ruhani qeyd etmişdir ki, "Xəzər ilə bağlı qərarlar 
konsensus əsasında qəbul edilməlidir. Lakin hər ölkə yalnız öz milli maraqlarını 
rəhbər  tutmuş  olsa,  heç  bir  həllə  nail  oluna  bilməz.  Biz  qeyri-Xəzər 
dövlətlərinin  iştirakı  olmadan  ədalətli  rəqabət  yarada  bilərik  və  regionun 
təhlükəsizliyini  təmin  edə  bilərik''.  Ruhani  açıqca  ölkəsinin  əvvəlki  mövqeyini 
bildirdi  və  Xəzərdə  qeyri  dövlətlərin  iştirakının  qəbuledilməz  olduğunu  bəyan 
etdi. Ancaq digər  ran rəhbərlərindən fərqli olaraq Ruhaninin ritorikası olduqca 
mülayim idi.  ran və digər ölkələr arasında fikir ayrılığı nəticəsində  ran hüquqi 
status ilə bağlı ikitərəfli müqavilələrdən kənarda qalmışdır. Çünki  ran su səthi, 
dənizin dibi və yeraltı pay məsələlərində "orta xətt” və ya "milli sektor” prinsipi 
ilə  razılaşmış  olsa,  o,  Xəzərin  iddia  etdiyi  20  faizi  əvəzində  13  faiz  ilə 
kifayətlənməyə məcbur olacaqdır [ 39]. 
            Qazaxıstan  Prezidenti  Nursultan  Nazarbayev  bildirmişdir  ki,  "hamımız 
Xəzər  Dənizinin  qtisadi  Forumunun  təsis  olunması  ilə  bağlı  Türkmənistanın 
təklifini  qəbul  etdik.  Mən  azad  ticarət  zonasının  yaradılmasını  təklif  etdim. 
Növbəti  təşəbbüs  bütün  bu  qərarların  icrasına  nəzarət  edəcək  təşkilatın 
yaradılması  ola  bilər.  Daha  yaxşı  olar  ki,  Qara  Dəniz  qtisadi  Əməkdaşlıq 


41 
 
Təşkilatına bənzər təsisat yaradılsın, yəni Xəzər Dənizi Əməkdaşlıq Təşkilatı və 
beləliklə də yalnız iqtisadi deyil, təhlükəsizlik problemləri də müzakirə edilsin, 
həmçinin  məlumat  mübadiləsi  sahəsində  əməkdaşlıq,  xilasetmə/axtarış 
ə
məliyyatları, birgə hərbi təlimlər və s. həyata keçirilsin''. 
            Türkmənistan  Prezidenti  Qurbanqulu  Berdımuxammedov  qeyd  etmişdir 
ki, "Xəzərdə enerji layihələrinin siyasiləşdirilməsi qeyri-məhsuldardır. Bu boru 
kəmərlərinin  inşası  məsələsinə  də  aiddir,  çünki  bu  məsələ  kəmərlərin 
ə
razisindən keçəcək dövlətlərin suveren hüququdur və onların razılığı  əsasında 
həyata  keçirilməlidir.  Bununla  da,  Türkmənistan  Trans-Xəzər  kəmərinin  inşası 
ilə  bağlı  arzusunu  ifadə  etdi,  ancaq  Rusiya  və  ran  bunun  hər  zaman  əleyhinə 
çıxmışlar [39 ]. 
           Ümumiyyətlə, dövlət başçılarının bəyanatlarına nəzər saldıqda, hamılıqla 
olmasa  belə,  bir  çoxunun  nəticələrdən  məmnun  qaldığı  hiss  olundu.  Xəzər 
dənizinin  hüquqi  statusu  ilə  bağlı  Konvensiyanın  yekunlaşdırılması  Astanada 
keçiriləcək növbəti zirvə görüşündə nəzərdə tutulmuşdur. 
           Qeyd  edə  bilərik  ki,  Xəzəryanı  dövlət  başçılarının  IV  sammiti  ilə  bağlı 
proqnozlar  öz  təsdiqini  tapdı.  Belə  ki,  sammitin  gedişində  əməkdaşlıq  və 
regional  təhlükəsizliklə  bağlı  bəyanatlar  verildi.  Prezidentlərin  iştirakı  ilə 
hökumətlərarası  müqavilə  imzalandı.  Ekspertlərin  fikrincə  bununla  da  Xəzər 
hövzəsinin geosiyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu. Eyni zamanda 
regionun təhlükəsizliyi  müəmmalı  olaraq  qalır.  Prezidentlərin  bəyanatına  Xəzər 
hövzəsində  NATO  hərbi  qüvvələrinin  yerləşməsinin  yolverilməzliyi  ilə  bağlı 
məsələnin daxil edilməsinin mümkün nəticələrinin arxa plana atılması riskli ola 
bilərdi.  Bununla  belə  etiraf  etmək  lazımdır  ki,  Həştərxan  sammiti  sözün  əsl 
mənasında  tarixi  əhəmiyyət  daşıyır.  Belə  ki,  əvvəlki  görüşlərdə  prinsipial 
məsələrdə  razılığa  gəlmək  mümkün  olmamışdı.  Bununla  belə,  müəyyən 
məsələlərdə  addım-addım  irəliləyiş  müşahidə  edilirdi.  Məsələn,  dənizin  dibinin 
Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, eyni zamanda Qazaxıstan və 
Rusiya  arasında  bölüşdürülməsi  ilə  bağlı  ikitərəfli  sazişlər  imzalanmışdır. 
Həştərxan  sammitinin  tarixi  əhəmiyyəti  ilə  bağlı  isə,  ekspertlər  sammit  zamanı 


42 
 
qəbul  edilmiş  qərarı  haqlı  olaraq  “irəli  doğru  sıçrayış”,  “tarixi  nəaliyyət”  və  s. 
kimi qiymətləndirmişlər [ 40]. 
            Ekspertlərin  fikrincə,  Xəzər  dənizinin  hidrometeorologiyası,  fövqəladə 
halların  qarşısının  alınması  və  onların  nəticələrinin  aradan  qaldırılması,  dənizin 
bioloji  ehtiyatlarının  qorunması  və  onların  rasional  istifadə  edilməsi  ilə  bağlı 
saziş  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  gələcəkdə  hüquqi  statusun  müəyyən 
edilməsində  mühüm  rol  oynayacaq.  Həştərxanda  keçirilmiş  mətbuat 
konfransında  5  Xəzəryanı  dövlət  başçılarının  liderləri  öz  fikirlərini  bildirmişdir 
(həmin  fikirlər  yuxarıda  qeyd  edilmişdir  –  N.M.).  Sammitin  gedişində 
Azərbaycan,  Rusiya,  Qazaxıstan,  ran  və  Türkmənistan  prezidentlərinin 
imzaladığı  bəyanat  daha  çox  maraq  doğurur.  Belə  ki,  bu  sənəddə  hövzə 
dövlətlərinin  əməkdaşlıq  strategiyasının  əsas  prinsipləri  əks  olunmuş,  dənizin 
statusu ilə bağlı prinsipial məsələlər üzrə ümumi razılıq əldə edilmişdir.  
            Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  Həştərxan  sammitində  mühüm 
geosiyasi  əhəmiyyət  malik  razılıq  da  əldə  edilmişdir.  Burada  “Şimal-cənub” 
dəhlizinin  yaradılması  və  Xəzərin  ətrafında  dəmir  yolunun  çəkilməsi  nəzərdə 
tutulur ki, bu iki lahiyə də Rusiya üçün çox böyük əhəmiyyət daşıyır [ 40].  
            Bütün  bunları  ümumiləşdirərək  qeyd  edə  bilərik  ki,  Xəzəryanı  dövlət 
başçılarının  IV  sammiti  xüsusi  əhəmiyyətə  malikdir.  Hövzə  ölkələri  arasında 
sülhə,  əməkdaşlığa  və  təhlükəsizliyə  xidmət  edən  əlaqələrin  formalaşdırılması 
heç  şübhəsiz  ki,  tarixi  hadisədir.  Bu  istiqamətdə  addımlar  atmaqla  fikir 
ayrılığının qarşısını almaq olar.  
             Beləliklə,  Xəzərin  hüquqi  statusunun  müəyyən  edilməsi  ilə  bağlı 
Xəzəryanı  dövlətlərin    mövqelərinin təhlili  əsasında  belə nəticəyə  gələ  bilərik  ki, 
Rusiya,  ran  və  Türkmənistanın  problemin  həlli  ilə  bağlı  qeyri-konstruktiv 
mövqeləri  uzun  müddətdə  aparılan  danışıqlar  nəticəsində  xeyli  yumşalmış, 
Qazaxıstanın  mövqeyi  ilk  vaxtdan  Xəzərin  orta  xətt  üzrə  sektorlara  bölünməsi 
tərəfdarı  olan  Azərbaycanın  mövqeyinə  yaxınlaşmışdır.  Xəzəryanı  dövlətlər 
arasında  dənizdən  istifadə  ilə  əlaqəli  ikitərəfli  müqavilələrin  imzalanması  isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə