Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   44   45   46   47   48   49   50   51   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
130
Görünür, Füzuli “xətaləfz” anlamı altında ilk öncə Quranın vahid sistem halına 
salınmasına  işarə  etmişdir  ki,  bu  da  ədəbiyyatda  “Cəmul-Quran”,  yəni  Quranın 
toplanması adı ilə tanınır (İsmayılzadə, 2006: 343).  
Nəticədə, Quranın qiraət variantları, avazla oxunması, təfsiri, surə, ayə, söz və 
hərflərinin  sayı  böyük  diqqətlə  öyrənilməyə  başlandı.  Həmin  dövrdə  bu  tərəfdən 
Allah kəlamını düzgün oxuyub, düzgün izah etmək, digər tərəfdən isə İslam dinini 
möhkəm  qorumaq,  onun  təhrif  edilməsinə  yol  verməmək  sahəsində  görülən  ən 
zəruri iş hesab olunur (Bünyadov; Məmmədəliyev, 1997: VII). 
Qeyd etmək lazımdır ki, xəlifə Osmanın göstərişi ilə toplanmış Quranın digər 
Quranlarla  fərqi  onun  vahid  qiraət  əsasında  olmaması,  həmçinin,  surələrin  tərtibi 
baxımından fərqli olmasında idi.  
Bu gün bizim əlimizdə mövcud olan müqəddəs Quran da həmin üslub və tərtib 
əsasındadır (İsmayılzadə, 2006: 347).  
Quranın düzgün oxunuşunu tәmin edәn amillәr 
Mənbələrdə  Quranı  düzgün  oxumaq  üçün  aşağıdakı  üç  qaydadan  istifadə 
edilməsini vacibliyi də qeyd edilir: 
1. Quran oxunmazdan öncə riayət edilən qaydalar; 
2. Quran oxunarkən riayət edilən qaydalar; 
3. Quran oxunandan sonra riayət edilən qaydalar; 
Füzulinin qitəsinə əsasən biz ikinci bölməni açıqlamaq istərdik.  
Quranı  oxumaq  istəyən  şəxs  Məbudun  hüzurunda  minacata  durmaq  istəyir. 
Belə olan halda o, dilini təmizləməyə möhtacdır. Dil lüzumsuz söz və böhtan kimi 
kəlmələrlə günahkar hala gəlir. Bu isə Allaha sığınma ilə təmizlənir (Ramazanoğlu, 
2009: 7).  
Haqq  aşiqləri  bu  kəlmə  ilə  könül  fərəhliyinə  nail  olarlar.  Quran  oxumağa 
başlayanlar  aləmlərin  Rəbbinin  “Nəhl”  surəsindəki  “Quran  oxumaq  istədiyin  za-
man məlun şeytandan Allaha sığın!” - əmrinə riayət etməlidirlər.  
Sığınma sözləri üç qisimdir: 
1. “Sifatiyə” – “Sənin qəzəbindən rizana sığınıram”; 
2. “Əfaliyə” – “sənin qəzəb və əzabından əfvinə sığınıram”; 
3. “Zatiyə” – “Səndən sənə sığınıram” (Ramazanoğlu, 2009: 9). 
Önəmli məqamlardan i və ən incisi, Quranı (əzbər deyil) üzündən oxumaqdır. 
Hz.Peyğəmbərin  sözləri  ilə  desək:  “Ümmətin  ən  üstün  ibadəti  Quranı  üzündən 
oxumaqdır (İsmayılzadə, 2006: 543). 
İmam Sadiqə görə “Quran tez-tez və surətlə deyil, tərtil (asta-asta) oxunmalıdır 
(İsmayılzadə, 2006: 543). 
İmam Sadiqə gəlincə, o, belə buyurmuşdur: “Həqiqətən də Quran hüznlə nazil 
olmuşdur. Elə buna görə də onu hüznlə oxuyun (İsmayılzadə, 2006: 544).  


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
131
Ayələrin ində isə “Quran oxunarkən onu dinləyin və sükut edin” (Əraf: 204) – 
fikri öz əksini tapmışdır. 
Peyğəmbərin  (s.a.s)  aşağıdakı  fikri  xüsusilə  maraqlıdır:  “Quranı  elə  oxu  ki, 
səni çəkindirsin” (Qaradağlı, 2011: 4). 
Quranın  avazla  oxunması  da  önəmli  məsələlərdəndir.  Hz.Peyğəmbər  (s.a.s) 
belə buyurmuşdur: “Quranı öz (gözəl) səsinizlə gözəlləşdirin” (İsmayılzadə, 2006: 
544). 
Qurani-Kərimin  tilavət  edilməsi  haqda  Peyğəmbərdən  (s.a.s)  çoxlu  hədislər 
vardır:  “Quranı  məharətlə  oxuyan,  hörmət  sahibi  olan  əməlisalehlilərlə 
məqamdadır,  Quranı  höccələyə-höccələyə  oxuyan,  lakin  oxumağa  böyük  həvəsi 
olanın isə mükafatı ikiqatdır” (Qaradağlı, 2011: 4). 
... Qurani-Kərimi oxuyarkən, ... lazımlı yerlərdə dayanın... Hərflərin öz məxrəc 
hüdudundan  kənar  çıxmasından  həzər  et”  –  buyurur  İmam  Cəfər  əs-Sadiq (Qara-
dağlı, 2011: 4). 
Hz.Peyğəmbər (s.a.s) digər hədisdə buyurur: “ çox Quran oxuyanlar vardır ki, 
Quran onlara lənət edir (İsmayılzadə, 2006: 547).  
Məhəmməd Füzuli bu qitəsinin məzmunu və “xəta” sözünün arxasındakı məna 
qatları ilə insanları, xüsusən, qareləri düzgün tilavətə çağırır. 
Tilavət  –  ibadətin  formasıdır,  çünki  Allah-təala  özü  Qurani-Kərimin  əl-
Müzzəmmil surəsinin 20-ci ayəsində:  
... ِنآ ْرُقْلا َنِم َرﱠسَيَت اَم اوُءَرْقاَف ...
 
 
“... Qurandan sizə müyəssər olanı oxuyun...” – buyurur (Qaradağlı, 2011: 4).  
Qurani-Kərimin təcvidinə gəlincə, onunla tanış olmaq istəyən hər kəs əvvəlcə 
“ləhn” istilahı ilə tanış olmalıdır ki, bu da “xəta” mənasındadır.  
Bu xətalar da öz növbəsində açıq-aşkar və ya kobud xəta, gizli və ya kiçik xəta 
növlərinə bölünür (Qaradağlı, 2011: 100).  
Kobud  xəta  Quranın  mətninə  əlavəetmə,  çıxarma  və  ya  əvəz  etmə,  sözlə  - 
Quran mətninə dəyişiklik etmək nəticəsində baş verir, bu da bağışlanmaz xətadır.  
Kiçik xəta qarelərin idğam, izhar, ixfa, təfxim, tərqiq və başqa bu kimi fonetik 
hadisələri  yerinə  yetirmədən  oxumaq  nəticəsində  əmələ  gələn  xətadır  (Qaradağlı, 
2011: 100, 103). 
Bәşәr  övladının  davranşına  bağlı  “xәta”ların  Füzuli  yaradıcılığında  bәzi 
mәqamları 
 Füzuli yaradıcılığında insanın davranışı ilə bağlı “xəta” sözünün bütün məna 
çalarlarından – səhv, yalan, təqsir, günah və s. istifadə edilmişdir. Biz şairin yara-
dıcılığında “xəta”nın “günah” anlamında işlənilməsini izləyəcəyik.  
 Mişki-Çin zülfün ilə eyləsə dəva, nə əcəb, 
 
 
Nə olur üzü qara qulda xətadan qeyri?   (Füzuli, 1958: 313) 
 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
132
“Çin müşkü saçınla mübahisə etsə, üzü qara qulda xətadan başqa heç şey ola 
bilməz – deyən Füzuli istifhəm üstündə yazılmış bu beyti ilə qulun acizliyinə, mis-
kinliyinə,  hər  şeydən  məhkum  olmuş  insana  işarə  edir.  Haqq-hüququnu  qoruya 
bilməyən insan, xətasız olsa belə, cəmiyyətin bütün xətalarına – yalan, səhv, təqsir, 
günah və böhtanlara düçardır. Onun xilaskarı cəmiyyət deyil, o Allahdır. Bu beytdə 
xəta, daşıdığı bütün məna çalarları ilə nəzmə çəkilmişdir.  
Füzuli, aşiqə onlar ki, derler tərki-eşq eylə, 
Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza derlər.  
    
 
 
(Füzuli, 1958: 128) 
Füzuli beyti məntiqi baxımdan qüvvətləndirmək üçün Şərq poeziyasında geniş 
yayılmış və  Quran  üslubuna  xas  olan  xitabın  “təcridi-qeyri-məhz”  növündən isti-
fadə  edərək  özünə  müraciət  edir,  bununla  da  müxatibinin  nəzər-diqqətini  şeirin 
məğzinə yönəltmiş olur. 
Eşq-ilahi nurdur, təlimlə deyil, Haqq tərəfindən verilir. Aşiqə belə eşqi tərk et! 
– demək olarmı? Qəzanın hökmünü dəyişmək istəyənlər (xəta) günah etmirlərmi? – 
deyən Füzuli beytdə özünə müraciət etməsinə baxmayaraq xalqı qəflətdən oyatma-
ğa  çalışır,  digər  tərəfdən,  insanları  düşünməyə  və  deyilənlərdən  öz  nəticələrini 
çıxartmağa vadar edir. Şair beytin yazılmasında istifhəm sənətindən istifadə edir ki, 
bu  da  şeiri  bəlağətlilik  baxımından  daha  da  təsirli  edir.  Füzuli  növ  Ulu  Tanrının 
“bağışlayan” adı ilə ona sığınmağa çalışan günahkar qulunu Onunla üzləşdirir.  
Beytdə  söhbət  ilahi  eşqin  tərkindən,  qəzavü  hökmün  dəyişməsindən  gedirsə, 
sözsüz ki, “xəta” sözü burada “günah” anlamında işlədilmişdir. 
İnsan övladınıın davranışına bağlı xətalar da şairin yaradıcılığında önəmli yer 
tutur:  
Dəftəri-əmalımın xətti xətadandır siyah, 
Qan tökər çeşmim, xəyal etdikcə hövli-məhşəri. (Füzuli, 1958: 303) 
İnsanın  bütün  həyat  yolu  mələklər  tərəfindən  yazılır.  İnsan  axirət  dünyasını 
məhz bu dəftərdəki əməlləri nəticəsində qazanır.  
“Əməl dəftəri”nin yazısı xətadan qaradır, məhşərin dəhşətini gözümün önünə 
gətirdikcə,  gözüm  qan  tökür”  –  deyən  Füzuli insanın  lövhi-məhfuzuna  işarə edir. 
Bütün  həqiqətlər  Haqqın  yanında  görünən  lövhəyə  yazılır.  Həmin  yazıya  pozu 
yoxdur. İlahi sirlərə yaxın olan insanın qəlbi həmin lövhə kimidir. 
Bu beytdə işlədilən “xəta” sözü altında insanın yanlışlıqlardan uzaq durmasına 
işarə  ilə  yanaşı,  “xəta”  sözü  altında  dinin  ehkam  və  qanunlarına  qarşı  çıxan 
insanların günahları, həyatdakı bütün xətalar – yalan, səhv, təqsir, böhtan və digər 
çalarlar  məcmu  halında  işlədilmişdir.  Bu  xətaların  əhv  olunanları  da  var,  heç 
bağışlanmayanları da... 
Sözlərin müxtəlif düzüm və çeşidli tərzdə işlənməsi, incə məna fərqləri göstərir 
ki,  işlənmə  xüsusiyyətindən  asılı  olaraq  onların  məzmun  və  təsiri  çoxşahəlidir. 
Zahirən eyni görünən sözlərin bu sayaq fərqlərini araşdırmaqla məna incəliklərini 
üzə  çıxarmaq  olar.  Həmin  incə  fərqlərin  mahiyyəti  bəlağət  elmi  ilə  aşkar  edilir. 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə