Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
108
Miranşahın əmri ilə Fəzlullah həbs edilmiş, 1401-ci ildə Naxçıvanda Əlincə qala-
sında edam edilmişdir. Onu ayaqlarından ata bağlayaraq şəhərin küçələrində sürü-
müşlər.  Fəzlullah  Nəimi  “Cavidani-kə”,  “Ərşnamə”,  “Növmnamə”,  “İskəndər-
namə” adlı əsərlərin müəllifidir.  
Qeyd  edək  ki,  hürufulik  özündən  sonra  digər  təriqətlərə  də  təsir  etməsi  ilə 
yanaşı,  Azərbaycan  ədəbiyyatında  da  dərin  izlər  buraxmışdır.  Haqqında 
danışdığımız təsəvvüfi təriqətlər Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz rol 
oynayıblar. Qeyd edək ki, bu təriqətlərə bağlı sufilərdən başqa çox müstəqil yazıb 
yaradan  sufilər  də  vardır  ki,  onların  heç  təriqətə  bağlılığı  bilinmir.  Məsələn, 
İzzəddin Həsənoğlu, Əssar Təbrizi, Marağalı Əvhədi, Cahanşah Həqiqi, Şah Qasım 
Ənvar, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, 
Şəms Təbrizi və başqaları. Bu sənətkarların əsərlərində ilahi eşq mövzusu geniş yer 
tutur.  Məsələn,  Quranın  əl-Bəqərə  surəsində  (ayə  115):  “Şərq  də,  qərb  də 
Allahındır.  Hansı  tərəfə  yönəlsəniz  (üz  tutsanız),  Allah  ordadır”  ayəsi  İmadəddin 
Nəsimidə: 
Hər yanə kim dönər üzüm, yarı (Allahı – Q.Şəhriyar) görər anda gözüm, 
Çün bu qəmindən qəm yedim, şadani məsrur olmuşam. 
şəklində qarşımıza çıxır. Şah İsmayıl Xətai isə yazır: 
Keçmək gərək dörd qapıdan (şəriət, təriqət, həqiqət, mərifət – Q.Şəhriyar), 
Qurtulasan mürəbbidən, 
Mürəbbidən, müsahibdən 
Əli gərək yol əhlinin. 
Bundan başqa, Həllac Mənsurun “Mən yoxam, məndə olan da Haqdır” sözləri 
özündən sonra böyük ədəbi məktəb olmuşdur desək, yanılmarıq. Onun “ənəllah” və 
ya  “ənəlhaq”  –  “Haqq  mənəm”,  “Haqq  məndədir”  sözləri  böyük  ədəbi  cərəyanın 
yaranmasına zəmin yaratmışdır. Fəzlullah Nəimi yazır: 
Hər qətrədə, hər zərrədə tapdınsa təcəlla, 
Ol dəmdə “ənəllah” səsi zərrətdən ucaldı. 
İmadəddin Nəsimi yazır: 
Haqdürür qövli-ənəlhaq deyişi Haqqa ki, mən 
Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm. 
Mahmud Şəbüstəri “Gülşəni-Raz” əsərində yazır: 
O mütləq varlığa etsən işarə, 
Onu bildirməyə “mən”dir ibarə. 
Bu fikir Yunus Emrə yaradıcılığında daha poetik şəkildə ifadə olunmuşdur: 
Məni məndə demə, məndə deyiləm, 
Mən vardır məndə məndən içəri. 
Bu misralar təsəvvüfun monoteist dinlərin sonuncusu olan islamı ən təmiz və 
pak  yolla  izah  etdiyini  göstərir.  Əslində  təsəvvüfdə  eşq  anlayışı  tanrı  deməkdir. 
Fəzlullah Nəimi yazır:  


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
109
Eşq ki işində möhkəm oldu, 
Eşqə qovuşan da Adəm oldu. 
Torpaq ilə su qarışdı möhkəm, 
Karxana az da möhkəm oldu. 
Məhəmməd Füzulidə: 
Eşq olmasaydı, olmaz idi hüsn müşdəhir, 
Hüsn olmasaydı, eşq itirmişdi şöhrətin. 
Və ya başqa yerdə şair yazır: 
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, 
Eşq afəti-can olduğu məşhuri-cahandır. 
Marağalı Əvhədi isə yazır: 
Eşqın camından oldu o bağü-bahar məst, 
Dövranü-dəhrü aşiqü-eşqü nigar məst. 
Nahid məst oldu, qəmər də onun kimi, 
Gün məst çıxdı, oldu fələkdə nə var məst. 
Göründüyü  kimi,  çox  təsəvvüf  təriqətlərinin  Azərbaycanda  qurulması 
ədəbiyyata da təsirsiz ötüşməyib. Pirlər, övliyalar, dərvişlər, mədrəsələr və təkkələr 
orta  əsr  Azərbaycan  ədəbiyyatının  əsas  mövzularındandır.  Zaman  keçdikcə  bu 
mövzu  ədəbiyyatda  daha  çox  oturuşmuş,  ədəbi  cərəyanlar,  hətta  ədəbi  məktəblər 
səviyyəsinə qədər yüksəlmişdir. 
Azərbaycan  Şərq  mədəniyyətinə,  elm,  fəlsəfə,  ədəbiyyat,  sənət,  memarlıq  və 
daha çox sahələrdə dəyərli nümunələr bəxş etmişdir. Bunlardan i də, heç şübhəsiz, 
təsəvvüf  və  təsəvvüf  ədəbiyyatı  olmuşdur.  Azərbaycan  ədəbiyyatında  Baba  Kuhi 
Bakuvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, 
Fəzlullah Nəimi, Şah Qasım Ənvar, Dədə Ömər Rövşani (xəlvətətiliyin rövşanilik 
qolunun  yaradıcısı),  İbrahim  Gülşəni  (xəlvətiliyin  gülşənilik  qolunun  yaradıcısı), 
Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli,  Əbülqasım  Nəbati,  Mir  Həmzə  Nigari, 
Mirzə  Şəfi  Vazeh  və  başqa  bu  kimi  sufi  şairlər  təsəvvüf  ədəbiyyatında  ölməz 
əsərlər yaratmışlar. 
 
QAYNAQLAR 
1. Abbasov,  İ.  (2013),  Din  təhlükədir,  yoxsa  cəmiyyət  təhlükədədir?  Zərdabi 
LTD, Bakı 
2. Babayev,  Y.  (2007),  Təriqət  ədəbiyyatı:  sufizm,  hürufizm.  Ali  məktəblərin 
filologiya fakültələri üçün dərs vəsaiti. Nurlan, Bakı. 
3. Fuzuli, M. (2005), Əsərləri. 6 cilddə, I-VI. cildlər, Şərq-Qərb, Bakı 
4. Göyüşov,  N.  (2004),  Quran  və  irfan  işığında.  «İgtisad  Univеrsitеti» 
nəşriyyatı, Bakı 
5. Mikayıl, B. (2001), Tarihin ışığında Nesreddin Hoca ve Âhi Evren. İstanbul 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
110
6. Nəimi, F. (1970), Vəsiyyətnamə. “Azərbaycan” qəzeti, № 5, Bakı. 
7. Nəsimi, İ. (2014), Seçilmiş əsərləri. 2 cilddə, II. cild, Lider, Bakı 
8. Şəbüstəri, M. (1978), Gülşəni-raz. Bakı,  
9. Şəhriyar, G. (2007), Zəngilanda toy adətləri və ya əsir düşmüş ənənə. “Kre-
do qəzeti”, sentyabr 
10. Tərbiyyət, M. (1995), Daneşməndani-Azərbaycan. Bakı 
11. Бертельс,  E.Э.  (1965),  Суфизм  и  суфийская  литература.  Избранные 
труды. Москва, Наука  
12. Massignon, L. (1968), Essai sür les origins du lehigue technigue de la mys-
tigue musulmane. Paris 
 
 
 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə