Microsoft Word ?Bdurr?Him mhm doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix05.04.2018
ölçüsü0,67 Mb.
#36008
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

58 


 

-  alış üzrə agentlərin peşəkarlığı; 

-  Alış üzrə qararlara təsiretmə; 

- Ticarət nümayəndələrinin çoxsaylı vizitləri (baş çəkmə); 

- Birbaşa alışlar; 

- Qarşılıqlı alışlar; 

- Lizinq; 

  Kommersiya  təşkilatlarından  savayı,  instisional  və  dövlət  təşkilatları  da  işgüzar 

bazarın  (biznes-bazarın)  iştirakçıları  kimi  çıxış  edirlər.  Onların  alış  məqsədləri, 

təlabatları  və  metodları  kommersiya  təşkilatlarının  xüsusiyyətlərindən  fərqlənir  və 

təşkilati alıcılara istiqamətlənmiş marketinq strategiyasının planlaşdırılması zamanı 

bunu nəzərə almaq lazımdır.  



     nstisional  bazar.

  nstitusional  bazarı,  öz  himayələrində  olan  insanları  təmin 

etmək  üçün  lazım  olan  əmtəə  və  xidmətləri  əldə  edən  məktəblər,  xəstəxanalar, 

qocalar evləri, həbsxanalar və başqa idarələr təşkil edirlər. Onlardan bir çoxu kiçik 

büdcəyə  malik  qapalı  tipli  təşkilatlardır,  onların  rəhbərliyi  isə  bütün  qərarları 

müştərilərin əvəzinə özü verir 



    Dövlət  təşkilatlarının  bazarı

.  Ölkələrin  əksəriyyətində  dövlət  idarələri  əmtəə  və 

xidmətlərin ən iri alıcılarıdırlar.            Alışların ümumi sayı həddən artıq çoxdur. 

Dövlət  idarələri    adətən  tələb  edirlər  ki,  malgöndərənlər  öz  təkliflərini  müzakirə 

üçün təqdim etsinlər. Bir qayda olaraq, müqavilə ən az qiymət tələb edən istehsalçı 

ilə  bağlanır,  amma  bəzən  əsas  amil  kimi  əmtəənin  yüksək  keyfiyyəti  və  ya 

malgöndərənin  təmiz  adı  da  çıxış  edə  bilər.  dövlət  təşkilatları  malgöndərənlərdən 

müxtəlif  sənədlər  tələb  edirlər  ki,  bu  da  sonuncuları  kağız  süründürməçiliyi, 

bürokratiya,  müxtəlif  direktivlərə  riayət  etməyin  vacibliyi,  möhlətlərlə  və  alışlar 

üzrə məsul şəxsin tez-tez dəyişməsi ilə barışmağa vadar edir.  

     Biznes bazarında alıcı situasiyaları. 

       şgüzar  alışların  həyata  keçirilməsi  kompaniya  tərəfindən  sayı  tədarükatın 

tipindən asılı olan müəyyən qərarların qəbul olunması ilə əlaqədardır. 

       Yeni  məsələlərin  həlli  üçün  tədarükat  prosesi  özünə  bir  neçə  mərhələni  daxil 

edir: məhsul  haqqında  informasiyanın əldə edilməsi, ona qarşı marağın yaranması, 



 

59 


 

qiymətləndirmə,  sınaqdan  keçirmə  (aprobasiya)  və  seçim.  Kommunikasiya 

vasitələrinin  effektivliyi  konkret  mərhələdən  asılıdır.  Birinci  mərhələdə    kütləvi 

informasiya vasitələrinin rolu daha böyükdür, marağın təzahür etməsi mərhələsində 

ə

sas rolu ticarət nümayəndələri, qiymətləndirmə mərhələsində isə məhsulun texniki 



xarakteristikaları  oynayır.  Təmiz  təkrar  tədarükat  zamanı  minimum,  yeni 

məsələlərin həlli üçün tədarükat zamanı isə maksimum sayda qərarlar qəbul olunur 

      Komplekt (dəst halında) tədarükat və malgöndərmələr. 

     Bir  çox  işgüzar  alıcılar  tədarükatı  bir  malgöndərəndən  dəst  halında  həyata 

keçirməyə  üstünlük  verirlər.  Komplekt  malgöndərmə  müxtəlif  formalarda  həyata 

keçirilir 



    Sistemli  malgöndərmələr  metodu

  –  dambaların  (bəndlərin),  metallurgiya 

zavodlarının,  irriqasiya  sistemlərinin,  boru  kəmərlərinin,  təmizləyici  qurğuların 

tikintisi  kimi  irimiqyaslı  sənaye  layihələrində  istifadə  olunan  əsas  marketinq 

strategiyasıdır. Müqaviləni qazanmaq üçün malgöndərən kompaniyalar məhsul üzrə  

rəqabətli  qiymətə,  keyfiyyətə  və  xidmətlərin  etibarlılığına  xüsusi  diqqət 

verməlidirlər 

      şgüzar tədarükat prosesinin iştirakçıları

.  


    Tədarükat  mərkəzi.  Alıcı-kompaniyaların  səlahiyyətli  bölmələrini  «alış 

mərkəzləri»  adlandırırlar.  Alış  mərkəzi  «alışlar  üzrə  qərar  qəbul  etmə  prosesində 

iştirak  edən,  ümumi  məqsədlərə  malik  olan  və  bu  məqsədlərin  həyata  keçirilməsi 

üçün meydana çıxan bütün riskləri bölüşdürən şəxs və qrupların məcmusudur».  

    Tədarükat  mərkəzi  çox  dinamik  orqanizm  ola  bilər,  ona  görə  də,  istehsalçılar 

daimi olaraq onun üzvləri arasında rolların bölüşdürülməsini və onların son qərara 

təsir  dərəcəsinin  dəyişməsini  izləməlidirlər.  llər  boyu  Kodak  kompaniyasının 

rentgen plyonkası birbaşa xəstəxana laboratoriyalarının texniki heyətinə satılmışdır. 

Bir  müddət  ərzində  onun  maraketoloqları  alış  üzrə  qərarların  getdikcə  daha  çox 

xəstəxananın  müdriyyəti  tərəfindən  qəbul  olunduğunu  nəzərdən  qaçırmışdılar. 

Yalnız  kompaniyanın  satış  həcminin  azaldığını  hiss  etdikdən  sonra,  Kodakın 

nümayndələri marketinq strategiyasına yenidən baxmışdılar.  

   Biznes-alıcılara (işgüzar alıcılara) təsir göstərən amillər. 



 

60 


 

    Tədarükat  haqqında  qərar  qəbulu  prosesində  işgüzar  alıcılar  müxtəlif  amillərin 

təsirinə məruz qalırlar. Əgər alıcı müxtəlif malgöndərənlərdən oxşar təkliflər alırsa, 

o,  rasional  seçim  etmək  iqtidarında  olmur  və  diqqətini  şəxsi  amillər  üzərində 

cəmləşdirir.  Malgöndərənlərin  təklifləri  əhəmiyyətli  dərəcədə  fərqlənirsə,  alıcı 

iqtisadi amilləri nəzərdən keçirir.  şgüzar alıcılara dörd növ əsas amillər qrupu təsir 

göstərir: xarici mühit, şəxslərarası münasibət amilləri, təşkilati və şəxsi amillər (5 s 

191) 


  

 

 



 

 

 



 

 

 



 

Şə

kil 3.1.  şgüzar alıcıların davranışlarına təsir göstərən əsas amillər 



        Xarici mühit amilləri

.  Biznes-alıcıya istehsalın səviyyəsi, investisiya,  istehlak 

məsrəfləri və faiz dərəcələri kimi cari və gözlənilən iqtisadi şərait amilləri mühüm 

dərəcədə təsir göstərir.  qtisadi tənəzzül dövründə alıcı müəssisələr istehsala kapital 

qoyuluşlarını  ixtisar  edirlər,  bazar  subyektləri  isə  tələbin  ümumi  səviyyəsini 

stimullaşdırmaq iqtidarında olmurlar. Bu halda, onların edə biləcəyi yeganə şey – öz 

məhsulları üzrə tələbi eyni səviyyədə saxlamağa çalışmaqdır. Bundan başqa, biznes-

alıcılar  yeni  texnoloci  tendensiyaları,  siyasi  hadisələri  və  sahibkarlığın  hüquqi 

tənzimlənməsi sfera 

sındakı dəyişiklikləri izləyirlər.  

     Korporasiyaların  ətraf  mühitinin  mühafizəsinə  böyük  diqqət  verməsi  faktı 

alıcıların  işgüzar  bazardakı  davranışlarını  dəyişə  bilər.  Məsələn,  mətbəə 

makulaturadan hazırlanmış daha geniş kağız çeşidlərinə malik olan təchizatçılara və 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə