Microsoft Word ?Bdurr?Him mhm doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix05.04.2018
ölçüsü0,67 Mb.
#36008
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

46 


 

      Rasional  davranışın  iqtisadi  nəzəriyyəsi    müxtəlif  tələbatların  məntiqə  uyğun 

balansını  nəzərdə  tutur  və  fərdin  hərəkətlərinə  həzz  almaq  amillərinin  təsiretmə 

qabiliyyətini nəzərə almır. Həmin amillər isə resursların iqtisadi nəzəriyyənin diktə 

etdiyi  bölüşdürmədən  fərqli bölüşdürülməsinə gətirib  çıxara bilər.  Bununla  yanaşı, 

tez-tez  belə  davranış  müşahidə  edilir:  insanlar  hərdən  bir  tam  həzz  almağa 

çalışdıqda  öz  ehtiyaclarının  tam  ödənilməsi  momentini  və  ya  dövrünü  müəyyən 

edirlər.  Bu  tip  davranış  sərayecə  inkişaf  etmiş  ölkələr  üçün,  məsələn,  insanların 

asudə vaxtlarında onlara xidmətlərin göstərilməsi sferası üçün daha xarakterikdir.  

         Tələbatların  ödənilməsi  ilə  əlqədar  olan  həzz  almadan  əvvəl  diskomfort 

vəziyyəti  yaranmalıdır.  Bu,  hələ  haqqında  qədim  yunanların  bəhs  etdiyi  ən  ağıllı 

düşüncə  qaydasıdır.  Psixiatorlar  onu  qedonizmin  təzadları  qanunu  (qedonizmin 

semantik mənası həzz almaq, ləzzət almaqdır ) adlandırırlar. Bu qanuna görə həddən 

artıq  komfort  həzz  almağa  əngəl  ola  bilər.  Bu  faktın  mövcudluğu  varlı  ölkələrdə 

hərdən  bir  distrofiya  hallarının:  tələbatların  ödənilməsinin  ləzzət  vermədiyinin 

meydana çıxmasının səbəbini izah edir. Həddən artıq komfort bizi sadə sevinclərdən 

də məhrum edir və daha güclü duyğular axtarmağa vadar edir. Bu mərhələdə həzz 

almanın ikinci mənbəyi: öz-özlüyündə stimulyasiyadan yaranan həzz alma meydana 

çıxır.  Bu  halda  tələbat  hər  hansı  bir  şeyin  çatışmamasını  aradan  qaldırmağa  cəhd 

göstərmək nəticəsində yox, fərdin inkişafa öz töhvəsini vermək istəməsi nəticəsində 

yaranır.  Bu,  C.  Nattenin  dediyi  kimi,  motivasiyanın  güclənməsi  fazasıdır.  Bu 

mərhələdə  meydana  çıxan  yeni  dəyişiklik  və  dissonanslar    fərdlərdə  tərəqqiyə  və 



özünü inkişafa tələbat 

 yaradır. A. Maslounun təbirincə bu özünü aktuallaşdırmağa  

tələbdır.  nsanlar  ehtizazdan  ləzzət  alırlar.  Mübarizə,  məqsədə  nail  olunması 

məqsədin özündən daha çox təmin olunma hissi yaradır. Qələbə anı keçdikdən sonra 

insan  əldə  etmək  istədiyinə  nail  olduğuna  görə,  demək  olar  ki,  təəssüflənir.  Çox 

güman  ki,  insanlar  passiv  həyat  tərzi  keçirməkdənsə,  nail  olduqları  ilə 

kifayətlənməkdənsə  fəaliyyətə  üstünlük  verdiklərindən  belə  situasiyalarda  onların 

ə

ksəriyyəti qarşılarına daha əlçatmaz məqsədlər qoyur. Bu, insanların ətraf mühitin 



onları  stimullaşdırmağa  başlamasına  və  ya  bu  stimulaşdırmaqda  davam  etməsinə 

nail  olmasına  kömək  edir.  Bu  tip  stimulyasiyalardan  irəli  gələn  ehtizazlar  həmin 




 

47 


 

vaxt  müşahidə  olunan  müvəqqəti  gərginlikdən  yaranır.  Bu  ehtizazlar  komfort 

vəziyyətindən  irəli  gələn  ehtizazlardan  fərqlənir  və  uzunmüddətli  olurlar.  Çünki 

stimulyasiya insanların fantaziyası və yaradıcılığı üçün daha geniş imkanlar yaradır. 

          ndi biz ehtizazın nə olduğunu və onun komfortla necə əlaqəli olduğunu başa 

düşə bilərik. Ehtizaz komfortun variasiyasıdır. Əgər xoşbəxtlik komfortun  

adi vəziyyətidirsə, onda o, istəklərin ödənilməsi intensivliyindən asılıdır. Əgər tələ-

batlar əvvələr ödənildiyindən bir qədər çox (və ya daha çox) ödənilirsə, onda ehti-

zazlar  qeyri-məhddud  olurlar.  Əgər  xoşbəxtlik  komfortda  deyil  ehtirazazdadırsa, 

onda biz, onu yalnız yaddaşımızda müəyyən iz buraxan anlarda hiss edə bilərik. 

      Psixoloqların  nöqteyi-nəzərindən  ehtizaz  insanın  davranışının  mühüm  amilidir. 

Bu,  istənilən  fərdi  alıcının  davranışının  təhlilində  nəzərə  alınması  zəruri  olan 

prinsipial motivləşdirci gücdür. 

     Fərdin  firavanlığının  determinantları.    Praktiki  psixoloqların  insanların 

motivasiyası  sahəsində  əldə  etdikləri  nailiyyətlərin  nəzərə  alınması,  bizə    tələbatı 

daha  geniş  başa  düşməyə  imkan  verir.    Motivasiya  sahəsində  hər  hansı  bir 

nəzəriyyənin  olmaması  onları  reallıqda  müşahidə  edilən  alıcı  davranışı  ilə  çox  az  

ümumiliyyi olan və ilkin müddəa kimi baxılması mümkün olan normativ tövsiyələr 

verməyə vadar edir. 

       Psixoloqların apardıqları tədqiqatlrara əsaslanaraq motivasiyanın bir sıra ümumi 

istiqamətlərini göstərə bilərik. Bu istiqamətlər motivasiyanın müxtəlifliyini izah edir 

və  insanların  firavanlığını  şərtləndirən  amillər  hesab  edilir.  Bu  determinantları  üç 

qrupda: komfort, ehtizaz və stimulyasiyada birləşdirmək olar. Bu üç determinantın 

qarşılıqlı əlaqəsi, həmçinin insanların firavanlığı ilə onların əlaqəsi sxem formasında 

2.2. saylı şəkildə verilmişdir (6 s 150 ). 

     Fərdin şəxsi firavanlığını müəyyən edən üç motivləşdirici gücü  yığcam formada 

aşğıdakı kimi təsvir etmək olar:                                   

  •  ki növ davranışın nəticəsi olan komforta cəhd edilməsi. 

      Bu  davranışlardan  biri  qomeostatik  tələbatların  ödənilməsi  hesabına  gərginliyi 

azaldır,  digəri  isə  özünü  yenilik,  uyğunsuzluq,  qeyri-müəyyənlik,  risk  və  s.  kimi 

qıcıqlandırıcılar vasitəsilə qəm-qüssə ilə mübarizə vasitəsi kimi təqdim edir. 



 

48 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                   Şəkil 2.2. Firavanlığın determinantları



  ki  mənbəyi  olan  ehtizaza  cəhd  edilməsi.  Bunlardan  biri  gərginliyin  aradan 



qaldırılmasından, digəri isə qıcıqlandırıcılardan yaranan ehtizazdır. 

  Stimulyasiyaya  cəhd  edilməsi.  Stimulyasiyaya  həm  qəm-qüssə  ilə  mübarizə 



vasitəsi  kimi,  həm  də  müstəqil  məqsəd  kimi  -  gərginlik  yaradılması,  məmnunluq 

təklif  etmək,  fərdə  özünün  inkişafı  və  aktullaşdırılması  imkan  yaratmaq  -  cəhd 

göstərilir. 

      Komforta  cəhd  edilməsi  çatışmayan  şeylərin,  yəni  müdafiə  nemətlərinin  təmin 

edilməsinə,  ehtizaz  və  stimulyasiya  isə  kreativ  nemətlərin  əldə  edilməsinə 

yönəldilir. 

           Mühüm motivasiya gücləri haqqında olan bu təsəvvürlərə əsaslanmaqla fəslin 

ə

vvəlində  qoyulan  marketinq  sualına  cavab  tapa  bilərik.  Marketinqdən  daha  çox 



məhsul çeşidinin daima təzələnməsi, daha az görünən diferensiallaşdırma, müəyyən 

həyat  tərzini  təbliğ  edən  və  mürəkkəb  qavranılan  mövqeləşdirmə,    reklam  və  s. 

formasında  istifadə  edilməsi  yalnız  ehtizaza  və  stimulyasiyaya  olan  tələbata  cavab 

verir.  Bu  tələbatlar  əsas  tələbatların  kifayət  qədər  ödənildiyi  və    yeniliyin, 

Спесифик чатышмазлыглар 

(щяддян артыг эцcлц ещтизаз) 

Даьыныг дискомфорт (щяд-

дян артыг зяиф ещтизаз) 

Гям-гцсся иля мцбаризя 

Эярэинлийин арадан          

галдырылмасы 

ЕЩТИЗАЗ (ДИНАМИК) 

СТИМУЛЙАСИЙА 

КОМФОРТ 


ЦМУМИ ФИРАВАНЛЫГ 

Дойдурул-

майан тялябат 

Дойдуру-


лан тялябат 

Дойдурул-

майан тялябат 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə