Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   23   24   25   26   27   28   29   30   31

 

68 


 

Bank risklərinin təsnifatı 

Təsnifləşmə 

kateqoriyası 

Bank riskinin növləri 

Risk səviyyəsi 

Makro münasibətlər sistemindəki risk. 

Mikro münasibətlər sistemindəki risk. 

Bankın 

məhsullarının, 



xidmətlərin  yaradılması 

əməliyyatlarının 

xarekteri 

Balans arxası əməliyyatlar üzrə risk. 

Kredit riski. 

Hesablaşma riski. 

Valyuta riski. 

Əməliyyat riski və s.  

Bankın 

mükəmməl 



inkişafının təmin olunma 

səviyyəsi 

Balanslaşdırılmamış likvidlik riski. 

Faiz riski. 

Gəlirliliyin itirilməsi riski. 

Rəqabət qabliyyətinin itirilməsi riski. 

Kapital bazası riski. 

Risk- menecment. 

Riski yaradan amillər 

Xarici risklər (siyasi, iqtisadi, demokratik, sosial və s. 

Daxili risklər (əsas və köməkli fəaliyyət, bankın aktiv 

və  ya  passivləri  ilə  əlaqədar,  idarəetmə  keyfiyyəti  və 

s.) 

Riskin miqyası və sferası  Ölkədən gələn risk. 



Müəyyən tip bankların fəaliyyəti ilə əlaqədar risk. 

Mərkəzlərin fəaliyyəti ilə əlaqədar risk. 

Bankın əməliyyatlarından irəli gələn risk. 

Meydana çıxma vaxtı 

Retrospektiv 

Cari 


Perspektiv 

 

Hər şetydən əvvəl riskləri səviyyə baxımından təhlil etmək lazımdır. Belə ki bank 



riski tək bir bankın deyil onların məcmusudur. Bu baxımdan risklərə mikro və makro 

münasibətlər baxımından yanaşılır.  

Bank  fəaliyyəti  çoxşaxəli  olduğundan  bank  risklərinə  məhsul  və  xidmətlərin 

yaradılması,  əməliyyatların  yerinə  yetirilməsi  baxımından  yanaşılmalıdır.  Banklar 

kredit, hesablaşma, depozit, valyuta və digər əməliyyatlarla məşğul olduqdan o hər bir 

əməliyyata görə riskə məruz qala bilər.  




 

69 


 

Bank fəaliyyətinin səmərəliliyinin artırılmasında risklər bankın mətin inkişafının 

təmin  olunması  baxımından  təsnifatlaşdırılır.  Ölkə  iqtisadiyyatında  bankın 

balanslaşdırılmış stabil və mətin fəaliyyəti bankların öz likvidliyinin, kapital bazasının 

formalaşmasının  idarə  edilməsindən,  aktiv  və  passiv  əməliyyatlar  üzrə  faiz 

dərəcələrinin  razılaşdırılmasından,  bank  məhsulları  və  xidmətləri  bazarında  yüksələn 

rəqabət qabliyyətliliyinin təmin edilməsindən asılıdır.  

Bank  fəaliyyətinin  və  risklərin  idarə  olunması  baxımından  riskin  asılı  olduğu 

amilləri müəyyənləşdirmək ən aktual məsələ kimi meydana çıxır. Bu zaman xarici və 

daxili risklərin müəyyən edilməsi vacib xarekter alır.  

Xarici risklərin tərkibinə bir qayda olaraq siyasi, iqtisadi, sahə, demoqrafik sosial 

və coğrafi və s. risklər daxil edilir.  

Siyasi risklər bankın fəaliyyətinə neqativ təsirini aşağdakı hallarda göstərir: 

-siyasi rejimin dəyişməsi təhlükəsi olduqda;  

-yerli 

valyutanın 



sərbəst 

konvertasiyalı 

valyutalara 

mübadiləsinin 

məhdudlaşdırılması imkanı; 

-dövlət və icra orqanları tərəfindən kontragent bankın yerləşdiyi yerlə əlaqələrin 

qoyulması, sərhədlərin bağlanması; 

-müharibə və özbaşınalıqda və s.  

Siyasi amillər bank prosesinə müsbət təsir də göstərə bilər. Belə ki hakimiyyətə 

sahibkarlığı müdafiə edən, hökümətin gəlməsi iqtisadi kanyukturanın yaxşılaşması və 

bank riskinin aşağı düşməsinə səbəb ola bilər.  

Makro səviyyədə iqtisadi risklər bütövlükdə ölkədə iqtisadiyyatının dəyişməsi ilə 

əlaqədar  olur.  Buraya  bazar  kanyukturunun,  tədiyyə  balansının,  valyuta  kursunun 

dəyişilməsi  daxildir.  Bank  fəaliyyətinə  qanunçuluqdakı  dəyişikliklər  də  əməli  təsir 

gösətrir. Mərkəzi Bank tərəfindən normativ aktlara yenidən baxılması, kredit risklərinə 

əməli təsir göstərə bilir. 

Mikro  səviyyədə  konkret  bank ilə onun  müştərilərinin  fəaliyyətinə bir neçə  risk 

amili təsir edir. Belə risklər borc alanın kredit qabliyyətinin, kredit təşkilatının maliyyə 

vəziyyətinin  dəyişilməsi  ilə  əlaqədar  kredit  müqaviləsinə  yenidən  baxılması 

nəticəsində baş verə bilər. 

Mikro  səviyyədə  xarici  amil  kimi  kredit  riskinə  borc  alanın  müflisləşməsi, 

kreditorların  borclarının  ödənilməsi  haqqında  tələbləri,  oğurluq,  ailə  problemləri. 

Işsizlik və s. təsir edə bilir. 

Daxili  amil  kredit  riskinə  aiddir:  təminat  çatışmamazlığı,  müştərinin  kredit 

sifarişinə  səhv  yanaşma,  kreditləşmə  prosesində  zəif  nəzarət  və  s.  Göstərilən  amillər 

kredit itgisinə gətirib çıxaran əsas amillərdir.  




 

70 


 

Asılılıq  dərəcəsi  baxımından  risklər  bankdan  asılı  və  asılı  olmayanlara  bölünür. 

Bankın özündən asılı olmayan risk bir qayda olaraq siyasi, ümumi iqtisadi amillər və 

qanunculuqda gözlənilməz dəyişikliklərlə əlaqədar ola bilir. Bankın özündən asılı olan 

risklər  müştəri  ilə  mikro  münasibətlər  səviyyəsində  meydana  çıxır  ki,  bu  da  bank 

menecmentinin səviyyəsi ilə əlaqədar olur.  

Banklarda  bank  riskləri  ilə  əlaqədar  tədbirlər  görülür  və  onun  idarə  edilməsinə 

çalışılır.  

Bank  risklərinin  idarə  olunma  sistemi  dedikdə:  bank  fəaliyyətində  qeyri 

müəyyənlik  olduqda  bank  işçilərinin  müsbət  maliyyə  nəticələrinin  təmin  olunmasına 

yönəldilən üsulların məcmusu başa düşülür.  

Bankların  riskdən  qorunması  mexanizmi  riskin  cari  nizamlaşdırılması  və  onun 

minimumlaşdırılması tədbirlərin əhatə edir.  

Bank  risklərinin  idarə  edilməsinin  təşkili  aspekti  idarə  etmənin  aşağdakı 

elementlərini nəzərdə tutur: 

-idarəetmə subyektləri; 

-riskin eyniləşdirilməsi; 

-risk səviyyəsinin müəyyən edilməsi; 

-riskin monitorinqi. 

Bank risklərinin idarə edilməsi subyektləri bankın quruluşu və həcmindən asılıdır.  

Bütün banklar üçün ümumi olan cəhətlər aşağdakılardır; 

•bankın strategiya və taktikasına cavabdeh olan bank rəhbərliyi; 

•fundamental risklərin səviyyəsi haqqında qərar verən komitələr; 

•bankın fəaliyyətinin planlaşdırılması ilə məşğul olan bank bölümü; 

• kommersiya riski üçün cavabdeh olan funksional bölmələr; 

• hüquqi risklərə nəzarət edən hüquq şöbəsi. 

 

 

 



 

 

 



 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə