14
vəsaitlərinin hərəkəti mühasibat bölməsi tərəfindən qeydiyyata alınan müvafiq ilkin sənədlər əsasında
kassa kitabında əks etdirilir. Kassa kitabı kassaya mədaxil və məxaric üzrə sənədlərin yazılışını əks etdirir.
Bu yazılışlarda müştərilərin şəxsi hesab nömrələri, bankların nağd pul dövriyyələri (kassa dövriyyləri)
haqqında hesabatın simvol nomenklaturasına uyğun olaraq kassa dövriyyələri simvolları və məbləğlər
göstərilir. Kassa kitabı mütləq kağız daşıyıcısına çap olunması şərti ilə AB S-də də aparıla bilər. Kassa
kitabında yazının pozulması və razılaşdırılmamış düzəlişlərin aparılması qadağandır. Düzəlişlər bankın baş
mühasibinin (rəhbərliyin göstərişi ilə bu işin aparılması həvalə olunmuş məsul şəxsin) və xəzinədarın
imzaları ilə təsdiq olunmalıdır.
Kassa kitabı (AB S-dən çıxarış) nömrələnməli, tikilməli və möhürlənməlidir. Kassa kitabında
vərəqlərin sayı bankın baş mühasibinin imzası ilə təsdiq olunmalıdır. Əməliyyat gününün sonunda kassa
kitabının yekunu hesablanır və bankın xəzinəsinin mədaxil və məxaric məlumatları ilə üzləşdirilir.
Ə
məliyyat gününün sonuna xəzinənin faktiki qalığı uçot registrindəki məlumatlarla tutuşdurulur.
10. Bankdaxili nəzarət
Daxili nəzarət - bank tərəfindən aparılan əməliyyatların müəyyən olunmuş qaydalara və mühasibat
uçotu standartlarına riayət olunmasına nəzarətdir və aşağıdakıların təmin olunmasına istiqamətlənir:
- bankın əməliyyatlarının mövcud qanunvericiliyin tələblərinə, habelə bankın səlahiyyətli orqanı tərəfindən
təsdiq olunmuş bankın daxili sənədlərinə, uçot siyasətinə və uçot prosedurları ilə müəyyən olunmuş
tələblərə uyğun olaraq aparılmasına;
- mövcud qanunvericiliyin tələblərinin bank tərəfindən yerinə yetirilməsinə;
- bank tərəfindən aparılan əməliyyatların mühasibat uçotunda və maliyyə hesabatlarında MHBS-yə uyğun
ə
ks olunmasına;
- bankın aktivlərinin, öhdəliklərinin və kapitalının səmərəli idarəetmə sisteminin yaradılmasına;
- bankın fəaliyyəti üzrə risklərin idarə olunmasına və onların minimallaşdırılması üzrə monitorinqin həyata
keçirilməsinə.
Daxili nəzarətin təşkil olunmasında aparılan mühasibat əməliyyatlarının xarakterinə və həcminə uyğun
etibarlılıq səviyyəsi təmin edilməlidir.
Bank rəhbərliyi daxili nəzarətin təşkilini və normal fəaliyyət göstərməsini təmin etməlidir. Bank
rəhbərliyi mühasibat uçotunun vəziyyətini ümumi müşahidə etməklə yanaşı, balans və hesabatların vaxtlı-
vaxtında tərtib olunmasını yoxlamalı, vəsaitlərin müştərilərin hesabına vaxtında və tam şəkildə daxil
edilməsinə, bank sənədlərinin təyinatı üzrə göndərilməsinə vaxtaşırı nəzarət etməli, habelə möhürlərin,
ş
tampların və bankın adı həkk olunmuş müvafiq blankların itirilməsinə, yaxud sui-istifadə hallarına yol
verməmək məqsədilə onların saxlanılmasına və istifadəsinə nəzarəti təmin etməlidir.
Bankın möhürlərinin və ştamplarının uçotu onların saxlandığı şəxslərin (kimin istifadəsində olmasına
icazə verilən şəxslərin) adı, soyadı və vəzifəsi göstərilməklə xüsusi kitablarda aparılır və həmin şəxslərə
imza etdirməklə təqdim olunur. Bu kitablar xüsusi odadavamlı seyflərdə bank rəhbərində və ya onun
göstərişinə əsasən digər məsul şəxsdə saxlanılır. Bankın adı əks olunan blanklar etibarlı şəkildə qorunmalı
və onların istifadəsinə nəzarət təmin olunmalıdır.
Bank işçilərinin iş yerləri elə qurulmalıdır ki, müştərilərin və digər kənar şəxslərin bankın möhürünə,
ş
tamplarına, sənədlərinə və kompüterlərinə (computer sistemlərinə) müdaxilə etmək imkanı olmasın.
Bankın rəhbərliyi tərəfindən texniki vasitələrin tətbiqi zamanı aşağıdakılar təmin olunmalıdır:
-- əməliyyatlara müdaxilənin məhdudlaşdırılması;
-- tətbiq olunan parolların və kodların məxfiliyi;
-- elektron imzadan aidiyyəti olan şəxslərdən başqa digər şəxslərin istifadə etməsinin qeyri-mümkünlüyü;
-- icazəsiz müdaxilə cəhdlərini vaxtında aradan qaldırmağa imkan verən proqram təminatının tətbiq
edilməsi.
Banklarda daxili nəzarət, hesabların açılması, bank sənədlərinin icraya qəbul edilməsi, habelə uçotun
aparılmasının bütün mərhələlərində və onların mühasibat uçotunda əks olunması zamanı həyata
keçirilməlidir. Daxili nəzarətin həyata keçirilməsində istifadə olunan metodlar və texniki vasitələr, habelə
nəzarət obyekti olan hesab və əməliyyatların siyahısı bankın iş şəraiti, əməliyyatların xarakteri və həcmi
nəzərə alınmaqla bankın daxili qaydaları ilə müəyyən olunur.
15
Daxili
auditi (nəzarəti)
həyata keçirən bank əməkdaşı aşağıdakılar üzrə bank sənədlərini yoxlamalı və
imzalamalıdır:
-- digər bankın hesabına köçürülməsi üçün bankın müştərilərinin hesabından vəsaitlərin silinməsi;
-- kreditlər üzrə əsas borc və faizlərin müştərilərin hesablarından silinməsi;
-- bank əməkdaşlarının hesabına vəsaitin daxil olması və banka olan borcunun silinməsi;
-- müştərilərə pul çek kitabçalarının və əmanət kitabçalarının verilməsi;
-- müştərilərin tapşırığı (tələbləri) və sərəncamları olmadan hesablaşmaların və kreditləşdirmə ilə nəzərdə
tutulmuş kredit əməliyyatlarının aparılması;
-- hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə müştərilərdən cərimələrin və
peniyaların tutulması;
-- affinaj olunmuş (saflaşdırılmış) qiymətli metallar, bankın əsas vəsaitləri, bankın debitorları və
kreditorları, təsərrüfat malları, gələcək dövrlərin xərcləri, digər gəlirləri və xərcləri, inzibati idarəetmə
xərcləri, müxtəlif qiymətlilərin və ciddi hesabat blanklarının hərəkəti;
-- əmanətlərin (depozitlər) hesablanması və ödənilməsi;
-- bankın daxili qaydalarına görə müəyyən olunmuş nəzarət tələb edən digər əməliyyatların aparılması.
Aparılan nəzarət çərçivəsində şəxsi hesablar üzrə bütün yazılışların müvafiq sənədlərlə təsdiq olunması,
ə
məliyyatların aparılması üçün onların bankın səlahiyyətli nümayəndələri tərəfindən imzalanması, müvafiq
rekvizitlərin və sənədlərin şəxsi hesablarda düzgün əks olunması, əvvəlki günün giriş və çıxış qalığının əks
olunması və onların qalıq cədvəli ilə uyğunluğu, əməliyyatların hesablarda əks olunmasına əsas verən
sənədlərin düzgün tərtibatı, hesablardan çıxarışın müştərilərə verilmə qaydasına riayət olunması, həyata
keçirilən mühasibat yazılışlarının düzgünlüyü yoxlama aparan şəxs tərəfindən yoxlanılmalı və bu
yoxlamanın nəticələri müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir.
Nəzarət, bir qayda olaraq, kağız daşıyıcılarda rəsmiləşdirilmiş sənədlərin visual şəkildə yoxlanılması
debet və kredit üzrə dövriyyələrin bərabərliyinin tutuşdurulması yolu ilə həyata keçirilir.
Əlavə nəzarət tələb edən əməliyyatlar üzrə (kredit, depozit, valyuta və s.) mühasibat yazılışları müvafiq
debet və kredit hesablarının uçotunu aparan mühasibat işçiləri tərəfindən, yalnız həmin sənədin nəzarətçi
tərəfindən yoxlanılmasından sonar aparılır. Bu zaman sənədin rəsmiləşdirilməsi və onun yoxlanması
mühasibat işçisinin və nəzarətçinin öz imzaları ilə, zəruri hallarda isə - digər vəzifəli şəxslərin imzaları ilə
təsdiqlənir. Bankın daxili qaydalarına uyğun olaraq imza möhürlə təsdiq oluna bilər.
Bankdaxili nəzarət informasiya sistemləri vasitəsilə, habelə kodların, parolların və digər vasitələrin
tətbiqi ilə təmin oluna bilər. Tətbiq olunan elektron imzalar mühasibat işçisinin, nəzarətçinin, habelə sənədi
rəsmiləşdirmiş, onu yoxlamış və əməliyyatın aparılmasını sanksiyalaşdırmiş və mühasibat uçotunda əks
olunmasını həyata keçirmiş digər məsul şəxsin imzalarının eyniliyini təmin etməlidir. Hər bir halda əlavə
nəzarət tələb edən əməliyyatların yalnız bir nəfər mühasibat işçisi tərəfindən aparılmasına yol verilmir.
Bank ehtiyatlarının, xarici əməliyyatların, affinaj edilmiş qiymətli metalların, yolda olan vəsaitlərin və
kassa qalıqlarının, gəlir və xərclərin, zərərə silinmiş borcların balansdankənar hesabları üzrə orderlər,
habelə bank hesabı müqavilələrinin ləğv edilməsi üçün orderlər və mühasibat uçotunda yol verilmiş
səhvlərin aradan qaldırılmasına dair orderlər baş mühasib və ya onun müavini tərəfindən nəzarət məqsədilə
imzalanmalıdır. Xarici valyuta ilə əməliyyatlar üzrə orderlər xarici əməliyyat aparmaq üçün nəzərdə
tutulmuş müvafiq bank bölməsinin rəhbərlərinin nəzarət imzaları ilə təsdiqlənir.
Xəzinədə saxlanılan pulların və digər qiymətlilərin qəbul edilməsi və göndərilməsi üçün orderlər,
ehtiyatlar üzrə əməliyyatlara dair orderlər, icraçılardan və baş mühasibdən başqa, həmçinin bankın rəhbəri
və xəzinə müdiri tərəfindən imzalanmalıdır.
Nağdsız bank əməliyyatları aparılarkən, sənədlər dövriyyəsinin və nəzarətin aşağıdakı əsas
prinsiplərindən istifadə olunmalıdır: Hesabın debeti üzrə əməliyyat aparan əməliyyatçı sənədin düzgün
rəsmiləşdirilməsini yoxladıqdan sonra sənədi icraya qəbul edir. Bu yoxlamanı təsdiq etmək üçün
ə
məliyyatçı sənədin və onun surətinin (surətlərinin) uyğunluğuna əmin olduqdan sonra onları imzalayır.
Ə
lavə nəzarət tələb etməyən əməliyyatlar vəhesablar üzrə eyni bankda vəsaitin bir hesabdan digər hesaba
köçürülməsi zamanı əməliyyatçı sənədlərin birinci nüsxəsini nəzarət şöbəsinə (qrupuna), ikinci nüsxəsini
isə kredit hesabını aparan əməliyyatçıya təqdim edir. Hesabın krediti üzrə əməliyyat aparan əməliyyatçı,
hesabın debeti üzrə əməliyyat aparan əməliyyatçıdan aldığı sənədin surətində onun imzasının olduğunu və
Dostları ilə paylaş: |