4
bankın informasiya proseslərinin avtomatlaşdırılması və onların yerinə yetirilməsi formasının
təkmilləşdirilməsidir. BMA S-in yaradılması və tətbiqi ona gətirib çıxarır ki, informasiya proseslərinə,
onların təşkilinə, layihələndirilməsinə, hazırlanmasına və bankda yerinə yetirilməsinə istehsalatda olduğu
kimi diqqət yetirilir. Bankın idarəetmə strukturunda ixtisaslaşdırılmış bölmə yaradılır və o, bankın
informasiya proseslərinin qaydaya salınmasına, tənzimlənməsinə və bilavasitə yerinə yetirilməsinə
cavabdehdir.
Məlumatların müasir texniki işlənmə vasitələri prinsipcə yeni texnologiya əsasında informasiya
proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMA S əvvəllər çoxlu əmək, vaxt və xərc sərf
etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv və operativ optimal planlaşdırılması
kimi məsələləri həll etməyə imkan verir. darəetmə aparatının işi də yeni qaydada təşkil olunur. darəetmə
işçisi elementi BMA S olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha
dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır.
Texniki təminata BMA S-də informasiya proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi
texnikası, həmçinin onların istismarına və etibarlı işinin təmin edilməsinə dair təlimatlar daxildir.
nformasiya təminatı BMA S-də informasiyanın hazırlanması və axınlarını, bankın lokal hesablama
şə
bəkəsində informasiya proseslərinin yerinə yetirilməsinin təşkilini tənzimləyir. Təşkilati təminat
BMA S-ə münasibətdə bankın hər bir işçisinin hərəkətini tənzimləyir. Proqram təminatı xüsusi və ümumi
olur. Xüsusi proqram təminatı istehsal-təsərrüfat əhəmiyyətli sənədlərin və məlumatların əldə edilməsinə
yönəldilib. Ümumi proqram təminatına məlumatların, məzmunundan asılı olmayaraq, çevrilməsi (növlərə
ayırma, qruplaşdırma, birləşmə) üçün proqramlar daxildir.
müştəri ilə müqaviləsi ikitərəfli razılaşmanı qeydə alan sənəddir, bu sənədə əsasən müştəri –
ödəməyi, bank isə müqavilə bağlanarkən razılaşdırılmış qaydalara əsasən kompleks xidmətləri göstərməyi
öhdəsinə götürür. Bank məhsulu anlayışı bankın müştəri ilə müqaviləsini bank məhsulunun alqı-satqısı
üzrə razılaşma haqqında müqavilə kimi şərh etməyə imkan verir. Lakin müştəri üçün bank məhsulu deyil,
bağlanmış müqavilə qüvvədə olduğu müddətdə və onun şərtləri ilə müştərinin ala biləcəyi xidmətlər
istehlak dəyərinə malikdir. Müqavilədə nəzərdə tutulan xidmətlərdən biri, müştərinin sifarişi ilə bankın
istehsal biznes-prosesinin məzmununu təşkil edən bir-biri ilə bağlı əməliyyatların cəminin yerinə
yetirilməsi yolu ilə bank tərəfindən ona təqdim olunur. Beləliklə, bankın istehsal biznes-prosesi bankla
müqavilə bağlamış müştərinin sifarişi ilə ona xidmət göstərilməsi prosesidir. Sifarişdə müştərinin bank
tərəfindən həll olunan biznes-məsələsinin vaxtı və parametri müəyyən olunur. Yəni bankdaxili və
bankdankənar maliyyə öhdəliklərinin yerinə yetirilməsi və digər maliyyə məsələlərinin yerinə yetirilməsi
naminə pul vəsaitlərinin manipulyasiyası üzrə bank qarşısında yaranan biznes-məsələnin həll olunması
vasitəsilə bankın xidməti müştəri üçün maddiləşir (istehlak dəyəri əldə edir)
Valyuta bazarının iştirakçısı kimi, səlahiyyətli banklar xarici valyutanın əldə olunması və ya satışı
ilə bağlı beynəlxalq hesablaşmaların, kredit və digər pul əməliyyatlarının keçirilməsi zamanı fiziki və
hüquqi şəxslər arasında vasitəçi qismində çıxış edir. Azərbaycanda ikipilləli valyuta bazarı yaranıb və
fəaliyyət göstərir: birja və birjadankənar. Banklararası birja valyuta bazarında banklar valyuta birjalarının
vasitəçiliyi hesabına həyata keçirilən hesablaşmaların təminatçısı rolunda çıxış edir. kinci pillədə banklar
bilavasitə bir biri ilə əlaqədə olur.
Ə
məkdaşlıq münasibətləri əhəmiyyətli əmək xərcləri və kommersiya bankının yüksək intellektual
potensialının olması ehtiyaclarına görə, hər şeydən əvvəl VIP-müştərilərin xidməti sahəsində tətbiq
olunandır. Müştərinin adi statusdan "VIP-statusa" köçürülməsi üçün əsas meyar bir qayda olaraq,
müştərinin bank üçün gəlirliliyinin miqdarı xidmət edir ki, bunun səviyyəsi əsasən müəyyən hesabat
dövründə (yeni müştəri üçün belə meyar hesablaşma hesabına (broker və s.) ilkin daxil edilən pul
vəsaitlərinin məhdudlaşdırılmış həcmi xidmət edir) müştərinin hesablaşma və ya depozit hesablarında pul
vasitələrinin orta qalıqlarının səviyyəsindən və vasitəçilik xidmətləri üçün daxil olan və ya
proqnozlaşdırılan komissiyanın səviyyəsindən asılıdır.
5
BANKLARDADA MÜHASIBAT UÇOTU SISTEMI
Mühasibat uçotu sistemi – vəsaitlərin və təsərrüfat əməliyyatlarının dinamikasının pul
formasında, sənədlərə əsaslanan fasiləsiz və bir-biri ilə əlaqəli əks etdirilməsidir. Dövlət idarəetmə
orqanları tərəfindən qanuniləşdirilmiş statistik məlumat massivlərinin formalaşdırılması naminə vahid
qayda və formalarda həyata keçirilir. Mühasibat uçotunun məlumatları əsasında mühasibat hesabatı –
bankın hesabat dövrü (ay, rüb, il) üzrə vəsaitlərinin və maliyyə-təsərrüfat fəaliyyətinin vəsaitlərinin
vəziyyətini xarakterizə edən göstəricilər sistemi tərtib olunur. “Mühasibat uçotunun əsas məqsədi
aşağıdakılardır:
- kredit təşkilatının fəaliyyəti və onun əmlak vəziyyəti haqqında mühasibat hesabatının daxili –
rəhbərlər, təsisçilər, təşkilatın iştirakçıları, həmçinin kənar istehlakçıları – investorlar, kreditorlar
və mühasibat hesabatının digər istehlakçıları üçün lazımi müfəssəl, səhih və dolğun informasiyanın
formalaşdırılması;
- bütün bank əməliyyatlarının, tələb və öhdəliklərinin mövcudluğu və hərəkətinin, kredit təşkilatı
tərəfindən maddi və maliyyə ehtiyatlarının istifadəsinin müfəssəl, tam və səhih mühasibat uçotunun
aparılması kredit təşkilatının maliyyə sabitliyinin təmin olunması, onun fəaliyyətinin mənfi
nəticələrinin qarşısının alınması üçün təsərrüfatdaxili ehtiyatların üzə çıxarılması;
- idarəetmə qərarlarının qəbul edilməsi üçün mühasibat uçotunun istifadə edilməsi.
Mühasibat uçotu sistemi dünya praktikasında qəbul olunmuş aşağıdakı prinsiplərə əsaslanır: tam
sənədləşdirmə; inventarlaşdırma; informasiyanın hesablarda ümumiləşdirilməsi; iki hesablı qeydlər; balans
və hesabatın tərtib edilməsi.
Bank, mühasibat uçotunun təşkilini həyata keçirərkən:
−
uçot siyasətini;
−
mühasib işinin təşkilati formasını (konkret təsərrüfat şərtləri əsasında);
−
Azərbaycanda qüvvədə olan forma və metodlara əsaslanaraq, ümumi metodoloji prinsiplərə
riayət etməklə mühasibat uçotunun forma və metodlarını, uçot məlumatının işlənməsi
texnologiyasını;
−
istehsaldaxili (idarəetmə) uçot, hesabat və nəzarət sistemini müstəqil surətdə müəyyən edə
bilər.
Bank öz filiallarını, nümayəndəliklərini, şöbələrini ayrıca balansa ayıra bilər. Bankın uçot siyasəti
dedikdə, onun seçdiyi mühasibat uçotunun aparılması üsullarının cəmi – ilkin müşahidə, dəyər əsasında
ölçmə, təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırılması və yekun ümumiləşdirilməsi başa düşülür.
Mühasibat uçotunun aparılması üsullarına təsərrüfat həyatının faktlarının qruplaşdırılması və
qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu
hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar
aid edilir.
Uçot siyasətinin tərkibində aşağıdakılar təsdiq edilməlidir:
−
kredit təşkilatında, onun filiallarında və tabe təşkilatlarında mühasibat uçotu hesablarının
Mərkəzi Bankının təsdiq etdiyi hesablar planına əsaslanan iş planı;
−
ə
məliyyatların rəsmiləşdirilməsi üçün istifadə edilən ilkin uçot sənədlərinin formaları, o
cümlədən barəsində Rusiya Dövlət statistika komitəsinin albomlarında ilkin uçot sənədlərinin
nümunə formaları nəzərdə tutulmayan daxili mühasibat hesabatı üçün sənədlərin formaları;
−
öz filialları (struktur bölmələri) ilə hesablaşma qaydası;
−
Mərkəzi Bankının qanunvericiliyinə və normativ aktlarına zidd olmayan ayrı-ayrı uçot
ə
məliyyatlarının aparılması qaydası;
−
inventarlaşdırmanın
aparılması
qaydası
və
ə
mlak
növlərinin
və
öhdəliklərin
qiymətləndirilməsi metodları;
−
sənəd dövriyyəsi qaydaları və uçot informasiyasının işlənməsi texnologiyası;
−
bank daxilində aparılan əməliyyatlara nəzarət qaydası;
Dostları ilə paylaş: |