6
−
analitik və sintetik uçot sənədlərinin çapa verilməsi qaydası və dövriliyi. Bu zaman gündəlik
olaraq, balans mühasibat jurnalı, üzərində əməliyyatlar aparılmış (əməliyyat aparılmış) şəxsi
hesablar, həmçinin müştəri hesablarından çıxarışlar (şəxsi hesablardan 2-ci nüsxələr);
−
mühasibat uçotunun aparılması üçün digər lazımi qərarlar”.
Uçot siyasəti aşağıdakı tələblərə cavab verməlidir:
1) tamlıq, yəni mühasibat uçotunda təsərrüfat fəaliyyətinin bütün faktlarının əks olunmasının
tamlığın təmin etməlidir;
2) vaxtlı vaxtında olma, yəni təsərrüfat həyatının faktları uçotda vaxtlı vaxtında əks edilməlidir;
3) ehtiyatlılıq, yəni itkilərin (xərclərin) və passivlərin uçotuna daha yüksək hazırlığı təmin
etməlidir, nəinki mümkün gəlirlərin və aktivlərin uçotuna (gizli ehtiyatların yaradılmasına yol vermədən);
4) məzmunun forma qarşısında üstünlüyü, yəni təkcə hüquqi formasına deyil, həm də təsərrüfat
fəaliyyəti faktlarının iqtisadi mahiyyətinə və təsərrüfatçılıq şərtlərinə əsaslanaraq, həmin faktların
mühasibat uçotunda əks olunmasını təmin etməlidir;
5) qeyri-ziddiyyətlilik – analitik uçot məlumatlarının hər bir ayın birinci gününə sintetik hesabatın
hesabları üzrə dövriyyə və qalıqları ilə, həmçinin mühasibat hesabatı göstəricilərinin sintetik və analitik
uçot məlumatları ilə eyniliyini təmin etmək
6) səmərəlilik, yəni təsərrüfatçılıq şəraitinə və bankın böyüklüyünə əsaslanaraq, mühasibat
uçotunun səmərəli və qənaətli aparılmasını təmin etmək.
Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq
sənədlər əsasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi
qaydası Sənədlər və sənəd dövriyyəsi haqqında Əsasnamə ilə tənzimlənir. lkin sənədlər təsərrüfat
ə
məliyyatının yerinə yetirilməsi faktını qeydə alır. Onlar səhih məlumatlardan ibarət olmalı və vaxtında,
ə
məliyyat yerinə yetirilərkən tərtib edilməlidir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında
mühasibat uçotunun aparılması
1. «Banklar haqqında», «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunlarına,
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikası Mərkəzi
Bankının normativ xarakterli aktlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS)
tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit
təşkilatlarında (bundan sonra - «bank») mühasibat uçotunun təşkili və aparılması qaydalarını müəyyən
edir.
2. Anlayışlar
Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında
məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi
sistemidir.
Analitik hesab - subhesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını
təmin edən hesabdır.
Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın daxilindəki
məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır.
Sintetik hesab - aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin debeti və krediti üzrə
dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.
Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərinə əsasən müvafiq mühasibat jurnallarında,
kitablarda bank əməliyyatının sistemləşdirilməsidir.
Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların hərəkətini və
ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır.
lkin uçot sənədləri – bank tərəfindən əməliyyatların həyata keçirilməsi faktını təsdiqləyən və
mühasibat yazılışlarına əsas verən sənəddir.
lkin uçot sənədlərinə – ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks etdirməyən, lakin bu
dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat sənədləri daxildir.
7
Bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları
ə
ks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas
verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür. Müştəri sənədlərinə
- ödəniş sənədləri, bankdaxili sənədlərə - kassa və memorial sənədlər daxildir.
Analitik uçot - bankın aktivlərinin (tələblərinin), öhdəliklərinin və kapitalının təyinatını əks etdirməklə
onların hər biri üzrə açılan analitik hesablarda aparılan əməliyyatların təfsilatı ilə qeydiyyatı və
qruplaşdırılmasıdır.
Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və xərcləri üzrə sintetik
hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.
Frant-ofis - müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər üzrə
bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank bölməsidir.
Bek-ofis - frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata
alınmasını həyata keçirən bank bölməsidir.
Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumatların MHBS-yə uyğun olaraq mühasibat
uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir.
Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və
subhesabların məcmusudur.
Baş kitab - bank sistemi üçün hesablar planına uyğun olaraq, müvafiq mühasibat jurnallarından
(kitablarından) alınan sintetik hesablarda toplanmış debet və kredit üzrə aylıq dövriyyələrin məcmusu
ə
sasında məlumatları əks etdirən mühasibat uçotu registridir.
Köməkçi mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank əməliyyatları haqqında ətraflı
məlumatları əks etdirən mühasibat uçotu registridir.
Əməliyyatçı - bank xidmətinin göstərilməsi üzrə müvafiq əməliyyatın aparılmasına məsul edilmiş
şə
xsdir.
Baş mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun aparılmasına və maliyyə
hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə edilmiş məsul şəxsdir.
Avtomatlaşdırılmış bank informasiya sistemləri (AB S) - obyektin səmərəli idarə olunması
məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin edən ardıcıl surətdə kağız və elektron daşıyıcıları
vasitəsilə müvafiq maliyyə, iqtisadi və təhlil xarakterli digər məlumatların təqdim olunması sistemidir.
Məlumatların müasir texniki işlənmə vasitələri kompüter texnologiyası əsasında, bank məlumatlarının
avtomatlaşdırılmış işlənmə sisteminin (BMA S) yaradılması yolu ilə informasiya proseslərinin yerinə
yetirilməsini təşkil etməyə imkan verir. Bu sistemlərin yaradılmasının əsas məqsədi bankın informasiya
proseslərinin avtomatlaşdırılması və onların yerinə yetirilməsi formasının təkmilləşdirilməsidir.
BMA S-in yaradılması və tətbiqi ona gətirib çıxarır ki, informasiya proseslərinə, onların təşkilinə,
layihələndirilməsinə, hazırlanmasına və bankda yerinə yetirilməsinə istehsalatda olduğu kimi diqqət
yetirilir. Bankın idarəetmə strukturunda ixtisaslaşdırılmış bölmə yaradılır və o, bankın informasiya
proseslərinin qaydaya salınmasına, tənzimlənməsinə və bilavasitə yerinə yetirilməsinə cavabdehdir.
Məlumatların müasir texniki işlənmə vasitələri prinsipcə yeni texnologiya əsasında informasiya
proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMA S əvvəllər çoxlu əmək, vaxt və xərc sərf
etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv və operativ optimal planlaşdırılması
kimi məsələləri həll etməyə imkan verir. darəetmə aparatının işi də yeni qaydada təşkil olunur. darəetmə
işçisi elementi BMA S olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha
dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır.
BMA S-in işlənib hazırlanmasının mahiyyəti – bankın informasiya axınları sisteminin (bütün
idarəetmə sisteminin maddi əsası kimi), perspektiv və operativ qərarların hazırlanması və qəbul edilməsi
sisteminin təkmilləşdirilməsidir. darəetmədə məhz informasiya funksiyalarının təşkili əhəmiyyətli
dəyişikliklərə məruz qalır. Bankın lokal hesablama şəbəkəsində birləşdirilmiş kompüterlər bütün
informasiya xarakterli işləri daim özünə çəkir və bankın vahid avtomatlaşdırılmış iş yerləri (A Y)
kompleksinə çevrilir, burada idarəetmə mütəxəssislərinin bilik, təcrübə və bacarıqları informasiyanın
avtomatik işlənməsi vasitələrinin sürətli işi ilə ən yaxşı şəkildə birləşir.
nformasiyanın avtomatlaşdırılmış işlənmə sistemində müasir texniki vəsaitlərin köməyi ilə informasiya
sistemlərinə xas proseslər reallaşır: istehsal-təsərrüfat fəaliyyətinin proseslərində baş verən
Dostları ilə paylaş: |