10
ə
məliyyatın adını, ödəniş sənədinin nömrəsini, valyutanın kodunu, hesabın nömrəsini, giriş qalıq
məbləğini, debet və kredit dövriyyəsini və çıxış qalıq məbləğini.
Müştərilərə verilmək üçün şəxsi hesablardan çıxarışlar bankın əməliyyatçısının ştampı və imzası ilə
təsdiqlənir. Bir neçə vərəqdə tərtib edilmiş çıxarış müştəriyə verilərkən, çıxarışın hər bir vərəqi bankın
ə
məliyyatçısının ştampı və imzası ilə təsdiq edilməlidir.
Müştərilərə verilmək üçün şəxsi hesablardan çıxarışlara hesab üzrə mühasibat yazılışlarının
aparılmasına əsas verən ilkin sənədlər (onların surəti) əlavə edilə bilər. Çıxarışa əlavə olunan sənədlərə
ş
tamp vurulur. Ştamp yalnız çıxarışın əsas əlavəsinə vurulmalıdır.
Əməliyyatçı (nəzarətçi işçi) şəxsi hesablardan çıxarışı imzalayarkən çıxarışa aid lazımi əlavə
sənədlərin mövcudluğunu, habelə onların düzgün rəsmiləşdirildiyini müəyyən etməlidir.
Hesablardan çıxarışlar şəxsi hesab üzrə birinci və ikinci imza etmək hüququ olan şəxslərə və ya
müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş etibarnamə üzrə onların nümayəndələrinə imza etdirildikdən
sonra verilir.
Hesabın sahibi hesabın debetinə və ya kreditinə səhvən yazılmış məbləğ barədə banka yazılı məlumatı
təqdim etdikdə, müqavilədə ayrı şərtlər nəzərdə tutulmayıbsa, həmin ana bu hesab üzrə qanunvericiliyə
uyğun olaraq mübahisəsiz ödənişlər aparılmadıqda, əks müxabirləşmələr verilir.
Müştəri şəxsi hesabın çıxarışını itirdikdə, çıxarışın dublikatı (hesabdan çıxarışın surəti) müştərinin
ə
rizəsinə əsasən bankın rəhbərliyinin və ya onun müavininin rəsm icazəsi ilə müştəriyə verilə bilər. Bu
zaman müştərinin ərizəsində çıxarışın itirildiyi vaxt və yer göstərilməlidir. Müştəri hüquqi şəxs olduqda,
ə
rizə hesab üzrə sərəncam vermək hüququ olan şəxslər tərəfindən imzalanmalı və möhürlə
təsdiqlənməlidir.
Müştəriyə verilən dublikatın titul hissəsində bu sözlər yazılır:
“___ ”____________ 20... tarixli çıxarışın dublikatı”
Çıxarışın dublikatı əməliyyatçı və baş mühasib (müştəri xidmətləri göstərən struktur bölmənin rəhbəri) və
ya onun müavini tərəfindən imzalanıb möhürlə təsdiqlənir və müştərinin nümayəndəsinə imza etdirməklə
təqdim olunur.
Dublikatın tərtib edilməsi üçün əsas götürülmüş şəxsi hesablardan çıxarışın titul hissəsində bu sözlər
yazılır:
“___ ”____________ 20... tarixdə çıxarışın dublikatı verildi”.
Bu yazı baş mühasibin (müştəri xidmətləri göstərən struktur bölmənin rəhbəri) və ya onun müavininin
imzası ilə təsdiq edilir.
Çıxarışlar müştərilərə verildikdən və ya göndərildikdən sonra hesabat dövrü üzrə şəxsi hesablardan
çıxarışlar arxivə verilir. AB S-də şəxsi hesablar üzrə məlumatlar bazası çap edilərək, kağız və ya elektron
daşıyıcılarında əks olunmalıdır. AB S-də isəhəmin məlumatlar ən azı iki müxtəlif informasiya
daşıyıcılarında saxlanılmalıdır .
Kağız və elektron daşıyıcılarda şəxsi hesablar üzrə məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş
müddətə arxivdə saxlanılmalıdır.
5. Sintetik uçot
Sintetik uçot üzrə məlumatlar Baş kitab, kassa kitabı, dövriyyə cədvəlləri və balanslardan (gündəlik,
aylıq və illik) ibarətdir.
Məlumatlar AB S-də işlənilərkən, sistemə daxil olunan bank sənədlərini sonradan daxil edilmiş
sənədlərin siyahısı ilə müqayisə etmək məqsədilə hesablama lentinə köçürülə bilər. AB S vasitəsilə alınan
balans və balansdankənar hesablar üzrə gündəlik dövriyyə-qalıq cədvəlində hesablar üzrə giriş qalığı,
hesabın debeti və krediti üzrə dövriyyə, çıxış qalıq məbləğləri əks olunur. Təəhhüdlər və şərti
balansdankənar hesablar üzrə dövriyyə-qalıq cədvəli icmal sənədlər əsasında tərtib olunur. Memorandum
balansdankənar hesablar üçün isə mədaxil və məxaric haqqında jurnalın aparılması tələb olunur.
AB S-də gündəlik olaraq qalıq cəldvəlləri çap olunur, bankın baş mühasibi və rəhbəri tərəfindən
imzalanır. Gündəlik olaraq, baş mühasib analitik uçot məlumatlarını sintetik uçot məlumatları ilə üzləşdirir
və üzləşdirmənin aparılması faktını qalıq cədvəlində və balansda öz imzası ilə təsdiqləyir. Baş mühasibin
tapşırığına əsasən üzləşdirməni digər mühasibat işçisi həyata keçirdikdə, həmin şəxs aparılmış üzləşmə
haqqında sənədə imza edir. Üzləşmə zamanı hər hansı bir fərq müəyyən olunduqda, onun səbəbləri
11
araşdırılır və uyğunsuzluğun aradan qaldırılmasına dair müvafiq tədbirlər həyata keçirilir. Əgər hər hansı
səhv üzrə düzəliş mühasibat yazılışlarının aparılması tələb olunarsa, həmin yazılışlar Mərkəzi Bankın
müvafiq normativ xarakterli aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
6. Analitik və
sintetik uçot məlumatlarının yoxlanılma qaydası.
Analitik hesablar üzrə analitik uçot məlumatlarının yoxlanılması həmin hesablara xidmət göstərən
ə
məliyyatçılar və həmin əməliyyatlara sonradan nəzarəti həyata keçirən mühasibatlığın müvafiq işçisi
tərəfindən aparılır. Bu zaman həmin işçilər şəxsi hesablardakı bütün qeydlərin bankın səlahiyyətli
işçilərinin nəzərdən keçirməsini və əməliyyatlar aparılarkən, onlar tərəfindən imzalanmasını, müvafiq
sənədlərlə əsaslandırılmasını, müvafiq rekvizitlərin və sənədlərdəki məbləğlərin şəxsi hesablara düzgün
işlənilməsini yoxlayır.Əməliyyatçılar tərəfindən hər bir bank əməliyyatı üzrə (əməliyyatın növü, məbləği)
sanksiyalaşdırma səviyyəsinə uyğun səlahiyyətli şəxslərin imzalarının olub-olmamasına xüsusi diqqət
yetirilməlidir.Bankın filialı və ya struktur bölməsi tərəfindən təqdim olunmuş sifarişdə hər hansı bir
rekvizit düzgün göstərilmədikdə, həmin ərizə səbəbi göstərilməklə «icra olunmamışdır» qeydi ilə geri
qaytarılır.
Ə
lavə nəzarət tələb edən əməliyyatlar üzrə şəxsi hesablarda yazılışların yoxlanılması bu nəzarəti həyata
keçirən işçilərtərəfindən həyata keçirilir.Analitik uçot hesabları üzrə əks olunan məbləğlər sintetik uçot
üzrə əks olunan məbləğlərə uyğun olmalıdır.AB S-dən alınan mühasibat balansı əməliyyat gününün
sonuna tərtib olunur. Balans və balansdankənar hesablar üzrə gündəlik balansın düzgün tərtib olunması
aktiv və passivlərin qalıqlarının cəminin bərabər olması ilə müəyyən olunur. Bankın balansı onu tərtib
edən əməliyyatçı, baş mühasib və bank rəhbəri tərəfindən imzalanır.Kassa kitabı və gündəlik balanslar
aylar üzrə bölünməklə müvafiq qovluqlara tikilir. Bank rəhbəri və baş mühasib balansın vaxtında və
düzgün tərtib olunmamasına qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
III. Banklarda mühasibat uçotunun aparılması işinin təşkili
7. Mühasibat uçotunun təşkilinə ümumi tələblər və baş mühasibin
hüquq və vəzifələri
Bankın mühasibat uçotunun təşkili və aparılmasına, qanunvericiliyə riayət olunmasına bank rəhbərliyi
məsuliyyət daşıyır. Bank rəhbərliyi mühasibat uçotunun düzgün aparılması üçün zəruri şərait yaratmalı,
habelə uçot sənədlərinin və məlumatların rəsmiləşdirilməsi və təqdim edilməsi qaydası üzrə bankın uçot
siyasətinin tələblərinin uçota aidiyyəti olan bütün bölmələr, xidmətlər və işçilər tərəfindən yerinə
yetirilməsini təmin etməlidir. Banklarda mühasibat uçotunun aparılmasına bankın baş mühasibi başçılıq
edir və o, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bankın baş mühasibi
vəzifəsinə «Banklar haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblərə cavab
verən şəxstəyin edilir.
Bankın baş mühasibi qüvvədə olan qanunvericilik aktlarını, Mərkəzi Bankın normativ xarakterli
sənədlərini, bankın daxili qaydalarını öz işində rəhbər tutur və MHBS-yə uyğun olaraq müəyyən olunmuş
mühasibat uçotunun ümumi metodoloji prinsiplərə əməl olunmasına məsuliyyət daşıyır.
Baş mühasib aşağıdakıları təmin etməlidir:
-- bankın həyata keçirdiyi bütün əməliyyatlara, o cümlədən bankın özünün fəaliyyətinə aid əməliyyatlara
nəzarəti və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərində əks etdirilməsini;
-- şəxsi hesablarda olunan düzəlişlərə nəzarət edilməsini;
-- mədaxil və məxaric hesabları üzrə əməliyyatların aparılmasına nəzarət edilməsini;
-- bankın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumatın verilməsini;
-- müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edilməsini;
-- bankın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini (digər bölmələr və
xidmətlərlə birlikdə).
Baş mühasib gündəlik olaraq aşağıdakıları yoxlamalıdır:
- kassa əməliyyatlarının yekununu;
- gündəlik balansı və dövriyyə məlumatlarını;
- bank sənədlərinin, şəxsi hesabların, yoxlama cədvəllərinin, habelə hesabatların düzgün
formalaşdırılmasını və saxlanmasını.
Dostları ilə paylaş: |