Microsoft Word b-7 mv az doc


BİOLOGİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

 
 
13
BİOLOGİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM 
TEXNOLOGİYALARI 
 
Mətnlərlə işin təşkili 
Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkili 
mühüm  əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şagirdlər oxu-
duqlarını başa düşməlidirlər. Mətnlə  iş üsullarının öyrənilməsi  şagirdlərə  mətnlə müstəqil 
işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar 
şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalaşdırır. 6-cı sinif 
Biologiya müəllim üçün metodik vəsaitdə Klaster, INSERT, Ziqzaq və  BİBÖ üsulları 
ətraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar: 
Ardıcıl suallar metodu  üsulu.  Şagirdlərə  mətni birgə diqqətlə oxumağa, onu 
düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxu-
yurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird 
onun sualını cavablandırır. Sonra onlar rollarını  dəyişirlər. Sual verən  şagird oxumağa 
davam edir, ikinci isə oxunan abzasdan ona sual verir. 
Mətndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim mate-
rialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu 
asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçü-
rürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açar sözlər məlumatın sonradan 
açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danış-
maq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər.  
Açar sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə 
suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, 
birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar 
tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazırlar.  Şagirdlərdən biri bu sualı 
oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa 
tərəfinə yazılır. Bu kart-cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün 
istifadə edə bilərlər. 
Planın və köməkçi sxemlərin tərtib edilməsi.  Plan və sxemlər əsas olanı əsas olma-
yandan ayırmağa, mətnin  əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı  əla-
qələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə  gətirib 
çıxarır. 
Plan – mətnin struktur-məzmun təşkilini (mikro-mövzuların ardıcıllığını, onların qar-
şılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir. 
Mətnə  əsasən cədvəlin doldurulması.  Cədvəllər mətnin  əsas ideyasını  aşkar etməyə 
imkan verir. Mətnlə işləyən zaman bir neçə növ cədvəldən istifadə oluna bilər: sadalanan 
obyektlərin, anlayışların, təriflərin cədvəlin müvafiq sütunlarına yerləşdirilməsi, müqayisə 
olunan obyektlərdə  (qruplarda)  müəyyən əlamətlərin olub-olmaması, göstərilən alqoritmlə 
qismən doldurulmuş cədvəli bitirmək və s. Bu və ya digər proseslər haqqında məlumatlar 
olan mətnlə  işlədikdə  işin gedişi boyunca "Nə? Harada? Nə zaman? Hansı  səbəbdən?" 
cədvəlini doldurmaq olar. 
  Nə?
 
Harada?
 
Nə zaman?
 
Hansı səbəbdən?
 
 
 
 
 
 
 
 
 
* Məsələn, "Quşların (məməlilərin) çoxalması" mövzusu və s.
 


 
14
Təlim layihələri  
Təlim layihəsi  şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı  fəaliyyətdir. 
Layihələr  şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə 
şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda 
əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalaşdırır, təlim prosesini şagird üçün fəal və 
mənalı edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növünə görə 
layihələr  məlumatlandırıcı, yaxud tədqiqedici olur. Davamlılığına görə    qısamüddətli (bir 
və ya iki dərs) və uzunmüddətli  (bir ay və daha çox) olur.  
İştirakçıların sayına görə    layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif 
mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.  
Məlumatlandırıcı layihə  obyekt və ya hadisə haqqında məlumatın toplanmasına, 
təhlilinə, ümumiləşdirilməsinə  və  təqdim edilməsinə yönəlmişdir. Məlumatlandırıcı la-
yihənin  əsas məqsədi məhz məlumatın axtarışı, emalı  və  təqdim edilməsi bacarıqlarının 
formalaşdırılmasıdır. Bu səbəbdən yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanma-
sında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən  şərtlər daxilində 
məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.  
Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiq müəyyən edil-
məsini nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə  bənzərdir: mövzunun əsas-
landırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, 
məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin 
ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və 
nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir. 
 
 
 
 
 
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ 
PRİNSİPLƏRİ VƏ ÜSULLARI 
Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli 
əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik 
edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm). 
Fənn kurikulumlarına görə, qiymətləndirmə  təhsilin keyfiyyətinin yüksəldilməsinə 
yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır.
 
Məzmun standartlarının 
mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləş-
dirilmişdir. Məktəbdaxili qiymətləndirmə  diaqnostik,  formativ  və  summativ qiymət-
ləndirmələrdən ibarətdir.  
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagird-
lərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymət-
ləndirmə, adından da məlum olduğu kimi, şagirdə və ya bütöv sinfə qoyulan diaq-
nozdur. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat 
almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olun-
mur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, 
sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır. 
Formativ qiymətləndirmənin
  məqsədi (2 sentyabr 2013-cü il tarixli təlimata 
əsasən) təhsilalanın təlim prosesində  məzmun standartlarından irəli gələn bilik və 
bacarıqların mənimsənilməsinə yönəlmiş  fəaliyyətini izləməkdən, bu zaman qarşıya 
çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. 
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə