20
Dərs 3 / Mövzu 3
:
MİKROSKOPİYA
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda
olan təbii ci-
simlərə yönəldir. Onları necə və hansı üsullarla tədqiq etmək haqqında müzakirələr
aparır. Sonra şagirdlərə mövzunun əvvəlindəki mətnlə tanış olmaq tapşırıla bilər. Əvvəlki
biliklərinə əsaslanan şagirdlər “Mikroaləmin hansı nümayəndələrini tanıyırsınız? Onlar nə
üçün və necə öyrənilir?” sualları müzakirə olunur. Sonra mikroskopiyanın tarixini bir
daha xatırlamaq, müasir zamanda mikroskopik tədqiqatların əhəmiyyətini vurğulamaq
faydalı olardı. 6-cı sinifdə şagirdlər hazır və ya müəllimin hazırladığı mikropreparatlardan
istifadə edirdilər. 7-ci sinif standartlarına görə, artıq onlarda preparat hazırlamaq kimi
praktiki vərdişlər formalaşmalıdır. Praktiki tapşırığa keçməzdən əvvəl şagirdlərdə işıq
mikroskopunun quruluşu haqqında bilikləri fəallaşdırmaq lazımdır
.
Bunun üçün müəllim
işıq mikroskopu və onun hissələrini nümayiş edərkən suallarla şagirdlərin ötənilki
biliklərini yada salır. Məsələn,
“Mikroskopun bu hissəsi necə adlanır? O, hansı funksiyanı
yerinə yetirir? İşlədiyiniz mikroskopun böyütmə dərəcəsini necə təyin etmək olar?” və s.
Bu ünvandakı videomaterialı nümayiş etdirmək məqsədəuyğundur.
http://videouroki.net/view_post.php?id=251
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın
məqsədi şagirdlərə müstəqil
mikropreparat hazırlamağı öyrətmək, təbii obyektləri münasib tədqiqat üsulları ilə
öyrənmək bacarıqlarını inkişaf etdirməkdir.
Bu və ya digər laboratoriya işini yerinə
yetirmək üçün müəyyən hazırlıq lazımdır. Bu hazırlığa daxildir:
Mikroskopun işlək vəziyyətdə olması.
Şagirdin iş üçün lazımi avadanlıqla təmin olunması.
Laboratoriyada dəqiq davranış qaydalarının qoyulması.
Maraqlı və imkan daxilində olan tədqiqat obyektlərinin seçilməsi.
Dərslikdə təklif olunan iş cansız obyekt üzərində aparılır. Müəllimin seçimindən və
mövcud imkanlardan asılı olaraq hər hansı digər obyekt də hazırlana bilər. Məsələn, soğan
dəriciyi, gicitkənin tükcükləri, çiçəyin ləçəkləri, alma, yaxud pomidor ləti və s.
Tapşırıq
bütün siniflə, fərdi və ya cütlərlə yerinə yetirilə bilər.
Praktik iş yerinə yetirildikdən sonra müəllim şagirdlərlə birlikdə “İşıq
mikroskopu
ilə işləmək qaydası” mətni ilə tanış olur, hazırlanmış preparatlar müşahidə olunur, şagirdlər
gördüklərinin şəklini dəftərlərinə çəkirlər. Strukturların quruluşunu, formasını və yer-
ləşməsini yadda saxlamaq üçün onların şəklini çəkmək zəruridir. Şəklə olan əsas tələb
formanın, ölçülərin və həcm nisbətlərinin düzgün göstərilməsidir.
Tətbiq mərhələsində şagirdlər şəkildə gördüklərini ardıcıllıqla dəftərlərinə yazırlar.
Bu zaman dərsdə yerinə yetirilən iş bir də təhlil olunur, praktiki bacarıqların səviyyəsi
Alt
STANDARTLAR
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya
avadanlıqlarından istifadə qaydalarına əməl edir.
Təlim
NƏTİCƏLƏRİ
Canlıların quruluşunun öyrənilməsində mikroskopla işlə-
mə qaydalarına əməl edir.
21
yoxlanılır. Tapşırığa
keçməmişdən əvvəl, işi daha səmərəli etmək üçün bu internet
resursdan istifadə etmək olar:
http://www.youtube.com/watch?v=P5HAH-i9XA4
“Öyrəndiklərinizi yoxlayın” blokundakı tapşırığın yerinə yetirilməsi şagirdlərin
dərsdəki fəaliyyətinə, dərslikdəki və videomateriallardakı məlumatlara əsaslanır. Bu, dərsin
məqsədində qeyd olunmuş praktik bacarıqların formalaşması üçün imkan yaradır.
Qiymətləndirmə meyarları: İstifadəetmə
Elektron resurslar:
http://videouroki.net/view_post.php?id=251
http://www.youtube.com/watch?v=P5HAH-i9XA4
Dərs 4 / Mövzu 4:
CANLI ORQANİZMLƏRİN MÜXTƏLİFLİYİ
Dərsə başlamaq üçün mətnlə tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən fay-
dalanaraq, sualı müzakirə edir və müxtəlif fikirlər irəli sürürlər. Müzakirə zamanı lövhədə
çəkilmiş cədvəl doldurula bilər. Məsələn,
Canlı təbiət
Bitkilər Heyvanlar Göbələklər Bakteriyalar
Səciyyəvi
xüsusiyyətləri
... ... ... ...
Şagirdlər 6-cı sinifdə mənimsənilən məlumatlara əsaslanaraq 4 aləmin nümayəndələrinə
aid 2-3 xüsusiyyət qeyd edirlər. Bu cavablar “Fəaliyyət” bölümündə verilmiş tapşırığın
yerinə yetirilmə mərhələsinə keçidi təmin edir.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda şagirdlər
müstəqil, cütlərlə,
yaxud bütün siniflə verilmiş anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazırlar. Bu
zaman hər anlayışın qısa tərifi (təsviri) müzakirə oluna bilər. Müəllim şagirdlərə verilmiş
cədvələ “Göbələklər” və “Bakteriyalar” sütunlarını və oraya müvafiq 1-2 anlayış əlavə
etməyi də təklif edə bilər.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Canlıların quruluşu-
nun və həyat fəaliy-
yətinin
öyrənilmə-
sində mikroskopla
müəllimin köməyi
ilə işləyir.
Canlıların quruluşu-
nun və həyat fəaliyyə-
tinin
öyrənilməsində
mikroskopla işləyərək
tez-tez səhvlərə yol
verir.
Canlıların quruluşunun
və həyat fəaliyyətinin
öyrənilməsində
mikroskopla
işləyən
zaman qaydalara,
əsasən, əməl edir.
Canlıların quruluşu-
nun və həyat fəaliy-
yətinin öyrənilmə-
sində mikroskopla
işləmə qaydalarına
düzgün əməl edir.
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Bitki, heyvan, göbələk və bakteriyaların quruluşu haqqında
mülahizələrini şərh edir.
Bitki, heyvan, göbələk və bakteriyalarda gedən
həyati prosesləri
fərqləndirir.